|
Şaxta Babanın Ötüşü (nəğməsi)
|
tarix | 24.04.2018 | ölçüsü | 6,77 Kb. | | #39932 |
|
http://www.turuz.com/
Şaxta Babanın Ötüşü (nəğməsi)
Əhməd Cəmil
Göndərən
Mehriban Az
Qopdu bayırda tufan,
Uğuldadı yel, boran.
Döyüldü pəncərə bərk,
Açdı qapını külək.
Yelləndi çilçıraqlar,
Doldu evə soyuq qar.
- Aha, aha deyəsən
Şaxta babadır gələn!
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq
Girdi evə bir qoca,
Boyu çinardan uca…
Yapıncısı buz kimi,
Parlayır ulduz kimi
Qotazlı qar xurcunu.
Uşaqlar görcək bunu
Alıb dövrəyə həmən
Tutdular ətəyindən:
-Şaxta baba, saxta can!
Hardasan bu vaxtacan?
Saxta baba gülərək,
Uşaqlarla təkbətək
Salamlaşıb görüşdü,
Nəsə yadına düşdü.
Fikrə getdi bir qədər,
Dedi:- Əziz körpələr,
Qarlı dağlar aşaraq,
Çox ellər dolaşaraq,
Dağlarda qurdum dəyə,
Gəldim sizi görməyə.
Dəyə: Alaçıq.
Dostları ilə paylaş: |
|
|