Saylı İtaliya qanunverici dekretinin 36-cı maddəsinin, 2-ci bəndinin “a” hərfinə istinadən



Yüklə 9,86 Kb.
tarix26.03.2018
ölçüsü9,86 Kb.
#33385

Italiyanın Bakıdakı Səfirliyi

Tərəfindən


50/2016 saylı İtaliya qanunverici dekretinin 36-cı maddəsinin, 2-ci bəndinin “a” hərfinə istinadən

Səfirlik əməkdaşlarına tibbi sığorta xidmətlərinin göstərilməsi ilə bağlı

RƏSMİ AÇIQ ELAN

Hazırki rəsmi elan İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində çalışan yerli əməkdaşlar və onların ailə üzvlərinin (həyat yoldaşı və 26 yaşına çatmamış uşaqların) tibbi siğorta xidməti ilə təmin edilməsi barədə Səfirliklə əməkdaşlıq etməkdə maraqlı olan Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlərə şamil edilir.

Bu məqsədlə, İtaliya Səfirliyi 50/2016 saylı İtaliya qanunverici dekretinin 36-cı maddəsinin, 2-ci bəndinin “a” hərfinə istinadən və sözügedən qanunverici dekretin 30-cu maddəsinin, 1-ci bəndində qeyd edilən prinsiplərə əsasən bu məlumatı elan edir.

Zəruri tələblər aşağıdakılardır:

Səfirliklə əməkdaşlıq etməkdə maraqlı olan şirkətlər aşağıdakı tələblərə cavab verməlidir:



  1. Professional qabiliyyət – sözügedən sahədə fəaliyyət göstərməklə bağlı Azərbaycanın aidiyyatlı orqanları tərəfindən icazəyə malik olmalıdırlar;

  2. İqtisadi və maliyyə qabiliyyəti - beynəlxalq səviyyəyə uyğun dövriyyəyə malik olduqlarını nümayiş etdirməlidir;

Təqdim olunan təkliflər aşağıda göstərilən cədvələ uyğun tibbi sığorta təklifini özündə əks etdirməlidir:

A qrupu (kişi cinsi) – Medium


  1. Stasionar xidmətlər

  2. Ambulator-poliklinik xidmətlər

  3. Təcili tibbi yardım

  4. Ambulator şəraitdə dərman təchizatı

  1. 5. Tibbi Müayinə

  2. 6. Təcili Vaksinasiya




B qrupu (qadın cinsi) – Medium


  1. Stasionar xidmətlər

  2. Ambulator-poliklinik xidmətlər

  3. Təcili tibbi yardım

  4. Ambulator şəraitdə dərman təchizatı

  1. 5. Tibbi Müayinə

  2. 6. Təcili Vaksinasiya

  1. Hamiləlik və Doğum






C qrupu (uşaqlar) - Medium


  1. Stasionar xidmətlər

  2. Ambulator-poliklinik xidmətlər

  3. Təcili tibbi yardım

  4. Ambulator şəraitdə dərman təchizatı

  5. Tibbi Müayinə

  6. Vaksinasiya - uşağların planlı vaksinasiyası daxil olmaqla







  1. Qadın - doğum tarixi (31.05.1988)

  2. Qadın - doğum tarixi (26.08.1991)

  3. Qadın - doğum tarixi (10.01.1985)

  4. Kişi - doğum tarixi (22.05.1985)

  5. Kişi - doğum tarixi (23.06.1981)

  6. Kişi - doğum tarixi (05.09.1968)

  7. Kişi - (həyat yoldaşı) doğum tarixi (17.03.1986)

  8. Qadın - (həyat yoldaşı) - doğum tarixi (13.05.1980)

  9. Uşaq - doğum tarixi (06.03.2006)

Sığorta şirkətləri 23 iyun 2017-ci il tarixindən gec olmayaraq yuxarıda göstərilən əməkdaşların ümumi sayına uyğun şəkildə poçt vasitəsilə və ya Səfirliyə bağlı zərfdə şəxsən gətirməklə öz təkliflərini ingilis dilində təqdim etməyə dəvət olunurlar.

Şirkətin seçilməsi və sonrakı müqavilənin bağlanması proseduru daxil olan ən aşağı qiyməti təklif edən şirkət ilə aparılacaq:

Təkliflər aşağldakı ünvana göndərilməlidir:

Italiyanın Bakıdakı Səfirliyi

Prosedurun həyata keçirən məsul şəxsin nəzərinə

Alessandro MASTRAGOSTINO



Kiçik Qala küçəsi 44, İçərişəhər, Bakı şəhəri
Yüklə 9,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə