1
Əhməd ibn Abdulhəlim ibn Teymiyyə
Səbr
etməyin qaydası
2
Müəllif: Şeyxulislam Təqiyyuddin Əbul Abbas Əhməd ibn
Abdulhəlim ibn Teymiyyə (vəfatı 728 hicri ili)
Tədqiqatçı: dr. Məhəmməd ibn Xəlifə ət-Təmimi
Tərcüməçi: Muxtar Əli
Redaktor: Ramil Həsən
3
MÜQƏDDİMƏ
Həqiqətən həmd sənalar Allaha məxsusdur. Biz də Ona həmd
səna edir, Ona sığınır və Ondan bağışlanma diləyirik. Nəfsimizin
şərindən və pis əməllərimizdən Allaha pənah aparırıq. Allahın doğru
yola yönəltdiyi kimsəni heç kəs bu yoldan azdıra bilməz, haqq yoldan
azdırdığı kimsəni isə heç kəs doğru yola yönəldə bilməz. Mən şəhadət
verirəm ki, Allahdan başqa haqq məbud yoxdur və şəhadət verirəm ki,
Məhəmməd Onun qulu və elçisidir.
"Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız
müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!" (Ali-Imran, 102)
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan
zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar
törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər)
istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən
həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!" (ən-Nisa, 1)
"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!
(Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı
bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir
səadətə (Cənnətə) nail olar." (əl-Əhzab, 70-71)
Həqiqətən ən doğru söz Allahın kəlamı və ən xeyirli hidayət yolu
Məhəmmədin (ona Allahın salavatı və salamı olsun) yoludur. Əməllərin
ən şərlisi (dinə əlavə edilmiş) yeniliklərdir. Hər bir yenilik bidət və hər
bir bidət isə zəlalətdir.
Uca Allahın Öz əzəmətli Kitabında insanları sövq etdiyi və
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) də öz pak
sünnəsində əmr etdiyi ən yüksək xeyirxahlıq sifətlərindən biri səbrli
olmaqdır. Səbr sözü Quranda yüz dörd yerdə müxtəlif səbəb və
məqamlarda varid olmuşdur.
Uca Allah Öz peyğəmbərinə səbrli olmağı əmr etmiş və
buyurmuşdur:
(Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et.
Sənin səbr etməyin yalnız Allahın köməyilədir. (ən-Nəhl,127)
Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri
olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə,
əziyyətlərə) səbr et. (əl-Əhqaf, 35)
4
Həmçinin Allah təalə möminlərə də səbrli olmağı əmr etmişdir. O,
buyurur:
Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə
yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, (Allahın
düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə
üz verən müsibət və çətinliklərə) dözün! (Ali-Imran, 200)
Uca Allah səbr edənləri tərifləyərək buyurur:
Yaxşı əməl sahibi əslində ... dar ayaqda, çətinlikdə (ehtiyac,
yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr
edənlərdir. Onlar (İmanlarında, sözlərində və əməllərində) doğru
olanlardır. Müttəqi olanlar da onlardır! (əl-Bəqərə, 177)
O səbr edənləri sevdiyini və onlarla birlikdə (bərabər) olduğunu
xəbər verərək buyurur:
"Allah səbr edənləri sevir." (Ali-Imran, 146)
"Səbr edin, həqiqətən Allah səbr edənlərlədir!" (əl-Ənfəl, 46)
Bu ayədə isə Allah təalə səbr etməyin səbr edənlər üçün xeyirli
olduğunu bəyan etmişdir:
"Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər
üçün daha xeyirlidir." (ən-Nəhl, 126)
Rəbbimiz səbr edənləri onların etdiklərindən qat-qat üstün və
daha yaxşı mükafatlarla mükafatlandıracağını vəd vermişdir. O
buyurur:
"(Allah yolunda) səbr edənləri etdikləri yaxşı əməllərin
müqabilində daha yaxşı mükafatlarla mükafatlandıracağıq!" (ən-Nəhl,
96)
"Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə
(axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!" (əz-Zumər, 10)
Həmçinin onları müjdəliyərək buyurur:
"(Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxsləri müjdələ!" (əl-
Bəqərə, 155)
Səbr edənlərin mükafatı Cənnət olacağı haqda isə Allah təalə
deyir:
"Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri)
ipəklə mükafatlandıracaqdır." (əl-Insan, 12)
5
Uca Allah səbri Islam dinində ən əzəmətli sayılan işlərlə bir sırada
qeyd etmişdir. Səbrlə yanaşı gələn bu əzəmətli işlər barəsində Quran
ayələrindən:
Yəqinlik;
"(Çətinliklərə) səbr etdikləri və ayələrimizə yəqinliklə (ürəkdən)
inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə
(insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik." (əs-Səcdə, 24)
Təvəkkül;
"(Yaxşı əməllər) edənlərin mükafatı necə də gözəldir! O kəslər
ki, səbr edər və yalnız Rəbbinə təvəkkül edərlər (bel bağlayarlar)!" (əl-
Ənkəbut, 58-59)
Namaz;
"Ey iman gətirənlər! Səbir və namaz ilə (dua ilə Allahdan)
kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur)." (əl-
Bəqərə, 153)
Təqva (Allahdan qorxmaq);
“Əgər səbr etsəniz və Allahdan qorxsanız (təqvalı olsanız),
onların hiyləsi sizə heç bir zərər yetirməz.” (Ali-Imran, 120)
"Əgər səbr etsəniz və Allahdan qorxsanız (təqvalı olsanız),
əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir". (Ali-Imran, 186)
"Kim Allahdan qorxub (təqvalı olub) səbr etsə (pis əməllərdən
çəkinsə) (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay
etməz!” (Yusif, 90)
Saleh əməl;
"Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları
(günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir." (Hud, 11)
Cihad;
"Fitnəyə məruz qaldıqdan sonra hicrət edənləri, daha sonra
cihad edib (bu yolda hər cür əzab-əziyyətə) səbr edənləri isə (bütün)
bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, (onlara) rəhm
edəndir!" (ən-Nəhl, 110)
"(Ey möminlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və
(əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə məlum etmək)
üçün sizi imtahana çəkəcəyik" (Məhəmməd, 31)
Istiğfar (bağışlama) diləmək və təsbih (Allahı zikr) etmək;
6
"(Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et.
Allahın (sənə və möminlərə verdiyi zəfər) vədi haqdır. (Ümmətinin
sənin özünə aid etdiyin) günahının bağışlanmasını dilə. Axşam-səhər
Rəbbini həmd-səna ilə təqdis et! (Daim Allahı zikr et və ya gündə beş
vaxt namaz qıl!)" (əl-Mumin, 55)
"(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki,
sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan).
(Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!" (ət-Tur, 48)
"(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et.
Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib
şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində
(axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb
təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun
müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud
ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!" (Taha,
130)
Haqq;
"And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana
və ya Peyğəmbərin əsrinə) ki, Insan (ömrünü bihudə işlərə sərf
etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir? Yalnız
iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri
tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi
səadətə qovuşanlardır!)" (əl-Əsr, 1-3)
Rəhmət;
"Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən,
mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!" (əl-Bələd, 17)
Şükür;
"Bunda çox səbir və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə
ibrətlər var!" (Ibrahim, 5)
Quranda müxtəlif məqamlarda səbrə dəlalət edən ayələrin olması,
həmçinin bu barədə sünnədə varid olan hədislər onun əhəmiyyətinə və
şəninin uca olmasına dəlalət edir. Peyğəmbər (ona Allahın salavatı və
salamı olsun) ümmətini bu gözəl əxlaqa sövq etmişdir. Onun həyatı bu
ali əxlaqın bütün növlərinə ən gözəl nümunədir. Kim əgər onun həyatını
7
və sünnəsini öyrənərsə səbr etməyin yüksək məqama malik olduğunu
bilər.
dr. Məhəmməd ibn Xəlifə
ﻢﯿﺣﺮﻟا ﻦﻤﺣﺮﻟا ﷲا ﻢﺴﺑ
Rəhmli və mərhəmətli Allahın adı ilə.
Şeyxulislam Təqiyyuddin Əbul Abbas Əhməd ibn Teymiyyə
buyurur:
Fəsil:
Uca və nöqsansız Allah Öz mömin bəndələrini siniflərə bölmüş və
hər sinfi öncəkindən daha üstün etmişdir. Buna görə də möminlərin
başına yaxşı və ya xoşagəlməz işlər gəlsədə, onlar daim rəblərinin
verdiyi nemət içindədirlər. Həmçinin Allah Öz qəza və qədərini onlar
üçün qazanclı ticarət və haqqa aparan yol etmişdir. Necə ki, səhih
əsərində möminlərin imamı (ona Allahın salavatı və salamı olsun)
buyurmuşdur (hansı ki, qiyamət günü hər kəs öz imamı ilə çağrılacağı
zaman möminlər də onunla çağırılacaqlar
1
): "Möminin işi nə qəribədir.
Həqiqətən, onun bütün işləri qəribədir. Allah ona elə bir şey təqdir
etməmişdir ki, onun üçün xeyir olmasın. Başına yaxşı bir iş gəldikdə
şükr edər və bu onun üçün xeyirlidir. Müsibət üz verdikdə isə səbr edər.
Bu da onun üçün xeyirlidir."
2
Bu hədis Allahın hər bir mömin üçün təqdir etdiyi bütün qədəri
əhatə edir. Çünki yaxşısına şükr, xoşagəlməzinə isə səbr edərsə, Allahın
1
Bu əsəri, əl-Xatib "Tarix Bağdad" (1/317) əsərində Ənəsdən nəql etmişdir. İsra surəsinin
71-ci ayəsi, “Bir gün (qiyamət günü) bütün insanları öz imamları ilə birlikdə
(hüzurumuza) çağıracağıq.” haqda o demişdir: yəni, “öz peyğəmbərləri ilə birlikdə” .
Suyuti “Dərrul-mənsur” (5/316) əsərində bu rəvayətin İbn Əbi Hatim və İbn Mərdəvih
tərəfindən söylənildiyini bildirmişdir. Eyni məna Mücahiddən də rəvayət edilmişdir. Onu
İbn Cərir öz təfsirində (15/126) və Suyuti “Dərrul-mənsurda” ibn Munzirdən nəql etmişdir.
2
Hədisi, Imam Müslim ("Zühd" kitabi, "Möminin bütün işləri xeyirdir" fəsli (8/227)); Imam
Əhməd ("Musnəd" əsəri (1/173)) və əd-Dərimi ("Sünən" əsəri, "ər-Raqaiq" kitabı, "Mömin
hər işinə görə əcr qazanır" fəsli (2/318)) rəvayət etmişdir. Hədisin ləfzi belədir: "Möminin
işi nə qəribədir. Həqiqətən, bütün işləri onun üçün xeyirdir...."
Lakin hədisi müəllifin qeyd etdiyi kimi: "...bütün işləri qəribədir...." ləfzi ilə tapa
bilmədim.
8
qəza-qədəri onun üçün hər zaman xeyirli sayılar. Həmçinin bu,
imandandır. Neçə ki, bəzi sələflər demişdir: "Iman iki hissədən ibarətdir.
Yarısı şükr, yarısı isə səbrdir."
3
Allah təalə buyurur: "Həqiqətən, bunda
çox səbir və şükür edən hər kəs üçün, neçə-neçə ibrətlər vardır!”
4
Əgər bir kəs dinin bütün sahələrinə nəzər salsa görər ki, o
ümumən səbr və şükr üzərində qurulmuşdur. Ona görə ki, səbrin üç
növü var:
Birinci: Allaha itaət olan bir əməli edənə qədər ona səbr etmək.
Çünki elə bir əməl yoxdur ki, onu yerinə yetirmək üçün insan zahiri və
batini düşmənlərinə qarşı mübarizə aparmasın və səbr etməsin. Həm
vacib, həm də müstəhəb (bəyənilən) əməlləri yerinə yetirmək üşün səbrli
olması insana yetər.
Ikinci: Qadağan edilmiş əməli etməmək üşün səbr etmək.
Həqiqətən insanın nəfsi, onun tələbləri, şeytanın gözəlləşdirdikləri və
pis yoldaşlar asilikləri əmr edir və günahlara sürükləyir. Insana güclü
səbri kifayət edər ki onları tərk etsin. Bəzi sələflər demişdir: "Yaxşı
əməlləri həm yaxşı, həm də pis insan edə bilər. Asilikləri (günahları) tərk
etməyə isə yalnız siddiqlər qadirdir."
5
Üçüncü: Insanın ixtiyarı olmadan başına gələn müsibətlərə səbr
etmək. Müsibətlərin iki növü var:
3
Vaki bin Cərrah "Zühd" əsərində (2/456, hədis 203), ət-Təbərani "əl-Kəbir" əsərində (9/107),
əl-Munziri "ət-Tərğib və ət-tərhib" əsərində (4/171, hədis 4974) ibn Məsuddan "Səbr imanın
yarısı, yəqinlik isə hamısıdır." ləfzi ilə rəvayət etmişdir.
Həmçinin Buxari "Səhih" əsrində "Iman" kitabı, "Peyğəmbərin (ona Allahın salavatı və
salamı olsun) "Islam beş dayaq üzərində qurulmuşdur" kəlamı" fəslində öz şərtinə uyğun
olaraq ibn Məsuddan "Yəqinlik imanın hamısıdır." ləfzi ilə rəvayət etmişdir. ...
Şeyx əl-Albani "Silsilə əl-əhədis əd-daifə" əsərində (1/506-507, hədis 499) bu hədis haqqında
"münkər" demişdir. Onun sözünün xülasəsi: bu hədisin ibn Məsuddan rəvayət olunması
səhih, peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunması isə zəifdir.
Ibn Teymiyyənin "bəzi sələflər demişdir" sözü də buna dəlalət edir.
4
Ibrahim (5), Loğman (31), Səbə (19), Şura (33).
5
Əbu Nueym "Hilyətul övliyə" əsərində (10/197) öz sənədiylə Səhl bin Abdulla ət-
Tusturidən belə rəvayət etmişdir: "Yalnız Allaha itaət edən Allaha sevimli olmaz, lakin
Allahın qadağan etdiklərindən çəkinən Allahın sevimlisi olar. Asiliklərdən (günahlardan)
çəkinməyə yalnız Allaha yaxın olan siddiqlər qadirdir. Yaxşı əməlləri isə həm yaxşı, həm
də pis insan edə bilər."
9
Birinci növ: Xəstəliklər və s. kimi heç bir məxluqatın ixtiyarından
asılı olmayan səmavi müsibətlər. Müsibətin bu növünə səbr etmək
asandır. Çünki bəndə onun Allahın qəza və qədəri ilə olmasının və
insanların buna müdaxilə edə bilməməsinin şahidi olur. Buna görə də ya
ixtiyari, ya da məcburi olaraq səbr edir. Əgər Allah kimin qəlbini,
müsibətdən doğan faydalar, həmçinin bu səbəblə nail olduğu lütf və
nemətlər haqqında düşünməyə müvəffəq etsə, o, bu müsibətə səbr
etməkdən, ona şükr etmək, razı qalmaq mərhələsinə keçmiş olar. Bu
zaman başına gəlmiş müsibət onun üçün nemətə çevrilər. Qəlbi və dili
hər zaman bu duanı edər: "Rəbbim Səni zikr etmək, Sənə şükür etmək və
Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!"
6
Bu bəndənin
Allaha olan məhəbbətinin güclü və ya zəif olmasından asılı olaraq güclü
və ya zəif olur. Hətta bunu biz insanların sözlərində də görə bilərik.
Necə ki, öz sevglisindən cəfa görən şair ona xitab edərək deyir (şerin
mənası belədir):
Məni pis sözlərlə yada salmağın məni kədərləndirsə də,
(Pis sözlərlə də olsa) sənin yadına düşməyim məni sevindirir.
7
Ikinci növ: Insanların əməlləri səbəbi ilə bir kəsin başına gələn
müsibətlər. Bu həmin kəsin özünə, mal-dövlətinə və ya namusuna
toxunmaqla ola bilər. Müsibətin bu növünə səbr etmək çox çətindir.
Çünki insanın nəfsi özünün alçaldığını hiss edir və məğlub olmaq
istəmir. Buna görə də intiqam almağa can atır. Müsibətin bu növünə
yalnız peyğəmbərlər və siddiqlər səbr edə bilir. Peyğəmbərə (ona
Allahın salavatı və salamı olsun) əziyyət verildiyi zaman deyərdi: "Allah
6
Müəllif bununla Muaz bin Cəbəlin (Allah ondan razı olsun) hədisinə işarə edir. Hansı ki,
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onun əlindən tutaraq demişdir: "Ey
Muaz Allaha and olsun ki, mən səni çox sevirəm. Sonra dedi: ey Muaz sənə tövsiyyə
edirəm ki, hər namazdan sonra bu duanı deyəsən: Allahım Səni zikr etmək, Sənə şükür
etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!" Hədisi əbu Davud
"Sünən" əsrində "Vitr namazı" kitabı "Istiğfar (bağışlanma diləmək)" fəslində (2/181, hədis
1522); həmçinin Nəsai "Sünən" əsərində "Səhv" kitabı "Duanın başqa növü" fəslində (3/53);
imam Əhməd "Musnəd" əsərində (5/245-247) rəvayət etmişdir.
7
Bax: ibn əd-Dumeynənin Divanı, Əhməd Ratib ən-Nəffaxın tədqiqi ilə (səh: 17).
10
Musaya rəhmət etsin. Ona daha çox əziyyətlər verilsə də səbr edərdi."
8
Həmçinin xəbər vermişdir ki, peyğəmbərlərdən biri öz qövmü
tərəfindən döyüldüyü zaman belə demişdir: "Allahım mənim qövmümü
bağışla, çünki onlar bilmirlər."
9
Peyğəmbərimizin də (ona Allahın
salavatı və salamı olsun) öz qövmü tərəfindən əziyyət gördüyü zaman
eyniylə belə dediyi rəvayət olunmuşdur.
10
O, bu duada üç məsələni bir
arada cəm etmişdir: onları əfv etmək, onlar üçün bağışlanma diləmək və
bilmədikləri üçün onları üzürlü hesab etmək. Səbrin bu növü kömək
(qələbə), izzət, sevinc, əmin-amançılıq, qüvvət, Allaha məhəbbət, elmin
artması və insanların onu sevməsi ilə nəticələnir. Uca Allah buyurur:
"(Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün
Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu
göstərən rəhbərlər təyin etmişdik."
11
Səbr və yəqinliklə insan dində
imamlığa yüksəlir. Bu səbrə güclü yəqinlik və iman əlavə olunduqda
bəndə Allahın fəziləti ilə xoşbəxtliyin uca məqamlarına yüksəlir. Bu,
Allahın bəndələrindən istədiyinə verdiyi lütfüdür. Allah böyük lütf
sahibidir.
Buna görə də uca Allah buyurur: "(Ey mömin kimsə!) Sən
(pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə
comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda
8
Hədisi Buxari "Səhih" əsərində "Peyğəmbərlər" kitabında 28-ci fəsildə (3405), həmçinin
Müslim "Səhih" əsərində "Zəkat" kitabı, "Qəlbləri yuşaltmaq üçün əta etmək" fəslində
(3/109) rəvayət etmişdir.
9
Hədisi Buxari "Səhih" əsərində "Peyğəmbərlər" kitabında 59-ci fəsildə (3477), həmçinin
Müslim "Səhih" əsərində "Cihad" kitabı, "Uhud döyüşü" fəslində (5/179) rəvayət etmişdir.
10
Abdulla ibn Məsud (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (ona Allahın salavatı və
salamı olsun) Huneyn döyüşündə götrülmüş qənimətləri əl-Caranədə bölüşdürdüyü
zaman insanlar onun üstünə axışdılar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)
dedi: "Allah qullarından birini öz qövmünə peyğəmbər olaraq göndərmişdi. Qövmü onu
döymüş və yaralamışdı. O isə alnının qanını silə-silə deyirdi: Rəbbim mənim qövmümü
bağışla, çünki onlar bilmirlər. Abdulla ibn Məsud (Allah ondan razı olsun) deyir: Sanki
indi də gözümün önündə görürəm Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)
alnından qanı silə-silə həmin kişinin hekayəsini danışır və deyir: Rəbbim mənim
qövmümü bağışla, çünki onlar bilmirlər." Bu hədisi imam Əhməd "Musnəd" əsərində
(7/378, hədis 4366) rəvayət etmişdir. Kitabın tədqiqatçısı bu hədisin səhih liğeyrihi
dərəcəsində olduğunu demişdir.
11
Səcdə (24)
11
düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu (xislət)
yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız böyük
qismət (savab, fəzilət) sahiblərinə əta olunur!"
12
Yaxşılıqla dəf etmək,
əfv etmə və s. bu kimi saleh əməllərlə olur. Böyük qismət isə, Cənnətdir.
Bu səbrə nail olmağa insana bir çox şeylər kömək edir. Bunlardan,
Birinci: Bəndələrin əməllərini, iradəsini, hərəkət və
sükunətliliklərini uca və nöqsansız Allahın yaratmasına şahidlik etmək;
Allahın istədiyi olur, istəmədiyi isə baş vermir. Nə yüksəklikdə, nə də
dərinliklərdə bir zərrə belə ola bilməz ki, Allahın izni və istəyi olmadan
hərəkət etsin. Insanlar isə yalnız hərəkətləri yerinə yetirlər. Buna görə
də, başına gələn müsibətləri edən insanların kimliyinə baxma. Bax ki,
onu sənə göndərən kimdir. Belə olduqda qəm-qüssədən, kədər və
sıxıntılardan azad olarsan.
Ikinci: Öz günahlarını etiraf etmək və bilmək ki, Allah bu
müsibətləri ona günahlarına görə göndərib. Uca Allah buyurur: "Sizə üz
verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların
(etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq)
Allah (günahlarınızın) çoxunu əfv edər."
13
Əgər insan bilsə ki, başına
gələn bütün müsibətlərə səbəb onun günahlardır, onda insanları
qınamaq, günahlandırmaq əvəzinə, günahlarına bağışlanma diləyər və
tövbə edər. Işdi görsən ki, biri insanları ona əziyyət verdikləri üçün
söyür və təhqir edir, lakin özünü qınamır və bağışlanma diləmir, bil ki,
onun müsibəti həqiqi müsibətdir. Amma bağışlanma diləyib tövbə edər
və deyərsə ki, bu mənim günahlarım ucbatındandır, onun üçün bu
müsibət nemətə çevrilər.
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) məhşur bir kəlamında
belə buyurur: "Bəndə gərək Rəbbindən başqa heç kəsdən istəməsin və öz
günahlarından başqa heç nədən qorxmasın."
14
Həmçinin Əlidən (Allah
12
Fussilət (34-35)
13
Şura (30)
14
Beyhəqi "Şuəbul iman" əsərində (7/122), (9718); əl-Əsbəhəni "ət-Tərğib vat tərhib"
əsərində (2/266), (1586); ibn Abdulbərr "Cəmiu bəyənul elm və fadlih" əsərində (1/383),
(547-548) rəvayət etmişdir.
12
ondan razı olsun) və başqalarından belə dedikləri rəvayət olunur: "Bəla
yalnız günahların səbəbi ilə gəlir və yalnız tövbə ilə qaldırılır."
15
Üçüncü: Bəndənin, Allahın əfv və səbr edənlərə gözəl aqibət
verəcəyini bilməsidir. Uca Allah buyurur: "Hər hansı bir pisliyin cəzası
onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni)
bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir.
Həqiqətən, O, zalımları sevməz!"
16
Insanlar əziyyətlərə qarşı üç sinfə bölünür:
Öznün haqqından daha artığını götürən, zalım;
Öz haqqı miqdarında götürən kəs, ədalətli (muqtəsid);
Öz haqqını tərk edib bağışlayan, muhsin.
Yuxarıdakı ayədə üç qismin hər biri qeyd olunmuşdur. Ayənin
əvvəli muqtəsidlərə, ortası muhsinlərə, sonu isə zalımlara aiddir.
Qiyamət günü carçı: "kimin əcrini (savabını) verməyi Allah Özünə
vacib edibsə ayağa qalxsın" deyə çağıracaq və yalnız əfv və islah edənlər
15
Əz-Zubeyr ibn Bəkkar "Ənsab" əsərində Ömərin Abbasa (Allah hər ikisindən razı olsun)
yağış namazı qılmasını buyurduğu zaman, onun uzun duasının bir hissəsində belə
dediyini rəvayət edir: "Allahım, bəla yalnız günahların səbəbi ilə gəlir və yalnız tövbə ilə
qaldırılır." (böyü alim ibn Həcər "əl-Fəth" əsərində (2/497) bu rəvayətin "Ənsəb" əsərində
olduğunu söyləmişdir. Lakin həmin əsərin çap olunmuş hissəsində onu tapa bilmədim.)
Hicrətin 333 –cü ilində vəfat etmiş Əbu Bəkr Əhməd bin Mərvan əd-Deynuri "əl-Mucaləsə
və cavahirul elm" əsərində (3/102-103) Ömərin Abbasa (Allah hər ikisindən razı olsun)
yağış namazı qılmasını buyurduğu zaman, onun uzun yağış duasının bir hissəsində:
"Allahım, göydən bəla yalnız günahların səbəbi ilə nazil olur və yalnız tövbə ilə qaldırılır."
dediyini Abbasdan "movquf" (yəni, onun öz sözləri) olaraq rəvayət etmişdir.
Həmçinin bunu ibn Əsakir "Tarixud Dəməşq" əsərində (26/358-359, səh. 184 Ubadə bin
Əvfi – Abdulla bin Sövbun təcumeyi-halında) Tariq əbu Saleh Bəzim mövla ibn Həninin
yolu ilə Abbas bin Abdulmuttalibdən uzun bir hədisdə rəvayət etmişdir.
Buxarinin "Səhih" əsəsrində Ömərin Abbasa (Allah hər ikisindən razı olsun) yağış yağması
üçün dua etməsini buyurması sabit olmamışdır. (əl-Fəth 2/494) "Yağış namazı" kitabı,
"Quraqlıq zamanı insanların rəhbərdən yağış namazı qılmasını istəməsi" fəsli (1010-cu
hədis). Lakin orada duanın necəliyi barədə təfsilata varmamış və bu rəvayəti qeyd
etməmişdir.
Bu hədis haqqında bax: "Iqtidaus siratal mustəqim" (səh. 337-338)
16
Əş-Şura (40)
13
qalxacaqdır.
17
Həmçinin insan bildikdə ki, intiqam almaqla nə qədər əcr
itirəcək, onun üçün əfv və səbr etmək asanlaşar.
Dördünçü: bəndə əgər bağışlayar və yaxşılıq edərsə, bu əməli ona
müsəlman qardaşlarına qarşı pis zənlər etməkdən, aldatmaqdan,
intiqam almaqdan, pislikdən və kin bəsləməkdən çəkinməyi bəxş edər.
Bununla da o, intiqam almaqla qazanacağı mənfəətdən, qat-qat artıq
dünyada və axirət mənfəəti qazanmaqla əfv etmənin şirinliyini dadar və
Allahın bu ayəsi ona aid olar: "Allah yaxşı iş görənləri sevər!"
18
Beləliklə
də o Allahın sevimli bəndələrindən olar. Onun halı bir neçə dirhəm
(gümüş) verib, minlərlə dinar (qızıl) götürənin halına bənzəyir. Insan
buna nail olduğu zaman Allahın verdiyi bu nemətə görə hədziz
dərəcədə sevinəcəkdir.
Beşinci: (Allah üçün deyil) özünə görə intiqam alan kəsə, bu
əməlin zəlillik (alçaqlıq) bəxş edəcəyini, əfv edən kəsi isə Allahın
ucaldacağını bilmək. Bu barədə Peyğəmbər (ona Allahın salavatı və
salamı olsun) buyurmuşdur: "Allah, əfv edən bəndənin yalnız izzətini
artırar."
19
Əfv etməklə nail olduğu izzət onun üçün, intiqam almaqla
nail olduğu izzətdən daha sevimli və daha faydalıdır. Çünki intiqam
almaqla nail olduğu zahirən izzət olsada, daxilən zəlillikdir. Lakin əfv
etmək daxilən zəlillik olsada o, həm zahirən, həm də daxilən izzət bəxş
edir.
Altıncı və ən böyük faydalardan biri: Veriləcək cəzanın və ya
mükafatın etdiyi əməlin növündən olmasını, həmçinin özünün zalım,
17
Ibn Mərdəveyh ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər (ona
Allahın salavatı və salamı olsun) buyurmuşdur: " Qiyamət günü Allah carçıya: "kimin
əcrini (savabını) verməyi Allah Özünə vacib edibsə ayağa qalxsın" deyə çağırmağı əmr
edəcək və yalnız bu dünyada əfv və islah edənlər qalxacaqdır." Uca Allah buyurur:
"Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı
Allaha aiddir."
Hədisi Suyuti "əd-Durrul mənsur" əsərində (6/11); Xatib əl-Bağdadi "Tarix Bağdad"
əsərində (11/198); ibn Hibban "Rovdatul uqalə" əsərində (səh. 176-177) Həsən əl-Bəsridən
"mursəl" (yəni, onun sözləri) olaraq, Beyhəqi "Şuəbil iman" əsərində (13/136, hədis 7050)
tam sənədlə, Həmməd bin əs-Səri "əz-Zuhd" əsərində (2/904) və Əbu Nueym "əl-Hilyə"
əsərində (9/204) Həsən əl-Bəsridən "movquf" (yəni, onun sözləri) olaraq rəvayət etmişdir.
18
Ali Imran (134, 148)
19
Müslim "Səhih" əsərində rəvayət etmişdir; "Ədəb, yaxşılıq və qohumluq əlaqələri" kitabı,
"Əfv etmənin müstəhəb (bəyənilən) olması" fəsli (8/20).
14
günahkar olduğunu bilmək; Əgər kim insanları əfv edərsə, Allah da onu
əfv edər. Əgər bağışlayarsa, Allah da onu bağışlayar. Bəndə, insanların
ona pislik etmələrinə baxmayaraq, onları əfv etməsinin, bağışlamasının
və yaxşılıq etməsinin Allahın bu növ əməllərlə (yəni, günahlarını əfv
etmək, bağışlamaq və yaxşılıq etməklə) mükafatlandırmasına səbəb
olduğunu bilərsə əfv və səbr etmək ona asanlaşar. Ağıllı insana bu fayda
kifayətdir.
Yeddinci: Intiqam almaqla və ona edilmiş zülmün əvəzini tələb
etməklə məşğul olduqda vaxtının hədər getməsini, qəlbinin yalnız bunu
düşünməsini (ibadətdən uzaq düşməsini), geri qaytarılması mümkün
olmayan faydaların əldən çıxmasını bilmək; Yəqin ki bu, onun başına
gələn müsibətdən daha əzəmətlidir. Lakin əfv etsə və bağışlasa həm
qəlbi, həm bədəni onun üçün intiqam almaqdan daha mühüm olan
faydalı işlərlə məşğul olmağa vaxt tapar.
Səkkizinci: Əgər bəndə özü (öz nəfsi, mənfəəti) üçün intiqam
alırsa bilsin ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz nəfsi
üçün heç zaman intiqam almamışdır.
20
Halbuki ona verilən əziyyət dinlə
bağlıdır və Allaha qarşı edilmiş sayılır və o, Allahın yaratdıqlarının ən
xeyirlisi və Ona ən sevimli olanıdır. Peyğəmbər (ona Allahın salavatı və
salamı olsun) insanların ən şərəflisi, üstünü, bütün pis əxlaqlardan uzaq,
gözəl əxlaqa layiq olmasına baxmayaraq o, özü üçün bunu etməmişdir.
O halda bizlərdən hər hansı bir kəs özünün hansı eyibləri və şər əməlləri
olduğunu bilə-bilə necə (özü üçün) intiqam ala bilər. Əksinə arif (ağıllı)
insan öz istəklərini (nəfsini), onun üçün intiqam alınacaq dərəcədə
yüksək tutmaz. Belə insan üçün istəklərinin (nəfsinin), onun üçün
intiqam alınacaq dərəcədə qədir-qiyməti yoxdur.
Doqquzuncu: Əgər insana, Allah üçün etdiyi əməllərə görə istər
Allaha itaət olduğu üçün əmr, yaxud da asilik olduğu üçün qadağan
etdiyi işlər olsun, əziyyət edilərsə ona səbr etmək vacib olur. Buna görə
o, intiqam almamalıdır. Çünki ona Allah üçün etdiyi əməllərə görə
əziyyət verilmişdir. Əcrini də Allah verəcəkdir. Buna görə də Allah
20
Bax: Buxarinin "Səhih" əsəri, "Fəzilətlər" kitabı, "Peyğəmbər (ona Allahın salavatı və
salamı olsun) sifəti" fəsli (hədis 3560). ("Fəthul bəri" 6/566), Müslimin "Səhih" əsəri,
"Fəzilətlər" kitabı, "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) günahlardan uzaq
olması" fəsli (hədis 2327, 2328).
15
yolunda cihad edənlərin canları və malları tələf olsa da onlar bunu
itirməmişlər. Allah onlardan canları və malları satın almış
21
, qiymətini
də insanlar deyil Allah Özü verəcəkdir. Kim bunun qiymətini
insanlardan istəyərsə, Allah yanında onun qiyməti olmaz. Çünki kim bir
şeyi Allah üçün tələf edərsə, onu əvəzini (əcrini) Allah verəcəkdir.
22
Yox əgər, etdiyi asiliklərə görə ona əziyyət verilibsə, onda özünü
qınasın. Insan özünü etdiyi asiliklərə görə qınayarsa, ona əziyyət
verənləri qınamağa ehtiyac qalmaz.
Kim, bir şeyi əldə etmək üçün səy göstərdiyi zaman əziyyətə
(müsibətə) düçar olarsa səbr etsin. Çünki nail olmaq istədiyi nəticəyə
çatmamaq, səbr etməkdən daha acıdır. Kim günortanın istisinə, yağışa,
qara, səfərin çətinliklərinə, yolkəsənlərin etdiklərinə səbr etmirsə, onun
bazarlara ehtiyacı yoxdur (o dünyəvi işləri bacarmaz). Bu bütün
insanlara məlum olan bir işdir ki, kim həqiqətən bir şeyi əldə etmək
istəyirsə, buna nail olmaq üçün ona uyğun miqdarda da səbr etməlidir.
Onuncu: Bəndə səbr etdiyi təqdirdə, Allahın onunla olmasını, onu
sevməsini və ondan razı qalmasını bilmək; əgər Allah kiminlə olarsa,
ondan insanların dəf edə bilməyəcəyi zərərləri və bəlaları dəf edər. Uca
21
Müəllif bu sözü ilə Tövbə surəsinin 111-ci ayəsini nəzərdə tutur: "Allah, şübhəsiz ki,
Allah yolunda cihad edən möminlərin canlarını və mallarını Cənnət müqabilində satın
almışdır."
22
Əbu Yalə "Musnəd" əsərində (4/36, hədis 2040) Bişr bin əl-Valid əl-Kindidən, o əl-
Musəvvir bin əs-Saltdan, o Muhəmməd bin Munkədirdən o da Cəbirdən (Allah ondan razı
olsun) rəvayət etmişdir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)
buyurmuşdur: "Hər bir yaxşı əməl sədəqədir. Kişinin öz ailəsinə və malına etdiyi əta da
onun üçün sədəqə yazılar. Həmçinin namusunu (şərəfini) qorumaq üçün sərf etdiyi də
sədəqədir. Möminin tikintiyə (evə, binaya) və asiliklərə sərf etdiyindən başqa bütün
məsrəflərinin əvəzini verməyə Allah zəmanət vermişdir." Əl-Hesəmi "Məcməuz zəvaid"
əsərində (3/136) bu hədis haqqında deyir: "Əbu Yalənin sənədində olan Musəvvir bin Salt
zəif rəvayətçidir."
Həmçinin əd-Daraqutni "Sünən" əsərində (3/28, hədis 101) və əl-Hakim "əl-Mustədrək"
əsərində (2/50), hər ikisi də Abdulhəmid bin əl-Həsən əl-Hiləlidən, o da Muhəmməd bin
Munkədirdən eyniylə bu hədisi rəvayət etmişdir. Sonra əl-Hakim bu hədis haqqında
demişdir: "Bu səhih hədisdir. Lakin Buxari və Müslim onu öz “Səhih” əsərlərində rəvayət
etməmişdir. Bu mənalı hədisləri cəm etmək isə bu kitabın şərtlərinə uyğun deyil." əz-
Zəhəbi onun bu sözlərinə etiraz edərək demişdir: "Əksinə onlar bu hədisin zəif olduğunu
söyləmişdir."
16
Allah buyurur: "Səbr edin, çünki Allah səbr edənlərlədir!"
23
"Allah səbr
edənləri sevər!"
24
On birinci: Səbr etməyin imanın yarısı olmasını bilmək
25
; Əgər
insan bunu bilərsə onda öz istəklərinin imanının bir hissəsindən belə
üstün olmasına yol verməz. Həqiqətən səbr etmək insanın imanını
saxlayar və onu naqisliklərdən qoruyur. Allah təalə iman gətirənləri
mühafizə edir.
On ikinci: Səbrinin istəklərinə (nəfsinə) hakim, qalib, üstün
olmasını bilmək; Elə ki, nəfsini alçaltdı, ona qalib gəldi, onda nəfsi onu
özünə qul və əsir etməz, onu həlaka atmaz. Yox əgər insan nəfsinə tabe
olarsa, onda nəfsi onu həlak edər. Yalnız Rəbbi ona rəhm edərsə, bu
həlakdan xilas olar.
Səbr etməyin insanın nəfsi və şeytanı üzərində yalnız üstünlüyü
(hökmranlığı) kifayət edər ki, qəlbi hökmran olsun və düşmənini dəf edə
bilsin.
On üçüncü: Bəndə səbr etdiyi təqdirdə Allahın mütləq ona kömək
edəcəyini bilmək; Çünki Allah səbr edənlərin və zalımları Allaha həvalə
edənlərin hamisidir. Kim özü öz nəfsinə qalib gəlmək istəsə, Allah onu
nəfsinin qulu edər. O, öz nəfsinin köməkçisi olar. Kömək edənlərin ən
xeyirlisi olan Allahın yardımından uzaq düşüb, öz aciz, zəif nəfsi ilə
yardımlaşanın halı necə olacaq?!
On dördüncü: Insanın ona əziyyət verənlərə səbr etməsi və (bu
əziyyətlərə) dözməsi, zülümkarın peşiman olmasına, haqqa qayıtmasına,
üzr istəməsinə, insanların onu qınamasına və bu yolla da onun
utanmasına, sonunda isə əziyyət verdiyi insanla dost olmasına səbəb
olar. Bu barədə uca Allah buyurur: "(Ey mömin kimsə!) Sən (pisliyi)
yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə
comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda
düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu (xislət)
yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız böyük
qismət (savab, fəzilət) sahiblərinə əta olunur!"
26
23
əl-Ənfal (46)
24
Ali Imran (146)
25
Bax: haşiyə-2.
26
Fussilət (34-35)
17
On beşinci: Ola bilsin ki, onun intiqam alması zülümkarın
fəsadının (şərinin) artmasına, ona verdiyi əziyyətin növlərini artırmasına
səbəb olsun. Lakin səbr etsə və bağışlasa bu zərərlərdən qorunmuş olar.
Ağıllı insan iki zərərli işin az zərərli olanını dəf etməklə, daha zərərli
olanını seçməz. Neçə-neçə insanlar intiqam almaq və fəsadın qarşısını
almaq istəmiş, lakin buna gücləri yetməmişdir. Çox-çox insanlar bu
yolda canını tapşırmış, hakimiyyəti, mal-dövləti əlindən çıxmışdır. Lakin
məzlum əff etsəydi buna düçar olmazdı.
On altıncı: Əgər kim səbr etməyib, intiqam alarsa zülümkarlığa
düçar olar. Çünki insan intiqam aldığı zaman, onun istəkləri (nəfsi)
həddini aşacaq və qəzəbindən nə dediyini və nə etdiyini bilməyəcəkdir.
O, əvvəlcə başqalarının köməyini gözləyən məzlum idisə, indi qəzəb və
cəzaya məruz qalan zalıma çevrilmiş olar.
On yeddinci: Insana edilmiş bu əziyyət (zülm) onun günahlarının
bağışlanmasına və ya dərəcəsinin (məqamının) yüksəldilməsinə
səbəbdir. Əgər səbr etməyib, intiqam alarsa nə günahlarına kəffarə, nə
də dərəcəsinin (məqamının) yüksəldilməsinə nail olar.
On səkkizinci: Insanın səbr etməsi və bağışlaması düşməninə
qarşı ən güclü silahıdır. Kim səbr edər və bağışlayarsa, bu, düşməninin
alçalmasına, zəlil olmasına, ondan və insanlardan qorxmasına səbəb
olacaqdır. Çünki o özü düşməninin zülmünə qarşı sussa da, insanlar
buna susmayacaqlar (laqeyd qalmayacaqlar). Lakin intiqam alarsa, belə
olmaz. Ona görə də görərsən ki, insanların əksəriyyəti, kimsə ona
əziyyət verərsə və ya söyərsə, bunun əvəzini çıxmağa çalışır. Sanki,
əvəzini çıxdıqda çiyinlərində olan ağır yükü üstündən atar və rahatlaşar.
On doqquzuncu: Əgər insan düşmənini (ona zülm edəni) əfv
edərsə, düşməni onu özündən üstün və qalib gəlmiş, özünü isə ondan
zəif görər. Bu da əfv edənə şərəf və fəzilət olaraq kifayətdir.
Iyirminci: Əgər insan əfv edər və bağışlayarsa bu yaxşılıqdır
(həsənətdir). Bu yaxşılıqdan başqa bir yaxşılıq, ondan da başqa biri
doğar. Və beləcə onun yaxşılıqları (həsənətləri) çoxalmaqda davam edər.
Çünki yaxşılığın əcri, mükafatı ondan sonra yeni yaxşılığın edilməsidir.
Necə ki, pisliyin cəzası ondan sonra yeni pisliyin edilməsidir. Ola bilər
ki, bu əməli onun nicat tapmasına və əbədi xoşbəxtliyinə səbəb olsun.
Yox əgər intiqam alar və qalib gəlməyə çalışarsa bu nemət əlindən çıxar.
18
Dinin ikinci əsası isə şükürdür. Şükür Allah təaləyə itaətdə
olmaqdır.
Allahın köməyi ilə tamam oldu. Ona həmd-səna olsun.
Peyğəmbərimiz Məhəmmədə və onun ailəsinə Allahın salavatı və
salamı olsun.
Dostları ilə paylaş: |