SəRBƏst iŞ



Yüklə 347,36 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix29.11.2023
ölçüsü347,36 Kb.
#140839
  1   2
1. Zeynəb Allahverdiyeva , 2301B. Endokrin vəzilərin yaş xüsusiyyətləri



AZƏRBAYCAN RESPULİKASININ ELM və TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 
 
 
 
SƏRBƏST İŞ 
 
Fakültə: Məktəbəqədər təhsil 
İxtisas: Məktəbəqədər təhsil 
Qrup: 2301B 
Fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası 
Müəllim: Biol.ü.f.d Leyla Hüseynova 
Tələbə: Zeynəb Allahverdiyeva 
Mövzu: Endokrin vəzilərin yaş xüsusiyyətləri 
 
 
BAKI-2023 


Endokrin vəzilərin yaş xüsusiyyətləri 
Orqanizmdə üzv və toxumaların qarşılıqlı əlaqəli şəkildə fəaliyyət 
göstərməsi proseslərində eləcədə xarici mühit təsirlərinə qarşı orqanizmin 
uyğunlaşması reaksiyalarının təşkilində sinir sistemi ilə yanaşı daxili sekresiya 
vəziləri də bilavasitə iştirak edirlər. Yeni doğulmuş körpədə hipofizin çəkisi 150 
mq bərabərdir. Uşağın sonrakı intensiv böyümə dövrlərində (4-5 yaşlarında 
yeniyetməlik dövründə) vəzin sürətlə inkişafı və böyüməsi müşahidə olunur. 
Belə ki, 10-12 yaşlarında hipofizin çəkisi 200-350mq, 18-20 yaşlarında isə 500- 
650 mq çatır. Yeni doğulmuş körpələrin qanında somatotropin hormonunun 
miqdarı 120 mq\mldən çox olur və 3-5 yaşınadək tədricən artır. Sonrakı dövrdə 
yəni 20- və 30-40 yaşından sonra STQ-nin qanda miqdarı azalır. Qocaların 
qanında bu hormonun miqdarına nadir hallarda rast gəlinir. 
Qalxanabənzər vəzin morfoloji və funksional inkişafı yaşla əlaqədar olaraq 
dəyişir. Yeni doğulmuş körpələrdə vəzin kütləsi 1-5 qrama bərabərdir. Sonrakı 6 
ay müddətində vəzin kütləsi bir qədər kiçilir. Daha sonra isə cinsiyyət 
yetişkənliyi dövründə sürətlə artır. Yaşlı insanda vəzin kütləsi normal şəraitdə 
30 qrama çatır. Müxtəlif inkişaf dövründə qalxanvari vəzin funksional yetişməsi 
nəzərə çarpır. Vəzin morfofunksional inkişafı hipofizin triotrop hormonu ilə 
tənzim olunur. 


Böyrəküstü vəzilər emrional dövrün hələ ilk mərhələsində inkişaf etməyə 
başlayır. Bir aylıq rüşeymin kütləsi böyrəklərə nisbətən daha böyükdür.Yeni 
doğulmuş körpədə 6-8 qrama çatır. Sonrakı 6 ay ərzində vəzilər xeyli kiçilir. 11-
15 yaşlı uşaqlarda vəzin kütləsi 8 qram 16-20 yaşlı gənclərdə isə 10 qrama 
çatır.Yaşlı insanlarda vəzin kütləsi nisbətən kiçilir. Orta hesabla 0-0.3 faizini 
təşkil edir. Qocalarda bu vəzilər tədricən atrofilləşir. Müəyyən edilmişdir ki
adrenalin və noradrenalin hormonlarının daxili ifrazı vəzin beyin qatında 
embrional dövrün ilk mərhələlərində belə müşahidə olunur. 
Cinsiyyət vəzilərinin daxili sekreator fəaliyyətində androgen və estrogen 
hormonları həm kişi həm də qadın fərdlərində sintez olunur. Lakin bu 
hormonların miqdarı onlarda eyni deyilməsələn kişi fərddinin sutkalıq sidiyində 
androgenin miqdarı 3-10 mkq- a estrogenlərin miqdarı isə 5- 15 mkq bərabərdir. 
Qadınların sutkalıq sidiyində 3-10 mkq androgen olduğu halda estrogenlərin 
miqdarı isə 18-36mkq çatır. Müxtəlif yaş dövlərində cinsiyyət hormonlarının 
qanda və sidikdə olan konsentrasiyası xeyli dəyişir. Bununla əlaqədar olaraq 
insanın cinsiyyət yetişkənlik prosesini 5 əsas mərhələyə bölmək olar:: I Uşaqlıq 
mərhələsi emrional dövrün 8- ci həftəsində müşahidə olunur, lakin embrional 
mərhələlərində zəif inkişaf edir. Rüşeym halında qalır. Uşaqlıq mərhələsi 
oğlanlarda 10 yaşınadək qız uşaqlarında isə 8 yaşınadək davam edir. II yetkinlik 
mərhələsi Bu dövrdə cinsiyyət vəziləri bədən kütləsinin böyüməsi sürətinə 
vəonun formalaşmasına stimullə edici təsir göstərir.Oğlanların cinsiyyət 
vəzilərində toxum borucuqları böyüməsi və genişlənməsi ilə yanaşı interstesial 
yəni inkreotro toxumasının inkişafı müşahidə edilir. Spermatozidlərə rast gəlinir. 
Qızların yumurtalığında folikulların inkişafı sürətlənir. Yeni yetməlik mərhələsi 
oğlanlarda 14-17 yaşadək qızlarda isə 12-16 yaşadək davam edir. III Gənclik 
mərhələsi ikinci cinsiyyət əlamətlərinin sürətlənməsi ilə xarakterizə olunur. BU 
zaman gənc oğlanlarda cinsi əlaqəyə girmək qabiliyyəti yaranır. Qızların 
qanında və sidiyində estrogenlərin miqdarının dəyişməsi hallarına rast 
gəlinir.Gənclik mərhələsinin ikinci yarısında menstruasiyalara hər ay təsadüf 
edilir. Bununlada cinsiyyət tsikli yaranır. Gənclik mərhələsi oğlanlarda 18-21 


yaş qızlarda isə 17-20 yaşadək davam edir. IV ahıl yaş mərhələsi və qocalıq 
dövründə orqanizimdə bütün endokrin vəzilərin o cümlədən cinsiyyət vəzilər 
kəskin dərəcədə zəifləyir. Kişilərdə 45-55 yaşdan başlayaraq androstreonun və 
ələxsus degidroandrosteronun qan plazmasında və sidikdə olan miqdarı tədricən 
enir. Yetmiş yaşında bu hormonların konsentrasiyası xeyli azalır. 
Endokrin vəzilər orqanizmdə mühüm rol oynamalarına baxmayaraq 
nisbətən kiçik ölçülərdə olurlar. Belə ki, bunlardan ən böyüyü olan 
qalxanabənzər 
vəzin 
çəkisi 
30-40qr-dır. 
Endokrin vəzilər sinir sistemi (veqetativ sinir sistemi) ilə sıx əlaqədə olub, 
orqanizmin-neyro-humoral homeostazının tənzimində aktiv iştirak edir. 
Qalxanabənzər vəzi: yaşlılarda daxili sekresiya vəzilərindən ən böyüyü olub
boyun nahiyəsində, nəfəs borusunun önündə, qırtlağın yan tərəflərində yerləşir. 
Qismən qalxanabənzər qəğərdağa söykəndiyi üçün, adı buradan götürülmüşdür. 
Bu vəzi sağ və sol paylardan, köndələn yerləşmiş boğaz hissədən ibarətdir. 30-
35% 
hallarda 
üçüncü 
paya 
– piramidəbənzər paya rast gəlinir. 
Qalxanabənzər vəzin boylama ölçüsü 60,0 mm, eni 40,0 mm, qalınlığı 20,0 mm, 
çəkisi 
30-40 
q-dır. 
Qalxanabənzər vəzin əsas hormonlarına diyod, triyod, tetrayod-tiroksin, tiroksin 
və s. aiddir. Bu hormonlar orqanizmdə gedən maddələr mübadiləsini 
(oksidləşmə, yağların yanması, suyun və kaliumun orqanizmdən çıxarılması) 
sürətləndirir. 
Buna görə qalxanabənzər vəzin bu və ya digər patologiyası, hipo və ya hiper 
funksiyası 
zamanı 
bir 
sıra 
ciddi 
xəstəliklər 
əmələ 
gəlir. 
Belə ki, vəzin hipofunksiyası zamanı miksedema və ya kretinizm (uşaq 
yaşlarda) xəstəliyi baş verir. Maddələr mübadiləsi zəifləyir, apatiya, adinamiya 
halları baş verir, dəri xəmir kimi şişir, ödem (su yığılma) baş verir. Uşaq 
yaşlarda hipofunksiya boyun uzanmasını tormozlayır (cırtdan boy), əqli inkişafı 
və cinsi yetginliyi gecikdirir. Əksinə, vəzin hiperfunksiyası (tireotoksikoz, 
Bazedov xəstəliyi) zamanı mübadilə prosesləri sürətlənir, sinir sistemində 
(xüsusən ali sinir fəaliyyətində) pozğunluq, yrəkdöyünmənin artması 


(taxikardiya), göz almalarının göz yuvalarından önə çıxması (ekzoftalm), bədən 
hərarətinin 
artması 
müşahidə 
olunur. 
Yodun bədəndə çatmazlığı ilə əlağədar digər bir xəstəlik, endemik ur meydana 
çıxır. Bu xəstəlik diyar patologiyası olub, eyni zamanda Azərbaycanın da bir 
sıra dağlıq rayonlarında (Şəki, Zakatala və s.) çox rast gəlinir. Aparılan tədqiqat 
işləri göstərmişdir ki, hətta bu rayonlarda anadan olub, orada yaşamayan 
şəxslərdə və onların övladlarında belə bu xəstəlik müşahidə oluna bilər. Yodun 
çatmamazlığı ilə əlaqədar ifraz olunan hormonların miqdarı qanda azalır və 
əksinə adenohipofizin hazırladığı tireotrop hormonun miqdarı isə artır. Nəticədə 
vəzi hipertrofiya edib böyüyür. Ədəbiyyatda vəzin hətta 2 kiloqrama qədər 
böyüməsi 
halı 
da 
təsvir 
olunmuşdur. 
Qalxanabənzər ətraf vəzilər: 0,5 qr ağırlıqda 4 ədəd cisimciklər olub 
qalxanabənzər vəzinin yan paylarının dalında yerləşir. Bunların uzunluğu 4-8 
mm, eni 3-4mm, qalınlığı 2-3mm-ə bərabərdir. Vəzin kiçik olmasına 
baxmayaraq, orqanizmdəki rolu olduqca böyükdür. Belə ki, onun ifraz etdiyi 
paratireokrin (parathormon) orqanizmdə kalsium və fosfor mübadiləsini tənzim 
edir. Orqanizmdə bu hormonun çatmazlığı qıcolmalara və xəstənin ölümünə 
səbəb 
ola 
bilir. 
Çəngələbənzər vəzi: çəngələbənzər vəzi və ya timus uşaqlıq dövrü vəzilərindən 
olub həddi büluğ dövrünə qədər inkişaf edir. Timus daxili sekrksiya vəziləri 
içərisində xüsusi yer tutur. O, əsas endokri n vəzi olub insan orqanizminin 
birinci limfoid üzvüdür. Timus orqanizmin patogen mikroorqanizmlərdən, yad 
molekullardan müdafiə sisteminin əsasını təşkil edir. Ona görə də o, immun 
sistemin mərkəzi üzvü hesab olunur. Timus döş sinirinin yuxarı kənarından 4-
5sm qabırğaarasına qədər olan sahədə yerləşir. Yeni doğulanlarda çəkisi 10-15 
qrama, 1-5 yaşlarında 23 qrama, 9-15 yaş arasında 38-39 qrama qədər çəkisi 
artır. Müəyyən olunmuşdur ki, bu vəzin inkişafı ilə cinsi yetkinlik arasında sıx 
əlaqə vardır. Prenatal və erkən posnatal dövrlərdə çəngələbənzər vəzi yəni timus 
qanyaradıcı orqan kimi fəaliyyət göstərir. Belə ki, sümük iliyindən gələn 
limfoblastlar bu vəzidə limfositlərə çevrilir. Timus maddələr mübadiləsinə, 


metobolizm prosesinə, hemopoezə, boyun inkişafına, ürək dammar, həzm 
sisteminə təsir edir. O, insanın bütün həyatı dövrü böyrəküstü vəzin aktivliyini 
tənzimləyir. Vəzin çatışmazlığı ilə doğuln uşaqlar pastoz, tosqun, adenonid 
quruluşlu olur, dəriləri solğun, dərialtı Piy toxuması nisbətən yaxşı inkişaf edir, 
tükləri nazik və sıx olur, əzələləri zəif, tonusu az olur, böyları az, boynu qısa, 
dərisi qırışlı olurlar. Belə uşaqlar daim süst, laqeyd, tez yorulan olur, onlarda 
nəfəsvermə normal, nəfəsalma çətinləşir, ona görə də səsləri xırıltılı olur. 
Bunlarda xəstəliklərə meyl daha çoxdur. Çəngələbənzər vəzidə timozin, 
timopoetin, humoral timus faktoru adlı hormonlar, həmçininkarbohidrat 
mübadiləsinə təsir göstərən kalsium və fosforun miqdarını azaldaqan, orqani 
zmin böyüməsini sürətləndirən aktiv bioloji maddələr ifraz olunur. 
Böyrəküstü vəzilər: böyrəküstü vəzilər cüt orqanlar olur, böyrəklərin yuxarı 
ucları üzərində yerləşir. Uzunluğu 4-6sm, eni 2-3 sm, qalınlığı 4-6mm, çəkisi 
11-18qr-dır. Böyrəküstü vəzi xaricdən daxilə döğru lifli kapsula ilə örtülüdür. 
Vəz qabıq və beyin maddədən ibarətdir. Beyin maddəsi adrenalin hormonu ifraz 
edir. Bu da simpatik sinir sistemini oyandıraraq onun vasitəsilə ürək fəaliyyətini 
qüvvətləndirir, qan dmarlarını daraldır və qan təzyiqini çoxaldır. Böyrəküstü 
vəzidə mineralokortikoidlər, aldosteron, dezoksikotikosteron hormonları da hasil 
olur ki, bu hormonlar da mineral mübadiləni tənzim edir. Bu hormonların 
çatmazlığı insanın ölümünə səbəb olan adisson xəstəliyinə səbəb olur. Bu zaman 
dəridə piqment mübadiləsi pozulduğundan dəri bürünc rəng alır. Qabıq maddədə 
həmçinin kartizon, hidrokartizon və s. hormonlar hazırlanır ki, bunlar da 
karbohidrat mübadliləsini tənzimləyir. Həmçinin böyrəküstü vəzidən cinsiyyət 
hormonları 
olan 
androgenlər 
və 
estrogenlər 
xaric 
olur. 
Hipofiz vəzi: bu vəzi 5-11mm uzunluğunda, 0,35-0,65 qram ağırlığında olan 
vəzidir. Vəzi əsas sümüyün türk yəhəri üzərindəki çuxurda yerləşir. Vəzin ön və 
dal payları vardır. Hipofizin ön payının hormonu bədənin inkişaf və 
böyüməsinə, yəni boyatmaya, skeletin və cinsiyyət vəzilərinin inkişafına təsir 
edir. Dal payının hormonu olan pitiutrin isə simpatik sinir sistemi vasitəsilə saya 
əzələlərə təsir edir, qan damarlarını daraldır, qan təzyiqini artırır. Bundan əlavə 


dal payın hormonu su mübadiləsini tənzimləyir. Hipofizin dal payının vəzifəsi 
zəiflədikdə uşaqlarda ifrat piylənmə əmələ gəlir. Bəzən şəkərsiz diabet də 
meydana çıxır. Ön payın vəzifəsi zəiflədikdə isə cırtdan boyluluq və infantilizm 
əmələ gəlir. Ön payın hormonu çoxaldıqda isə qiqantizm vəakromeqaliya 
xəstəliyi əmələ gəlir. 
Mədəaltı vəzinin daxili sekresiya hissəsi: mədəaltı vəzinin daxili sekresiya 
hissəsinə langenhans adacıqları aiddir. Bu adacıqların ifraz etdikləri hormon 
insulin qana keçərək karbo-hidrat mübadiləsini tənzim edir, yəni qaraciyərdə 
toplanan qlikogenin, yəni ehtiyat şəkərin qlükozaya çearilməsinə manə olur. 
Cinsiyyət vəzləri: Cinsiyyət vəzilərinin daxili sekresiya hissəsinə xayaların və 
yumurtalıqların daxili sekresiyası hissəsi aiddir. Cinsiyyət vəzilərinin 
hormonları bədəndə ikincili cinsi əlamətlərin meydana çıxmasına səbəb olur. Bu 
nişanələrə kişilərdə bədənin tüklü olması, bığın və saqqalın çıxması, səsin kobud 
olması və qadınlarda bədəndə tüklərin zəif inkişaf etməsi, dərialtı piy qatının, 
süd vəzilərinin inkişaf etməsi və aybaşı prosesinin meydana çıxması aiddir. 
Yumurtalıqda əmələ gələn sarı cisimdə vəzifə cəhətcə daxili sekresiya vəzilərinə 
aiddir. Bunun ifraz etdiyi hormon – progesteron mayalanmış yumurtanın 
uşaqlıgın selikli qişasına bitişməsinə səbəb olur və hamiləliyin normal keçməsi 
üçün lazım olan bəzi vəzifələri – hamiləlik zamanı aybaşının kəsilməsini və süd 
vəzilərinin inkişafını tənzim edir. 



Yüklə 347,36 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə