Simplified convention



Yüklə 27,67 Kb.
Pdf görüntüsü
tarix17.04.2018
ölçüsü27,67 Kb.
#38905
növüXülasə


 

1

 



 

 

 

Avropa İnsan Hüquqları Konvensiyası və onun protokollarının 

seçilmiş maddələrinin sadələşdirilmiş versiyası

*

 

 

 

Preambulanın xülasəsi 

 

 

Avropa Şurasına üzv dövlətlər insan hüquqları və əsas azadlıqlara əsaslanan sülh və daha 



böyük birlik istiqamətində çalışmalıdırlar.  

Onlar bu Konvensiyanı imzalamaqla Ümumdünya İnsan Hüquqları Bəyannaməsində nəzərdə 

tutulan bir çox hüquqların təmini istiqamətində ilkin addımların atılmasına qərar verirlər. 

 

Maddə 1 – İnsan hüquqlarına hörmət olunması öhdəliyi 

 

Dövlətlər hər kəsin bu Konvensiya ilə nəzərdə tutulmuş hüquqlara malik olmasını təmin 



etməlidir.     

 

Maddə 2 – Yaşamaq hüququ 

 

Sizin yaşamaq hüququnuz var. 



 

Maddə 3 – İşgəncənin qadağan olunması 

 

Heç kimin heç vaxt sizə əzab və ya işgəncə vermək hüququ yoxdur. Hətta saxlanıldıqda belə 



sizin şərəf və ləyaqətinizə hörmətlə yanaşılmalıdır.  

 

Maddə 4 – Köləliyin və məcburi əməyin qadağan olunması 

 

Sizinlə kölə kimi davranmaq və ya sizi məcburi şəkildə işlətmək qadağandır.  



                                                 

*

 



Bu sənəd Kommunikasiya Direktoratlığı tərəfindən hazırlanmışdır. Xahiş olunur nəzərə alasınız ki, bu sadələşdirilmiş versiya 

yalnız tədris məqsədləri üçün nəzərdə tutulur və özünün ilham qaynağını “Amnesti İnternəşnl” və digərləri tərəfindən 

hazırlanmış Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin sadələşdirilmiş versiyasından almışdır. Hüquqi əsası olan mətnlər 

isə yalnız İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsinə dair Konvensiyanın və onun protokollarının rəsmi 

nəşrlərindən əldə edilməlidir.

   



 

 

2



Maddə 5 – Azadlıq və toxunulmazlıq hüququ 

 

Sizin azadlıq hüququnuz var.  



Əgər həbs olunursunuzsa, bunun səbəbini bilmək hüququnuz var. 

Əgər həbs olunursunuzsa, tezliklə məhkəmə qarşısına çıxarılma və ya məhkəməyədək azadlığa 

buraxılma hüququnuz var. 

 

Maddə 6 ‐ Ədalətli məhkəmə araşdırması hüququ 

 

Sizin qərəzsiz və müstəqil hakim qarşısında ədalətli məhkəmə araşdırması hüququnuz var. 



Əgər cinayət törətməkdə təqsirli bilinirsinizsə, təqsiriniz sübuta yetirilinədək təqsirsizsiniz. 

Maddi imkanınız olmadığı təqdirdə xərcləri dövlət tərəfindən ödənilməli olan hüquqşünas 

yardımı almaq hüququna maliksiniz. 

 

Maddə 7 – Qanunsuz cəzalandırılmamaq 

 

Əgər hər hansı əməli törətdiyiniz vaxtda onu qadağan edən heç bir qanun olmayıbsa, həmin 



əmələ görə cinayət məsuliyyətinə cəlb oluna bilməzsiniz.    

 

Maddə 8 – Şəxsi həyata və ailə həyatına hörmət hüququ 

 

Şəxsi və ailə həyatınıza, evinizə və yazışmalarınıza hörmət hüququna maliksiniz.  



 

Maddə 9 – Fikir, vicdan və din azadlığı 

 

Sizin fikir, vicdan və din azadlığı hüququnuz var. Sizin öz evinizdə və ictimai yerlərdə dininizin 



tələblərini yerinə yetirmək və istədikdə dininizi dəyişmək hüququnuz var. 

 

Maddə 10 – Fikri ifadə etmək azadlığı 

 

Sizin məsul şəkildə düşüncələrinizi söyləmək və yazmaq və digərləri ilə məlumat mübadiləsi 



aparmaq hüququnuz var. 

Buna mətbuat azadlığı da daxildir. 

 

Maddə 11 – Yığıncaqlar və birləşmək azadlığı 

 

Sizin dinc mitinqlərdə iştirak etmək və həmkarlar ittifaqları da daxil olmaqla asossasiyalar 



qurmaq və ya onlara qoşulmaq hüququnuz var.  

 

Maddə 12 – Nigah hüququ 

 

Sizin nigaha daxil olmaq və ailə sahibi olmaq hüququnuz var.  




 

 

3



 

Maddə 13 – Səmərəli hüquqi müdafiə vasitələri hüququ 

 

Əgər hüquqlarınız pozularsa, bununla bağlı rəsmi surətdə məhkəmələrə və ya digər dövlət 



orqanlarına şikayət edə bilərsiniz.  

 

Maddə 14 – Ayrı‐seçkiliyin qadağan olunması  

 

Dərinizin rəngindən, cinsinizdən, dilinizdən, siyasi və ya dini baxışlarınızdan, yaxud da etnik 



mənşəyinizdən asılı olmayaraq siz bu hüquqlara maliksiniz.  

 

Maddə 15 – Fövqəladə hallar zamanı məhdudlaşdırma 

 

Müharibə və ya digər fövqəladə hallar zamanı dövlət sizin hüquqlarınızı pozan addımlar ata 



bilər, bir şərtlə ki, bu olduqca vacib olsun. Hətta bu vaxtlarda belə dövlətə sizə işgəncə 

verməyə və ya sizi öldürməyə icazə verilmir. 

 

Maddə 16 – Əcnəbilərin siyasi fəaliyyətinin məhdudlaşdırılması   

 

10, 11 və ya 14‐cü Maddələrin pozulması bahasına olsa belə, dövlətlər əcnəbilərin siyasi 



fəaliyyətlərini məhdudlaşdıra bilər.  

 

Maddə 17 – Hüquqlardan sui‐istifadənin qadağan olunması 

 

Bu Konvensiyada nəzərdə tutulmuş heç bir müddəa bu Konvensiya ilə nəzərdə tutulmuş 



hüquq və azadlıqlara xələl gətirmək məqsədilə istifadə oluna bilməz.  

 

Maddə 18 – Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin həddləri 

 

Bu Konvensiya ilə nəzərdə tutulmuş hüquqların əksəriyyəti hər kəsə tətbiq olunan ümumi 



qanunlarla məhdudlaşdırıla bilər.  

Belə məhdudiyyətlərə yalnız çox vacib olarsa icazə verilir.  

 

Maddə 19‐51 

 

Bu maddələr Avropa İnsan Hüquqları Məhkəməsinin necə işlədiyini izah edir.  



 

Maddə 34 – Fərdi şikayətlər 

 

Əgər sizin bu Konvensiya ilə nəzərdə tutulmuş hüquqlarınız üzv dövlətlərin birində pozulubsa, 



siz əvvəlcə bütün əlaqədar milli qurumlara müraciət etməlisiniz. Əgər bu sizin işinizə 

yaramazsa, onda siz birbaşa Strazbuqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinə 

müraciət edə bilərsiniz.  

 



 

 

4



 

Maddə 52 – Baş Katibin sorğuları 

 

Əgər Avropa Şurasının Baş Katibi tələb edərsə, dövlət öz milli qanunlarının bu Konvensiyada 



nəzərdə tutulmuş hüquqları necə qoruduğunu izah etməlidir. 

 

 



Konvensiyanın Protokolları  

 

1 saylı Protokolun 1‐ci Maddəsi – Mülkiyyətin Müdafiəsi 

 

Sizin mülkiyyət sahibi olmaq və əmlakınızdan istifadə etmək hüququnuz var.  

 

1 saylı Protokolun 2‐ci Maddəsi – Təhsil hüququ 

 

Sizin məktəbə getmək hüququnuz var. 

 

1 saylı Protokolun 3‐ci Maddəsi – Azad seçki hüququ 

 

Sizin gizli səsvermə yolu ilə ölkənizin hökumətini seçmək hüququnuz var. 

 

4 saylı Protokolun 2‐ci Maddəsi – Hərəkət etmək azadlığı 

 

Əgər siz qanuni əsaslarla bir ölkənin ərazisindəsinizsə, həmin ölkə ərazisində hərəkət etmək və 

yaşamaq hüququna maliksiniz. 

 

6 saylı Protokolun 1‐ci Maddəsi – Ölüm cəzasının ləğvi 

 

Siz dövlət tərəfindən ölüm hökmünə məhkum oluna və ya edam oluna bilməzsiniz. 

 

7 saylı Protokolun 2‐ci Maddəsi – Cinayət işlərinə dair hökmlərdən ikinci 

instansiyaya şikayət vermə hüququ 

 

Əgər cinayət törətməyə görə məhkum edilmişsinizsə, sizin yuxarı instansiya məhkəməsinə 

appelyasiya vermək hüququnuz var. 

 

7 saylı Protokolun 3‐cü Maddəsi – Məhkəmə səhvinə görə kompensasiya 



 

Əgər cinayət törətməyə görə məhkum olunmusunuzsa və sonradan təqsirsiz olduğunuz aşkar 

olunubsa, sizin kompensasiya tələb etmək hüququnuz var. 



 

 

5



 

12 saylı Protokolun 1‐ci Maddəsi – Ayrı‐seçkiliyin ümumi şəkildə qadağan 

olunması 

  

Siz, məsələn, dərinizin rəngi, cinsiniz, diliniz, siyasi və ya dini baxışlarınız, yaxud da etnik mənşəyinizə 



görə dövlət orqanları tərəfindən ayrı‐seçkiliyə məruz qala bilməzsiniz.  

 

Yüklə 27,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə