Software testing company



Yüklə 4,9 Mb.
tarix23.09.2023
ölçüsü4,9 Mb.
#123249
slayd arxivator


Fakultə: ATİ
İxtisas : Komputer mühəndisliyi
Fənn: İnformasiya təhlükəsizliyində kodlama və şifrələmmə
Qrup: 4211A1
Tələbə: Tağıyeva Əminə
Müəllim: M. Aidə
Arxivatorlar – arxivlərin yaradılması üçü proqramdır. Arxivlər verilənlərin az yer tutmaqla rahat şəkildə saxlanılması üçün nəzərdə tutulmuşdur. Verilənlər qismində adətən fayllar və qovluqlar nəzərdə tutulur. Buna görə də demək olar ki, hər bir arxivator, eyni zamanda, verilənlərin sıxılması proqramı sayılır. Digər tərəfdən sıxılma əməliyyatı yerinə yetirən hər bir proqram arxivator adlanır. Sıxılmanın effektli olması arxiv proqramı üçün ən vacib xüsusiyyətdir. Yaradımış arxivlərin ölçüsü məhz ondan asılıdır. Arxivi nə qədər kiçik olarsa bir o qədər də verilənlərin saxlanılması üçün yer az tələb olunlar. Verilənlərin sıxılması demək olar ki, hər yerdə çox geniş istifadə olunur.Məsələn, PDF sənədləri bir qayda olaraq özündə sıxılmış informasiya saxlayır. Bir çox EXE fayllar xüsusi proqramlar tərəfindən sıxılmış olur. Multimediya fayıllarının əksəriyyəti (GIF, JPG, MP3, MPG) sıxılmış arxiv fayllarıdır.
Arxiv fayllarının yeganə mənfi cəhəti onlara birbaşa girişin olmamasıdır. Çünki əvvəlcə onları arxivdən çıxarmaq tələb olunur. Bu o qədər də vaxt və sistem ehtiyatı tələb etməsə, adətən arxivatorlardan gec-gec işlədilən faylların, məsələn faylların ehtiyat surətlərinin arxivləşdirilməsi üçün istifadə edilir. Hal hazırda müxtəlif parametrlərə və effektivliyə malik çoxlu sayda arxiv proqramları mövcuddur. Məsələn, onlarla arxiv proqramları vardır ki, ZİP formatında arxivlər yarada bilir. Öz növbəsində, fiziki formatında olan verilənlər də müxtəlif metodlarla sıxıla bilər. Məsələn, Deflate, Deflate64, BZip2. Deflate metodu Müxtəlif sürətlə sıxılma dərəcəsinə malikdir. Bunun köməyi ilə 7-zip arxivatoru ZIP и 7Z Formatında arxivlər yarada bilir.
Hər bir arxivator, Öz xüsusi metodlarından istifadə edərək verilənləri öz formatında arxivləşdirir. Məsələn, RAR arxivatoru arxivləşdirmə zamanı bu və ya digər arxiv proqramlarının üstün cəhətlərindən istifadə edir. Ən sadə halda arxivator, hər hansı bir faylı arxivləşdirir və arxivdən aça bilir. Verilənlərin sıxılma üsullarından əlavə və ən müasir arxivatorlar Əlavə funksiyalara malikdirlər. Bunlara aşağıdakıları aid etmək olar:
— arxivin tərkibinin dəyişdirilməsi;
— arxivin tərkibindəkilərin şifrlənməsi;
— zədələnmiş arxiv hissələrinin bərpa olunması;
— arxivin bir neçə hissələrlə və ya cildlərə bölünməsi; — əmrlər sətrindən işləmə imkanı;
— proqramın qrafiki versiyasının olması;
Arxivatorların müxtəlif funksiyalara malik olmalarından əlavə onları 2 qrupa bölmək olar. Asimmetrik Və simmetrik . Asimmetrik arxivatorlar Arxivin açılması zamanı daha az vaxt və əməliyyat yaddaşı tələb edirlər. Bu da gücü az olan kompüterlərdə verilənlərin arxivdən çıxarılmasına kömək edir. Simmetrik arxivatorlar isə verilənlərin sıxılması və açılması zamanı eyni vaxt və əməliyyat yaddaşı tələb edir. Tanınmış RAR arxivatoru əsasən, assimetrik lüğət çıxma metodundan mətin tipli verilənlər üçün istifadə edir. Simmetrik PPM metodundan istifadə edir.
Buna görə də əməliyyat yaddaşının həcmi az olan kompüterlərdə RAR arxivlərin açılması mümkün olmur. Demək olar ki, bütün sıxma dərəcəsi yüksək olan arxivatorlar, simmetrik olur. İndi isə daha populyar arxivator proqramlarını nəzərdən keçirək. 1. WinRAR Versiya 2.90 Final Windows, Linux, BeOS and DOS-32 əməliyyat sistemlərini dəstəkləyir.
1.WinRAR – Windows üçün nəzərdə tutulmuş RAR arxivatorunun 32-mərtəbəli versiyasıdır. WinRAR 2.90, RAR və ZIP arxivlərindən başqa UUE, GZ, TAR, ARJ, LZH, ACE, CAB, BZIP2, JAR (Java ARchive) və ACE 2.0 arxivlərinin də aça bilir. WinRAR arxivatorunun yüksək sıxma kofisientinə malik orijinal sıxma alqoritmi vardır. Bu da icraedici və mətn fayllarının sıxılmasında müstəsna rol oynayır. Bununla bərabər arxivə əlavə edilən faylların sayı məhdud deyil
2. WinZip Versiya v8.1 Windows, WinNT, Mac əməliyyat sistemlərini dəstəkləyir. İnternetdə ən populyar proqramlardan biridir. ZIP- alqoritm sərbəst şəkildə yüzlərlə proqramlarda işlədilir. Məhz Windows istifadəçiləri üçün WinZIP arxivlərlə işləmək üçün standart proqram kimi qəbul edilir. WinZip arxivatorunun Windows mühitində işlənməsi çox sadədir. WinZIP proqramı ilə az tanınmış ARJ, LZH, ARC, TAR, TAZ, TGZ, Z, GZ, CAB, UUE, XXE, UU, B64, HQX, BHX arxiv formatlarından olan fayllara baxmaq, onları arxivdən çıxarmaq olar. Eyni zamanda Faylların elektron poçt vasitəsilə göndərilməsi, daxili antivirusla yoxlanılması, İnternet brauzerlərlə inteqrasiyası da vardır.
3. WaveZip Versiya 2.0 Windows, WinNT, Mac əməliyyat sistemlərini dəstəkləyir. WaveZIP proqramı yaddaşda çox yer tutan böyük audio WAV fayllarının salınması üçün vasitə kimi yaradılıb. WaveZIP proqramının iş prinsipi çox sadədir. Windows Explorer-də Drag-and-drop funksiyası dəstəklənir. Proqramda Soundspace Audio kompaniyası tərəfindən MUSICompress xüsusi texnologiyası mövcuddur. Burada sıxılma kompresiyası tamamilə ideal baş verir. Çünki, onun işləmə alqoritmi WAV- formatına uyğun optimallaşdırılmışdır. Orta sıxılma dərəcəsi 30-60% təşkil edir.
4. WavPack Versiya 3.92 Windows, WinNT, Mac Əməliyyat sistemlərini dəstəkləyir. Bu arxivator proqramı audiosıxma üçün ixtisaslaşdırılmışdır. WavPack arxivatoru 16/24 bitlik mono və stereo faylları WAV formatında arxivləşdirir. WavPack yüksək sürətə malik olub musiqilərin 25-50 faizlə sıxılmasını təmin edir. Maksimal sıxılma dərəcəsi 87%-dir.
Yüklə 4,9 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə