1
Spora formalı törədiclərlə yoluxmuş heyvan formalarının ərazisi
dezenfeksiya edilırkən neçə %-li natrium-hidroksid məhlulundan
istifadə edilir? A) 1 B) 5 C) 8 D) 10 E) 7
2
Hansı xəstəlik buğdanı, çovdarı arpanı məhv edir? A) Pas xəstəliyi
B) Pirikulyarioz C) Kartof fitoftorası D) Manqo E) Pasterellyoz
3
Pirikulyarioz xəstəliyi nəticəsində hansı məhsulun 80-100%-i məhv
olur? A) Kartof B)Çəltik C) Kök D) Soğan E) Kələm
4
Pas xəstəliyi nəticəsində məhsul itkisi neçə % olur? A) 15 B) 50
C) 25 D )75 E) 85
5
Aşağıdakılardan hansı sinir iflic edici təsirli zəhərli maddələrə
aiddir? A) Zarın, Zoman B) Fosgen, difosgen C) Xlor, sian D)
Sianid turşusu, xlor E) İprit, fosgen
6
Boğucu zəhərli maddələr hansılardır? A) Xlor, sian B) Zarın,
zoman C) Fosgen, Difosgen D) Sianid, iprit E) Xlor, zoman
7
Sinir iflic edən zəhərli maddələr insan və heyvan orqanizminə necə
təsir göstərir? A) Suluq əmələ gəlir B) Damar sisteminin
fəaliyyəti pozulur C) Dəri səthi şişir D) ağızdan tüpürcək axır E)
İrinli yaralar əmələ gəlir
8
Aşağıdakılardan hansı kütləvi qırğın silahlarına aiddir? 1. nüvə
silahı 2. aerozol 3. radiasiya 4. bioloji silah 5. torpedlər 6.
kimyəvi silah A) 2,4,6 B) 1,4,6 C) 1,4,5 D) 1,2,3 E) 2,3,6
9
Şüa xəstəliyi neçə dərəcə olur? A) 1 B) 3 C) 4 D) 5 E)7
10
4-10 kal/sm neçənci dərəcəli yanıqlara səbəb olur? A) 1 B) 3 C)
4 D) Heç biri E) 2
11
Qoruyucu maska radioaktiv tozun neçə %-ni özündə saxlayır? A)
70 B) 50 C) 20 D) 85 E )10
12
Heyvan bədənini neçə dərəcə temperaturlu su ilə yuyaraq
radioaktiv tozdan təmizləyirlər? A) 25-40 B ) 14-26 C) 18-23 D)
12-22 E) 13-17
13
Heyvan bədənini təmizləmək üçün neçə %-li sulfazol məhlulu ilə
təmizləyirlər? A) 0,25 B) 2 C) 5 D) 4 E )9
14
Yer səthinə çatan kosmik şüalanma öz enerjilərinə və tərkibinə görə
neçə qrupa bölünür? A) 2 B) 3 C) 4 D ) 6 E) 10
15
Atmosferdən yer səthinə düşən radioaktiv çöküntülərinə görə neçə
qrupa bölünür? A) 2 B) 4 C) 5 D) 6 E) 3
16
Mülayim şüalar hansı hissəciklərdən ibarətdir? A) proton və alfa
B) proton və neytron C) Elektron və pozitron D) triton və deytron
E) alfa və neytron
17
Güclü ionlaşdırıcı şüaların enerjisi neçədir? A) 22 mev B) 12 mev
C) 9 mev D) 5 mev E) 10-15 mev
18
Şiddətli şüalar hansı hissəciklərdən ibarətdir? A) Deytron və
pozitron B) Elektron və alfa C) Mezon və Proton D) Triton və
elektron
19
Enerji çevrilmələri neçə mərhələdən ibarətdir? A) 1 B) 3 C) 5 D)
4 E )7
20
Canlı orqanizmin hüceyrəsində neçə % su olur? A) 35-40 B )60-
90 C) 25-30 D) 10-15 E) 20-25
21
Enerji çevrilməsinin 2-ci mərhələsində hansı proses gedir? A)
Atomların ionlaşması B) Orqanizmdə bioloji reaksiya gedir C)
Sərbəst radikalların əmələ gəlməsi prosesi D) Orqanizmdə kimyəvi
reaksiya gedir E) Molekulların ionlaşması
22
Enerji çevrilməsinin 3-cü mərhələsində hansı proses gedir? A)
Atomların ionlaşması B) Orqanizmdə bioloji reaksiya getməsi C)
Sərbəst radikalların əmələ gəlməsi D) Orqanizmdə baş verən
kimyəvi reaksiyası prosesi E) Molekulların ionlaşması
23
Enerji çevrilməsinin 4-cü mərhələsində hansı proses gedir? A)
Atomların ionlaşması B) Orqanizmdə bioloji reaksiyası prosesi C)
Sərbəst radikalların əmələ gəlməsi D) Orqanizmdə baş verən
kimyəvi reaksiyalar E) Molekulların ionlaşması
24
Şüa xəstəliyin 1,5-2 həftə davam edən ağırlaşma dövründə
heyvanlarda hansı əlamətlər müşahidə olunur? A) Heyvan iştahdan
düşür, temperatur qalxır B) Süst olur C) Qan azalır D) Qansızma
baş verir E) Temperatur düşür
25
Heyvanlarda ən ağır şüa xəstəliyinin dozası nə qədərdir? A) 250 R
B) 335 R C) 450 R D) 350 E )600 R
26
Aşağıdakılardan hansı radiokimyəvi ekspetiza əməliyyatına aiddir?
1. nümunələrin seçilməsi 2. başlanğıc 3. sağalma dövrləri 4.
radiokimyəvi analiz 5. aerozol A) 2,3,4 B) 1,3,5 C) 1,4 D)
2,3,5 E) 1,2.3
27
Elektoaerozol nədir? A) Çox qütblü əlavə elektrik yükü daşıyan
maye aerozol hissəcikləri B) Cəmdəklərin zərərsizləşdirilməsi C)
İki sözün birləşməsi D) Atom və molekulların ionlaşması E)
Sərbəst radikalların əmələ gəlməsi
28
Aerozol nədir? A) Maye damlalarının və ya bərk hissəciklərin
hava mühitindən asılı vəziyyətdə almasıB) Cəmdəklərin
zərərsizləşdirilməsi C) İki sözün birləşməsi D) Atom və
molekulların ionlaşması E) Sərbəst radikalların əmələ gəlməsi
29
Aerozol dezinfeksiya neçə üsulla aparılır? A) 1 B) 2 C) 3 D) 5
E) 7
30
Şüalanmanın udulan dozasının vahidi nədir? A) Mol B) Kelvin
C) Coul/kq D) Amper E) Kandela
31
Yüksək dispersli aerozol hissəcikləri hansı cihaz vasitəsilə almaq
olar? A) Akselerometr B) Ampermetr C) Barometr D) Aİ-1
cihazı E) Dinamometr
32
Dezinfeksiya sözünün mənası nədir? A) İçmək B) Təmizləmək C)
Getmək D) Bitirmək E) Yoluxmanı rədd etmək
33
Şiddətli şüanın müsbət və mənfi mezon hissəciklərində enerjisi nə
qədərdir? A) 450 mev B) 230 mev C) 120 mev D) 510 mev E)
600 mev
34
Sedimentasiya metodu ilə nə ölçülür? A) Atmosferdən yer səthinə
çökən radioaktiv hissəciklərin aktivliyi. B) Hava axımının
titrəməsi C) Radioaktiv şüalanmanı D) Qüvvəni E) Mayelərin
sıxlığını
35
Aİ-1 cihazının ölçüsü nə qədədir? A) 8kq B) 12kq C) 10,5 kq D)
5kq E) 14kq
36
Aşağıdakılardan hansı baytarlıqda müalicə, proflaktika və
dezinfeksiya vasitələrinin tətbiqi üçün istifadə edilə bilməz? A) Aİ-
1 B) Dinamometr C) UZAA D) PVAN E) PR-045
37
PR-045 cihazının başqa adı nədir? A) UZAA B) Rəng çiləyən C)
Aerozol inqalyator D) Ultrasəs aerozol E) Pnevmatik burulğan
aerozol
38
PR-045 cihazının çəkisi nə qədərdir? A) 700 qr B) 10 kq C) 8kq
D) 422 kq E) 332 kq
39
Şüa xəstəyinin neçə forması var? A) 1 B) 3 C) 4 D) 5 E) 2
40
Radioaktiv şüaların və elementlərin bioloji təsiri barədə
monoqrafiya kim tərəfindən təsdiq edilmişdir? A) Platon B)
Demokritos C) E.S.London D) Socrates E) Thales
41
Rentgen şüasının bitkilərə təsiri, bitki seleksiyasında radioaktiv
izotopların istifadə olunması, onun ətraf mühitə təsir etməsi
neçənci ildə öyrənilmişdir? A) 1934 B) 1923 C) 1673 D) 1930
E) 1845
42
Radioaktiv şüaların maddə ilə qarşılıqlı təsiri zamanı neçə nğv
enerji itkisi ayırd edilir? A) 2 B) 3 C) 5 D) 7 E) 9
43
Aşağıdakılardan hansı radioaktiv elementlərin sırasına aiddir? A)
Təbii və suni B) Şiddətli şüalar və mülayim şüalar C) Başlanğıc və
gizli D) Uran, aktinouran və torium E) Ultraaerozol və
elektroaerozol
44
Partlayıcı maddəsi, doldurulmuş vasitələrdən, bombalardan,
torpedlərdən və.s ibarətdir. Bu sözlər hansı kütləvi qırğın silahına
aiddir? A) Bioloji silah B) Nüvə silahı C)Bakteroloji silah D)
Kimyəvi silah E) Heç biri
45
Yüngül zədələnmələr nə qədər təzyiq altında baş verir? A) 0,2-0,4
kq/sm B) 1-2 kq/sm C) 2-3 kq/sm D) 4-5 kq/sm E) 6-8 kq/sm
46
Bakteroloji silahın əsasını nə təşkil edir? A) Partlayıcı maddə B)
Bomba C) Torped D) Rikketsiyalar E) Nüfuzedici radiasiya
47
Radionukleidlərin torpaqda olan komponentlərlə əlaqə xasəssi
hansı disturla hesablanır? A) P=mg B) A=Nt C) π M + m ↔ πm
+ M D) F=mg E) E= mc2
48
Heyvanların radiasiyaya qarşı hissiyatını müəyyənləşdirmək üçün
hansı anlayışdan istifadə etmək lazımdır? A) Defoliant B)
Desikant C) Latent D) Melioidov E) Pozitron
49
Aşağıdakılardan hansı radiasiyaya həssas olan orqanlar
göstərlmişdir? A) Dəri, gözlər, limfa düyünləri B) Beyin, sümük,
sinir sistemi C) Cinsiyyət vəziləri, əzələlər, dəri D) Dalaq, göz,
böyrək E) Qırmızı sümük iliyi, dalaq, mədə-bağırsağın follikulları,
limfa düyünləri
50
Hansı alim rentgen şüasını qurbağanın hərəkət üzvünə təsiri zamanı
müvəqqəti refleksin uzanmasını müəyyən etmişdir? A) E.London
B) İ.R. Tarakanov C) M. Jukovskiy D) M. Livanov E) N. Kavalev
51
Dəniz üzərində partlayış aparılan zaman onun neçə %-i strosferada
qalır, neçə %-i isə lokal şəkildə çökür? A) 30% və 70% B) 25%
və 75% C) 85% və 15% D) 35% və 65% E) 45% və 55%
52
Aşağıdakılardan hansı şüalanmaya bir qədər az olan orqanlar
göstərilmişdir? A) Dəri, gözlər, davamlı olan orqanlar B) Dalaq,
cinsiyyət vəziləri C) Sümük, böyrəklər D ) Beyin, sinir sistemi
53
Müxtəlif növ şüaların bioloji təsiri nədən aslıdır? A) Hansı
qarışıqda olmasından B) Xaric olma sürətindən C) Daxil olma
sürətindən D) Enerji vermə səviyyəsindən, enerjinin ötürülmə
xəttindən E) Şüalanmanın növündən
54
Radioaktiv izotopların orqanizimdə paylanması növlərinə görə neçə
əsas qrupa bölünür? A) 1 B) 2 C) 3 D) 5 E) 4
55
Hansı alimlər bor atomunu α-zərrəciklərlə mərmiləyən zaman təkcə
neytronlar deyil, eyni zamanda pozitronlar əmələ gəlməsini sübut
etmişdir? A) M.Livanov və P.Makarov B) İ.J.Küri və F.J.Küri C)
M.Jikovski və M.Livanov D) E.London və P.Makarov E)
Q.Nadson və Q.Filipov
56
İti şüa xəstəliyinin birinci dövründə ilk reaksiya neçə gün davam
edir? A) 15-20 gün B) 12-13 gün C) 2-3 gün D) 34-35 gün E) 20-
23 gün
57
Şüalanmış toyuqlarda ilk reaksiya əlaməti hansıdır? A) Kəskin
qusma B) Temperaturun yüksəlməsi C) Çəkisinin azalması D)
Başlarının əsməsi E) Hərəkətin pozulması
58
Qoyun və keçilərdə şüalanmanın gizli dövrü neçə gün davam edir?
A) 1-2 gün B) 3-4 gün C) 4-5 gün D) 10-15gün E) 6-7 gün
59
Şüa xəstəliyinə tutulmuş quşların ölümlə nəticələnməsi adətən,
neçənci həftədə baş verir? A) 2-ci həftə B) 3-cü həftədə C) 4-cü
həftə D) 5-ci həftə E) 6-cı həftə
60
Qisovoy qaz xromotoqrafiyası ilə suda aparılan ümumiləşmiş
müşahidə zamanı dozanın səviyyəsinin neçə olduğunu təyin
etmişdir? A) 1-5 hq/dm2 B) 2-3 hq/dm2 C) 4-5 hq/dm2 D) 6-7
hq/dm2 E) 8-9 hq/dm2
61
Heyvanları LD 50/30 dozada şüalandıran zamanı ilk üç gündə hansı
əlamətləri qeyd olunur? A) İştahanın azalması B) Tənəffüsün
artması C) Oyanma və əsmə D) Huşun itməsi E) Selikli qişanın
axması
62
Atların və eşşəklərin LD 50/30 şüalanması zamanı birinci ikinci
günündə hansı əlamətlər qeydə olunur? A) İştahanın artması,
temperaturun yüksəlməsi B) Tənəffüsün artması, ürək
döyüntülərinin artması C) Qansızma, iştahanın azalması D)
Tüklərin tökülməsi, köklük dərəcəsi artır E) İştahanın azalması,
həyacanlanmanın yüksəlməsi, başda və quyruğun ucunda
qızartıların olması
63
E.S.London siçanlarda apardığı tədqiqatlardan müəyyən etmişdir
ki, baş nahiyyəsində hansı element ilə şüalandıran zaman beyində
funksional və morfoloji dəyişikliklər əmələ gəlir? A) Radium B)
Maqnezium C) Kalsium D) Barium E) Natrium
64
İti şüa xəstəliyinin ikinci dövrünün gizli dövrü neçə həftəyə qədər
davam edir? A) 4-8 həftə B) 3-6 həftə C) 7-10 həftə D) 5-7 həftə
E) 2-3 həftə
65
İti şüa xəstəliyinin inkişafı neçə dövrə bölünür? A) 1 B) 3 C) 4 D)
5 E) 7
66
Tam bölünmə dövrü nədir? A) Radioaktiv elementlərin bəsit
maddəyə çevrilənə qədər parçalanmasına B) Sabitliyin itirilməsi C)
Protonun neytrona çevrilməsi D) Radioaktiv maddələrin
çirklənməsi E) Radioaktiv maddənin yarpaqdan bitkiyə keçməsi
67
Tam bölünmə dövrü nə ilə işarə olunur? A) Alfa B) Lyamba C)
Betta D) Gamma E) Siqma
68
Heyvanlarda şüa xəstəliyi əsasən neçə yerə ayrılır? A) 1 B) 2 C)
4 D) 5 E) 3
69
İti şüa xəstəliyinin yüngül forması neçə R-nin təsirindən əmələ
gəlmir? A) 900-1000 R B) 600-700 R C) 150-200 R D) 500-600
R E) 800-900 R
70
İti şüa xəstələyinin üçüncü dövründə hansı əlamətlər görünür? A)
Qanda eritrositlərin miqdarı artır B) Ürək vurğularının pozulması
C) Təngənəfəsliyin yaranması D) Qəbzlik, selik qişasında qan
sızmaları E) Temperaturun artması
71
Neytrofillərin miqdarı neçə % azalarsa leykopeniya əmələ gələr?
A) 25-45 B) 55-65 C) 50-60 D) 75-85 E) 15-45
72
Historadioavtoqrafiya nədən bəhs edir? A) Radioaktiv izotopların
heyvan orqanizmində dövriyyəyə daxil olmasını B) Şüalanmaya
məruz qalmış orqanlardan hazırlanan materiallarda radioqrafiyanın
aparılması C) Radioaktiv elementlərlə şüalanmış heyvanların
daxili orqanlarında yaranan proseslərin mikroskopiyasını öyrənir.
D) Radioaktiv elementlərin ilk aktivliyini E) Elementlərin gümüş
bromidə təsirini
73
Radioaktiv izotopların toksikliyinin təyin olunması nədən aslıdır?
A) Şüalanmanın növündən B) Xaric olma sürəti C) Daxil olma
sürəti D) Parçalanma müddəti E) Kvantların möhkəmliyi
74
Bütün növ kiçik heyvanlar üçün ölüm dozası neçədir? A) 250 R
B) 430 R C) 350 R D) 1000 R E) 540 R
75
Aşağıdakılardan hansı şüalanmanın udulan dozasının vahididir? A)
Kandela B) Coul/kq C) Mol D) Kelvin E) Amper
76
Neçə dərəcəli dozanın təsirindən heyvanlarda orta dərəcəli kəskin
şüa xəstəliyi yaranır? A) 340-450 R B) 120-210 R C) 332-340 R
D) 200-300 R E) 543-654 R
77
Xəstəliyinin sağalma dövrü şüalanmanın neçənci günü başlayır?
A) 25-30 gün B) 21-23 gün C) 12-20 gün D) 19-20 gün E) 16-18
gün
78
Kənd təsərrüfatı heyvanları LD 50/30 dozada şüalandıran zaman
temperatur neçə dərəcəyə qalxır? A) 41-42 B) 39 C) 38 D) 40 E)
43
79
Aşağıdakılardan hansı xroniki şüa xəstəliyinin əlamətləri
göstərilmişdir? A) İştaha azalır, temperatur yüksəlir B) Nazik
bağırsaqda qan sızma olur C) Sidik ifrazatının artması D)
Orqanların distrofiyası baş verir, qanın əmələ gəlməsi zəifləyir,
heyvan doğumdan kəsilir. E) Ağciyərin iltihabı, ürək
döyüntülərinin zəifləməsi
80
Ditiokaplamat siçanların erkəkləri üçün latent doza nə qədər olur?
A) 2,5 B) 4,0 C) 5,8 D) 3,5 E) 5,0
81
Rentgen şüasının bioloji təsirinə dair topladığı materialı kim
təqdim edilmişdir? A) E.London B) Q. Nadson C) T. Dilipov D)
A. Bekkeri E) M.M.Nemanov
82
Neçənci ildə keçmiş SSRİ- də ABŞ- da, Anqliyada, Fransada və
başqa yerlərdə yeni tədqiqat radiologiya və toksikologiya
institutları yaradıldı? A) 1945 B) 1975 C) 1935 D) 1946 E)
83
Dəniz səviyyəsində zəif ionlaşdırıcı şüa neçədir? A) 99,5 % B)
10% C) 20% D) 35% E) 15%
84
α- zərrəciklərlə azot atomuna zərbə endirildikdə, həmin zərrəciklər
azotun nüvəsinə daxil olaraq oradan protonu vurub çıxarmasını
hansı alim isbat etdi? A)M.O.Jikovski B) E. Rezerford C)
P.O.Makarov D) M.H.Livanov E) V.A.Kirşin
85
İzotop sözünün mənası nədir? A) Nüvə B) Maddə C) Eyni yer D)
Şüa E) Toxuma
86
Şüalanmadan sonra orqanlarda baş verən morfoloji dəyişiklik
əlamətlərinə görə orqanlar neçə qrupa bölünür? A) 2 B) 3 C) 4
D) 6 E) 8
87
Aşağıdakılardan hansı şüalanmaya qarşı həssalığı bir qədər yüksək
orqanlar göstərilmişdir? A) Qırmızı sümük iliyi, dəri B) Göz,
dalaq C) Cinsiyyət vəziləri, sinir sistemi D) Qaraciyər, ağciyər,
ürək E) Limfa düyünləri, beyin
88
İonlaşdırıcı şüalanmanın mühitin maddəsinə təsir effekti neçə yerə
ayrılır? A) 3 B) 5 C) 7 D) 2 E) 9
89
İşləmə prinsipinə görə neçə detektor var? A) 1 B) 3 C) 4 D) 5 E)
7
90
Uran, radium və torium izotopları sırasında torpaqdan bitkiyə ən
çox dövretmə qabiliyyətinə malik olan element hansıdır? A)
Radium B) Berillium C) Magnezium D) Kalsium E) Barium
91
Radioaktiv izotop nədir? A) Suni yolla alınmış element B) Nüvə
parçalanması C) Nüvə şüalanması D) Nüvələrin çevrilməsi E) Öz-
özünə parçalanan izotop
92
Orta çəkisi 20-30 qr olan ağ siçanlara orta toksiki xasəssi hansı
alimlər tərəfindən təyin olunmuşdur? A) V.Ostapçuk və A.Bedelov
B) Liçfilda və Uilkoksona C) N.Kavalev D) E.London və
A.Bedelov E) E.Nejikov və V.Ostapçuk
93
Qevrqievin içməli su barəsində apardığı müşahidələrdən sora suda
DDT-nin miqdarı hər dm3 sahəyə neçə mkqcdüşür? A) 12,5-15
mkq B) 4-5 mkq C) 6,5-7 mkq D) 0,06-0,10 mkq E) 17,5-18,5
mkq
94
A- kateqoriyasının ən çox dozası neçədir? A) 11 B) 13 C) 5 D)
19 E) 17
95
Nişanlanmış atomların köməyi ilə heyvanlarda nəyi müəyyən
etmək olar? A) Qan damarlarında qanın sürətini B) Tənəffüsü C)
Temperaturu D) Ürəyin ritmini E) Çəkisini
96
LD 30/30 dozada şüalanmış donuzların 3-cü həftəsində hansı
əlamətlər müşahidə olunur? A) Mədə-bağırsaq sistemində
pozğunluq B) Bədən temperaturun qalxması C) Bağırsaqda
yaranın olması D) Qansızma E) Heyvanın çəkisinin azalması,
təngənəfəsliyin yaranması, hərəkətin pozulması
97
Hansı xəstəliyin nəticəsində məhsul itkisi 50-100%-ə çatır? A)
Qarayar B) Çiçək C) Vərəm D) Qastrit E) Fitoftora
98
Su quyularını dezinfeksiyası üçün tərkibində neçə % aktiv xlor olan
durulmuş xlorlu əhəng məhlulu işlədilir? A) 10% B) 5% C) 11%
D) 13% E) 14%
99
Radioaktiv sıra nədir? A) Şüaların maddə ilə qarşılıqlı təsiri B)
Atom və molekulların ionlaşması C) Şüalanma dozasının təyini D)
Başlanğıc radioaktiv elementdən başlayaraq son dayanıqlı izotopa
qədər bir-biri ilə genetik bağlı olan elementlər sırası E) Təbiətdə
mövcud olan izotop
100
Təbiətdə təxminən nə qədər izotop mövcuddur? A) 34 B) 35 C)
40 D) 22 E) 150
101
Dozimetriya mədir? A) İonlaşdırıcı şüalanmanın ölçülməsi, qeyd
olunması vasitələri və prinsipləri öyrənir. B) Atom və molekulların
ionlaşması C) Udulan enerjinin miqdarı D) Elektronların
həyəcanlanması E) Su molekullarının dissosiasiyası
102
Radioaktiv şüalanmanın birinci qrupuna hansı maddələr aiddir? A)
Təbii və suni B) Kosmik şüalar və təbii radioaktiv maddələr C)
Pozitron və qamma D) Mezon və elektron E) Aerozol və
ultraaerozol
103
Radiometriya nəyi öyrənir? A) Radioaktiv maddələrin
intezivliklərinin nəzəri və təcrübi yolla öyrənilməsi və şüalanmaya
görə izotopların təyin olunması B) Enerjinin miqdarı C) Atom və
molekulların ionlaşması D) Şüaların maddə ilə qarşılıqlı təsiri E)
Su molekullarının ionlaşması
104
Kosmik şüalar öz mənbələrinə görə neçə qrupa bölünür? A) 1 B) 3
C) 4 D) 5 E) 2
105
B- kateqoriyasının ən çox dozası neçədir? A) 11 BER B) 13 BER
C) 12 BER D) 1,5 BER E) 17 BER
106
Avtoradioqrafik üsulu ilə ilk dəfə hansı alim istifadə etmişdir? A)
A.D.Belov B) E.A.Nejikov C) E.London D) N.A.Kavalev E)
V.P.Ostapçuk
107
Ditiokaplamat siçanların dişilər üçün latent doza nə qədər olur? A)
2,5 B) 4,0 C) 6,9 D) 3,5 E) 5,0
108
M.M.Nemanov neçənci ildə Rentgen şüasının bioloji təsirinə dair
topladığı materialı təqdim etmişdir? A) 1920 B) 1916 C) 1915
D) 1910 E) 1925
109
LD 50/30 və AT 100/30 ilə şüalanmış heyvanlar 1ay müddətində
neçə %-i ölümlə nəticələnir? A) 10% B) 100% C) 20% D) 30%
E) 40%
110
Radioaktiv yodun toksiklik xassəsi ilk əvvəl hansı sekresiya
vəzisini zədələnməsi ilə əmələ gəlir? A) Epifiz B) Hipofiz C)
Böyrəküstü vəzi D) Qalxana bənzər vəzisi E) Mədəaltı vəzi
111
Kəskin şüa xəstəliyi zamanı heyvanda hansı əlamətlər meydana
çıxır? A) Yemdən imtina edir, ürək damar sistemində
çatışmamazlıq olur B) Ağciyərdə iltihab C) Çox yatır, dəridə ağrı
olur D) Hərəkətin pozulması, tüklər tökülür E) Təngənəfəsliyiin
yaranması
112
Hansı üsul ilə heyvanlarda quduzluğu təyin etmək olur?
A)Monoqrafiya B) Radioindikator C) Radioimmun D)
Radiometrik E) Applikat
113
Əgər əldə yenə radioaktiv maddə qalarsa, onda əlləri hansı xüsusi
deraktivləşdirici maddə ilə yumaq lazımdir? A) Silisium B) OP-8
C) Kalsium D) Natrium E) Xlor
114
Ölçüsü 5 mkm olan radioaktiv elementlərin neçə %- i ağciyərdə
saxlanılır? A) 12 % B) 23% C) 20% D) 27% E) 13%
115
Radioaktiv izotop sezum qruppasına daxil olanlardan ən yüksək
bioloji təhlükə yaradan izotop hansıdır? A) Sezium-120 B)
Sezium-190 C) Sezium-180 D) Sezium-137 E) Sezium-140
116
Orqanizmaya daxil olan radiaktiv yod-131 sağlam heyvanların 1 litr
südündə sutka ərzində neçə % xaric olur? A) 1% B) 2% C) 4%
D) 6% E) 8%
117
Aşağıdakılardan hansı ən hərəkətli izotopdur? A) Sezium-137 B)
Kobalt-60 C) Kükürd-140 D) Stronsium-90 E) Kalsium-40
118
Avtoradioqrafik nəyi öyrənir? A) Ağ ləkələrin mənbəyini B)
Heyvanların daxili orqanlarını C) Radioaktiv izotopların heyvan və
bitkilərin müxtəlif hüceyrə və toxumalarda paylanmasını D) Qan
damarlarında qanın sürətini E) Qeyri üzvi birləşmələrin
mübadiləsini
119
Avtoqrafiya üsulu neçə yerə bölünür? A) 3 B) 4 C) 2 D) 5 E) 6
120
Makroavtoradioqrafiya üsulu nəyi öyrənir? A) Heyvan
orqanizmasında dövriyyəyə daxil olmasını B) Şüalanmanın növünü
C) Radioaktiv maddənin miqdarını D) Radioaktiv izotopların
bioloji obyektlərdə gedən dəyişikliyini E) Hüceyrənin quruluşunu
121
Avtoradioqrafiya müayinələrinin tətbiq olunma əhəmiyyəti neçə
qrupa bölünür? A) 3 B) 4 C) 5 D) 7 E) 9
122
Avtoradioqrafiya üsulu ilə nəyi müəyyənləşdirmək olar? A)
İzotopların toxumalarda paylanmasını B) Hüceyrənin quruluşunu
C) Mürəkkəb biokimyəvi dəyişiklikləri D) İzotopların toxuma
daxilinə toplanmasını E) Orqanizimdə gedən şüalanmanın növünü
və şüaların fotoemulsiyada yaratdıqları izlərə əsasən orqanizmadakı
radioaktiv maddənin miqdarını
123
Avtoradioqrafiya üsuldan ilk dəfə hansı alim istifadə etmişdir? A)
E.S.London B) İ.Tarakanov C) M.Jukovskiy D) P.Makarov E)
M.Livanov
124
Mikroavtoradioqrafiya üsulu ilə nəyi müəyyənləşdirmək olar? A)
İzotopların toxumalarda paylanmasını B) Radioaktiv izotopların
toxuma daxilinə toplanmasının qarşısını almaq və həmçinin
hüceyrənin quruluşunu C) Mürəkkəb biokimyəvi dəyişiklikləri D)
Radioaktiv maddələrin aktivliyini E) Şüalanmanın növünü
125
A.D.Belov neçənci ildə iki tərəfli radioavtoqrafiya üsulunu işləyib
hazırlamışdır? A) 1920 B) 1935 C) 1959 D) 1960 E) 1925
126
Radioavtoqrafiya ilə nəyi müəyyən etmək mümkündür? A)
Şüalanmanın növünü B) Ağ ləkələrin mənbəyini C) Şüalanmış
heyvanların daxili orqanlarını D) Radioaktiv elementlərin tətbiq
olunduğu sahələrdə yaratdığı izlərin fotoemulsiyasını E)
Radioaktiv maddələrin aktivliyini
127
A.D.Belov neçənci ildə qan zərdabında zülalın elektrofarez üsulunu
təyin etmişdir? A) 1972 B) 1970 C) 1980 D) 1920 E) 1970
128
Hansı alim heyvanların göz xəstəliyi zamanı applikatların tətbiq
olunma üsulunu işləmişdir? A) A.Bekkerlium B) M.Livanov C)
P.Makarov D) A.D.Belov E) M. Jikovski
129
Bir dəfəlik doza neçə R-dir? A) 25-30 R B) 35-45 R C) 50-100 R
D) 65-80 R E) 20-35 R
130
Sağlam insanların istirahət vaxtı qanın kiçik dövriyyədə neçə S
olur? A) 12-14 S B) 14-16 S C) 15-18 S D) 17-19 S E) 5-6 S
131
Tam müalicə üçün doza neçə R-dir? A) 135-150 R B) 200-2000 R
C) 150-160 R D) 135- 240 R E) 150-210 R
132
Mikrob neçə ölçüdə təyinə oluna bilər? A) 2 B)3 C)5 D)7 E)9
133
Uran elementi neytronlarla şüalandırdıqda davamsız yeni uran
nüvəsi alınması neçənci ildə sübut olunmuşdur? A) 1925 B) 1970
C) 1939 D) 1945 E) 1960
134
Uran nüvəsi bölündükdə ayrılan enerji neçə MEV-ə bərabərdir? A)
123 MEV B) 134 MEV C) 126 MEV D) 200 MEV E) 219 MEV
135
Ot, küləş taylarının ətrafındakı sahələr neçə metr enində
şüalanmalıdır? A) 11-12 B) 4-5 C) 22-25 D) 26-28 E) 17-19
136
Peyini mexaniki sürətdə yığışdırıb xüsusi ayrılmış sahəyə neçə sm
dərinlikdə yerə basdırmaq lazımdır? A) 23-40 sm B) 34-45 sm C)
46-56 sm D) 67-78 sm E) 70-100 sm
137
Dezinfeksiya nədir? A) Yoluxucu xəstəlik törədən mikrobların və
onların töküntülərinin məhv edilməsi B) Suyun zərərsizləşdirilməsi
C) Bitkilərin təmizlənməsi D) Zəhərli maddə E) Heyvanların
şüalanması
138
Latent doza 200 mq/kq olduqda neçə gün müddətində zəhərlənmə
baş verə bilər? A) 2 B) 4 C) 3 D) 6 E) 8
139
Latent doza 1000 mq/kq olduqda neçə gün müddətində zəhərlənmə
baş verə bilər? A) 2 B) 3 C) 4 D) 1 E) 5
140
Latent doza 200-1000 mq/kq olduqda neçə gün müddətində
zəhərlənmə baş verə bilər? A) 1 B) 3 C) 4 D) 5 E) 2
141
Famid erkək heyvanlar üçün latent doza neçədir? A) 30 mq/kq B)
45 kq/mq C) 25 kq/mq D) 15 mq/kq E) 82 mq/kq
142
Famid dişi heyvanlar üçün latent doza neçədir? A) 30 mq/kq B)
45 kq/mq C) 25 kq/mq D) 15 mq/kq E) 66 mq/kq
143
Zəhərli maddələrin orqanizmada toplanması 6,7, fasilə ilə
verildikdə latent doza nə qədər olur? A) 3,5 mq/kq B) 4,5 mq/kq
C) 3,2 mq/kq D) 5,5 mq/kq E) 6,6 mq/kq
144
Bitkilərin yerüstü orqanlarının reaktiv izotoplarla çirklənmə ölçüsü
nədən aslıdır? A) Hava şəraitindən və metroloji vəziyyətindən B)
Bitkilərin dövriyyəsindən C) Torpağın fraksiyasından D) Düşmə
mənbəyindən E) Ətraf mühitdən
145
E.S.London neçənci ildə radioaktiv şüaların və elementlərin bioloji
təsiri barədə monoqrafiyanı təqdim etmişdir? A) 1910 B) 1911 C)
1915 D) 1920 E) 1925
146
Neçənci ildə Moskvada radioaktiv elementlərin toksiki təsiri barədə
elmi tədqiqat institutları fəaliyyət göstərdi? A) 1920 B) 1930 C)
1970 D) 1924 E) 1990
147
Süni radioaktiv izotoplarının alınması hansı alimlər tərəfindən
müəyyən edilmişdir? A) Q.Nadson və T.Dilipov B) İren və Küri
C) M.Nemanov və E.London D) A.Bekri və T.Dilipov E)
Q.Nadson və E.London
148
Neçənci ildə M.M.Nemanov rentgen şüasının bioloji təsirinə dair
topladığı materialı təqdim etmişdir? A) 1992 B) 1996 C) 1916
D) 1970 E) 1990
149
Yumşaq qarışıqlar neçə sm qalınlıqla qurğuşundan keçə bilər? A)
4-5 sm B) 3-4 sm C) 8-10 sm D) 2-3 sm E) 7-8 sm
150
Kosmik şüalar öz mənbələrinə görə neçə qrupa bölünür? A) 1 B) 3
C) 4 D) 5 E) 2
Dostları ilə paylaş: |