A
z
ərb
ay
can
Respublikası D
in
i Q
u
ru
m
la
rl
a
İ
ş
ü
z
rə
Dövlət Komitəsinin
Jurnalı
TARİXƏ BAXIŞ
QƏDİM TÜRKLƏRDƏ VƏ İSLAMDA AXİRƏT İNANCI
Elvin BABAYEV,
AMEA-nm Əlyazmalar İnstitutunun doktorantı,
BDU-nun ilahiyyat fakültəsinin
.
islam ETM-nin elmi işçisi,
babayevelvin90@mail. ru
,
AÇAR SÖZLƏR: qədim türklər, din, axirət inancı, ruh, məzar abidələri.
КЛЮЧЕВЫЕ СЛОВА: древние тюрки, религия, вера в потусторонний мир, дух,
могильные памятники.
KEYWORDS: ancient Turks, religion, belief in the afterlife, spirit, grave monuments.
Yuxarıda mavi göy, aşağıda yağız yer
yaradılanda ikisinin arasında insan oğlu
yaradılmışdır. Əcdadlarım Bumın xaqan,
İstəmi xaqan insan oğlunun üzərində hakim
olmuşlar. Onlar türk xalqının elini, törəsini
qurmuş, inkişaf etdirmişlər...
Or xon Abidələri (Köl Tigin abidəsi)
Qədim türklərin axirət inancıyla bağlı dəqiq və ətraflı məlumatlar kifayət qədər deyildir.
Sadəcə yaxşı və pis ruhların varlığına inandıqlarına olan məlumatlar mövcuddur. Polşalı
türkoloq Edvard Triyarskinin
(Alimin türkologiya sahəsində böyük xidmətləri olmuşdur. Orxon
abidələrindən bir neçəsini şəxsən oxuyaraq tərcümə etmişdir. C. Klausonla birgə bu abidələrin
transkripsiyasını hazırlamışdır. Köl Tigin abidəsinin qırılmış olan bəzi hissələrini də taparaq
oxunmasına nail olmuşdur.)
qonşu xalqlarda da eyni görüşün olduğu səbəbi ilə belə bir qənaətə
gəlmişdir [1, s. 118]. Türk tarixinin əsas hissəsi Çin mənbələri əsasında öyrənilmişdir, qonşu
olmaları və qarşılıqlı təsirlər nəticəsində min illər ərzində bir çox adət-ənənələr oxşarlıq və
eynilik təşkil etmişdir. Bununla yanaşı, yuxarıda on yeddi qat işıq aləminin, yəni cənnətin və
aşağıda yeddi və yaxud doqquz qat qaranlıq aləmin, yəni cəhənnəmin varlığı qəbul edilirdi.
Ortada isə insanların yurdu olan Yer üzünün mövcudluğuna inananlardı. Orxon abidələrində
də bu fikir öz təsdiqini taparaq “Yuxarıda mavi göyün, aşağıda yağız yerin yaradıldığı, ikisi
arasında isə insan oğlunun yaradıldığı” qeyd edilmişdir. Tanrının göyün ən yüksək qatlarında
oturduğu düşünülürdü. Türklər Göy Tanrısına milli bir anlam verərək bağlanırdılar. Abidələrdə
Türk Tanrısı şəklində olan qeydlərdən bu anlaşılsa da, tarixin sonrakı mərhələlərində Türk
Tanrısının universal mahiyyət daşıdığını görmək olur. Onlara görə, yaxşı ruhlar bir quş və ya
böcək kimi uçaraq göyə, cənnətə gedir və şəfaətçi olurdular. Dini mərasimləri din adamı sayılan
“qam”lar idarə edirdilər [2, s. 10]. Bunların hamısı mifoloji yollarla, dastanlar və digər ədəbi
70
Dövht və Din - № 05 (52) Sentyabr - Oktyabr 2017
TARİXƏ BAXIŞ
vasitələrlə çatan bilgilərdir.
Göytürklərin ölümə çox həssas yanaşdıqları bilinməkdədir. Ölüm xəbəri səbəbi ilə hərbi
yürüşlərdən belə geri dönürdülər. Yas mərasimləri çox uzun çəkərdi [3, s. 40-76]. Üzlərini
çərtərək qan çıxarmaq kimi adətləri var idi. Bunu əlləri ilə edirdilər. Hətta yas mərasimlərinə
qatılan əcnəbi qonaqlardan da bunu etməsi tələb olunurdu. Orxon abidələrindən biri olan Köl
Tigin abidəsində Köl Tiginin vəfatı səbəbilə bir çox yerlərdən insanların gəldiyi bildirilir. Onun
ölməsinə görə yas tutulub yuğ mərasimi keçirildiyi həkk olunmuşdur. Çox güman ki, bugünkü
40 və il mərasimləri, eləcə də üz cırmaq halları həmin dönəmlərdən qalmışdır.
Qədim türklərin məzarlarının xarakterik xüsusiyyətləri var idi. Məzarın ətrafı dördkünc
şəklində yastı daşlarla əhatələnirdi. Məzarlar əsasən bir-birilərindən aralı yerləşirdi. Məzarların
üzərinə daş dikilirdi. Bunları tədqiq edən alim Qranöyə görə, həmin daşlar dini əhəmiyyət kəsb
edirdi [4, s. 133]. Bu isə inanc ünsürlərinə olan bağlılığın göstəricisi idi. Türk məzar daşlarında
Göytürklərdən günümüzədək gəlib çatan qoç heykəllərə də rast gəlmək mümkündür. Türkoloq
alim Cengiz Alyılmazm balballar haqqında apardığı tədqiqatlar nəticəsində belə məlum olur
ki, qoç heykəllərin tarixi çox qədimlərə gedib çıxır və Anadoludan Monqolustanadək böyük
coğrafiyanı əhatə edir. Alimin bildirdiyinə görə, Göytürk zamanında bu daşlar əsasən tanınmış
şəxslərin məzarlarına sinədaşı kimi qoyulurdu [5, s. 35]. Qədim türk yurdu olan Göyçə gölü
ətrafında, Qarabağ və Naxçıvanda da qoç heykəllərə rastlanmışdır. Qoç və qoyun motivləri türk
mədəniyyətində bolluq, bərəkət simvolu sayılmışdır. Lakin heç bir zaman totem olmamışdır.
Baxmayaraq ki, bu haqda fərqli görüşlər mövcuddur və totem olduğunu bildirən alimlər
vardır. Lakin çox güman ki, bu totem yox zoolotriya-bir heyvana pərəstiş etmək ola bilər ki,
deməkdir. Bunun da səbəbi əvvəl də qeyd etdiyimiz kimi, qoç və qoyunun bolluq və bərəkət
rəmzi sayılmasından qaynaqlanır. Çünki qədim türklərdə qurd, ondan əvvəlki dövrlərdə isə
buğadan başqa totem ünsürlərinə rast gəlinmir. Digər rast gəlinən heyvan ünsürləri isə totem
mərhələsinə yüksələ bilməmişdir. Hətta qurd belə sonrakı mərhələlərdə totem olmamışdır. Bu
heyvanlarla yanaşı, qədim türklərdə qarğa, dişi maral, tısbağa, əjdaha kimi heyvan ünsürlərinə
də rastlanır. Məsələn, Orxon Yenisey abidələrindən ən məşhurları olan Bilgə Xaqan və Köl
Tigin abidələri tısbağa fiquru üzərində quraşdırılmışdır. Lakin bu heyvana totem deyilməsi
hallarına rastlanmamışdır.
Məşhur “Səyahətnamə” əsərinin müəllifi İbn Fadlan 920-ci ildə türklər yaşayan bölgələrə
səyahət edərək onlar haqqında olan məlumatları öz əsərində qeyd etmişdir. Türklərin dini
inancları haqqında məlumatların əldə edilməsi baxımından bu əsər müstəsna rol oynayır.
Səyyah Bulqar Türk dövlətinə qədər gedib çıxmışdır və qarşılaşdığı bütün türk qövmlərini
oğuzlar adlandırmışdır. Təsadüfi deyil ki, bu səfərdən sonra 921-ci ildə bulqarlar İslamı
rəsmi şəkildə qəbul etmiş və bu baxımdan türk dövlətləri arasında ilkə addım atılmışdır. İbn
Fadlanın bildirdiyinə görə, oğuzlardan biri vəfat etdikdə ona bir otaq böyüklüyündə böyük
quyu qazıb, geyimləri, silahları və özəl əşyaları ilə birlikdə dəfn edərmiş. Bütün bunlar axirət
inancının təzahürü idi. Məzarı ağacla bağladıqdan sonra isə onun üzərində torpaqdan təpəcik
düzəldərmişlər. Bundan sonra isə ölənin var dövlətinin həcminə görə qurbanlar kəsib, yemək
Dövlət və Din - № 05 (52) Sentyabr - Oktyabr 2017
71
A
zər
ba
yc
an Respublikası
Din
i
Q
u
ru
m
la
rla
İ
ş
ü
z
rə
Dövlət Komitəsinin
Jurnalı
Az
ərb
ay
can
R
es
publikası
D
in
i
Q
u
ru
m
la
rla
İ
ş
ü
z
rə
Dövlət Komitəsinin
Jurn
alı
TARİXƏ BAXIŞ
yeyilərmiş. Oğuzlar axirətdə cənnətə gedəcəklərinə inanırdılar. Cənazədən sonra heyvan kəsilib
qurban edilməsi də bu inancın nəticəsi idi. Qurban kəsmə və ehsan vermə ritualı gec yerinə
yetirildikdə din adamı kimi dəyər verdikləri yaşlı bir adam ölü sahibini qurban kəsməyə sövq
edərdi. Çünki ölünün bu minvalla cənnətə daha tez gedəcəyinə inanırdılar. [6, s. 9]. Bu gün
Azərbaycanda da eynilə ehsan vermə ritualı qalmaqdadır. Çox güman ki, bu min illərdən gələn
adət-ənənənin davamıdır.
Onlar ölülərini Göytürklər kimi, paltarlı, silahlı və yanlarında digər şəxsi əşyaları ilə
birlikdə dəfn edirdilər. Məzar otaq biçimində qazılır, tavanı düzəldilir, sonra onun üstünə
palçıqdan qübbəyəbənzər hissə əlavə olunmuşdu. Bu oğuz məzarları ilə Türkiyədə, xüsusilə
də Səlcuqlu dövründə kütləvi şəkildə müşahidə edilən və mütəxəssislər tərəfindən türk çadırına
bənzədilən günbəzlər arasında oxşarlıq vardır. Xəzərarxası türkmənlərin də qəbirlər üzərinə
dümsək kimi şəkillər çəkdikləri və buna “yozka” dedikləri bilinir. Anadoludan Uzaq Sibirədək
uzanan türk qurşağında ictimai həyatın bütün sahələrində eyni adət-ənənələrin mövcudluğu adi
hal kimi qarşılanmalıdır. Bu ərazilər Göytürk imperiyasının nəzarəti altında olduğundan türklər
üçün yuxarıda adlarını çəkdiyimiz ərazilər eyni yurdun əks tərəfləri kimi bilinirdi. Daha sonra
bu torpaqlar digər türk cahangirlərinin zamanında da türklər üçün vahid adlı bir yurd olmuşdur.
Özünü yazdığı məktublarda Mülki-Turan hökmdarı adlandıran Əmir Teymur zamanında da bu
qismən də olsa, eyni əraziləri əhatə edirdi. Anadoluya türklərin Malazgird döyüşündən sonra
gəlməsi nəzəriyyəsi xeyli zamandır ki, öz əhəmiyyətini itirmişdir.
Dəfndən sonra dünyasını dəyişən şəxsin məxsus atları kəsilərək yeyilirdi ki, bu da bütün
türk qövmlərində görünən yuğ aşı və ya ölü aşı (ehsan) adəti idi. Türkiyədə bu adət yüzillər
boyu davam etmiş, indi də mahiyyəti dəyişmədən kənd, qəsəbə, hətta şəhərlərdə yaşayır.
Oğuzlar eyni zamanda əsas türk ellərində olduğu kimi, yuğ aşında yeyilən atların başlarını,
ayaqlarını və dərilərini məzarın üstündəki payalardan asırdılar. Onların inamına görə, ölü
cənnətə ətləri yeyilən, dəriləri payalardan asılan bu atlarla gedəcəkdir. Belə olmadığı təqdirdə,
ölü cənnət səfərini piyada başa vurmaq məcburiyyətində qalacaqdır [7, s. 67]. Günümüzdə
Anadolu və Azərbaycanda da bu dünyadan köçən insana məclis keçirilərək ehsan verilir. Bunlar
hamısı qədim türk inanclarının qalıntılarıdır. Anadoluda buna “ölü aşı” və ya “can aşı” deyilir.
Azərbaycanda da yas mərasimlərində aş verilsə də, bunun məxsusi adı yoxdur.
Qədim türklərin günümüzə qədər gəlib çatan inanclarından biri də camaat halında qəbir
ziyarətidir. Türklər ölülərini dəfn etdikləri yerlərə sin, qəbir, kəsənə, məşhəd, balbal və s. adlar
versələr də, əsasən həmin yerləri məzar və ya məzarlıq adlandırırlar. Orxon abidələrində bu,
balbal şəklində qeyd olunur. Ziyarət edilən yer mənasına gələn məzar və məzarlıqlar bütün
türk dünyasında ölənin anım günlərində və ya dini bayramlarda günlərində insanlar tərəfindən
toplu şəkildə ziyarət edilməkdədir [8, s. 4]. Maraqlı bir nüansı qeyd etmək yerinə düşərdi.
Orxon vadisində tapılmış türk tarixinin vəsiqələri olan bu əsərlər yerli sakinlərin uzun illərə
söykənən adət-ənənələrinin yaşaması sayəsində qorunaraq günümüzə gəlib çıxa bilmişdir.
Abidələrin ətrafında yaşayan insanlar bu yerlərə dəyər vermiş və zaman-zaman ziyarət edərək
diqqət göstərmişlər. Həmin yazılı abidələr də bir növ ölən şəxsin xatirəsini ədəbiləşdirmək
72
Dövlət və Din - № 05 (52) Sentyabr - Oktyabr 2017
TARİXƏ BAXIŞ
üçün qoyulmuşdur. Bu gün həmin məzarüstü daşlar Türkiyə hökuməti tərəfindən ciddi
şəkildə mühafizə olunur. Orada Xöşö-Saydan muzeyi yaradılaraq qorunur. Muzeyin işçiləri
Türkiyə dövlətindən maaş alırlar. Abidələr UNESCO tərəfindən mədəni isə siyahısına da daxil
olunmuşdur.
İslamın inanc prinsiplərinə görə axirət son, sonra olan və son gün mənalarını bildirir.
Öldükdən sonra bütün bəndələrin düşəcəyi və əbədi qalacağı ikinci aləm hesab olunur.
Dünya həyatında edilmiş əməllərin, söz və davranışların nəticələrinin qiymətləndiriləcəyi
zamandır. Axirətə inanmaq İslamın iman şərtlərindən biridir. Axirətə inanmaq məsələsindən
İslam qaynaqlarında bəhs olunur, müsəlmanların diqqətinə çatdırılır. Belə ki, axirət məfhumu
Qurani-Kərimdə m üxtəlif yazılarda 110 yerdə keçməkdədir. “Əl-yəvmül-axir” (son gün), “ən-
nəşətül-axira” (son yaradılmış) yaxud “yəvmül-qiyamə” (qiyamət günü), “yəvmüd-din” (cəza
və mükafat günü), “yəvmül-hisab” (hesab günü), “yəvm ül-hasrə” (peşmanlıq günü) bunlardan
bəziləridir [9, s. 101].
Allah-Təala içində yaşadığımız bu dünyanı və üzərindəki bütün varlıqları müvəqqəti
yaratmışdır. Bir gün dünya və dünyadakı bütün insanlar, canlı və cansız bütün varlıqlar yox
olacaqdır. Dağlar, daşlar, yerlər, göylər parçalanacaq (Qaria, 4-5), Allahdan başqa bütün aləmin
sonu çatacaqdır. Bu hadisələrin meydana gəldiyi gün Quranda qiyamət günü (Qiyamə, 1)
deyə adlandırılır. Qiyamət günündən sonra Allahın təqdir etdiyi bir zamanda insanlar yenidən
dirildirilərək qəbirlərindən çıxarılacaq və “məhşər” deyilən düz bir sahədə (Hicr, 25) Allahın
hüzurunda, dünyada etdiklərinin hesabını vermək üçün toplanacaqlar (Casiyə, 26). Haqq-hesab
bitdikdən sonra bir qisim insanlar yaxşı əməlləri səbəbiylə cənnətə, digərləri isə pis əməllərindən
dolayı cəhənnəmə girəcəklər.
İdrak mümkün olmayan, insan biliyi xaricində qalan şeyə də qeyb deyilir. Bir şeyin qeyb
olması Allaha görə deyil, insanlara görədir. Çünki Allahdan gizli qalan heç bir şey yoxdur.
O, qeyb və şəhadət aləmini bilir. (Həşr 22) Qurana görə varlıqlar iki qisimdir: Qeyb aləmini
meydana gətirən - görülməyən və idrak edilməyən varlıqlar; şəhadət aləmini meydana gətirən-
görülüb, idrak edilən varlıqlar. Qeyb aləminə aid varlıqlar iki qisimdir:
1. Bir qisminin dəlili yoxdur.Varlığını ancaq Allah bilir, duyğu üzvləri ilə idrakı mümkün
deyildir. “Qeybin açarları onun yanındadır, onları ondan başqası bilməz” (Ənam, 6:59) [10].
2. Bir qisim varlıqlar isə idrak edilə bilməz, ancaq varlıqları dəlillərlə anlaşıla bilər. Allahın
sifətləri, axirət, cənnət və mələklər kimi. Bu cür qeyb xəbərləri peyğəmbərlərə vəhy yolu ilə
bildirilir. Onlar da ümmətlərinə çatdırırlar. Möminlər özlərinə vəhy yolu ilə bildirilən qeybə
aid xəbərlərə inanmaq məcburiyyətindədirlər. Mömin inanan insan deməkdir. Bu xəbərlərə isə
inanmamaq küfrdür.
İslama görə axirət dünya həyatının ardıdır. Dünya həyatına bənzəyir, lakin müxtəlif
mərhələlərdən və hallardan ibarətdir. Qurani-Kərimdə Həzrət Nuh, Həzrət İbrahim, Həzrət Yusif,
Həzrət Musa, Həzrət İsa və digər peyğəmbərlərin axirət inancları, xüsusilə vurğulanmışdır.
Məsələn, Nisa surəsinin 136-cı ayəsində,
“Kim Allaha, mələklərinə, kitablarına
peyğəmbərlərinə və axirət gününə inanmazsa, uzaq bir zəlalətə düşmüşdür”
buyurulur.
Dövlət və Din - № 05 (52) Sentyabr - Oktyabr 2017
73
A
zər
ba
yc
an Respublikası
Din
i
Q
u
ru
m
la
rla
İ
ş
ü
z
rə
Dövlət Komitəsinin
Jurnalı
A
zər
b
ay
can
Respublikası
D
in
i Q
u
ru
m
la
rla
İ
ş
ü
z
rə
Dövlət Komitəsinin
Jurnalı
TARİXƏ BAXIŞ
Qurani-Kərimin ifadələrinə görə, dünya həyatı bir oyun və əyləncə, axirət həyatı isə ölümsüz
aləm (darul-qərar) və Allahla görüşmə yeridir. (Ənkəbut 64, Mömin 39; Hədid 20) [10]
Dünya həyatının fani, axirət həyatının isə əbədi olması, qiyamətin nə zaman qopacağı,
axirətin necə başlayıb davam edəcəyi isə yalnız müqəddəs kitab və hədis işığında öyrənilə bilər.
Qurani-Kərimdə “Mülk” surəsinin 2-ci ayəsində bildirilir:
“O ki, hansınızın əməlcə daha yaxşı
olduğunu sınamaq üçün ölümü və həyatı yaratdı. Axı, O, qüdrətlidir, bağışlayandır”.
Hər
insan bu həyatda imtahana çəkilir. Sonda hamını itaətkar və ya asi, adil yaxud zalım, yaxşı, ya
da pis olaraq Allahın hüzuruna çıxacaqlar. Dünya həyatındakı haqsızlıqların, həddi aşmalarının
cəzasının verilməsi və edilən yaxşılıqların mükafatlandırılması üçün divan qurulacaq. Bütün
insanlar bir-biriləri ilə hesablaşacaq, haqlı və ya haqsız ayırd ediləcək, əməlinə görə qarşılıq
veriləcəkdir. Qurani-Kərimdə də ilahi ədalət divanının qurulacağı və insanların dünyada
işlədiklərinin qarşılığını görəcəkləri ilə bağlı ifadələrə rast gəlirik. “Casiyə” surəsinin 21-22-
ci ayəsində buyurulur:
“Yoxsa pis əməllər edənlər güman etdilər ki, onları, iman gətirib
yaxşı işlər görənlərlə bir tutacağıq, onların həyatları və ölümləri eyni olacaq? Onlar necə
də pis mühakimə yürüdürlər! Allah göyləri və yeri haqq-ədalətlə yaratmışdır ki, hər kəs
qazandığına görə əvəzini alsın. Və onlara heç bir haqsızlıq edilməz”.
Axirət həyatı qeybə məxsus bir mövzu olduğu üçün ağıl və müşahidə ilə bilgi əldə etmək
mümkün deyil. Bu mövzuda Quran və hədislərə söykənərək danışmalıyıq. Günümüzdə də
başda Xristianlıq və Yəhudilik olmaqla, bəzi dinlərdə axirət inancı vardır. Bu da insanlığın
axirətin varlığı mövzusunda ortaq bir fikrə sahib olduğunu göstərir.
ƏDƏBİYYAT
1.
Edvard Trujarski. Türkler ve Ölüm (tərcümə edən: Hafizə Ər). İstanbul: 2012.
2
.
Çubukçu İbrahim Agah. Türk İslam Kültürü Üzerinde Araştırmalar ve Görüşler. Ankara:
1987.
3.
Taşağıl Ahmet. Göktürkler. Ankara: 2012.
4
.
Ögel Baheddin. İslamiyetten Önce Türk Kültür Tarihi. Ankara: 1984.
5.
Alyılmaz Cengiz. Gürcistandakı Türkler ve Türk Eserleri. Ankara: 2012.
6.
Tufan Gündüz. Bozkırın Efendileri. İstanbul: 2012.
7.
Faruq Sümər. Oğuzlar (Türkmənlər) (tərcümə edən: Ramiz Əskər). Bakı: 2013.
8
.
Harun Güngör. Geleneksel Türk Dininden Anadoluya Taşınanlar. Yaşayan Eski Türk
İnançları. Bilgi Şöleni: Bildiriler. Ankara: 2007.
9.
Xəlil A. Mahmud Kaşqarlmm “Türk dillərinin divanı kitabfi’nda ədəbi mətnlər. Bakı:
2001
.
10
.
Qurani-Kərim (Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsi). Bakı: 2014.
74
Dövlət və Din - № 05 (52) Sentyabr - Oktyabr 2017
TARİXƏ BAXIŞ
Эльвин Бабаев
ВЕРА В ПОТУСТОРОННЙ МИР У ДРЕВНИХ ТЮРКОВ
АННОТАЦИЯ
Как и в любом обществе, в древнем тюркском обществе существовало много
нюансов, связанных с верой в загробную жизнь. Это проявляет себя в погребенных
памятниках и траурных церемониях. Могилы округлялись плоскими камнями квадратной
формы. В основном могилы были расположены далеко друг от друга. Принесение
животных в жертву после похорон также является формой проявления данной веры.
Elvin Babayev
BELIEF IN THE AFTERLIFE OF ANCIENT TURKS
ABSTRACT
As in any society, in ancient Turkic society there were also many nuances associated with
belief in the afterlife. This manifests itself in buried monuments and mourning ceremonies. The
graves were rounded with flat stones o f square shape. Most o f the graves were located far apart.
The sacrifice o f animals after the funeral is also a form o f expression o f this faith.
Dövlət və Din - № 05 (52) Sentyabr - Oktyabr 2017
75
A
zər
b
ay
can
Respublikası D
in
i Q
u
ru
m
la
rla
İ
ş
ü
z
rə
Dövlət Komitəsinin
Jurnalı
Dostları ilə paylaş: |