Təqdimat: Cabbar Qaryağdıoğlu



Yüklə 0,9 Mb.
səhifə1/3
tarix26.05.2022
ölçüsü0,9 Mb.
#87970
  1   2   3
CabbarQaryağdıöglu

Təqdimat:Cabbar Qaryağdıoğlu

Hazıladı:Mehdıyeva Nəzrin

Cabbar İsmayıl oğlu Qaryağdıoğlu

Cabbar İsmayıl oğlu Qaryağdıoğlu-xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti . Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri.

Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır.

Həyati

  • Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.
  • Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir.

Yaradıcılığı

  • Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. Onun köhnə qrammafon vallarını səsləndirdikdə adam o dəqiqə hiss edir ki, belə bir qüdrətli səs, temperamentli üsullar, müxtəlif formalı çətin zəngulələr vuran yalnız Cabbar Qaryağdıoğlu ola bilər. O, major muğamları oxumaqda da mahir idi. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırır, kədərini, qəmini unutdururdu. Cabbar ilk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində alıb. O, on yaşında ikən şəhərdəki məktəbə daxil olur, müəllimi Mirzəli Zeynalabdin oğlundan musiqi elmini və fars dilini öyrənir. 16 yaşında ilk dəfə müəllimi ilə getdiyi toyda tarzən Cavadbəyin müşayiəti ilə "Kürdü-Şahnaz" oxuyur, zil və təravətli səsi ilə təkcə dinləyiciləri deyil, musiqiçiləri də məftun edir. 
  •  Qoca xanəndə Hacı Hüsü onun alnından öpüb, "Gələcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaqdır" deyir. Bu hadisədən sonra məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) Cabbarı rəhbərlik etdiyi sazəndələr dəstəsinə qəbul edir. Cabbar bu dəstə ilə Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilən "Xeyriyyə gecəsi"ndə "Heyratı" oxuyur. Azərbaycanda ilk Şərq konserti 1901-ci ilin yayında Ə.Haqverdiyevin rəhbərliyi altında Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilmişdir. Konsertdə Cabbar Qaryağdıoğlu böyük ifaçılıq qabiliyyəti göstərərək, Azərbaycan şairləri ─ Məhəmməd FüzuliMolla Pənah VaqifQasım bəy ZakirSeyid Əzim Şirvani və Xurşidbanu Natəvanın qəzəllərini doğma ana dilində ilham və məhəbbətlə oxumaqla, xanəndəlik sənətində yeni bir mərhələ açmış, muğamatın geniş xalq kütlələri içərisində yayılmasına böyük köməklik göstərmişdir. Şuşadakı ilk Şərq konsertindən sonra Azərbaycanın digər şəhərlərində, xüsusilə də Bakıda XX əsrin ilk illərindən başlayaraq Şərq konsertləri verilirdi. 1902-ci ilin yanvarında "Kaspi" qəzeti belə bir məlumat vermişdi: "Yanvarın 11-də, cümə günü Hacı Zeynalabdin Tağıyevin teatrında məşhur Qarabağ aşığı Nəcəfqulunun və xanəndələrdən Qaryağdıoğlu Cabbarın, Bakılı Seyidin, Şəkili Ələsgərin və Keçəçi Məhəmmədin iştirakı ilə Bakıda birinci Şərq konserti olacaqdır". Konsertin birinci şöbəsində artıq bütün Qafqazda bir xanəndə kimi məşhur olan Cabbar Qaryağdıoğlu "Mahur" oxumuşdu. "Kaspi" qəzeti yazırdı: "Cabbar "Mahur"u çox gözəl oxudu, tamaşaçılar onu uzun müddət mahir bir xanəndə kimi alqışladılar".
  • Mütəxəssislərin fikrinсə, sonralar da "Mahur"u Cabbar Qaryağdıoğlu kimi misilsiz məharətlə oxuyan ikinci bir xanəndə olmamışdır. Qocaman xanəndəmiz Xan Şuşinski deyirdi: "Mahur Cabbar ilə getdi" 1902-ci il yanvarın 23-də tamaşaçıların xahişi ilə yenə də Tağıyev teatrının binasında ikinci Şərq konserti oldu. Cabbar Qaryağdıoğlu "Heyratı" oxumaqla dinləyicilərə dərin təsir bağışladı. 1903-cü il yanvarın 27-də həmin teatrın binasında üçüncü Şərq konserti təşkil edilir. Bu konsertə hazırlıq daha yaxşı idi. Küçələrə afişalar vurulmuş, konsertə gələnlər üçün proqramlar nəşr olunmuşdu. Konsert əvvəlkilərə nisbətən daha geniş, rəngarəng və maraqlı idi. Cabbar Qaryağdıoğlu tarzən Mirzə Fərəc Rzayevin və kamançaçı Məşədi Qulunun müşayiəti ilə "Bayatı-Qacar" muğamını məharətlə ifa etmişdi. Konsertdə olmuş bir rus jurnalisti yazırdı: "Əgər mən antreprenyor olsaydım, heç fikirləşmədən dünənki ifaçıları Peterburqa aparardım. Onlar orada müvəffəqiyyətlər qazanardılar. Onları dinləməyə gələr, dinlər və ağlardılar…". Yeri gəlmişkən qeyd edək ki, Cabbar Qaryağdıoğlunun həmin konsertlərdə istifadə etdiyi qaval hazırda Milli Azərbaycan Tarixi Muzeyindədir. Qoz ağacı və balıq dərisindən hazırlanmış bu qavalı tarzən Qurban Pirimovun qızı Tamara xanım 1967-ci ildə Muzeyə hədiyyə etmişdir. Cabbar Qaryağdıoğlu 1905-ci ildə Gəncə şəhərində məşhur xanəndə İslam Abdullayevin vasitəsilə tanış olduğu tarzən Qurban Pirimov və kamançaçı Saşa Oqanezaşvilidən ibarət ikinci bir musiqi üçlüyü yaradır. 

Xanəndə "Heyratı"nı qrammafon valına 1906-cı ildə yazdırmışdır. Eyni zamanda onun ifasında olan "Ovşarı" muğamı da yüksək ifaçılıq məharətindən və onun səsinin qeyri-adi gücündən xəbər verir. Təsadüfü deyildir ki, Cabbar Qaryağdıoğludan sonra bu günə qədər bu muğamı hələ heç kəs oxumağa cürət etməmişdir. Onu "Şərq musiqisinin peyğəmbəri" adlandırırdılar. Doğrudur, Cabbar Qaryağdıoğludan əvvəl bizim musiqi tariximizdə ŞahquluMirzəhüseynHacı HüsüMəşədi İsiSəttarMirzə MəmmədhəsənƏbdülbaqiBülbülcan kimi klassik xanəndələrimiz olmuşdur. Lakin onların heç biri xalq musiqisini Cabbar Qaryağdıoğlu qədər dərindən bilməmişlər. Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur.

Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş, öz gözəl ifası ilə onları məftun etmişdir. O, yaradıcı sənətkar idi. Bir muğamı 2–3 saat, bəzən isə böyük məclislərdə 4 saat belə oxuyardı. O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. O, şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağı tövsiyə edərdi: "Səs və gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan. Yeməyinə, yatmağına fikir verməlisən. Xanəndə çox yeməməlidir. Qarınqululuq oxumağın düşmənidir. Gündə ən azı 10 saat yatmalıdır".


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə