Творчество. Epos studies and saga making ülkər Nəbiyeva Bakı Dövlət Universiteti (Azərbaycan)



Yüklə 267,28 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü267,28 Kb.
#68357


70 

 

EPOSġÜNASLIQ VƏ DASTAN YARADICILIĞI.  ЭПОСОВЕДЕНИЕ И ДАСТАННОЕ 



ТВОРЧЕСТВО.  EPOS STUDIES AND SAGA MAKING 

 

Ülkər Nəbiyeva 

Bakı Dövlət Universiteti (Azərbaycan) 

 

OĞUZ EPOSUNDA QƏHRƏMANLIQ ƏNƏNƏLƏRĠ 

 

Açar sözlər: «Kitabi-Dədə Qorqud», cəngavərlik, qəhrəmanlıq, Basat, Təpəgöz, 

Beyrək, Qazan, oğuz eli 

 

Oğuz  eposunun  ümumi  məzmun  çevrəsində  mühüm  yer  tutan,  demək  olar  ki,  bütün 



eposdan  qızıl  xətt  kimi  keçən  süjetlərdən  biri  də  cəngavərlik  ənənələri  ilə  bağlıdır.  Bu,  təkcə 

«Kitabi-Dədə  Qorqud»  üçün  yox,  ümumtürk  eposu  üçün  baĢ  və  ana  süjetdir.  Təsvir  edilən 

hadisələrin  böyük  qismi  bilavasitə  türk  qəhrəmanlıq  və  alplıq  ənənəsinin  qüdrətini  sonrakı 

nəsillərə  çatdırmaqda,  epik  düĢüncənin  baĢlıca  istiqaməti  olaraq  qalmaqdadır.  X.H.Koroğluya 

görə, oğuz eposunun baĢ qəhrəmanı xalq olduğu kimi, onun formalaĢma və inkiĢaf tarixinin ən 

yaddaqalan  səhifələri  də  oğuz  qəhrəmanlığının  cəngavərlik  tarixi  ilə  sıx  bağlıdır  (2,  s.121).  Bu 

ənənələr türk eposunu təkcə gözəlləĢdirmir, onun epik yaddaĢdakı yerini əbədiləĢdirir. Eyni za-

manda türk qəhrəmanlığının məzmun mahiyyətinin açıqlanması oğuzların tarixin çətin dönəmin-

dəki  durumunu,  yaĢamaq  və  dünyaya  yayılmaq,  mədəni  dəyərləri,  yüksək  əxlaqi  keyfiyyətləri 

formalaĢdırmaq prosesini, bir sıra baĢqa milli-mənəvi, etik-estetik və əxlaqi dəyərləri öyrənmək 

cəhətdən önəmlidir. 

Eposda  cəngavərlik  ənənələrinin  hüdudu  geniĢdir.  Bu,  xüsusi  bir  mahiyyət  daĢıyıb, 

ümumilikdə  türk  qövmünün,  həyat  yə  yaĢayıĢının  qorunmasına  xidmət  edir.  Tarixin  müxtəlif 

mərhələlərində  yaranan,  özünü  təsdiqləyən,  müəyyən  coğrafi  məkana  yiyələnən,  yaxud  bu 

məkanı  məskunlaĢdıran,  onu  abad  edən,  oğuz  elinin  maddi-mənəvi  Ģərəfini  qorumağa  borclu 

olan bu cəngavərlik ənənəsi özü də birdən-birə yaranıb formalaĢmamıĢdır. Zaman-zaman türkün 

gündəlik  həyat  təcrübəsində  formalaĢmıĢ,  onun  mənəvi  dəyərlərinin  birləĢməsində  meydana 

çıxıb inkiĢaf etmiĢdir. Cəngavərlik həyatı çevrəsini Ģərti olaraq belə ümumiləĢdirmək olar: oğuz 

eli  qəhrəman,  cəngavər  formalaĢdıran  bir  mühitə  malikdir.  Bunun  üçün  cəmiyyətdə  əsaslar  da 

mövcuddur. Hər bir xanın, qəbilə, tayfa baĢçısının cəmiyyət qarĢısındakı  borcu dünyaya övlad 

gətirmək, ona uĢaq  yaĢından müxtəlif döyüĢ sirlərini öyrətmək, onu  gələcək döyüĢlərə hazırlıq 

ruhunda tərbiyə etməkdir. Buna bir xüsusiyyəti də əlavə etmək olar ki, gələcək cəngavərlər hər 

an  düĢmən  həmləsini  gözləməli,  ona  cavab  verməyə  hazır  olmalıdırlar.  Oğuz  elində  hətta  buna 

hazırlığın ən arxaik detalı özünü göstərir. Müəyyən yaĢa qədər igidlərə ad qoymurlar, gözləyirlər 

ki,  cavanlar  igidlik  göstərsin,  həmin  Ģücaətə  görə  də  ona  ad  verilsin.  «Dirsə  xan  oğlı  Buğac  xan 

boyını bəyan edər, xanım, hey!»də belə bir advermənin Ģahidi oluruq. DöyüĢ meydanında buğa ilə 

təkbətək  qalan  Dirsə  xanın  oğlu  Ģücaət  göstərir.  Onu  öldürmək  istəyən  buğanın  əvvəlcə 

hücumunun  qarĢısını  alır,  sonra  isə  onu  yerə  yıxıb  baĢını  kəsir.  Epizoda  diqqət  yetirək:  «Oğuz 

bəyləri gəlüb, oğlan üstünə yığnaq oldular, təhsin dedilər. «Dədəm Qorqud gəlsün, bu oğlana ad 

qosun, biləsincə alub, babasuna varsun. Babasından oğlana bəglik istəsün, təxt alı versün» dedilər. 

Çağırdılar. Dədəm Qorqut gəlür oldı. Oğlanı alub babasına vardı… 

…Bayandır xanın ağ meydanında bu oğlan cəng etmiĢdir. Bir buğa öldürmüĢ sənin oğlın, 




71 

 

adı Buğac olsun. Adını bən verdüm, yaĢını Allah versün, - dedi» (3, s.36). 



Dirsə  xan  oğlu  epik  düĢüncədə  uĢaqlıqdan  qəhrəmanlıq  göstərib  ad  alan,  bəylik  taxtına 

yüksələn  oğuz  igididir.  Onun  sonrakı  cəngavərliyi,  oğuz  elini  qoruması  eposda  görünməsə  də, 

qəhrəmanın  cəngavər  kimi  tərbiyəsinin  qədimdən  el  arasında  mövcud  olma  faktı  burada  aydın 

Ģəkildə  əks  olunur.  Demək,  cəngavərlik  ənənəsi  tərbiyəsinin  baĢlıca  yolu  göründüyü  kimi, 

cəmiyyətin  öz  vətəndaĢlarını  gənc  yaĢlarından  qəhrəman  kimi  yetiĢdirmə  görüĢlərini  formalaĢ-

dırmasıdır.  Etnik  düĢüncədə  bu  eyni  zamanda  çoxpilləliyi  ilə  səciyyələnir.  Əgər  birinci  pillə 

övladsızlığa son qoymaq, müxtəlif yollar və vasitələrlə övlad əldə etməkdirsə, ikinci pillə onun 

hələ uĢaqlıqdan – gənc yaĢlarından qəhrəman və cəngavər kimi tərbiyə olunmasıdır. 

Türk epik düĢüncəsində qəhrəmanın uĢaqlıqdan zülmətdə saxlanılması, xəmir xörəkləriylə 

bəslənilməsi, döyüĢ fəndlərinə yiyələnməsi, qılınc oynatma və atçapma vərdiĢlərini öyrənməsi də 

xüsusi pillə kimi diqqəti cəlb edir. 

Cəngavərlik  ənənələrinə  yiyələnmənin  baĢqa  bir  yolu  savaĢ  elminə  döyüĢ  meydanında, 

Ģöhrətli  qəhrəmanların  yanında  yiyələnmədir.  Oğuz  eposunda  bu  nümunəni  Qazan  xan  oğlu 

Uruzun  Ģəxsində  görmək  mümkündür.  Qazan  bəy  istəyir  ki,  Uruz  ox  atsın,  at  çapsın,  düĢmən 

baĢı kəssin, eli müdafiə etsin. Ancaq Uruz təcrübəsizdir. O, hətta oğuz elini düĢməndən qoruya 

bilmir, acizlik göstərir, əsir düĢür. DüĢmənlə üz-üzə qaldığı, Ģücaət göstərməli olduğu məqamda 

Qazan  özünü  yetirir,  bütün  əsirləri  varidatla  birlikdə  düĢmən  əlindən  alıb  geri  qayıdır.  Bu 

döyüĢdə  Uruz  fəal  iĢtirak  edir.  DöyüĢ  sirlərinə  daha  dərindən  bələd  olur  (3,  s.42-51).  Əgər 

cəngavərlik sirlərinə gənc yaĢlarında yiyələnən bir sıra qəhrəmanlar, məsələn, Buğac xan, Aruz 

oğlu Basat və baĢqaları eposun sonrakı boylarında təkrar qəhrəmanlıqlar nümayiĢ etdirmirlərsə, 

Uruzun qəhrəmanlığının sonrakı mərhələsi daha baĢqa bir boyda tamamlanır. 

«Salur  Qazan  tutsaq  olub  oğlı  Uruz  çıqardığı  boyı  bəyan  edər»də  (3,  s.116-122).  Uruz 

qəhrəmanlığının yeni keyfiyyətləri ilə tanıĢ oluruq. Əvvəla, bir daha qeyd etmək lazımdır ki, bu 

boy  eposun  sonrakı  dövr  yaradıcılıq  mərhələsində  yaranmıĢ,  oğuz  etnik  yaddaĢında  bir  qədər 

solğunlaĢmıĢ,  müxtəlif  təsəvvür  və  görüĢlərlə  qaynayıb  qarıĢmıĢdır.  Həmin  boy  Qazana  oğuz 

elində  birmənalı  olmayan  yaddaĢ  kodunun  yeni  açmasıdır.  Bu,  Oğuz  tarixinin  xronoloji 

ardıcıllığını təhrif edən, onun xronoloji durumunu pozan görüĢləri əks etdirən hadisələr əsasında 

yaranmıĢdır.  Həm  də  müəyyən  dərəcədə  neqativləĢmiĢ  Qazan  obrazının  ozan  improvizəsində 

yeni  transformasiyası  kimi  diqqəti  cəlb  edir.  Qazana  qarĢı  oğuz  elində  formalaĢan  təzadlı 

münasibətin  məhsuludur.  Eyni  zamanda  bu,  Beyrəyin  Aruz  qocadan  alınan  qisasından  sonrakı 

mərhələdə  oğuz  elində  Qazana  qarĢı  yaranan  soyuq  münasibətin  məntiqi  yekunudur.  Süjetin 

quruluĢunda  da  bir  pərakəndəlik  özünü  göstərir.  Buradakı  hadisələrə  görə  Uruz  hələ  kiçik 

yaĢlarında  olanda  Qazan  bəy  düĢmən  təkurunun  əsirinə  çevrilmiĢ,  onu  xilas  etmək  üçün  Oğuz 

elindən  dalınca  gedən  olmamıĢdır.  Bizə  belə  gəlir  ki,  bu  epizod,  Bayandır  xan  idarəçiliyinin 

sarsıldığını,  oğuz  elində  bəylərbəyinin  mövqeyinin  pozulduğunu  göstərir.  Oğuzun  dörd  «üzü 

niqablı»  cəngavərlərindən  biri  olan  Beyrək  kimi,  Qazan  da  dustaq  edilib  aparılır,  Oğuz 

qəhrəmanları  bunu  laqeydliklə  müĢahidə  edirlər.  Burada  oğuz  qəhrəmanlarının  laqeydliyi  epik 

düĢüncədə  oxĢar  paralellər  formalaĢdırır.  Hər  iki  oğuz  cəngavəri  öz  laqeydliyinin  qurbanına 

çevrilir. Əgər Beyrəyi təkur qızının qarĢılıqlı Ģəkildə dəyərləndirilməyən məhəbbəti xilas edirsə, 

Qazanın  ölümdən  xilası  yeni  cəngavərlik  modelinin  formulları  hesabına  baĢ  tutur.  Belə  ki, 

improvizatorçu  ozan  bu  boyu  yaradarkən  «atalar-oğullar»  süjetinin  türk  epik  təfəkküründə 

rekonstruksiyaya  uğrayan  variantını  yeni  improvizəyə  daxil  edir:  Atasının  düĢmən  əlində  əsir 




72 

 

olduğundan  təsadüfən  xəbər  tutan  Uruz  fakt  təsdiqləndikdən  sonra  Qazanın  arxasınca  gedir. 



Burada baĢqa bir detala da diqqət yetirmək vacibdir. Əgər eposun baĢqa bir boyunda qardaĢının 

düĢmən əlində əsir olduğunu bilən Səgrək onun dalınca özü tək gedirsə (3, s.110-115), Uruz bəy 

atasının  dustaq  olma  xəbərini  bildikdən  sonra  təkurun  qalasına  hücum  etmək  qərarına  gəlir. 

Onun  bu  qərarı  bütün  oğuz  elinə  yayılır:  «…Ittifaqla  tanıĢıq  qıldılar.  Cəmi  bəglərə  xəbər  oldı: 

«Uruz  babasına  gedər,  yarağla  gəlün!»  -  dedilər.  LəĢkər  dirildi,  gəldi.  Alp  Uruz  çadırların 

açdırdı, cəbbəxanasın yüklətdi. Qaragünə çəribaĢı oldı. Borı ağırdıb köçdilər. Yola girdilər. 

Yol  üzərində  kafərin  Aya  Sofyası  vardı.  KeĢiĢlər  bəklərdi.  Ğayət  carb  kəlisaydı.  Atdan 

enüb tacir tonun geydilər. Bazırgan surətində qatır-dəvə çəkdilər, gəldilər. 

Kafərlər  gördülər,  gələnlər  tacirə  bənzəməz;  qaçdılar,  qələyə  girdilər,  qapuların  yapdılar. 

Bürcə  çıqub  «Kimlərsiz?»  -  dedilər.  Bunlar  ayıtdı:  «Bazırganlarız»,  dedilər.  Kafərlər  «yalan 

söylərsiz» deyü taĢa tutdılar. Uruz atdan endi.» (3, s.119-120). 

DüĢmən eli üzərinə bütün oğuz cəngavərləri hücum edir. Böyük bir talan baĢlayır. Burada 

etnik  düĢüncəyə  məxsus  baĢqa  bir  süjet  özünü  göstərir.  Ata-oğul  döyüĢ  meydanında  üz-üzə 

gəlirlər.  Tanınma  məqamı  yenə  ata  tərəfdə  qalır.  Bir-birini  tanıdıqdan  sonra  ata-oğul  birləĢir, 

düĢmən təkurunun qalasını talan edib Oğuz igidləri ilə birlikdə geri qayıdırlar. 

Burada  təbii  ki,  Uruz  atası  Qazanın  arxasınca  gedərkən  bütün  oğuz  cəngavərləri  onun 

ətrafına  cəmləĢirlər.  Bu  həmrəyliyin  müəyyən  səbəbləri  ola  bilərdi.  Əgər  birinci  halda  oğuz 

igidlərinin  Uruzun  ətrafında  birləĢməsi  onun  cəmiyyətdəki  nüfuzu  ilə  bağlı  idisə,  ikinci  halda 

Qazan  bəyin  sarsılmıĢ,  yaxud  sarsıdılmıĢ  nüfuzunun  bərpası  idi.  Qazana  oğuz  elinin  ehtiramı, 

onun böyük bəylərbəyiliyi qarĢısında etirafı idi.  

Burada Uruz cəngavərliyinin  bir sıra  arxaik  detalları  da açıqlanır. Uruz  Oğuz  eposu üçün 

ənənəvi  Vətən,  torpaq,  el  müdafiəsi  dəyərləri  uğrunda  mübarizələrə  baĢladığı  bir  zaman  kəsi-

mində  atasının  dustaqlığından  xəbər  tutur.  O,  cəngavərlik  əxlaqına  yüksəldiyi  məqamda  döyüĢ 

Ģöhrətinin  ilk  hekayətinə  atasını  dustaqlıqdan  azad  etməklə  baĢlayır.  Türkün  belə  bir  məntiqi 

boyda  həqiqət  kimi  təsdiqlənir  ki,  cəngavərlik  doğmalara,  onların  hüquq  və  azadlıqlarına  qarĢı 

yönələn  məhdudiyyətlərin  sarsıdılması,  sındırılması  və  ləğv  olunmasından  sonra  baĢlayır.  Öz 

doğmasının,  ailəsinin,  qardaĢı  və  atasının  azadlığını  qoruya,  bərpa  edə  bilməyən  cəngavərdən 

elin,  ulusun,  tayfanın  maraqlarını  qoruyub  mühafizə  edəcəyini  ümidi  gözləməyin  əsası  yoxdur. 

«Kitabi-Dədə  Qorqud»dakı  alplıq  və  cəngavərlik  əxlaqının  tarixi  köklərində  türk  estetik 

düĢüncəsinin dərin qatlarından süzülüb gələn bu dəyərlər dayanırdı. 

Oğuz  eposunda  cəngavərlik  əxlaqının  baĢqa  bir  möhtəĢəm  qaynağı  da  özünü  göstərmək-

dədir. Bu, epik silsilədə nəzəri cəlb edən yalnız bir obrazın – Aruz oğlu Basatın Ģəxsində cəm-

lənir. 

Basat kimdir, onun taleyində, cəngavərlik zirvəsinə yüksəlməsində hansı dəyərlər üstünlük 



təĢkil  etmiĢdir?  Məlumdur  ki,  Basatın  cəngavər  kimi  formalaĢması  onun  həyatında  baĢ  verən 

qeyri-adi bir hadisə ilə əlaqələndirilir.  

Göründüyü  kimi,  eposun  daha  qədim  boylarından  olan  səkkizinci  boyda  –  «Basat  Dəpə-

gözü öldürdigi boyı bəyan edər, xanım hey!»də əski nağıl süjetlərindən birinin yenidən iĢləndiyi 

özünü göstərir. ġir,  aslan, qurd südü ilə böyümək, tərbiyə olunmaq ənənəsi dünya nağıllarında 

rast  gəldiyimiz  məĢhur  süjetlərdəndir  (1,  s.49).  Bütün  eyni  məzmunlu  hadisələrdə  bu  ənənə 

əsasında  tərbiyə  olunan  qəhrəmanlar  yenilməz  cəngavər  kimi  yetiĢib  meydana  çıxırlar.  Milli 

nağıllarımızda,  o  cümlədən,  «ġirbala»,  «ġirzadın  yenilməzliyi»  nağıllarında  Ģir  südü,  aslan  və 




73 

 

canavar  südü  ilə  böyüyüb  tərbiyə  edilən  qəhrəmanlar  uĢaqlıqdan  cəngavər  kimi  yetiĢir,  cəmiy-



yətə  asanlıqla  qayıdır,  doğmaları  ilə  qısa  müddətdə  ünsiyyət  tapa  bilirlər.  Ancaq  Basatla  bağlı 

mənzərə bir qədər fərqlidir. Epik yaddaĢdan məlum olur ki, Basat düĢmən hücumu zamanı köç-

dən düĢüb qalır. Oğuz elindən Aruzdan baĢqa heç kim onu xatırlamır. Üstündən xeyli keçəndən 

sonra oğuzlar çox  güman  ki, torpaqlarını iĢğal edən  düĢməni  geri  oturdub  yurda  qayıdırlar. Elə 

bu  vaxt  itkin  uĢaqla  rastlaĢırlar.  Aruz  qocanın  ürəyinə  damır  ki,  aslan  binətli  bu  cavan  onun 

oğludur. Ənənəvi nağıl süjetlərindən bəllidir ki, adətən belə «körpə uĢaqları» adları çəkilən vəhĢi 

heyvanlar qoruyub hifz edir, onları öz südləri ilə qəhrəman kimi böyüdürlər (1, s. 72-74).  

Dünya  eposlarında  bütün  hallarda  «hifz  etmə»  xilaskarlıq  funksiyalarına  daxildir.  Bu 

funksiyalar  isə  fövqəlbəĢər  güclə  istiqamətlənir  və  böyük  gələcəyə  malik  cəngavərlərə  Ģamil 

edilir.  Məsələn,  naxır  ayağına  atılmaqla  ölümə  məhkum  edilən  ZərdüĢtü  oküz  ayaqları  arasına 

alıb  hifz  edir  (4,  s.131).  Dünya  nağılçılığı  və  qəhrəmanlıq  eposunda  bu  hadisə  tez-tez  təkrar 

olunur,  belə  qüvvələr  tərəfindən  hifz  edilən  uĢaqları  gələcəkdə  uğurlu  tale  gözləyir  (1,  s.31). 

Amma  oğuz  eposunda  «mühafizə  edilmiĢ»in  cəmiyyətə  qayıdıĢı  o  qədər  də  asan  olmur.  Basatı 

oğuza  qaytarırlar,  ancaq  o  duruĢ  gətirib  burada  qala  bilmir,  yenidən  aslan  yatağına  qayıdır. 

Aruzun aslan südü ilə böyüdülmüĢ oğlunun oğuza qayıtması yalnız ona Dədə Qorqud tərəfindən 

ad  qoyulmasından,  insan  olması  ilə  bağlı  həqiqətin  ona  Dədə  Qorqud  tərəfindən  izah 

edilməsindən  sonra  baĢ  verir  (3,  s.98).  Dədə  Qorqudun  bu  öyüdündən,  ad  qoymasından  sonra 

Basat Oğuza qayıdır, bir daha elini tərk etmir, oğuz bəyləri içərisində yaĢamağa baĢlayır. 

Oğuz  elinə  fəlakət  gətirəcək  Təpəgözə  qarĢı  Basat  etnik  yaddaĢda  epikləĢir.  Əgər  Təpə-

gözün  doğuluĢu,  -  cəmiyyətə  gəlməsi  qeyri-adi  doğuluĢdursa,  Pəri  ilə  Sarı  Çobanın  zinasının 

nəticəsidirsə,  Basat  daha  qüdrətli  qaynaqla  bağlıdır.  Köç  zamanı  itkin  düĢərək  fövqəlbəĢər 

qüvvənin himayəsi ilə aslanla rastlaĢmıĢ, mifik güc və qüvvətə malik aslan südü ilə böyümüĢdür. 

Onun  soykökündə  daha  yenilməz  bir  qüdrət  mövcuddur.  Əgər  Pəri  qız  Təpəgözün  barmağına 

üzük taxmaqla ona güc verirsə, Basata da Dədə Qorqud ad verərkən basılmazlıq bəxĢ etmiĢdir. 

Basatın gücü bizcə, daha qüdrətli və yenilməz idi. Eposda Təpəgözlə qarĢılaĢmadan sonra bütün 

epizodlarda – bunlar çox az görüntülər olsa da, Basatın basılmazlığı özünü təkrarlayır. Bu basıl-

mazlıq isə ona xilqətdən Dədə Qorqud vasitəsilə bəxĢ edilmiĢdir. Xilaskarlıq funksiyası vermək, 

bunu  ad  qoymaqla  bağlamaq  baxımından  Dədə  Qorqudun  özünün  yeni  açıqlanmalara  ehtiyacı 

vardır. Ona bəxĢ edilən basılmazlıqda eyni zamanda xilaskarlıq funksiyası özünü göstərir. Elin 

ən qüdrətli igidlərini qarĢısında zəbun edən (3, s.93), Qazan bəyin əlindən zorla yaxa qurtardığı 

Təpəgözü öldürüb oğuz elini xilas edən Basat təbii ki, qeyri-adi gücə malik idi. Onun biləyinin 

gücü, aslan südü ilə, Dədə Qorqud duası ilə bərkimiĢdi. Öz xeyir-duası və müqəddəs kəlamı ilə 

Dədə Qorqud Aruz oğluna təkcə ad verməmiĢdi, eyni zamanda xilqətdən ona güc və uzun ömür 

diləmiĢdi. Bu cəngavərin daha bir əxlaqi keyfiyyəti üzərində də dayanmaq yerinə düĢərdi. Belə 

ki, o, oğuz elindən uzun müddət ayrı düĢsə də, ondan kənar mühitdə böyüsə də, doğma elinə və 

oğuz  tayfasına  dərin  məhəbbəti  var.  Oğuz  hekayətlərinin  heç  birində  onun  el  içində  hansısa 

təkəbbürlü, xoĢagəlməz hərəkəti nəzərə çarpmır. Hətta Təpəgözü məğlub edəndən sonra da oğuz 

elindən heç nə istəmir. «At basuban, qan sümürən» (3, s.98) Basatda oğuza qayıtdıqdan sonra bu 

xüsusiyyətlərin heç biri nəzərə çarpmır. Gətirdiyi əsiri sonuncu övladı əvəzinə gözüyaĢlı anaya 

verəndə Basat elinin halına ürəkdən acıyır, ancaq düĢmən üzərinə gedərkən heç kəsdən kömək 

ummur, köməyini yenə Tanrıdan gözləyir. Təpəgöz soruĢanda ki, «…Qurtuldınmı? Basat aydır: 

Tənrım qurtardı» - deyir» (3, s.101). DöyüĢün sonrakı məqamlarında da Basata yenə fövqəlbəĢər 




74 

 

qüvvələr kömək əlini uzadır. 



Eposda Basatın cəngavərliyi ilə insanlara məhəbbəti çarpazlaĢıb yenilməz qüvvəyə çevrilir. 

Pəri  qızın  Təpəgözün  barmağına  taxdığı  üzüyün  sehrini  sındırır,  Tanrı  ona  qapısı  olmayan 

yerlərdən yol açır.  

«Kitabi-Dədə Qorqud»da cəngavərlik ənənələrinin digər qədim izləri də nəzərə çarpır. Bu 

da türklərin tarixi cəngavərlik həyatı və əxlaqı ilə bağlı görüĢləridir. Daim at belində, döyüĢlərdə, 

qarĢıdurmalarda  həyat  sürən,  çöllərdə,  vadilərdə  gün  keçirib  özünə  güzəran  quran  türk  daim 

düĢmən əhatəsində olduğundan tarixən cəngavər kimi doğulmuĢ, beləcə yaĢamıĢ, qəhrəmanlıqla 

da  həyatını  baĢa  vurmuĢdur.  Eposun  ayrı-ayrı  boylarında  düĢməndən  qisas  almağa  gedərkən 

oğuzun yekdil cəngavərliyi aydın nəzərə çarpır. Istər Qazanın evini qaytarmaq, istərsə də oğuz 

eli  üzərinə  digər  kafir  düĢmən  hücumları  zamanı  ayrı-ayrı  dəstə  baĢçıları  döyüĢə  atılır,  vətəni 

böyük fədakarlıqla mühafizə edirlər.  

Oğuz qəhrəmanları üçün ən uca və müqəddəs vətən torpağıdır, onun uğrunda Ģəhidlik isə 

ulu  dəyərdir.  «Beyrəyin  öldüyü»,  «Salur  Qazanın  evinin  yağmalandığı»,  «Salur  Qazanın  oğlu 

Uruz tərəfindən dustaqdan azad edildiyi» və «Bamsı Beyrək» boylarında oğuz cəngavərləri ağır 

döyüĢlər  aparır,  çoxlu  tələfat  verir,  ancaq  son  məqamda  öz  məqsədlərinə  qovuĢurlar.  Əgər 

Beyrəyin dustaq edilib aparılması zamanı oğuz eli böyük tələfat verirsə, Qazan bəyin köməyinə 

yetən  oğuz  bəyləri  düĢməni  demək  olar  ki,  bütünlüklə  qılıncdan  keçirirlər.  Burada  elliklə 

cəngavərlik  nəzərə  çarpır.  «Kitabi-Dədə  Qorqud»da  fərdi  qəhrəman  və  ya  cəngavər  yoxdur. 

Bütün  oğuz  eli  qəhrəmandır.  Dünya  xalqlarının  heç  birinin  etnik  düĢüncəsində  oğuz  eposunda 

olduğu qədər kütləvi və qüdrətli qəhrəmanlığa təsadüf edilmir. Buradakı cəngavərlik oğuzların 

tarixi qaynaqlarından, onun keĢməkeĢli taleyindən, məiĢətindən və cəsur təbiətindən irəli gəlir. 

Bütün  bunlar  isə  eposda  oğuz  elinin  tarixi  cəngavərlik  ənənələrini  davam  etdirdiklərini, 

onları nəsildən-nəslə ləyaqət və Ģərəflə ötürdüklərini göstərir. 

 

ƏDƏBĠYYAT 

1.

 

Андреев Н.Р. Указатель сказочных сюжетов по системе Аарне, Л.1979 



2.

 

X.H.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. B., 1999 



3.

 

«Kitabi- Dədə Qorqud» (tərtib, transkripsiya, sadələĢ. variantın müəllifi F.Zeynalov və S.Əlizadə) .Б., 



1988 

4.

 



Зораастрийкая мифология. М., 1994 

 

Улькер Набиева 



Бакинский государственный университет (Азербайджан) 

 

ГЕРОИЧЕСКИЕ ТРАДИЦИИ В ОГУЗСКОМ ЭПОСЕ 

 

Р Е З Ю М Е 

 

В  «Китаби-Деде  Коркуте»  привлекают  внимание  героические  традиции.  Это  составляет 



основной  сюжет  общетюркского  эпоса.  Исследование  героических  традиций  огузов  создает 

обширное впечатление о геройствах и доблестях огузов с древних времен. 



Ключевые слова: «Китаби-Деде Коркут», доблесть, геройства, Басат, Тепегѐз, Бейрек, 

Газан, страна огузов  

 


75 

 

Ulker Nabiyeva 



 Baku State University (Azerbaijan) 

 

HEROIC TRADITIONS IN THE OGHOUZ EPOS 

 

S U M M A R Y 

 

Heroic traditions in “Kitabi-Dede Gorgoud” (“A Book about Dede Gorgoud”-trans.) attract the 

attention. This is a main subject specific to all Turkic epos. Investigation of the heroic traditions of 

Oghouzs creates a great impression about the heroism and valour of the Oghouzs from the ancient times. 



Key words: “Kitabi Dede Gorgoud”, valour, heroism, Basat, Tepegirz, Beyrak, Gazan, land 

of Oghouzs 

 

Yüklə 267,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə