iş haqqında məlumat
Vəzifənin adı: C`est Bon Kuryer
İş yeri: Bakı, Azərbaycan
Müqavilənin müddəti: Uzun müddətli
İş rejimi: Bazar ertəsi - Cümə saat 09.00 - 16.00
Şənbə - saat 10.00 - 16.30
Məvacib: Aylıq məvaciv + bonuslar+gələcək biznesdə pay + təhsil üçün imkanlar
Vəzifənin məqsədi: C`est Bon şirkətinin xidmətlərini yüksək səviyyədə müştərilərə çatdırmaq
Missiyamiz
C`est Bon “fast food” şirkətinin əsas missiyası hər hansı bir kimyavi elementlərin və konservantlarını əlavə etmədən təzə və yüksək keyfiyyətli sendviçlərini istehsal eləməkdir.
Fəaliyyətimiz
C`est Bon şirkəti sendviç, salat və müxtəlif çür təzə meyvə şirələrini hazırlayır və Bakı şəhərində və yaxın olan rayonlarda fəaliyyət göstərən şirkətlərə və təşkilatlara çatdırır.
C`est Bon-nun prinsipləri
-
Keyfiyyətli və təzə yemək hazırlamaq
-
Təmiz və sanitar qaydalara riayiyət etmək
-
Yüksək səviyyəli xidmət göstərmək
-
Əlverişli qiymət təqdim etmək
-
Cəmiyyət qarşısında məsuliyyət daşımaq
Vəzifələr:
-
Müştərilərin sifarişlərini ünvanlara çatdırmaq;
-
Müştərilərə şirkət haqqında məlumat vermək və onları maraqlandıran digər sullara aydınlıq gətirmək;
-
Müştərilərə menyu haqqında və istifadə olunan texnologiyalar haqqında bütün suallara aydın və dolğun cavab vermək;
-
Müştərilərdən alınan pulu qəbul etmək və Müştəri Xidmətləri üzrə Koordinatora təhvil vermək;
-
Qəbul olunmuş sifarişləri müştərilərə vaxtında və səmərəli çatdırmaq;
-
Müştərilərin təklif və narazılıqlarını qeydiyyat etmək və onları Müştəri Xidmətləri üzrə Koordinatora çatdırmaq;
-
C`est Bon şirkətinin biznes məqsədlərinə nail olmaq;
-
C`est Bon şirkətinin qarşısında duran problemləri vaxtında və uğurla aradan qaldırmaq;
-
Bütün iclas və işlə bağlı görüşlərdə iştirak etmək;
Namizəd üçün zəruri keyfiyyətlər:
-
Azərbaycan və Rus dilləri bacarığı
-
Bakı şəhərini, biznes və hökümət təşkilatların yerləşməsini yaxşı bilmək
-
Yüksək məsuliyyətlilik
-
Ünsiyyətcillik və komandada işləmə bacarığı
Məvacib və digər faydalar:
-
Məvacib uğurlu namizədin bacarığı əsasında təyin olunacaq. Məvacib hər ayın axırı verilir. İşçinin uğurlu fəaliyyətindən asılı olaraq məvacib ildə iki dəfə artılacaq
-
Iş vaxtından artıq (overtime) fəaliyyət vaxtı məvacib 1.5 vurulacaq
-
Il ərzində 21 gün və rəsmi bayramlar günü məzuniyyət
-
Professional inkişaf üçün imkanlar
-
Bütün işçilər biznes və sahə üzrə professional treyninqlər ilə təmin olunurlar
Müraciət etmək:
Bütün namizədlər CV ilə birgə cestbonazerbaijan@yahoo.com email ünvanına 8 aprel 2007 cı il saat 19:00 kimi göndərməlidirlər.
Sənədləri C`est Bon kafesinə təhvil verməkdə olar. Bizim kafe:
Bakı ş., İstiqlaliyyət küç 43-də (Skazka şirniyyət evin yanı) yerləşir.
Tel: 492 65 87 və Mob: 050 450 77 01
C`est Bon is fast food company aimed to create handmade natural, fresh and high-quality sandwiches avoiding any chemicals, additives and preservatives.
Dostları ilə paylaş: |