VI və VII bölmələr üzrə KSQ
1.Uyğunluğu müəyyən edin:
A.Qadın cinsiyyət sistemi 1.Toxumluq
B.Kişi cinsiyyət sistemi 2.Uşaqlıq
3.Prostat vəzi
4.Yumurta borusu
5.Yumurtalıq
2.Böyrəyin struktur vahidi nədir?
A) Böyrək ləyəni, B )Nefron, C) Qədəhəbənzər kapsula, D) Kapillyar yumaqcıq
3.Düzgün cavab variantlarını göstərin:
A)Sidik kisəsi sidiyi xaricə çıxaran orqandır.
B) Böyrəklərin hər iki tərəfi qabarıqdır
C)Sidik sidik kanalı vasitəsilə xaric olur.
D) Böyrək arterial qanı qarın aortasından alır.
4. 9 dəqiqədə bir böyrəkdən nə qədər qan keçər?
A)5 L , B) 3,5 L, C)6L . D) 4,5 L , E) 3L
5. Orqanizmdən parçalanma məhsullarının kənar edilməsində bilavasitə iştirak etməyən
orqanlar hansılardır?
1. Qara ciyər, 2.Dalaq, 3.Böyrəklər, 4.Timus vəzi, 5.Ağ ciyərlər, 6.Ürək, 7.Bağırsaqlar
8.Dəri ,9. Mədə
6.Uyğunluğu müəyyən edin:
1. Qamçıya malikdir.
A. Yumurta hüceyrə 2.Hərəkətsizdir
B. Spermatazoid 3.Sarılıq maddəsi ilə zəngindir
4.Başcıq və boyuncuğu var.
7.Düzgün fikirlərin altından xətt çəkin:
a) Mayalanma yumurtalıqda / yumurta borusunda gedir.
b)Toxumluq və yumurtalıq daxili / qarışıq sekresiya vəzisinə aiddir.
c)Bətndaxili inkişafın rüşeym dövrü 2ay / 4 ay çəkir.
d) Döl ciftlə göbək ciyəsi / xüsusi bağlar vasitəsilə birləşir.
8. Aşağıdakılardan hansı böyrək xəstəliyinə səbəb olmaz?
A) Acı və ədviyyatlı qidalar.
B) Çox duzlu qidalar
C)Gündə 2 litr su içmək
D)Yaş yerdə ayaqyalın gəzmək
E)Antibiotiklərdən çox istifadə etmək.
9.Uyğunluğu müəyyən edin:
A. Çağa dövrü 1. 11 ay
B.Südəmər dövr 2. 1 yaşdan 3 yaşa qədər
C.Bağçayaqədər dövr 3. 4 həftə
D. Məktəbəqədər dövr 4. 3 yaşdan 6 yaşa qədər
10.Böyrəkləri qorumaq üçün nələrə əməl etmək lazımdır ? Fikirlərinizi yazın:
Dostları ilə paylaş: |