Xarici mühit şəraitinə uyğunlaşma ilə əlaqədar müxtəlif bitkilərini qurluşları da müxtəlif forma və ölçüdə olur



Yüklə 16,02 Kb.
tarix17.12.2023
ölçüsü16,02 Kb.
#149925
fotosi34

Plastik mübadilənin bir forması da Fotosintez və Xemosintezdir.Avtotrof orqanizmlər (bitkilər,göy-yaşıl yosunlar(sianobakteriyalar),qırmızı və yaşıl bakteriyalar,volvoks,yaşıl evqlena) bu zaman işıq enerjisindən istifadə edərək,qeyri üzvi maddələrdən üzvi maddələr sintez edirlər.


Fotosintez
İlk fotosintezedici canlılar qırmızı və yaşıl bakteriyalar olub,lakinonlar sərbəst oksigen xaric edə bilmirlər.İlk dəfə sərbəst oksigeni əsl fotosintezedicilər -göy yaşıl yosunlar sintez etmişlər. Fotosintez(yun."fotos"-işıq,"sintez"-əmələ gəlmə) mürəkkəb və çox pilləli bir prosesdir.Günəş enerjisi hesabına qeyri üzvi maddələrdən üzvi maddələrin əmələ gəlmə prosesinə fotosintez deyilir.
gün ərzində tamamilə ya da qismən bağlı qalırlar. Bu bitkilər də gündüz vaxtı fotosintez edə bilmək üçün karbon qazı qəbul etməlidirlər. Bunun normal şərtlər daxilində təmin edə bilməsi üçün məsamələr mümkün qədər açıq olmalıdır.Lakin məsamələrinin daim açıq vəziyyətdə olması zamanı bitki davamlı su itirər və bir müddət sonra da məhv olub gedər. Bu səbəblə də bitkinin məsamələri bağlı olmalıdır.İsti ərazilərdə yaşayan bəzi bitkilərdə havadakı karbon qazının yarpaqlarına daha səmərəli bir şəkildə daxil olmasını təmin edən karbon nasosları vardır və məsamələri bağlı olsa da yarpaqlarına karbon qazının daxil olması üçün kimyəvi nasoslardan istifadə edirlər. Bitkidə müəyyən bir müddət ərzində bu kimyəvi nasoslar olmadıqda, artıq o karbon qazı qəbul edə bilməyəcək, qida istehsal etməyəcək və məhv olacaq.
Xarici mühit şəraitinə uyğunlaşma ilə əlaqədar müxtəlif bitkilərini qurluşları da müxtəlif forma və ölçüdə olur. 
2.Fotosintezin qaranlıq mərhələsi-"Fotosistem-II"-Fotosintezin ikinci mərhələsi olan qaranlıq mərhələ ya da Calvin tsikli adlanır ,xloroplastın stromasında baş verir.Qaranlıq mərhələnin getməsi üçün işığın olması vacib deyil. Bu mərhələ işığın iştirakı olmadan gedə bildiyindən onu qaranlıq fazası və ya karbon fiksasiyası fazası adlandırırlar. Qaranlıq fazasında havadan udulan karbon qazının mənimsənilməsi və sadə karbohidratların yaranması baş verir. Bu zaman işıq fazasının məhsullarından istifadə edilir. C6H12O6 molekulları yaranır. Qaranlıq mərhələsində yaranan sadə karbohidratlardan (qlükozadan) daha sonra müxtəlif polisaxarıdlər – nişasta, sellüloza və həmçinin digər üzvi birləşmələr yaranır.İşıqlıq mərhələ nəticəsində meydana gələn enerji yüklü ATF və NADF*H molekullarından karbondioksidi təbii karbona çevirmək məqsədiylə istifadə edilir.Qaranlıq mərhələnin son məhsulu, hüceyrənin ehtiyac duyduğu digər üzvi birləşmələr üçün başlanğıc maddəsi olaraq istifadə ediləcək.
Qaranlıq mərhələdə qlükozanın yaranması necə gedir?
Stomada daim 5 atomlu karbon birləşməsi-pentoza olur.Bitkiyə isə daimCO2daxil olur.Pentoza (C5) CO2 ilə birləşərək 6 karbonlu birləşmə-heksozanı(C6) əmələ gətirir.Heksoza davamsız birləşmə olduğundan 2 ədəd 3 karbonlu birləşməyə-triozaya (C3) parçalanır.Hər bir tioza ATF-dən bir fosfat turşusu qəbul edərək malekulunu enerji ilə zənginləşdirir. Sonra triozalar NADF*H dan özünə bir H atomu birləşdirərək karbohidrat-C6H12O6 əmələ gətirir.

C5 → C6 → 2C3→ C6 → C6H12O6



Triozaların bir qismi isə birləşərək pentozaları əmələ gətirərək yenidən dövriyəyə qoşulur.Bu proses Kalvin tsikli adlanır.
Fotosintezin sürəti
Fotosintezin sürətinə bir sıra faktorlar təsir göstərir:
İşığın intensivliyi – daha çox işıq, daha çox sürət.
Karbon dioksid konsentrasiyası – daha çox karbon dioksid, daha çox sürət.
Temperatur – yüksək temperatur fotosintezin sürətini artırır, çünkio fermentlərlə idarə olunur. Amma çox yüksək temperatur enzimlərin təbii xüsusiyyətlərini dəyişə və sürəti azalda bilər.
Bu amillərdən biri çatışmadıqda, təchizat fotosintezin sürətini məhdudlaşdıracaq.

Qrafikdəki A xətti göstərir ki, işığın intensivliyi artan kimi fotosintezin sürəti də artır.
Sonda xətt bərabərləşir və artan işıq intensivliyinin sürətə heç bir təsiri olmur.
Amma B xətti göstərir ki, temperatur artıqda sürət də sonradan artır. Bununla belə temperatur məhdudlaşdırıcı amil olmalı idi.
Fotosintezin əhəmiyyəti. Fotosintez prosesində az enerjili maddələr olan karbon qazı və sudan yüksək enerjili maddə – qlükoza yaranır. Bitki yarpağı üzərinə düşən enerjinin 1%-dən,xlorella yosunu isə -12% istifadə edir.Bitkilər bu zaman işıq enerjisinin kimyəvi rabitələr enerjisinə çevirir.. Bundan başqa, fotosintez prosesində atmosferə oksigen xaric olur ki, bu da orqanizmlərin tənəffüsü zamanı istifadə edilir.
Fotosintezin Məhsuldarlığı:
1m2 yarpaq sahəsində 1 saat ərzində 1q üzvi maddəyə bərabərdir.
Heterotrof orqanizmlər fotosintez məhsullarından istifadə edərək karbohidratları parçalamaqla ATF əldə edirlər.
Fotosintez və tənəffüsün fərqləri


Xemosintez
Bakteriyaların bəziləri də qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edə bilirlər. Lakin bu zaman onlar enerji mənbəyi kimi günəş enerjisindən deyil, kimyəvi reaksiyalar enerjisindən istifadə edirlər. Bu proses xemosintez adlanır.Bu proses S.N.Vinoqradski tərəfindən kəşf olunub.
Xemosintetik canlılar
Azot bakteriyaları
Kükürd bakteriyaları
Hidrogen bakteriyaları
Dəmir bakteriyaları
Yüklə 16,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə