Xülasə Tədqiqatın məqsədi Azərbaycanda innovasiya iqti sadiyyatının formalaşmasının bir sıra iqtisadi vençur



Yüklə 132,06 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü132,06 Kb.
#8105
növüXülasə




İNNovaSİya İQTİSaDİyyaTI

UOT 316.422:336.221.(479.24)

İNNovaSİya İQTİSaDİyyaTININ

FormaLaŞmaSININ bƏZİ İQTİSaDİ

vƏ İNSTİTUSİoNaL aLƏTLƏrİ

Xülasə

Tədqiqatın məqsədi – Azərbaycanda innovasiya iqti-

sadiyyatının formalaşmasının bir sıra iqtisadi - vençur

maliyyələşməsi, vergi güzəştləri və müəssisələr arasında

elmi-texniki mübadilədən səmərəli istifadə və ümumi

təyinatlı institusional alətlərin tədqiqi.

Tədqiqatın metodologiyası – sistemli yanaşma, mü -

qayisəli təhlil.



Tədqiqatın nəticələri – innovasiya iqtisadiyyatının

formalaşmasının vergi güzəştlərinin, müəssisələr ara -

sında elmi-texniki mübadilənin və vençur maliy yələş -

məsinin səmərəli istifadəsinə dair təkliflər verilmişdir.



Tədqiqatın  məhdudiyyətləri – vergi  stimullaşdır-

manın,  vençur  maliyyələşdirmənin  və  elmi-texniki

mübadilənin innovasiya iqtisadiyyatının formalaşmasına

təsirini daha da artırmaq üçün onları elmi cəhətdən daha

geniş əsaslandırmaq tələb olunur.

Tədqiqatın  praktiki  əhəmiyyəti – innovasiya  iqti-

sadiyyatı ilə bağlı vençur maliyyələşdirməsi, vergi sti -

mullaşdırılması və elmi-texniki mübadilənin səmərəli

istifadəsi istiqamətindəki tədqiqatlarda elmi mənbə kimi

istifadə imkanlığı.

Tədqiqatın orijinalığı və elmi yeniliyi – Azərbaycan

Respublikasında innovasiya iqtisadiyyatının formalaş-

masına müsbət təsir göstərən vergi stimullaşdırmanın,

vençur maliyyələşdirmənin və elmi-texniki mübadilənin

alətlərinin  müəyyən  edilməsi  və  elmi  cəhətdən

əsaslandırılması.



Açar  sözlər: innovasiya  iqtisadiyyatı,  innovasiya

prosesi, vergi stimullaşdırılması, elmi-texniki mübadilə,

vençur maliyyələşməsi.

səh. 101-116

Məmməd-zadə Emin

Eldar oğlu

i.f.d., dos. 

AMEA-nın İqtisadiyyat İnstitutu

AZ 1133, Bakı ş., H.Cavid prospekti,

115.


e_mamedzade@mail.ru

6(120)/2014

101

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



1.Giriş

Müasir dövrdə elm və innovasiya təkcə ictimai inkişaf prosesi kimi deyil, eyni

zamanda bəşəriyyətin təkamül prosesinin istiqaməti kimi də diqqəti cəlb edir. De -

yilənlərlə əlaqədar qeyd etmək lazımdır ki, biliklərin istehsalı, ötürülməsi və istifadə

olunması sosial iqtisadi inkişaf texnologiyasının əsasını təşkil edir. Şübhəsiz elmi

və innovasiyalı inkişafın dinamikası bilik və texnologiyaların ötürülməsinin təşkili

prosesinə görə müəyyənləşdirilir. Sözügedən proses digər sözlərlə ifadə olunduqda,

texnologiyaların transferi də adlandırıla bilər. Burada söhbət təkcə istehsal proses-

lərindən getmir. Adı çəkilən proseslərə sosial inkişaf, bazar münasibətləri, siyasi

sferada idarəetmə və s. daxil edilə bilər. Bu səbəbdən də yeniliklərdə təcəssüm ol-

unmuş  biliklərin ötürülməsi və istifadəsi ilə əlaqədar bütün hadisə və təzahürlərə

uyğun vahid metodiki yanaşmanın tapılması məqsədəuyğun hesab oluna bilər. Digər

tərəfdən isə bütün ölkələrdə sosial iqtisadi inkişafla əlaqədar mövcud şəraitin qeyri

sabitliyi də nəzərə alınmalıdır. 

Bü gün hər bir şəxs tərəfindən qəbul olunmuş fakt kimi qeyd oluna bilər ki, in-

novasiyalı inkişaf iqtisadiyyatın optimal formalaşmasının əsası kimi çıxış edir. Lakin

nəzərə almaq lazımdır ki, bu prosesin qanunauyğunluqları tam və aşkar olaraq, hələ

də müəyyənləşdirilməyib. Problemin metodoloji aspekt lərini araşdıran zaman məlum

olur ki, burada diqqət birinci növbədə üç məqam üzərində cəmləşdirilməlidir. 

Birincisi, dövlətin istifadəsində iqtisadi sistemi çərçivəsində müəyyən müddətdə

bəzi problemlərdən (sosial, siyasi, istehsal xarakterli problemlər olmasından asılı

olmayaraq)  yaranan  ziddiyyətlərin  səmərəli  həlli  üçün  uyğun  (münasib)

texnologiyalar olmur. 

İkincisi,  bəzən  münasib  (relevant)  texnologiyaların  olmasına  baxmayaraq,

mövcud elmi-texniki və innovasiya potensialı onlardan səmərəli istifadə olunmasına

imkan yaratmır. Üçüncüsü, relevant texnologiyaların digər ölkələrdən idxalı bəzi

şəraitlərdə (ölkə, region, sahə) uğurla nəticələnsə də, yeni şəraitlərdə aktual prob-

lemlərin həll olunması üçün münasib olmur. 

Yuxarıda göstərilən hər üç situasiya hər şeydən öncə innovasiya infrastrukturunun

təkmilləşdirilməməsindən irəli gəlir. Bu səbəbdən də əsas məsələ təkcə cəmiyyətdə

istehsal və sosial strukturun təkmilləşdirilməsindən, idarəetmədə qərar və iradələrdən

asılı olaraq tənzimlənmədən ibarət deyildir. Burada əhəmiyyətli olan yeniliklərin

tətbiq olunmasının sinergetik effektlərlə müşayiət olunması üçün adekvat innovasiya

infrastrukturunun yaradılmasından gedir. Əks təqdirdə aktual problemlərin həlli üçün

bu və ya digər texnologiyalardan istifadə olunması cəhdləri ziddiyyətlərin aradan

qaldırılması ilə deyil, daha da dərinləşməsi ilə, bəzi hallarda yenilərinin yaranması

ilə müşayiət oluna bilər. İqtisadiyyatın real sektorunun müəssisələri bir-biri ilə əmtəə,

pul axınları, həmin axınların sürətini tənzimləyən zaman şəraiti ilə bağlıdırlar. Nəzərə

almaq lazımdır ki, istehlak sferasında son məhsulun yaranması bəzən yüz lərlə təsər-



E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...



6(120)/2014

102


rüfat subyektinin qarşılıqlı əlaqəsini zəruri edir. Bütün iqtisadi sistemi əhatə edən

təsərrüfat əlaqələrinin hüdud və kəmiyyətləri barədə ancaq müyyən təsəvvürlər irəli

sürmək olar.

Yuxarıda qeyd olunanlar bir daha sübut edir ki, innovasiya prosesi iqtisadi inkişaf

fenomeni kimi, dünyanın dərk olunmasının dəyişikliklər vasitəsi ilə mümkün olması

fikrini əsaslandırır. Eyni zamanda vurğulamaq lazımdır ki, Azərbaycan Respub-

likasında innovasiya fəaliyyətinin təşkil olunması təkcə fundamental elmlər baza-

sında  deyil,  eyni  zamanda  tətbiqi  xarakterli  araşdırmalar  bazasında  da  həyata

keçirilməlidir. Bu prosesdə dövlət hadisələrin irəliyə doğru inkişaf etməsinin təmi-

natçısı kimi çıxış edir. Respublikada innovasiya prosesinin stimullaşdırılması üçün

bir sıra mexanizmlər mövcuddur. Həmin mexanizmlərdən ən əhəmiyyətlilərini biz

aşağıda nəzərdən keçirəcəyik.



2. İnnovasiya prosesinin vergilərlə stimullaşdırılması

Müasir dövrdə yaranmış situasiyanın spesifikası ondan ibarətdir ki, Azərbaycanda

da fundamental və texnoloji araşdırmalar və müvafiq elmi-istehsal bazası mövcud-

dur. Eyni zamanda mövcud innovasiya potensialının nəticələri istehsal və digər

sahələrdə olduqca zəif reallaşdırılır. Respublika səviyyəsində innovasiya prosesini

tənzimləyən əsas hüquqi baza hal hazırda intellektual mülkiyyət sahəsində mövcud

qanunvericilikdir. Bunun üçün isə təkcə mütərəqqi texnoloji ukladın formalaşdırıl-

ması kifayət deyil, həmçinin innovasiya fəaliyyətinin investisiyalaşdırılması üçün

birbaşa və dolayısı olaraq, dövlət tənzimlənməsi alət və vasitələri də tələb olunur.

Birbaşa (müstəqim) iqtisadi tənzimlənmə üsullarına maliyyələşdirmə (məqsədli,



predmet-təyinatlı, problem-istiqamətli), kreditləşdirmə, lizinq, fond əməliyyatları,

planlaşdırma və proqramlaşdırma, həmçinin dövlət sahibkarlığı və dövlət sifarişləri

daxildir. 

Dolayısı üsullar, hesab edirik ki, daha səmərəli və əhəmiyyətli üsullardır. Dolayısı

(qeyri-müstəqim) üsulların mahiyyətini innovasiya fəaliyyəti üçün zahiri və ictimai

mühitin formalaşdırılması təşkil edir. Sözügedən üsulların üç əsas növü vardır:

1. Vergi stimullaşdırılması;

2. Amortizasiya  siyasəti  vasitəsi  ilə  stimullaşdırma  (vergi  siyasətinin  tərkib



hissəsi kimi deyil, müstəqil mexanizm olaraq tətbiq olunur);

3. Yeni məhsul və əmtəə növlərini mənimsəyən büdcədən  birbaşa dotasiya alan

şirkətlər. 

Nəzərə almaq lazımdır ki, ən məhsuldar və səmərəli təsir gücü olan vasitə vergi

stimullaşdırılmasıdır. Lakin vergi stimullaşdırılmasının tətbiq edilməsinin əsas çatış-

mazlığı dəqiq prioritetlərin yoxluğudur: vergi imtiyazları sistemi bərabər səviyyədə

milli iqtisadiyyatın bütün sahələrinə aid edilir və elmtutumlu perspektivli istiqamətlər

üstün vəziyyətdə deyildir. İmtiyazlı (güzəştli) vergi tutulmasında vergi mükəlləfli



E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...



6(120)/2014

103


bazanın ixtisar edilməsi, vergi tariflərinin, vergi ödənişlərinin azaldılması ilə həyata

keçirilir. Vergi siyasətində, həmçinin müəyyən fəaliyyət növlərinə tətbiq edilən vergi

subsidiyaları da nəzərdə tutulmuşdur. Vergi subsidiyalarında yeni maşın və avadan-

lıqların yaradılması ilə əlaqədar olan gəlirlərin bir hissəsi vergilərdən azad edilir.

Dünya praktikasında innovasiya fəaliyyətinin stimullaşdırılması üçün aşağıdakı vergi

güzəştləri tətbiq olunur [1]:

tədqiqatlara  və  investisiya  qoyuluşlarına  vergi  güzəştlərinin  tətbiqi,  mən-



fəətlərdən  investisiya  məsrəfləri  üçün  sərf  edilən  vergi  ödənişlərinin  bir

hissəsinin müvəqqəti olaraq təxirə salınması;

innovasiya məsrəflərinin artması ilə ƏDV tariflərinin azaldılması;



bir neçə il ərzində innovasiya layihələrinin reallaşdırılmasına sərf edilən və

mənfəətlərə tətbiq edilən (uzun müddətli innovasiya səciyyəli layihələrə xərc -

lənən pullardan əldə olunan gəlirlərə) “vergi tətilləri”;

innovasiya təşkilatların səhmlərindən əldə edilən hüquqi və fiziki şəxslərin



dividendlərinə tətbiq edilən vergi güzəştləri (yeni texnika, texnologiya müstəqil

istehsal edən səhmdar cəmiyyətlərinin səhmlərindən olan gəlirlərə vergi - gəlir

vergisində güzəştlər);

müştərək və sifarişli elmi tədqiqat və təcrübi-konstruktor işlərində mənfəətlərə



tətbiq edilən vergi tariflərinin azaldılması (elmi tədqiqat konstruktor layihələri

və təcrübi İşləri);

yerinə  yetirilən  innovasiya  layihələrinin  prioritetliyinə  əsasən  vergi



güzəştlərinin verilməsi;

nou-hauların, intellektual mülkiyyətin tərkibinə daxil olan qeyri maddi ak-



tivlərin  istifadə  olunması  ilə  əldə  edilən  mənfəətlərə  tətbiq  edilən  vergi

güzəştləri;

elmi-tədqiqat institutları, ali məktəblərə və digər innovasiya təşkilatlarına ve -



rilən  avadanlıqlarının  dəyərinə  görə  mənfəətlərə  tətbiq  edilən  vergilərin

həcminin azaldılması;

vergi 


mükəlləfli 

mənfəətlərin 

öhdəliklərindən 

innovasiyaların

maliyyələşdirilməsi üçün xeyriyyə fondlarından ödənilən ianələrdən gələn

məbləğlərin çıxılması ilə;

innovasiya təşkilatlarının mənfəətlərinin müəyyən hissəsinin xüsusi fondlara



köçürülməsi və innovasiya məqsədləri üçün sərf olunduğu zaman vergi im -

tiyaz larının tətbiq olunması.

Burda bütün vergi imtiyazlarından söhbət gedir - yəni istisnalar, çıxımlar və vergi

kreditini əhatə edir.

İnnovasiyalı iqtisadiyyatın inkişafı üçün tətbiq edilən vergi imtiyazlarını tədqiq

edən mütəxəssislər bir çox ölkələri əhatə edən empirik araşdırmalar aparmışlar. Nü-

munə üçün ingilis alimləri Nikolas Blumun (1973), Raçel Qriffitin (1963) və Con

Van Rinenin (1965) tədqiqatlarını göstərmək olar [15]. Yuxarıda adları qeyd edilən



E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...



6(120)/2014

104


müəlliflər empirik dəlillər gətirərək, iddia edirlər ki, tədqiqatlara sərf edilən vəsait

qoyuluşundan və özəl sektorun apardığı işlərin həcminə uyğun vergi güzəştləri tətbiq

olunmalıdır.

Araşdırmalar İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının üzvü olan 9 dövlətin 19

illik (1979-1997) göstəricilərinə əsasən aparılmışdır. Tədqiqatçılar xüsusi olaraq

qeyd edirlər ki, 10%-li vergi güzəştləri qısa müddətli perspektivdə elmi araşdırmalara

sərf edilən investisiyaların həcminin 1%, uzun müddətli perspektivdə isə 10% art-

masına səbəb olmuşdur. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Azərbaycan Res -

publikasının  Vergi  Məcəlləsində  nəzərdə  tutulan  güzəştlərinin  xüsusi  çəkisi  də

kifayət qədər böyük olub ümumi vergi daxilolmalarının, təxminən, 30 %-ni, başqa

sözlə, ÜDM-in 4,2 %-ni təşkil edir [2].

İnnovasiya potensialından məqsədyönlü istifadə edilməsi, eləcədə ictimai-iqtisadi

proseslərin  vergi  güzəştləri  vasitəsilə  stimullaşdırılması  Azərbaycanda  iqtisadi

inkişafın müasir mərhələsində kiçik və orta sahibkarlığın hərtərəfli inkişafının təmin

edilməsinə də ciddi təsir göstərir. Kiçik və orta biznesin inkişafı bir tərəfdən dövlətin

fiskal  siyasətinin  təmin  edilməsində,  əhalinin  gəlirlərinin  artırılmasında,  digər

tərəfdən isə dövlətin sosial yükünün azaldılmasında əhəmiyyətli rol oynayır [2].

Hal-hazırda Azərbaycanda vergi stimullaşdırılması nə kəmiyyət, nə də keyfiyyət

göstəricilərinə görə xarici ölkələrin səviyyəsinə çatmır. Məsələn, Avropa İttifaqına

daxil olan ölkələrdə 6 əsas vergi stimullaşdırılması mövcuddur (Elmi Tədqiqat La -



yihələri və Təcrübi Konstruktor İşlərinin vergi bazasının xərclərinin silinməsi ilə

vergi bazasının azaldılması, kapital məsrəflərin sürətli amortizasiyası, vergi krediti,

xüsusi vergi tarifləri, Elmi Tədqiqat Layihələri və Təcrübi Konstruktor İşlərində

çalışanların əmək haqlarına tətbiq edilən vergilərin azaldılması, müştərək tədqiqat-

lara tətbiq edilən vergi xərclərinin azaldılması) [4]. Azərbaycandakı innovasiya

müəssisələrinə cəmi iki vergi güzəştləri tətbiq olunur və həmin güzəştlər ancaq

sahibkarlıq fəaliyyətinin müəyyən hissəsini- texnoparkları, sənaye parklarını, təhsil

ocaqlarının bir qismini əhatə edir. İlk olaraq, 7 il ərzində büdcəyə ödənilən ƏDV və

torpaq vergisinin ödənilməsindən qeydiyyata düşən texnopark müəssisələri tam

olaraq azad edilmişdir [2, s. 79].

Nəzərə almaq lazımdır ki, Azərbaycanda texnoparkların yaradılması hər gün

müşahidə edilən hadisələrdən deyil, təhsil müəssisələri fundamental və tətbiqi elmi

araşdırmaları  aparan  əsas  təşkilatlar  kimi  çıxış  etmirlər  (elmi  tədqiqat  müəs-

sisələrində aparılan tədqiqatların həcmi təhsil müəssisələrində aparılan tədqiqat-

ların  həcmindən  4,5  dəfə  çoxdur)  [3].  Bütün  bunlar  hazırkı  dövrdə  innovasiya

müəssisələrinin ciddi surətdə stimullaşdırılmasından danışmağa əsas vermir.

Ümumilikdə,  Azərbaycanda  innovasiya  fəaliyyətlərinə  tətbiq  edilən  vergi

güzəştləri probleminə aşağıdakıları aid etmək olar:

1. Araşdırmalar göstərdi ki, vergi mexanizminin təkmilləşdirilməsi zamanı Azər-

baycan müəssisələrinin cüzi vergi güzəştlərinə olan həssaslığını nəzərə alın-



E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...



6(120)/2014

105


ması tələb olunur. Burada söhbət N.Blum, R.Qriffit və C.Rinenin təklif etdik-

ləri 10-15-%-li vergi güzəştlərindən gedir [15]. Hesab edirik ki, daha güclü

iqtisadi stimullar tələb olunur. Məsələn, innovasiya layihələrinin reallaşdırıl-

masının ilkin mərhələlərində “vergi tətillərinin” elan edilməsi qeyd oluna bilər;

2. Həyata keçirilən vergi və gömrük siyasəti ölkədə istehsalçıların elm tutumlu

məhsulların  ixrac  etməsini  stimullaşdırmır,  xarici  investorlar  isə  milli  və

müştərək müəssisələrin texniki cəhətdən yenilənməsinə (neft sektoru, İKT

sahəsi istisna olmaqla) vəsait yatırmaqdan çəkinirlər;

3. Regional hakimiyyət orqanlarının müəssisələrdə istehsalın yenilənməsi, yeni

məhsul  istehsalı  və  xidmətlərin  göstərilməsinin  təşkili  istiqamətində

fəaliyyətlərinin stimullaşdırılması üçün müstəqil vergi siyasəti həyata keçir-

məsi üçün kifayət qədər səlahiyyətləri yoxdur; 

4. Azərbaycanda fəaliyyət göstərən müəssisələr üçün xüsusi vergi mexanizmləri

və vergi siyasətinin formalaşması üçün müvafiq yanaşma tələb olunur. Aşağı

səviyyədə vergi tarifləri özəl sektorda innovasiya fəallığını stimullaşdırırsa,

dövlət sektoruna nisbətən az təsir göstərir.

Mövcud vergi mexanizmləri çərçivəsində müəssisələrin öz mənfəətlərini kapital

qo yuluşu məqsədləri üçün istifadə etməsində  maraqları demək olar ki, hiss olun-

mur.


Yaranmış situasiyadan çıxış yolu vergi siyasətinin formalaşdırılmasına kompleks

yanaşmanın işlənilib hazırlanmasıdır. Sözügedən yanaşma innovasiya tipli müəs-

sisələrə  aid  olmalı  və  həmin  müəssisələr  formalaşma  dövründə  bütün  vergi  və

ödənişlərdən azad edilməlidirlər. Dövlət elmi texniki tərəqqinin bütün halqaları üzrə

elmi yeniliklərin istehsala tətbiq olunmasını, bütün fundamental araşdırmaları sti -

mullaşdırmalıdır. Lakin bu zaman resursların məhdudluğu və dövlət prioritetləri də

nəzərə alınmalıdır.

Stimullaşdırma sistemi innovasiyaların tətbiqi işini fəallaşdırmalı, struktur dəyi -

şikliklərinin aparılmasını təmin etməli və iqtisadiyyatın real sektorunun rəqabətqa-

biliyyətliliyini yüksəltməlidir.



3. Milli iqtisadiyyatın prioritet sahələrində elmi-texniki mübadilənin artması

Beynəlxalq elmi-texniki mübadilənin dünya iqtisadiyyatının inkişafında olduqca

əhəmiyyətli rolu vardır. Qlobal inteqrasiya prosesləri müasir iqtisadi model üçün

xarakterik olub, bütün dünyada bərabər səviyyədə texnoloji inkişafı zəruri edir.

Ancaq elmi biliklərin cazibə mərkəzərinin formalaşmasının tarixi xüsusiyyətlərinə

görə dünya iqtisadiyyatının texniki inkişaf səviyyəsi hər yerdə eyni deyildir. Bütün

bunlardan əlavə olaraq, elmi mərkəzlərin inkişaf səviyyəsi də müxtəlif ola bilər və

qeyri bərabər inkişaf səviyyəsi inteqrasiya proseslərini ləngidir. Problemin aradan

qaldırılması üçün elmi texniki mübadilə tələb olunur. Elmi texniki mübadilə iqtisadi

E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...



6(120)/2014

106


cəhətdən zəif inkişaf etmiş ölkələrin elmi texniki baxımdan inkişafına müsbət təsir

göstərməklə yanaşı, inkişaf etmiş ölkələrdə də elmi texniki tərəqqinin spiralvarı,

təkamül yolu ilə inkişafını təmin edir. Hal-hazırda dünyada elmi-texniki mərkəzlər

bir birindən təcrid olunmuş vəziyyətdə və müxtəlif inkişaf səviyyələrində fəaliyyət

göstərirlər. Elmi texniki mübadilə müxtəlif elmi biliklərin birləşdirilməsinə, araşdır-

malarda əldə edilən nəticələrin tətbiqində yeni imkanların meydana çıxmasına şərait

yaradır. Mübadilə həmçinin bir problemin həllində müxtəlif yanaşmalardan istifadə

olunmasına, faktiki olaraq elmi fikrin, elmi texniki tərəqqinin irəliyə doğru hərəkət

etməsinə imkan yaradır. Barəsində söhbət açılan dövlət siyasəti Yaponiya, Cənubi

Koreya, Çin dövlətlərində həyata keçirilmiş və milli iqtisadiyyatların bu siyasətdən

əldə etdikləri fayda göz qabağındadr [5, 6, 7].

İnformasiyaların  və  texnologiyaların  ötürülməsi  üsullarına  görə  elmi  texniki

mübadilə formalarını differensiallaşdırırlar. İki üsul, kommersiya və qeyri kommer-

siya üsulları xüsusi ilə seçilir. 

Elmi-texniki  mübadilənin  qeyri-kommersiya  üsulunda  mübadilə  iştirakçıları

arasında pul öhdəlikləri yoxdur. Qeyri-kommersiya mübadilə üsullarına aşağıdakı

daxildir:

• nəşr işi - ixtisaslaşdırılmış ədəbiyyat və sorğu materiallarının buraxılması,

open acsses elmi məqalələrin nəşri, məlumat bazalarının hazırlanması və s.

• sərgi fəaliyyəti - elmi konfransların keçirilməsi, simpozium və seminarların,

elmi nailiyyət sərgilərinin təşkili.

• tədris prosesində tələbə, aspirant və artıq təcrübəli kadrların mübadiləsi həyata

keçirilir.

• mütəxəssislərin miqrasiyası - beynəlxalq elmi-texniki mübadilənin bir mənalı

qiymətləndirilməyən faktorlarından biridir. Bəzən kadr miqrasiyası icbari pro -

sesdir - mütəxəssis öz ölkəsində biliklərini tətbiq edə bilməyən zaman, Yəni

əksər hallarda, beynəlxalq mərkəzlər yüksək ixtisaslı mütəxəssisləri digər

ölkələrdən öz mərkəzlərinə cəlb edirlər və bununla da öz elmi texniki poten-

siallarını yüksəldirlər. Bu zaman “Beyin axını” baş verir. Bir çox iri şirkətlər

kommersiya mübadiləsində fəal iştirak edirlər: xarici elmi nəşrləri izləyir, elmi

araşdırmaların tətbiqi predmeti, yeni yanaşmaların istehsala tətbiqi izlənilir,

milli araşdırmaların nəticələri dərc olunur. Qeyri kommersiya mübadiləsində

isə əsasən, biliklərin ikitərəfli ötürülməsi baş verir. Pul münasibətlərini yox -

luğuna baxmayaraq, məhz bu üsullar vasitəsi ilə dünya elmi fikri tərəqqi edir. 

Deyilənlərlə  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  miqrasiya  prosesləri  də  dövlət

tərəfindən izlənilməlidir. “Beyin axını” uzun müddətli perspektivdə ölkə iqtisadiy -

yatına  olduqca  ciddi və neqativ təsir göstərə bilər. 

Elmi-texniki mübadilənin kommersiya üsullarında mübadilə prosesində ötürülən

bilik və informasiyalar müqabilində bir ölkədən digər ölkəyə ödənişlər edilir. Müəl-

lifin fikrincə, mübadilənin kommersiya formasına aşağıdakılar daxildir:



E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...



6(120)/2014

107


texnologiyaların satışı;

artıq tətbiq və istifadə edilən elmi araşdırmaların nəticələrini əks etdirən patent



və lisenziyaların satışı;

hər hansı bir elmi və sənaye layihələrinin təşkilinə xarici investisiyaların qoyu-



luşu;

xarici mütəxəssislərin də cəlb edilməsi ilə müəyyən elmi araşdırmalarla bağlı



müştərək müəssisələrin yaradılması;

lizinq tədbirlərinin təşkili;



injinirinq;

beynəlxalq konsaltinq.



Qeyri-kommersiya üsullarından fərqli olaraq, elmi texniki mübadilənin qeyri-

kommersiya üsullarında nəzəri biliklər deyil, artıq tətbiq edilən yeni texnologiyaların

mübadiləsi gerçəkləşdirilir. 

Beləliklə, qeyri kommersiya mübadiləsi - nəzəri biliklərin mübadiləsidirsə, kom-

mersiya mübadiləsi həmin biliklərin tətbiqi ilə bağlıdır. Hər iki üsulların respub-

likamızda tətbiqi innovasiya prosesinin səmərəli təşkili üçün əhəmiyyətlidir.

Kommersiya üsulları ilə həyata keçirilən elmi-texniki mübadilə praktiki olaraq,

ölkədə yeni texnologiyaların tətbiq olunması deməkdir. Bu səbəbdən də dövlət yeni

texnologiyalar sahəsində mübadilələri fəal dəstəkləməlidir.

Hesab  edirik  ki,  elmi  biliklərin  nəzəri  bazası  praktiki  yanaşmalarla  bir-

ləşdirildikdə,  çox  böyük  səmərə  əldə  edilə  bilər,  ən  başlıca  məsələ  hal-hazırda

dünyada tətbiq edilən ən perspektivli innovasiya layihələrin Azərbaycandakı müəs-

sisələrdə tətbiq edilməsidir.  

Dövlət kommersiya üsulları ilə həyata keçirilən elmi-texniki mübadilənin təşkil

olunmasını öz üzərinə götürməldir ki, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin

yüksəlməsinə müsbət təsir göstərsin.



4. Vençur maliyyələşdirməsinin inkişaf etdirilməsi

İnnovasiya iqtisadiyyatının bir neçə problemlərinin həllində yardımçı ola bilən

digər alət - vençur  maliyyələşməsidir.İlk növbədə, o ölkə müəssisələrinin yeni

texnologiyaların yiyələnməsinə təkan verə bilər. Eyni zamanda respublikanın resurs

potensialından istifadəni də daha optimal tərzdə təşkil etməyə kömək edə bilər. Zən-

nimizcə, ölkədə makroiqtisadi inkişafın təmin olunması yalnız düzgün qurulmuş in-

vestisiya siyasəti əsasında mümkündür və məhz bu səbəbdən vençur maliyyələşməsi,

aparıcı ölkələrdə olduğu kimi, bazar sistemində daha mühüm rol oynamalıdır.

Diaqram 1-də vençur şirkətlərin dünyada son illərdə inkişafı, dediklərimizi əyani

sübut edir.

Diaqramdan göründüyü kimi, vençur kapitalı həcmcə azalsa da, şirkətlərin sayına

görə 2011-2013-cü illərdə artmaqda olub.



E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...



6(120)/2014

108


Müəllifin fikrinə görə, ümumiyyətlə, vençur maliyyələşdirilməsinin əsas fərqli

cəhətləri aşağıdakılardır:

kreditləşdirmədən fərqli olaraq, pul vəsaitləri onların əvvəlcədən geriyə qay-



tarılması  vaxtı  və  faizlərin  ödənilməsi  müddətləri  əvvəlcədən  müəyyən-

ləşdirilmir.

kiçik  və  orta  biznes  müəssisələrinin  maliyyələşdirilməsi  bank  kre -



ditləşdirilməsindən fərqli olaraq, hər hansı bir girov qoyulmadan həyata keçi -

rilir.


vençur fondlarına vəsaitlərin təqdim olunması məqsədləri və şəraiti digər

ənənəvi investorların motivlərindən fərqlənir. 

vençur maliyyələşdirilməsində fondlar tərəfindən kiçik müəssisələrə tələb ol-



unan maliyyənin qiymətləndirilməsi bir qədər fərqli üsullarla həyata keçirilir.

Banklar və digər maliyyə - kredit institutları kreditləşdirmədə maliyyələş -

dirilən  şirkətin  ən  yaxın  perspektivdəki  göstəricilərini,  cari  göstəricilərini

nəzərə alırlar. Bundan fərqli olaraq,  vençur maliyyəçiləri maliyyə vəziyyətinin

uzun  müddətli  perpektivdəki  vəziyyəti  əsasında  yeni  məhsulları,  texno -

logiyaları ətraflı və hərtərəfli öyrənərək, gələcək bazarın həcmini proqnoz -

laşdırırlar. 

E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...



diaqram 1. dünyada  investisiya şirkətlərin sayı və onların kapital həcmi.

Mənbə: http://www.evca.eu/research/activity-data/ annual-activity-statistics/investments-(2013)



6(120)/2014

109


E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...

banklar ancaq kreditorlardır, onları kreditlərin ödənilməsi üçün kiçik müəs-



sisələrin bazar mövqeyi maraqlandırır. Vençur kapitalı şirkətləri mülkiyyət -

çidirlər və onların investisiyası səhm kapitalı formasında həyata keçirilir. Yəni

vençur investorları kiçik innovasiya şirkətlərinin səhmdarları olurlar.

vençur maliyyələşdirilməsi, öz işlərinə təzə başlamış şirkətlər tərəfindən hər



hansı bir təminatın olmamağı səbəbindən digər formalardan yüksək riskliliyi

ilə seçilirlər.

Bu gün Azərbaycanda vençur fondlarının yaradılması və onların fəaliyyətlərinin

xüsusiyyətləri innovasiya iqtisadiyyatının formalaşmasında böyük rolu ola bilər.

Vençur fondlarının inkişaf etməsi üçün birinci şərt - investisiya mənbələrinə çıxışın

əldə olunmasıdır. Bu gün qüvvədə olan qanunvericiliyə əsasən nə fiziki şəxslər, nə

də institusional investorlar (investisiya fondları) vençur fondlarını yarada bilməzlər.

Bu isə öz növbəsində, innovasiyalara istiqamətlənən investisiyalarının potensial

bazasının nəzərə çarpacaq dərəcədə azalmasına səbəb olur. Yəni nəinki, “Vençur

fondları haqqında”qanun qəbul edilməli, üstəlik digər qanunlarda da (məsələn, “İn-



vestisiya  fondları  haqqında”  qanun)  vençur  biznesini  stimullaşdıran  düzəlişlər

aparılmalıdır. Xatırlatmaq lazımdır ki, ABŞ-ın vençur fondlarının sürətlə inkişafı

pensiya fondlarının öz aktivlərinin 10%-ni vençur fondlarına investisiya qoyuluşları

ilə başlamışdır [9].

Mahiyyət etibarı ilə vençur fondlarının Azərbaycanda mənbəsi kimi, ya maliyyə-

sənaye qruplarının dövriyyədə olmayan vəsaitləri (azad vəsaitlər), ya da fərdi xarici

investorların (özəl və yaxud qeyri-hökumət) vəsaitləri göstərilə bilər. 

İkinci mühüm şərt - fondun risklərinin azaldılmasına xidmət edən sazişlərin struk-

turlaşdırılması üçün imkanların yaradılmasıdır. Burada söhbət imtiyazlı səhmlərə və

adi səhmlərə çevrilən, opsion xüsusiyyətləri olan mülkiyyət alətlərindən gedir. Qa-

nunvericilikdə adi imtiyazlı səhmlərlə əlaqədar nəzərdə tutulubdur ki, birincisi, on-

lara  idarəetmədə  iştirak  hüququ  verilir,  ikincisi,  onlar  fondun  nizamnamə

vəsaitlərinin 10%-ni təşkil edə bilərlər. Bu isə öz növbəsində, vençur layihələri üçün

kifayət deyil. Azərbaycanda vençur investorunun istifadə edə biləcəyi yeganə alət

adi səhmlərdir, bu adətən bütün inkişaf etməkdə olan bazarlarda xüsusi kapital fond-

larının fəaliyyəti üçün də xarakterikdir. Burada çatışmayan cəhət layihələrin real-

laşdırılması zamanı əlverişsiz ssenarilərdə investorlar üçün sığortanın olmamağıdır.

Deyilənlərlə  yanaşı,  korporativ  idarəetmənin  yüksək  standartlarının  olmadığı

şəraitdə, vençur investoruna öz mülkiyyətçi hüquqlarının təminatı üçün səhmlərin

nəzarət paketinə sahib olmağı tələb olunur.

Üçüncüsü, səhm bazarının inkişafı və İPO (Initial Public Offering [10] - səhm-

lərin açıq qeydiyyat üzrə ilkin yerləşdirilıməsi) üçün şəraitin yaradılmasıdır. Müvafiq

olaraq, investisiya bazasının yaradılması-hər şeydən öncə pensiya və investisiya

fondlarının aktivlərinin artması tələb olunur. Maliyyə bazarının və İPO-nun  yoxluğu

şəraitində fond üçün investisiyalardan yeganə çıxış yolu səhm paketlərinin strateji



6(120)/2014

110


investora satılmasıdır. Lakin bu artıq alıcılar üçün daha az rəqabət mühitinin yaradıl-

ması demək olardı, satış zamanı qiymətlər, tam olaraq, düzgün müəyyənləşdirilmir,

nəticədə vençur layihəsinin verimliliyi saziş bağlayan bütün tərəflərin maraqlarına

uyğun olmur.

Qanunvericilik və icraedici hakimiyyət orqanlarının bu istiqamətdə məqsədyönlü

təşkilatçılıq işlərinin reallaşdırılması müəyyən vaxt tələb edir. İnvestisiya sahəsində

qeyd edilən şəraitin yaradılmasından sonra Azərbaycanda bu sahəyə, xüsusən vençur

investisiyaların yatırılmasına, ehtiyatlı optimist yanaşma mümkündür.

Hər şeydən öncə, qeyd etmək lazımdır ki, respublikada hələ də artım potensialı

tükənməyən sahələr mövcuddur, deməli, maliyyələşdirilməsi tələb olunan sahələr

və vençur investoru üçün layihələrdə iştirak etmək üçün əlverişli şərait tədricən

yaranır. 

Bu gün Azərbaycanın dünya bazarlarında innovasiyalı məhsulların satışını və son

nəticədə, ümumi rəqabətqabiliyyətini artırmaq  üçün vençur biznesi sürətlə inkişaf

etdirilməlidir.Nəzərə  alsaq  ki,  müasir  dünyada,  neft  və  qaz  istehsalının  nü-

mayəndələrindən, banklardan sonra ən gəlirli şirkətlər məhz innovasiya məhsulu bu-

raxan şirkətlər tutur, xüsusən İKT sahəsində olan müəssisələr [11], vençur biznesinin

dövlət tərəfindən dəstəklənməsi şübəhəsiz ki, olduqca vacib məsələdir. Bütün bunlar

vergi imtiyazları, valyuta tənzimlənməsi və nəzarətinin sadələşdirilməsi, həmçinin

vençur kapitalı olan şirkətlərin qeydiyyatının asanlaşdırılması tədbirləridir və şüb-

həsiz qeyd edilənlər Azərbaycanda vençur investisiyalarının inkişafına müsbət təsir

göstərəcəkdir. İctimai Kapital bazarında investisiya fəaliyyəti ilə müqayisədə vençur

sahəsinin dövlət tərəfindən tənzimlənməsinin xüsusiyyətləri hər hansı bir spesifik

tənzimlənmə üsullarından heç nə ilə seçilmir.

İnnovasiya  layihələrinin  vençur  maliyyələşdirilməsi  uzun  müddətli  xarakter

daşıyır, vençur investorları hər şeydən öncə dövlətdən bürokratik prosedurların mini -

mallaşdırılmasını, korrupsiya ilə mübarizə və sabit iqtisadi siyasətin həyata keçi -

rilməsini gözləyirlər. Vençur investorları şüurlu olaraq, əlavə gəlir əldə etmək üçün

riskləri öz üzərinə götürürlər, onlar mülkiyyət toxunulmazlığı hüququndan əlavə

digər təminat hüquqlarının verilməsini tələb edirlər. 

Bütün  dünyada  vençur  investorları  üçün  patent  hüququ  sahəsində  mülkiyyət

hüququnun qorunması, səhm paketləri üzərində nəzarət hüququ olmayan səhmdar-

ların hüquqlarının müdafiəsi,  müflisləşmə prosedurları,  xarici investorlara ayrı-

seçkilik  siyasətinin  yürüdülməməsi  və  s.  göstərilə  bilər.  Aparıcı  ölkələrin

qanunvericilikdə əhəmiyyətli yerlərdən biri institusional investorların və kommer-

siya  banklarının  vəsaitlərinin  vençur  investi siyalaşdırılması  fondlarında  yer-

ləşdirilməsi məsələsi tutur. Bu gün vençur kapitalı Azərbaycanda daha da inkişaf

etdirilməsi zərurəti artmışdır. Belə bir şəraitdə vençur biznesinin mexanizminin po -

pulyarlaşdırılması, yüksək texnologiyalar sahəsində kiçik və orta biznesin dövlət

tərəfindən dəstəklənməsi, milli kapitalın (o cümlədən, institusional investorların,



6(120)/2014

111

E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...




E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...



bankların, xüsusi şəxslərin) cəlb olunması, ümumi investisiya mühitinin ölkədə

sağlamlaşdırılması tələb olunur.

Dünya təcrübəsi göstərir ki, kiçik biznes iri şirkətlərə nisbətən yeniliklərə daha

çox meyillidir. Təşəbbüs azadlığı və təşəbbüslərin mükafatlandırılması məsələləri

nəzərdən  keçirilərkən  bürokratik  əngəllərin  yoxluğu,  risklərə  hazır  olmaq,  irəli

sürülən orijinal təkliflərin dərhal həyata keçirilməsi cəhdləri bütün bunlar kiçik

şirkətlər üçün xarakterik olan xüsusiyyətlərin, ancaq kiçik bir hissəsidir. Maliyyə

vəsaitlərinin məhdudluğu səbəbindən, kiçik biznes texniki layihələrin maksimal

surətdə işlənilib hazırlanmasının reallaşdırılmasında daha çox maraqlıdırlar. Mövcud

qiymətləndirmələrə görə texniki yeniliklərin hazırlanması və onların sənaye nü-

munələrinin  hazırlanması  qərarının  qəbul  edilməsinə  kiçik  şirkətlər  adətən  iri

şirkətlərə nisbətən az vaxt sərf edirlər. 

Zənnimizcə, vençur kapitalın yuxarıda qeyd olunan spesifik aspektlərini nəzərə

alaraq, Azərbaycanda vençur maliyyələşdirilməsini kifayət qədər yaxın zamanda

inkişaf etdirmək olar. Bu prosesin başlanmasına və geniş inkişafına qeyd etdiyimiz

vergi tənzimləməsinin optimallaşdırılması, təhsil sistemində institusional islahatlar,

xüsusən də milli elmi təşkilatların aparıcı xarici institut və universitetlərlə, beynəl -

xalq korporasiyaların elmi-texniki qurumları ilə elmi təcrübələrin mübadiləsinin

sürətləndirilməsi (məsələn, scholarship vasitəsilə) [12] əhəmiyyətli təkan verə bilər.

Bu tədbirlər, eyni zamanda nəinki vençur biznesinə qoşulmaq istəyən milli şirkətlərin

sayını artıracaq (hələlik yalnız bir şirkət mövcuddur - “İnfipro” şirkəti) [13], hətta

onların daha perspektivli innovasiya bazarlarına üz tutmasının qarşısını alacaq.

Qeyd edək ki, vençur kapitalı hər şeydən əvvəl ona görə əhmiyyətlidir ki, biz

onun sayəsində azərbaycanlı alimlər tərəfindən illərlə işlənmiş və müvafiq patent,

müəlliflik hüququ alınmış elmi işlərin istehsalatda tətbiqini daha da sürətləndirə

bilərik. Bununla yanaşı,vençur kapitalı vasitəsilə yeni istehsal sahələrinin, xüsusilə

də  informasiya  kommunikasiya  texnologiyalarının,  nanatexnologiyaların,  bio-

texnologiyaların və digər elm sahələrinin inkişafına nail olmuş olarıq. Bunun üçün

isə sadəcə olaraq, vençur kapitalı sahəsində böyük təcrübəyə və uğurlu nəticələrə

malik olan dövlətlərin və onların müəssisələrinin fəaliyyəti yaxından öyrənilməli və

bunun əsasında institusional islahatları nəzərdə tutan proqramlar hazırlanaraq, ardıcıl

şəkildə həyata keçirilməlidir.



5. Nəticə

Müasir dövrdə dünyada postindustrial cəmiyyətdən informasiya cəmiyyətinə

keçid şəraitində qloballaşan iqtisadiyyatın hər şeydən öncə innovasiya iqtisadiyyatı

kimi xarakterizə edilməsi fikrinə sövq edir. Burada əsas sferalar bazarda rəqabət

üstünlüklərinin  əldə  edilməsinə  şərait  yaradan,  istehsalın  səmərəliliyinin  yük-

səldilməsini stimullaşdıran, əmtəələrin və xidmətlərin keyfiyyət xüsusiyyətlərinin



6(120)/2014

112


təkmilləşdirilməsinə  xidmət  edən  yeni  informasiya  kommunikasiya  texnologi -

yalarının tətbiqidir. Qeyd edilən prosesdə başlıca rol dövlət tənzimlənməsinə və

müəssisələrin innovasiya təşəbbüslərinin dəstəklənməsinə məxsusdur. Sözügedən

tənzimlənmənin istiqamətləri çox cəhətlidir və müvafiq olaraq,  təhsil sahəsindən

vençur biznesi sferasına qədər institusional islahatların həyata keçirilməsi tələb ol-

unur. Yeni texnologiyaların inkişaf etdirilməsi ilə cəmiyyətin iqtisadi həyatında prin-

sipial dəyişikliklərin baş verməsi göz qabağındadır.

Qeyd etməliyik ki, informasiya, bilik müstəqil və spesifik dəyəri olan resursa

çevrildi. 2014-cü ildə Amerika, Avropa və Asiyanın inkişaf etmiş ölkələrində araşdır-

malara və innovasiya sektorunun inkişafına çəkilən xərclərin payı (R&D- Research



and development) ÜDM-in minimum 1,8%-ni təşkil edir. İkincisi, informasiya və

innovasiya  sektoru  güclü  mənbədir,  müasir  sosial  iqtisadi  inkişafa,  artım  di-

namikasına müsbət təsir göstərir.

Eyni zamanda iqtisadi tərəqqinin mexanizmi və trayektoriyasında dəyişikliklər

müşahidə olunmuşdur, son illərdə ağırlıq mərkəzi informasiya sahəsində xidmətlər

üzərinə keçirilir. Bu səbəbdən də müasir dövrdə Azərbaycanda innovasiya iqtisadiy -

yatının formalaşdırılması həyati əhəmiyyət daşıyan məsələdir. İnnovasiya texno -

logiyalarının artması milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinin

əhəmiyyətli mexanizmi kimi çıxış edir. Məhz bu baxımdan radikal ixtiralardan in-

novasiyalara doğru böyük addımlar atılmalıdır. Bunun üçün isə texnologiyaların

işlənilib hazırlanması erkən mərhələlərindən dövlət tərəfindən dəstəklənməlidir.

Qeyd edilən dəstək dövlət tərəfindən sifariş edilən innovasiya layihələri, vençur

fondları, biznes-inkubator, texnopark, texnopolis, texnologiyaların mübadiləsi və

transfer mərkəzləri, müştərək elmi araşdırma mərkəzləri, kiçik elmi tədqiqat mərkəz -

lərinin inkişaf etdirilməsini dəstəkləyən fondlar, innovasiya risklərinin sığortalan-

ması və s. vasitəsi ilə həyata keçirilməlidir.



Ədəbiyyat siyahısı

1. Леонтьев Л.И. (2003). Опыт стимулирования инновационной деятельности

за рубежом [Текст]. Л.И. Леонтьев. Инновации. №4, с. 85-90. (Leontyev L.İ.

(2003). Xaricdə innovasiya fəaliyyətin stimullaşdırma təcrübəsi [Mətn]. L.İ.Leon-

tyev. İnnovasiyalar. №4,. s. 85-90).

2. Musayev A. (2014). İnnovasiya iqtisadiyyatı və vergi stimullaşdırması. Bakı.

“Azərbaycan Universiteti”, 184 s.

3. http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/education_2014.zip

- ADSK-nın rəsmi saytı.

4. http://riep.ru/upload/iblock/527/527fb2bed4b455725d41e437fde03f5f.pdf  -

“Rusiya iqtisadiyyat, siyasət və hüquq elmi-tədqiqat institutu” federal dövlət

büdcə təşkilatının rəsmi saytı.



E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...



6(120)/2014

113


5. Окрут З.М., Фам За Минь. (1992). Модель экономического развития Южной

Кореи. Путь к процветанию. Москва. “Финансы и статистика” (Okrut Z.M.,



Fam Za Min. (1992). Cənubi Koreyada iqtisadi inkişaf modeli. Firavanlıq yolu.

Moskva. “Maliyyə və statistika”).

6. Япония:  опыт  модернизации.  Рук.  проекта  Эльгена  Молодякова.  (2011).

Москва. АИРО-XXI, 280 с. (Yaponiya: modernləşmə təcrübəsi. Layihə rəhbəri

Elgena Molodyakova (2011). Moskva.АИРО-XXI, 280 s.).

7. Səmədzadə Z.Ə. (2009). Çin qlobal dünya iqtisadiyyatında. Bakı. Elm və Təhsil,

608 s.

8. http://www.evca.eu/research/activity-data/annual-activity-statistics/ investments-



(2013). Qapalı Səhmdar Cəmiyyətlərin Səhmləri və Vençur Kapitalı üzrə Avropa

Assosiasiyasının rəsmi saytı.

9. Великий Ю.В. (2010). Влияние венчурного предпринимательства на инно-

вационную деятельность. Экономика. Финансы. Право. №5, с. 9-12. (Velikiy



Y.V. (2010).  İnnovasiya fəaliyyətinə vençur sahibkarlığın təsiri. İqtisadiyyat.

Maliyyə. Hüquq. №5,  s. 9-12.).

10. http://en.wikipedia.org/wiki/Initial_public_offering. Vikipedia” azad elektron

ensiklopediyasının rəsmi saytı.

11.https://fortune.com/fortune500/2013/. “Fortuna”biznes-analitik jurnalın (ABŞ)

rəsmi saytı.

12. http://en.wikipedia.org/wiki/Scholarship.  “Vikipedia” azad elektron ensiklope-

diyasının rəsmi saytı.

13. http://infipro.az/. “İnfipro İnc.” informasiya texnologiyası, internet və proqram

təminatı üzrə ixtisaslaşan bizneslərin başlanğıc mərhələsinə investisiya edən

vençur kapitalı şirkətinin rəsmi saytı.

14. http://www.battelle.org/docs/tpp/2014_global_rd_funding_forecast.pdf . “Bat-

telle Memorial Institute” beynalxalq elmi-tədqiqat və qeyri-kommersiya təşki-

latının rəsmi saytı.

15. Bloom N., Griffith R., Van Reenen J. (2002). Do R&D tax credits work? Evi-

dence from a panel data of countries 1979-1997. Journal of Public Economics.

Vol.85, pp.1-31. (Blum N., Qriffit R., Van Rinen J (2002). 1979-1997-ci illərdə



dövlətlərin elmi-tədqiqat və inkişaf tədbirlərinə verilən vergi kreditlərin həcmi.

“Journal of Public Economics” jurnalı.85 saylı buraxılış, s.1-31.).

E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...



6(120)/2014

114


Мамед-заде Эмин Эльдар оглы

д.ф.э., доц., ведущий научный сотрудник Института экономики НАНА 



Некоторые экономические и институциональные инструменты 

формирования инновационной экономики

Аннотация

Цель исследования – изучение экономических и институциональных инстру-

ментов формирования инновационной экономики.



Методология исследования – системный подход, сравнительный анализ.

Результаты исследования – были даны рекомендации по эффективному ис-

пользованию некоторых экономических и институциональных инструментов

по формированию инновационной экономики.

Ограничения исследования – необходимо более полное научное исследова-

ние влияния налогового стимулирования, венчурного финансирования и на-

учно-технического обмена на формирование инновационной экономики.

Практическая значимость исследования – использование результатов ис-

следования в качестве научного источника в процессе эффективного примене-

ния  некоторых  экономических  и  институциональных  инструментов  в

формировании инновационной экономики.



Оригинальность и научная новизна исследования – определение и научное

обоснование некоторых экономических и институциональных инструментов,

положительно влияющих на формирование инновационной экономики.

Ключевые слова: инновационная экономика, инновационный процесс, на-

логовое стимулирование, научно-технический обмен, венчурное финансирова-

ние. 

E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...



6(120)/2014

115


Mamed-zadeh emin eldar oglu

Ass.Prof., Institute of Economy in ANAS



Some economic and institutional instruments of  formation 

of innovative economy 

Abstract

Purpose – studying of economic and institutional instruments of formation of in-

novative economy.



Design/methodology – system approach, the comparative analysis.

Findings – were made recommendations about effective use of some economic

and institutional tools about formation of innovative economy.



Research limitations – fuller scientific research of influence of tax incentives,

venture financing and a scientific and technical exchange for formation of innovative

economy is necessary.

Practical implications – use of research results as a scientific source in process

of effective appling of some economic and institutional tools in formation of inno-

vative economy.

Originality/value – detecting and scientific justification of some economic and

institutional tools which are positively influencing to formation of innovative eco -

nomy.

Keywords: innovative economy, innovative process, tax incentives, scientific and

technical exchange, venture financing.

Jel Classification  Codes: E62,H21,H3,O23

Məqalə redaksiyaya daxil olmuşdur: 21.10.14.

Təkrar işləməyə göndərilmişdir: 28.10.14.

Çapa qəbul olunmuşdur: 16.12.14.



E.Məmməd-zadə 

İNNOVASİYA İQTİSADİYYATININ fORMALAŞMASININ BƏZİ İQTİSADİ VƏ...



6(120)/2014

116

Yüklə 132,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə