Xülasə Türk dastan mətnlərinin şifahi olaraq söyləndiyi zaman limiti çox qədim dövrləri eramızdan



Yüklə 348,2 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü348,2 Kb.
#57813
növüXülasə


Dədə Qorqud •  2016/1

56

Rövşən  ƏLİZADƏ 



Filologiya üzrə fəlsəfə doktoru 

İstanbul Aydın  Universiteti 

e-mail: rovshen_alizade@yahoo. com

TÜRK DASTANLARININ TƏSNİFATI, STRUKTUR ÖZƏLLİKLƏRİ 

VƏ BAŞ QƏHRƏMANLARIN MİSSİYASI

Xülasə

Türk  dastan  mətnlərinin  şifahi  olaraq  söyləndiyi  zaman  limiti  çox  qədim  dövrləri  (eramızdan 

əvvlki  dövrü)  əhatə  edir.  Qədim  dastan  söyləyiciləri  olan  “qam”,  “ozan”  tipləri  türk  xalqlarmdakı 

müasir dastan  söyləyicilərinin “əcdadlarıdır”.  Türk qəhrəmanlıq dastanlarının bir çoxunda struktur xü­

susiyyətləri baxımından bənzərliklər vardır.  Türk dastanlarında qeyri-adi elementlərin zənginliyi,  qəh­

rəmanların  qeyri-adi  varlıqlarla mübarizə  etmələri  və  hər bir  savaşı  qələbə  ilə  sona  çatdırmaları türk 

dastan gələnəyinin ortaq cəhətlərindəndir.

Açar sözlər: türk, oğuz, dastan,  folklor, təsnifat, struktur, qam, ozan

CLASSIFICATION OF TURKISH EPOSES, STRUCTURAL PROPERTIES,

AND MISSION OF CHARACTERS

Summary

The  narrating  time  limit  of  turkish  epos  texts  covers  ancient  periods  (BC).  The  ancient 

narrators  such  as  “gam”  ,“ozan”  are  the  ancestors  o f modem  epos  tellers.  There  are  similarities  in 

many o f turkish heroism eposes from the structural point o f view. The common ground of turkish epos 

tradition are the  followings:  the richness o f the unusual  elements of the turkish eposes, the struggle  of 

heros with the extraordinary creatures, and the wars that ended with a victory



Key words: turkish, oghuz, epos, folklore, classification, structure, gam, ozan

КЛАССИФИКАЦИЯ, МИССИИ ГЛАВНЫХ ГЕРОЕВ И ОСОБЕННОСТИ 

СТРУКТУР ТЮРКСКИХ ДАСТАНОВ

Резюме

Устное  сказание  текстов тюркских дастанов  охватывает собой древние  времена  (период 

до  нашей  эры).  Сказители  древних  дастанов,  такие,  как  “гам”  и  “озан”  являются  “предками” 

современных  сказителей  тюркских  народов.  Во  многих  героических  дастанах  наблюдается 

схожество  структурных  черт.  Тюркские  дастаны  богаты  присуствием  необычных  элементов, 

битвами  главных  героев  против  необычных  созданий  и  победами  во  всех  сражениях.  Всё 

перечисленное является объединяющим мотивом тюркских дастанов.

Ключевые слова:  Тюрк, огуз, дастан, фольклор, классификация, структура, гам, озан

Məsələnin qoyuluşu: 

Əski türk dastanlarının söyləndikləri tarixdən xeyli sonra 

yazıya keçdiyi araşdırmalar yolu ilə təsdiq olunub. Dastanların ən əski nümunələrinin 

fərqli  dil  və  ləhcələrdə  yazıya  alındığı  və  türk  sahəsinə  aid  olmayan  xarici  mənbə­

lərdə  yer aldığı  da bilinən bir məsələdir.  Ancaq türk  dastanlarının ilk  olaraq  necə  və 

hansı  üsullarla təhkiyə  edildiklərinə  dair qaneedici  məlumatlara rast  gəlinmir.  Qarşı­

laşdığımız  bir  həqiqət  var ki,  o  da türk  dastanlarının  İslam  dininin təsiri  nəticəsində 

ciddi dəyişikliklərə məruz qalmasıdır.



İşin məqsədi: 

Bu yazımızda dastanların təsnifı və struktur özəllikləri  ilə dastan 

qəhrəmanlarının məqsəd və hədəflərindən bəhs edəcəyik.

Epik növ olan dastan türk dillərində “dastan”,  “epos”, “cır”,  “comoq”,  “alıptığ nı- 

max”, “maadırlıq tool”, “olonxo”, “qay çörçök” və “qay şörçək” kimi terminlərlə adlan­

dırılır.  Türkiyə sahəsində “dastan” termini ilə janr baxımından nəzm və nəsr olan tarixi-




Dədə Qorqud •  2016/1

57

mənqəbəvi dastanlar nəzərdə tutulmaqla, eyni zamanda klassik ədəbiyyatın məsnəvi şək­



lində yazılan bəzi mənzum əsərləri və müəyyən hissələri mənsur tərzdə yazılan “Yusif ilə 

Züleyxa”,  “Leyli və  Məcnun”,  “Dastan-ı  Əhməd Hərami” və “Qabusnamə” kimi əsərlər 

də ifadə edilməkdədir.  Bu  sahədə eşqi və aşiqlərə məxsus evlilik mövzusunu əks etdirən 

və  nəzm-nəsr  qarışığından  ibarət  olan  xalq  hekayələrinin  “dastan”  termini  içərisinə 

alınmadığı  görülməkdədir.  Ancaq  bir çox türk xalqları  arasında  “dastan”  termini  ilə  eşq 

və qəhrəmanlıq mövzulu mətnlərin bütününün nəzərdə tutulduğu diqqəti cəlb etməkdədir.

Dastanın  türk  şifahi  gələnəyində  mənzum  bir  şəkildə  ortaya  çıxdığını  qəbul 

edən xeyli  sayda araşdırmaçılar var.  Onlardan  Ş.Elçin dastanı  aşağıdakı  kimi  izah et­

məkdədir:  “Şifahi  gələnəyə  bağlı  bu  anonim  məhsullar  zaman  və  məkan  içində 

cəmiyyətin  idarəsini  əllərində  tutan  “Qəhrəman-Bilgə”  şəxsiyyətlərin  mənqəbəvi  və 

həqiqi həyatları ətrafında təşəkkül etmiş uzun, didaktik hekayələrdir” (3,  72).

Diqqəti  çəkən  məsələlərdən  biri  də  yaradılış,  tufan  və  qiyamətdən  bəhs  edən 

mifoloji mətnlərin bəzi  araşdırmaçılar tərəfindən “dastan” kateqoriyasına daxil  edilmə­

sidir.  Türkiyə türkcəsində və bəzi türk ləhcələrində “dastan” termini  ilə yanaşı, yenə də 

farsca  olan  “namə”  termini  ilə  özəlliklə  mənsur  dastanların  adlandırılması  ənənəsinin 

olduğu  görülməkdədir.  Örnək  olaraq  “Battalnamə”,  “Danişməndnamə”,  “Teymuma- 

mə”,  “Çingiznamə” və  “Saltuqnamə”  kimi mənsur dastan mətnlərini  göstərə bilərik ki, 

bu dastanların bilavasitə “namə” termini ilə işarələndirilməsi diqqəti cəlb edir.

Ümumi türk sahəsinə aid olan dastan türk folklorunda, eyni zamanda digər millət­

lərin  folklorunda  müəyyən  inkişaf mərhələlərindən keçərək  geniş  bir  sahəyə  yayılmış­

dır.  İslamiyyətdən öncə türk toplumlarına miras olaraq dastan vermiş türk dövlətləri Sa- 

ka, Hun, Göytürk və Uyğur dövlətləri idi. Türk millətinin dastan şairləri tərəfindən yazı­

lan böyük və bütün bir dastanın olmadığı bilinməklə bərabər, türk tarixində dastan söy­

ləmək üçün lazım olan bütün şərtlərin olduğu da açıqlanmışdır.  Bir millətin milli dastan 

yarada  bilməsi  üçün  o  millətin  əfsanələr  söyləməyə  meyilli  olması  və  çox  əski  tarixi 

dövrlərdə  yaşaması  gərəklidir.  Türk millətinin tarixi  də  bu  şəkildədir.  Bu tarix  başlan­

ğıcdan günümüzə qədər dastan qəhrəmanları və qəhrəmanlıq  olaylanyla doludur.  O qə­

dər  ki,  türk  milləti  dastan  həyatı  yaşamaqdan,  yeni  -   yeni  dastanlar  yaratmaqdan  və 

söyləməkdən, əski dastanlarını toplayıb sıralamağa zaman tapa bilməmişdilər (2,10-11).

1.  Dastanların təsnifatına dair.

F.Köprülü  islamiyyətdən  öncəki  türk  dastan  mətnlərinin  xalqın  mənzum 

təhkiyə  üsulunda  mövcud  olduğunu  və  bu  üsulun,  ya  da  “texnologiya”nm  islami 

mərhələyə  daşındığını  qeyd  edərək,  türk  dastanlarını  tarixi  dövrlərə  və  aid  olduqları 

türk boyu və ya dövlətinə görə aşağıdakı kimi təsnif edir:

1.  Əski türk, ya da “Xiyunq-Nu” mərhələsi: Alp Ər Tunqa,  Oğuz;

2.  “Göy türk”,  ya da “Tu-kiie”  mərhələsi:  Tu-kiie  (Göy türklerin)  törəyişindən 

bəhs edən mətnlər:  Ərgənəkon, Koroğlu;

3.  “Uyğur” mərhələsi:  uyğurların törəyişi, M aniheizm’in qəbulu ilə bağlı mətn­

lər (5, 44-63).

Fikrimizcə,  F.Köprülü bu təsnifındəki  “əski  türk mərhələsi”nə  aid  etdiyi  “Oğuz” 

təbiriylə uyğur variantı olaraq bilinən “Oğuz Kağan” dastanını nəzərdə tutmaqdadır.

F.Sümər  uyğurca  yazılan  “Oğuznamə”nin  və  Rəşidəddin  “Oğuznamə”sinin 

türkçülük  şüurunun  mahiyyəti  haqqında  olduqca  sərrast  bir  fikir  verdiyini  vurğula- 

maqla, bəhsi keçən şüurun əsaslarını aşağıdakı müddəalar ilə ifadə etmişdir:



Dədə Qorqud

  •  

2016/1

58

a) Oğuz xandan başlayaraq əsərin yazıldığı dövrə qədər türk aləmini, adlan zikr edi­

lən bu qövmlər təmsil etməkdədir: Oğuz (Türkmən), Uyğur, Qıpçaq, Qanlı, Qarluq, Qalac;

b)  Türklərin  də  əski  zamanlarda yaşamış  monqollann  Çingiz  xam  kimi  cahan­

gir bir hökmdarları vardır.  Bu cahangir hökmdarın adı  Oğuz Kağandır (və ya xan);

c) Türk dünyası, Oğuz xanın etdiyi böyük fəthlər nəticəsində meydana gəlmişdir. 

Yəni  türk  qövmlərinin  Beş-Balıq  bölgəsindən  Qara-Dənizin  quzeyinə  və  Anadoluda 

Adalar Dənizinə qədər yayılmış olmaları Oğuz Xanın fəthlərindən irəli  gəlmişdir;

ç)  Oğuzlar  Oğuz  Xanın  24  nəvəsindən  törəmişlər.  Uyğurlar  Oğuz  Xanın  öz 

qövmü  və  ya  ona  itaət  edən  türklərdir.  Qıpçaq,  Qanlı,  Qarluq  və  Qalaclar  da  Oğuz 

Xanın bəylərindən törəmişlərdir;

d)  Türklərin tarixi  bölümündə  Oğuz xan,  qövmünü haqq  dininə  gətirmək  üçün 

Tanrı  tərəfindən  göndərilən  bir  hökmdar  olaraq  göstərilir.  Bununla  həm  qövmünə 

Allahın  dinini  gətirmiş,  həm  də  böyük  fəthlər  həyata  keçirmiş  bir  peyğəmbər 

hökmdara sahib olmaqla türklərin həm monqollar,  həm də  ərəblər qədər şərəfli və ya 

onlardan da şərəfli və üstün qövm olduqları ifadə edilmişdir (9,  364).

Yuxarıdakı  fikirlərində  F.Sümər  “Oğuznamə”  gələnəyini,  türk  etnokosmik 

şüurunun  fövqəladə  olaylarından  biri  kimi  dəyərləndirmişdir.  Araşdırmaçı  Oğuz 

Kağanı  Tanrı  oğlu,  ilk  insan,  mədəni  qəhrəman,  demiurq  və  türk  cahan  dövlətinin 

qurucusu qismində  səciyyələndirməklə,  eyni  zamanda,  islamiyyətin təsiri  nəticəsində 

Oğuz  Kağanın  məqsədli  şəkildə  dəyişdirilən  və  müsəlman  ideologiyasına  uyğunlaş­

dırılan  funksiyasını  da  müəyyənləşdirmişdir.  Bu  baxımdan,  diqqəti  çəkən  məsələ­

lərdən  biri  də  islamiyyət  sonrası  türk  kültür  yaddaşında  Oğuzun  Tanrıoğlu  olaraq 

deyil,  Allahın  nümayəndəsi  -   peyğəmbəri  statusunda  dəyər  qazanmasıdır.  Bu  kon­

tekstdə, təbii  ki,  islamiyyətin  “Tanrıoğlu” motivini  qəbul  etməməsinə  də  diqqət edil­

məlidir.  İslamiyyət  öncəsi  dönəmin  təmsilçisi  olan  Oğuzun  Tanrıoğlu  olması  olayı 

islam dini  və kültüründəki peyğəmbərliyə də birəbir fakt sayıla bilər.

R. 


Qafarlı  yazır:  “Oğuznamə  türk xalqlarının  oğuz  qrupunun  şifahi  epik  ənənə­

sinin  nəzm  və  nəsrlə  yaranan  eposlarına  orta  çağların  əvvəllərində  yazıya  alınarkən 

verilən  addır.  Hər  bir  xalqa  aid  epos  yaradıcılığının  spesifik  cəhətləri  olduğu  kimi, 

oğuzların  da  dastanlarında  başqalarından  seçilən  əlamətlər  mövcuddur.  Başlıcası 

ondan  ibarətdir  ki,  xalq  arasında  yaşadığı  çağlarda  ötənlərə  nəzər  salıb  nəticə 

çıxarmaq,  tarixi  hadisələrdən  ibrət  götürmək  ön  plana  çəkilmiş,  bu  səbəbdən  də 

mifoloji  qatlardan  gələn  motivlərə  də  gerçəklik  donu  geydirilmişdir.  “Oğuznamə” 

deyəndə  hər  şeydən  əvvəl  folklorla  yazılı  ədəbiyyatın  bir  nöqtədə  birləşdiyi  məqam 

yada  düşməlidir.  Ulu  bir  elin  böyük  zaman  çərçivəsində  düzüb-qoşduğu  epik  söylə­

mələr  bir  qələm  sahibinin  təxəyyülündən  keçərək  həmişəlik  yazı  yaddaşına köçürü­

lür.  Uzun  əsrlər  boyu  on  minlərin  yaddaşından  süzülə-süzülə  gəlib  qəlibləşən,  daha 

doğrusu,  xüsusi  poetik  formalara  salınıb  dastanlaşan  mifoloji  və  tarixi  əhvalat, 

əfsanə,  rəvayətlər şifahi  yaşama dövrünü başa çatdırır, bir fərdin  istedadı,  yaradıcılıq 

imkanları  vasitəsi  ilə  kitablaşdınlmaqla əbədi  yaşama imkanı  əldə  edir.  Faktlar  gös­

tərir  ki,  türkün  təkcə  eposları  deyil,  başqa  folklor  əsərlərindən  ibarət  əlyazma  mətn­

ləri də Azərbaycanda XVII-XVIII yüzilliklərdə “oğuznamə” adlandırılırdı” (6, 577).

S. 

Rzasoy  da yazır ki,  “Oğuz  Kağan” -  oğuz etnosunu proyeksiyalandıran  (inikas 



edən) dünya modeli (etnokosmik semantemlərin -  mənaların paradiqması), “Oğuznamə” 

-  “Oğuz Kağan” dünya modelini gerçəkləşdirən sözlü mətn universumudur” (8,106).




Dədə Qorqud •  2016/1

59

Türk  dastanları  ilə  bağlı  yuxarıdakı  təsnifatları  səciyyələndirərək,  həm  “Oğuz- 



namə”  gələnəyinin  əsası  sayılan  “kök”ün  islamiyyət  öncəsinin  mənzum  məhsulu 

olaraq  ortaya  çıxdığını,  həm  də  bu  “kök”ün  sonrakı  mərhələlərə  mənsur və  ya  mən­

zum-mənsur olaraq  keçməsi  olayını  müşahidə  etdik.  Təqdim  edilən  təsnifatların  üzə 

çıxardığı  məsələlərdən  biri  də  “Oğuz  Kağan”  dastanının  və  ya  “Oğuznamə”  epos 

gələnəyinin  “bitik”,  “namə”  və  “kitab”  kimi  adlarla  adlandırılması  və  bu  ifadələrin 

hansı  şərtlər  daxilində  yazıya  keçməsi  haqqında  yeni  elmi  təhlillərin  aparılmasının 

zəruriliyi  məsələsi  oldu.  Bu  məsələnin  isə  başqa  bir  araşdırma  yazısı  ilə  təhlil  edilə 

biləcəyini nəzərə alaraq mövzumuza aşağıdakı kimi davam edirik.



2.  Dastanların struktur özəllikləri

Türk  dastanlarının  təhkiyə  edilməsində  üç  söyləmə  üsulundan  istifadə  edildiyi 

görülməkdədir.  Bu üsullar,  nəzm,  nəsr və  nəzm-nəsr qarışığından  ibarətdir.  Dastanın 

təhkiyəsiylə  bağlı  istifadə  olunan  bu  üsulların  hər  hansı  biri  ilə  ozanın  sazından 

duyulan melodiyalar birləşərək təbii  dastan  kompozisiyasım  yaradırlar  (10,  154).  Bu 

fakta  əsasən,  türk  dastanlarının  söylənilməsində  ozanın,  ya  da  təhkiyəçinin  rolunun 

çox  önəmli  olduğunu  qeyd  etməliyik.  Dastan  söyləmə  gələnəyində  söyləyicinin  rolu 

haqqında  N.Yıldızın  irəli  sürdüyü  fikir  də  bu  baxımdan  diqqət  çəkməkdədir.  O, 

söyləyicinin  mənam  qüvvətləndirmək  və  ifadə  zənginliyi  yaratmaq  üçün  istifadə 

etdiyi  metodlardan birinin onun  səs  təqlidindən  əmələ  gələn kəlmələri  sıxlıqla təkrar 

etməsi  sayəsində olduğunu yazmışdır (11, 54).

Qəhrəmanlıq  dastanlarında  qəhrəmanın  dünyaya  gəlməsi  və  ya  səhnəyə  çıxma­

sına  bağlı  olaraq  özəl  bir  təhkiyə  üsulu  tətbiq  edilir.  Bu  təhkiyə  mərhələsində  sıx  bir 

şəkildə mübaliğə, bənzətmə, təzad və müqayisə kimi vasitələrdən istifadə olunur. Və bu 

duruma  adekvat  olaraq  Oğuzun  anadan  olması  olayını  müşahidə  edirik:  “Yenə  gün­

lərdən  bir  gün  aydın  oldu  gözləri,  rəngləndi,  işıq  doldu,  Ay  Kağan’ın  o  gün  bir  oğlu 

oldu.  Bu uşağın üzü gömgöy, ağzı qıpqırmızı rəngdəydi, bənizi od kimiydi.  Gözləri ala, 

saçı  və qaşları  qara idi.  Pərilərdən daha gözəl  idi.  Bu uşaq  anasından bir dəfə  süd əmdi 

və bir daha əmmədi. Çiy ət, yemək və şərab istədi. Dilə gəlməyə başladı; qırx gün sonra 

böyüdü,  yeridi,  oynadı.  Ayaqlan  öküz  ayağı  kimi,  beli  qurd  beli  kimi,  çiyinləri  samur 

çiyni kimi, sinəsi  ayı sinəsi kimi  idi” (7,  115).  Manas dünyaya gəldiyində isə “bəyaz əti 

ağappaq, sümüyü də polad kimi idi” (7,498) sözləriylə təqdim olunur.

Qeyd  edək ki,  şifahi  ənənədən  gələn  dastan mətnində  ətraf və məkan olduğu ki­

mi,  yəni  təbii  şəkliylə  təsvir olunmalıdır.  Dastan  qəhrəmanının  bütün  fövqəladə  özəl­

likləri  təhkiyəçi  tərəfindən  sadalandıqdan  sonra,  o,  dastandakı  hərəkətin  “tənzimləyi­

cisi” olaraq təqdim  edilir ki, bunun da təbii məkan daxilində baş verdiyinə diqqət edil­

məlidir.  Hər  hansı  bir  dastanın  təbiiliyi  onun  həyatla,  gerçək  yaşamla  olan  əlaqəsinə 

əsaslanmalı  və  dinləyici  kütləsi  üzərindəki  təsiri  də  birbaşa bu  bağlantıya  görə  müəy­

yən edilməlidir.  Təxəyyül gücünün bu çərçivədə real həyat qəlibinə salınması isə zəru­

rət  tələb  edən  bir  meyara  çevrilməlidir.  Bu  durumda  dastanı  dinləyənlər,  dastandakı 

olayları,  bir  növ,  yaşayaraq,  özlərini  dastan  qəhrəmanı  ilə  eyniləşdirə  bilməlidirlər. 

Çünki  dastanı  aktual  edən məsələ  söyləyici  ilə  dinləyici  arasında sözüngedən əlaqənin 

qurulmasıdır.  Dastan dinləyicisi olan şəxs  söylənilən olayın alıcısı qismində çıxış edir. 

Dastan  söyləyicisi  olan  şəxs  həm  keçmişi,  həm  də  gələcəyi  yaşadığı  zaman  qədər 

mükəmməl  bilir,  o,  hər  cür həqiqətin mənasını,  həyatın  sirrini  və  dünyanın  gedişatım 

dərk  edir  və  dastandakı  olaylara  şahidlik  edən  bir  hakim  mövqeyindədir.  Dastanın




Dədə Qorqud

  •  

2016/1

60

təhkiyə  edildiyi  ortamda  müşahidə  edilməsi  labüd  olan  xüsuslar  bundan  ibarətdir: 



Qəhrəmanlıq  dastanlarmdakı  təhkiyənin,  özəlliklə  qəhrəmanın  dünyaya  gəlməsi  və 

yetkinləşməsiylə bağlı hissələrində həm sürətliliyin, həm də axıcılığın olması zəruridir. 

Ancaq  qəhrəmanın  savaş  və  mücadiləsinin  yer  aldığı  hissələrdə  sürət  və  axıcılıq 

zəifləməkdə,  dastan  söyləyicisinin  bu  hissələrdə  ən  kiçik  detalı  da  göz  ardı  etməyib, 

eyni motivi bir neçə dəfə təkrarlayaraq təhkiyəni daha da uzatması gərəkdir.

Uyğur  dastan  söyləyiciləri  tərəfindən  uyğur  hərflərilə  yazıya  alınan  və  tək 

nüsxəsi  əlimizdə  olan  Oğuz  Kağan  dastanı  da,  üzərində  durduğumuz  üsul  və 

özəllikləri özündə əks etdirən dastan olaraq aşağıdakı hissələri ehtiva edir:

1.  Oğuz  Kağamn  fövqəladə  bir  şəkildə  dünyaya  gəlməsi  ilə  analoqu  olmayan 

bir tərzdə sürətli böyüdüyünün təhkiyə edildiyi hissə (7,  115);

2.  Oğuz  Kağamn  mənsub  olduğu  xalqın  təhlükəsizliyi  naminə  vəhşi  bir  hey­

vanı öldürməsindən və alplıq mərhələsinə keçməsindən bəhs edilən hissə (7,  116);

3.  Oğuz  Kağamn  evlənmələrinin  təhkiyə  edildiyi  hissə.  Bu  hissədə  Oğuz 

Kağan  Tanrı  tərəfindən  işıq  və  mübarək  ağac  vasitəsilə  göndərilən  iki  mübarək  qa­

dınla evlənir və hər birindən üç oğlu dünyaya gəlir (7,  117);

4.  Oğuz Kağamn dünyanın dörd bir tərəfinə hakim olmaq və türk törəsini bütün 

dünyaya  yaymaq  düşüncəsini  xalqına  bəyan  edərək  fəthlərə  başladığı  və  ordu  gön­

dərərək  dörd  bir tərəfi  hakimiyyəti  altına  aldığının  təhkiyə  edildiyi  hissə.  Oğuz  Ka­

ğan  tərəfindən  boy  və  uluslara  Qarluq,  Qanqlı,  Qıbçaq  kimi  fərqli  adlann  verildiyi, 

mədəni  qəhrəmanların  (demiurqların)  həyatı  asanlaşdıran  yeniliklər  gətirdikləri  və 

dövlət  idarəsilə  əlaqəli  qaydaların  yaranmasını  əhatə  edən  bu  hissəni,  dastanın  əsas 

hissəsi olmaqla digər bölümlərlə müqayisədə daha həcmli saya bilirik (7,118-125);

5.  Oğuz  Kağamn  gerçəkləşdirdiyi  fəthlərin  sonucunda  ölkəsinə  dönməsi  və 

ölkəsini oğulları arasında paylaşdırmasının təhkiyə edildiyi hissə (7,  125-127).

Bilavasitə uyğur hərflərilə yazılan “Oğuz Kağan” dastanında əksini tapmış yuxa­

rıdakı  hissələrin  də  bir  çox  qəhrəmanlıq  dastanlarında  bənzər  və  bir  az  fərqli  şəkildə 

müşahidə edildiyini qeyd edirik. Və türk dastanlarmdakı bütün qəhrəmanların normallıq 

xaricində,  yəni  fövqəladə  şərtlərin müşayiətilə  anadan  olduqları,  sürətli  bir şəkildə boy 

atma mərhələsinə girdikləri, özlərini təsdiq edə bilmək və alplıq (igidlik)  statusunu əldə 

etmək  üçün  bir  qəhrəmanlıq  olayı  gerçəkləşdirdikləri  də  müşahidələrimizdə  yer  alan 

özəlliklərdəndir. Təbii ki, bu özəlliklər sırasına qəhrəmanın öz hakimiyyətinin sərhədlə­

rini  genişlətmək cəhdləri,  dustaqlıq və  sürgün həyatını başa çatdırması və qaçırılan qo­

humlarım xilas etməklə işğalçı -  yad xanların “dərslərini” verməsi də əlavə edilə bilər.

Ümumi  olaraq islam öncəsi türk dastanlarında diqqət çəkən ən ümdə  özəlliklər 

aşağıdakılardan ibarətdir.  Onlar:

a) şifahi  (sözlü) ədəbi salnamələrdir;

b) olaylar geniş ərazilərdə cərəyan edir;

c) ümumilikdə bir neçə hissədən əmələ gələn mənzum əsərlərdir;

ç)  söyləyicilər  qəhrəmanların  fəaliyyətlərini  böyük  bir  həyəcanla  və  mərasimi 

üslubla təhkiyə edər;

d) bütün olaylar yan Tann durumunda olan bir qəhrəmanın ətrafında davam edər;

e) uzun səfərlər vardır;

ə) çox zaman olaylara qeyri-adi varlıqlar da qatılır;



Dədə Qorqud •2016/1

61

f) 


uzun bir söyləmə, təsvir və dialoq hissələri vardır;g) təhkiyə içində təhkiyəyə 

yer verilir;

h)  təşkil  olunan  böyük  törənlərdəki  söyləyişlər  və  geniş  xalq  kütlələrinin 

heysiyyəti ön plandadır.



3.  Qəhrəmanların missiyası

Ümumi  türk  sahəsindəki  dastanların  hər  birində  qəhrəmanlığın  əsas  mövzu 

olması  gərəkli  şərtlərdən  ən  başlıcasıdır.  Və  “epos”  dediyimiz  bu  dastanlardakı 

macəra və ya olayların atlı-köçəbə həyatının yaratdığı  “alp” (qəhrəman) tipi ətrafında 

cərəyan  etməsi  də  tamamilə  təbii  bir  sürəcdir.  Dastanlarda  alp  kimi  yer  alan 

qəhrəmanın  onu  yetişdirən  və  meydana  çıxardan  xalqın  (dastan  xalqının)  arzu  və 

istəklərini  ifadə  etməsi və  bunu hər  addımda büruzə  verməsi  də  diqqəti  cəlb  edən bir 

olaydır.  Bəhsini  etdiyimiz  qəhrəman-alpm  yenə  də  dastan  xalqının  düşüncə  və 

təlqinlərinə uyğun olaraq mücadilə etməsi və dastan xalqı naminə zəfərlər qazanması 

da mühüm epik elementlərdən biri kimi görünür.

Alp  tipinə  aid  edilən  dastan  qəhrəmanı  türk  xalqlarının  yaşadığı  bölgələrə  görə 

bəzi  dəyişikliklər  əxz  etməkdədir.  Örnək  olaraq,  Güney  Sibirdən  toplanan  və  əski 

komponentlərlə zəngin olan qəhrəmanlıq dastanlanndakı alplann fəaliyyətlərinə diqqət 

yetirək.  Bu  dastanlarda  təsvir  edilən  alpların  çox  dar  bir  çərçivədə  ailələri  və  boyları 

üçün mübarizə apardıqları, sadəcə, mənsub olduqları uluslarını əsarətdən xilas etdikləri 

və təcavüzlərə qarşı müdafiə edilməyi məqsədə çevirdikləri görülməkdədir (1,9-10).

Qeyd  edək  ki,  dövlət  şüuruna  erkən  dönəmlərdə  nail  olan  və  fərqli  boylar  ilə 

xalqları tək dövlət çətiri altında birləşdirməyi bacaran türk qəhrəmanlıq dastanlanndakı 

alp tipinin (xüsusilə  Oğuz Kağan ilə Manasın)  vəzifələri  sırasına,  “gündüz oturmadan, 

gecə  yatmadan  çalışmaq”,  “azı  çox  qılmaq,  acı  doyurmaq”,  “yoxsulu  geydirmək”, 

“başlıya  baş  əydirmək”,  “dizliyə  diz  çökdürmək”,  “dostlan  güldürmək,  düşmənləri 

ağlatmaq” kimi və eyni zamanda “Tanrı kimi göydə yaradılmış” olmaq funksiyaları da 

daxildir.  Qəhrəmanlıq  dastanlannda  təsvir  edilən  baş  qəhrəmanlann,  özəlliklə  çətin 

vaxtlarda  və  xalqın  hər  hansı  bir  xilas  edicini  gözlədiyi  zaman  kəsiyində  “zühur” 

etmələri  diqqəti  cəlb  edən  faktlardandır.  Anadan  clma  olaylannın  fövqəladə  nüanslar 

zəminində  gerçəkləşməsindən  əlavə,  onların  ümumən  bəy  və  ya  xan  soyuna  mənsub 

olmaları  və  sadə  insanlar  silsiləsindən  ayrılmadıqları  görülməkdədir.  Yakut  və  Tuva 

dastanlannda  yer  alan  Er  Soqotox  ilə  An-Xan  və  “Oğuz  Kağan”  dastanındakı  Oğuz, 

yer üzündə yaradılan ilk insan olma vəsfini daşıyan qəhrəmanlar sferasında görülməklə 

bərabər,  həm də öz ağıl-məharətləri  sayəsində  (bəzən bu sferaya Tanrının himayəsi də 

daxil olur) mədəni qəhrəmana çevrilib, yeni  sivilizasiyalar inşa edən demiurqlardır.  Bu 

özəlliklərinə  görə  təhlil  etdiyimiz  dastan  qəhrəmanlannı,  kültür  və  mədəniyyət 

qəhrəmanlan  olaraq  keyfiyyət  qazanan  və  cəmiyyətlərin  çağdaşlaşma  macərasını  öz 

şəxsiyyətlərində əks etdirən qəhrəmanlar kimi səciyyələndiririk.

Türk  qəhrəmanlıq  dastanlarının  baş  qəhrəmanlan  ümumən  oğlan  (erkək)  olaraq 

dünyaya  gəlirlər,  ancaq  qırğızlann  “Canqıl  Mirza”,  xakaslann  “Ay  Xuucın”,  “Xuban 

Arığ”,  tuva  türklərinin  “Boktuq  Kiriş-Bora  Şeeley”  və  qaraqalpaq  türklərinin  “Qırx 

Qız”  adlı  dastanlarında  qadın  baş  qəhrəmanlara  da  rast  gəlinir.  Tannmn  himayəsində 

olmaqla  özləri  qədər  cəsur,  çevik  və  ağıllı  atlara  sahib  olan,  orta  dünyanın  xeyirxah 

insanlarından edilən köməklərin xaricində, fövqəladə varlıqlardan da yardımlar alan və 

sadə  insanlara  görə  daha  çox  dözümlü  və  savaşçı  olan  qadın  qəhrəmanlar,  yuxanda



Dədə Qorqud •   2016/1

62

qeyd edilən  səbəblər dolayısıyla,  çıxdıqları  səfərlərdə  çətin mücadilələr aparmalı  olur­



lar.  Bütün mücadilələr,  məruz  qaldıqları  imtahanlar nə  qədər çətin və  ağır olsa da,  ba­

hadır-igidlər onları qəhrəman edən özəllikləri müqabilində qalib bir şəkildə vətənlərinə 

geri  dönürlər.  Dastandakı  qəhrəmanların  vurğuladığımız  çətin  mücadilələri,  mənsub 

olduqları xalqın da yenidən nizam və firavanlıq içində yaşamalarına imkan yaradır.

İslami  dövrdəki  türk  dastanlarının  baş  qəhrəmanı  “qazi”  tipi  olaraq  qarşımıza 

çıxır.  Qazinin  din  və  vətən  uğrunda  savaşmasmdan  əlavə,  eyni  zamanda  dindar  bir 

xarakterə  sahib  olduğu  da  müşahidə  edilir  (4,  112-119).  Bu  olayın  ilk  nümunəsi 

Rəşidəddin  “Oğuznaməsi”ndəki  Oğuz  xanın  timsalında  “alpərən”  adıyla  yer  alır  ki, 

bu  ifadənin  daha  çox  türklərin  islamiyyəti  qəbul  etməsi  və  ya  islam  mədəniyyətinə 

daxil olması  sayəsində  formalaşdığı  diqqəti cəlb edir.  İslamiyyət öncəsi türk xalqının 

zövqünü oxşayan və belə qəbul edilən “alp” tipindən sonra,  irəliki  mərhələdə yeni bir 

inanc  və  ülkünü  təməlində  qoruyaraq  və  dəyişikliyə  məruz  qalaraq  ortaya  çıxan 

“qazi”  tipini  görürük.  Qazi  tipinin  isə  Anadoluya  gələn  və  bu  bölgədə  mücadilələr 

verən müsəlman-türklərin dastandakı təmsilçisi olduğu birmənalı şəkildə qəbul edilir.



İşin  elmi  yeniliyi  və  əsas  nəticəsi: 

Beləlikə,  bu  yazımızdakı  bəzi  təsbitlərə 

istinadən  deyə  bilərik  ki,  türk  dastan  mətnlərinin  şifahi  olaraq  söyləndiyi  zaman 

kəsiyi çox əski dövrləri  (eramızdan öncəki  dönəmi) əhatə  edir.  Bu gerçəkliyə  görə də 

əski  türk  xalqlarının  “qam”,  “ozan”  kimi  tiplərinin  irəliki  mərhələlərdə  “yeni  türk 

dastan söyləyici tipini” yaratdığını rahatlıqla söyləmək mümkündür.

Araşdırma  dairəsinə  daxil  edilən  türk  qəhrəmanlıq  dastanlarının  bir  çoxunda 

isə  struktur  özəllikləri  baxımından  bənzərliklər  vardır.  Türk  dastanlarında  qeyri-adi 

elementlərin  zənginliyi,  qəhrəmanların  sıradan  olmayan,  fövqəladə  varlıqlarla 

mücadilə  etmələri  və hər mücadiləni  zəfərlə  sona  çatdırmalan  da ümumi türk dastan 

gələnəyinin ortaq özəlliklərindəndir.

İşin  nəzəri  və  praktiki  əhəmiyyəti: 

Məqalənin  nəzəri  əhəmiyyəti  bu  işdən 

türk  dastanlarının  tədqiqində  nəzəri  ədəbiyyat  kimi  istifadə  imkanları,  praktiki 

əhəmiyyəti  isə  həmin  dastanların  ali  məktəblərdə  tədrisi  prosesində  praktiki  vəsait 

kimi istifadə imkanları ilə müəyyənləşir.

ƏDƏBİYYAT

1.  Aça  M.  Türk  Destancılık  Geleneğine  Bütüncül  Yaklaşabilme  ve  Alp  Kavramı 

Üzerine Bazı Yeni Yaklaşım Denemeleri // Milli Folklor Dergisi,  S. 48, 2000, s.  5-18

2. Banarlı N.  S.  Resimli Türk Edebiyatı Tarihi.  İstanbul,  1983

3. Elçin Ş. Halk Edebiyatına Giriş. Ankara,  1986

4. Kaplan M. Türk Edebiyatı Üzerinde Araştırmalar-3, Tip Tahlilleri.  İstanbul,  1991

5. Köprülü M. Fuat, Türk Edebiyatı Tarihi. İstanbul,  1981

6.  Qafarlı  R.  Mif,  əfsanə,  nağıl  və  epos  (şifahi  epik ənənədə janrlararası  əlaqə).  Bakı: 

ADPU, 2002

7. Ögel B, Türk Mitolojisi. I c, Ankara,  1993

8.  Rzasoy S. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst.  Bakı, 2008

9. Sümer F. Oğuzlar (Türkmenler). Tarihleri-Boy Teşkilatı-Destanları. İstanbul,  1999

10. Yıldırım D, Türk Bitiği. Ankara,  1998

11. Yıldız N.  Manas destanı  (W.  Radloff) ve Kırgız kültürü  ile  ilgili tespit ve tahliller. 



Ankara, TDK,  1995

Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy

Yüklə 348,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə