Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinin



Yüklə 109,1 Kb.
tarix18.06.2018
ölçüsü109,1 Kb.

Azərbaycan Respublikası

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi

Zaqatala rayon

Mərkəzləşdirilmiş Kitabxana Sistemi
c:\documents and settings\user\рабочий стол\stock-vector-vector-illustration-of-multicultural-national-children-people-on-planet-earth-set-of-321022349.jpg


Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinin

öyrənilməsi və yaşadılmasının Azərbaycan modeli

Zaqatala-2016

Azərbaycan Respublikası

Mədəniyyət və Turizm nazirliyi


Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi

Zaqatala MKS
Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinin

öyrənilməsi və yaşadılmasının Azərbaycan modeli
(Metodik vəsait)

Zaqatala-2016

Tərtibçi: Abonoment bölməsinin müdiri

M.Ömərova.
Redaktor: MKS-nin direktoru

G.Məmmədova.
Kompyuter yığanı

Və dizayn: M.Ömərova

Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsininöyrənilməsi və yaşadılmasının Azərbaycan modeli.(Metodik vəsait)./tərt.ed.M.Ömərova;redaktor G. Məmmədova; Zaqatala rayon N.Gəncəvi ad.Mərkəzi kitabxana.-Zaqatala,2016.-29s.

Vəsaitdə Azərbaycanda yaşayan azsaylı xalqların birgə yaşayış tərzi , etnik tərkibi , adət və ənənələri haqqında məlumat verilmiş, eyni zamanda buradan , dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malik olması və bu hüquqların dövlət tərəfindən qorunduğu barədə məlumat əldə edə bilərsiniz.Vəsait geniş oxucu kütləsi və kitabxanaçılar üçün nəzərdə tutulub.
Zaqatala rayon N.Gəncəvi adına Mərkəzi Kitabxana, 2016.

2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin 11 yanvar tarixli 1673 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezident

Bakı şəhəri, 11 mart 2016-cı il.

Giriş
Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb. Azərbaycan çoxmillətli qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Məzmunca multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Multikulturalizm nədir? Sözün semantikası ingilis dilindən hərfi tərcümədən çoxmədəniyyətlilik (multi- çox,culture-mədəniyyət) anlamına gəlir. Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbədə etnik, irqi, dini-mədəni müxtəlifliklər və dəyərlər nəzərdə tutulur. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Multukulturalizmin əsasını tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil edir. Elmi ədəbiyyatda verilən məlumata görə, multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil. Multikulturalizm 1960-cı illərin sonunda Kanadada Meydana gəlib. Termin kimi o, 1970-ci illərdə ədəbiyyatda əks olunub.

Multikulturalizm ədəbiyyatda

Orta əsrlər Azərbaycan poeziyası nümayəndələrinin əsərlərində ümumbəşəri dəyərlərin təbliği məsələsi başlıca yerlərdən birini tutur.

Söz sərrafı olan və bədii yaradıcılığın ən gözəl nümunələrini yaradan Nizami Gəncəvinin (1141-1209) əsərləri bu cəhətdən xüsusilə fərqlənir. Onun yaradıcılığına əsasən deyə bilərik ki, Nizamidə multikulturalizm və tolerantlıq            elementlərinə rast gəlmək mümkündür.

Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayri-seçkiliyi qəbul etməyən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlirik. Nizami xalqların adını çəkərək onlara hörmətlə yanaşır.

Zəncinin zahiri qaradır, ancaq,

Sən ağzından çıxan saf sözlərə bax.

Zənci dəmir kimi qara , parlaqdır,

Üzü qaradırsa, ürəyi ağdır.

  XX əsrin əvvəllərində Bakı multikultural mədəniyyətə yaxınlaşmağa davam edirdi. Azərbaycanda ilk milli teatr binasının tikilməsi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Teatr binası 1883-cü ildə memar Koqnivitskinin layihəsi əsasında tikilmişdi. Bu teatrda 1908- ci ildə "Leyli və Məcnun" operası oynanılmışdı. Beləliklə, cəmiyyət Qərb mədəniyyətini qəbul edərək, şərqli davranışını qoruyub saxlayırdı. İlk dəfə olaraq, Şərqdə Azərbaycanda, Qərb mədəniyyətinin komponenti, opera qəbul edilir və böyük Üzeyir Hacıbəyov tərəfindən Şərq motivləri əsasında yazılır.




Multikulturalizm Azərbaycanda həyat tərzi və siyasət kimi

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa olunmasını təmin edib. Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi və Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi.

-"Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır".

"Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq".

Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm  modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya göstərmişdi.

 Qeyd edək ki, hazırkı çətin dövrdə ölkəmizdə Multikulturalizm dövlət siyasətinə çevrilib.Multikulturalizm dəyərləri olmayan məkanda, ayrı-seçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillər yaranır ki, bu da bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.



Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, ənənələrimizə , köklərimizə böyük hörmətlə yanaşırıq.

Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixə malik Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi Sinaqoqu açıldı. Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, qalanı isə xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 600-ə yaxın dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədir. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Bununla bağlı "Bərabərlik hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" (maddə 45,bəndlər 1,2) və başqa maddələri göstərmək mümkündür.

Multikulturalizm siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla inkişaf etdirilir. Ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək vacibdir. Ölkə başçısı müxtəlif tədbirlərdə,irimiqyaslı beynəlxalq toplantılarda çıxışı zamanı mütləq multikulturalizm məsələsinə yer ayırır və bunun vacibliyini vurğulayır. Təsadüfi deyil ki, dövlət başçısının qərarı ilə 15 may 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliğinə böyük töhfələr bəxş edir. Parisdə keçirilən "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda çıxış edən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini bildirib. Mehriban xanım Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini vurğulayıb. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullanın fikrincə, mədəni müxtəlifliyin qorunmasında vacib şərtlərdən biri bu işdə dövlətlə yanaşı vətəndaş cəmiyyəti və onun fəaliyyətini dəstəkləyən qurumların da fəal məşğul olmasıdır. Multikultural prinsiplər Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik prinsipləri qədər vacib və zəruridir. Bu gün Multikulturalizm fənn kimi bir sıra universitetlərdə - Litva, Gürcüstan, Rusiya, İtaliya, Bolqarıstan, Belarus, Çexiya universitetlərində, eləcə də ölkəmizin bir çox ali məktəblərində tədris olunur. Azərbaycan Multikulturalizmi fənninin böyük siyasi, ideoloji,mənəvi əhəmiyyəti vardır.  Azərbaycanda yaşayan azsaylı xalqların etnik tərkibi Coğrafi baxımdan Avropa və Asiya qitələrinin sərhəddində yerləşən müasir Azərbaycan tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olmuşdur. Əlverişli coğrafi şəraitdə yerləşməsi və zəngin təbiəti hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olmuşdur. Həm qədimlərdə, həm də müasir dövrdə Azərbaycan öz yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tarixdə qeyd olunub. Bura Zərdüştlük dininin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin biri-birindən bəhrələnərək çiçəkləndiyi diyardır. Tarixi mənbələr Azərbaycanın etnik tərkibinin daim genişləndiyini göstərir.

Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri,  tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.

Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz edərək, onları qarşılıqlı surətdə inkişaf etdirmişdir. Ümumi birgəyaşayış qaydalarına əməl olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşmış, lakin öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxlamışlar. 2009-cu ilin siyahıya alınmasına görə ölkə əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir.

Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır”. Heydər Əliyev



Azərbaycan insanının bir-birinə münasibəti kimin hansı millətə və yaxud dinə mənsub olmasında deyil, səmimi və təmiz olması ilə seçilir. Azərbaycanda əhalinin milli tərkibində həm sayca, həm də xüsusi çəkisinə görə ikinci yeri ruslar tutur. XIX əsrdə Azərbaycana köçürülən rus əhalisini iki qrupa bölmək olar. Həmin əsrin 70-80-ci illərindən sonra burada məskunlaşan rusların bir qismi müflisləşmiş və yerlərdə torpaqdan məhrum olmuş kəndlilər, digər qrup isə xristian dininin müxtəlif cərəyanlarına məxsus olan təriqətçilər idi. XX əsrin 20-30-cu illərində respublikaya rusların miqrasiyası güclü olmuşdur. Onlar təsərrüfatın müxtəlif sahələrinə aid mütəxəssislərdən, alimlərdən, fəhlələrdən ibarət idi. 1989-cu ildən sonra rusların kütləvi emiqrasiyası baş vermiş, 1999-cu ilə qədər respublikada onların sayı 250 min nəfər azalmışdır.

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bu torpaq bəşəriyyətin bütün inkişaf dövrlərində öz tarixini qoruyub və yaşada bilib. Bugünkü bəşər mədəniyyətinin tərəqqisində doğma yurdumuzun öz yeri, öz payı var. Azərbaycan milli tərkibinin rəngarəngliyi, burada yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların müxtəlifliyi ilə bir çox ölkələrdən fərqlənir. Ümumilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif  xalqların sayının çoxluğu ilə səciyyələnir. Tarix boyu ölkəmizdə sayının çoxluğu ilə səciyyələnir. Tarix boyu ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri öz adət-ənənələrini, milli dəyərlərini qoruyub saxlayaraq gələcək nəsillərə ötürüblər.


Zaqatalada yaşayan azsaylı xalqların adət və ənənələri
Qədim odlar diyarının etnoqrafik baxımdan zəngin rayonlarından biri də ecazkar təbiətə malik olan Zaqatala rayonudur. Zaqatala rayonu öz qədim tarixi abidələri, yaşayış məskənləri ilə yanaşı, ərazisində yaşayan azsaylı xalq, milli azlıq və etnik qrupların zənginliyi ilə də seçilir Rayonda 20-yə qədər milli azlığın və azsaylı xalqın nümayəndəsi mehriban qonşuluqda yaşamaqdadır.Avarların,ləzgilərin, ingiloyların, gürcülərin, udinlərin, rutrlların və digər xalqların bir çox adət-ənənələri əsrlərin süzgəcindən keçərək bir-birinə daha da yaxınlaşıb.

Qədimlərdən bu diyarda müxtəlif xalqların nümayəndələri çox mehribancasına, bir ailə kimi yaşamış, bir-birinə qaynayıb-qarışaraq ömür sürmüşlər. Zaqatalalılar dünyanın çox az yerində rast gəlinən bu polietnik rəngarəngliklə həmişə fəxr eləmişlər. Zaman-zaman dünyada baş verən müharibələr, fəlakətlər, repressiyalar nəticəsində yaxın-uzaq ellərdən çoxları dağlar qoynunda süslənən bu dilbər güşəyə pənah gətirmiş, sığınmışlar. Zaqatalalılar rayonumuza pənah gətirən hər kəsə qucaq açmış, onların yaşaması, özlərini təsdiqi üçün hər cür kömək göstərmişlər.

İngiloylar - İber dil ailəsinə daxil olan dildə danışan və müsəlman dininə etiqad edən ingiloylar əsasən Qax və Zaqatala rayonları ərazisində yaşayırlar. Orta əsrlərdə

müsəlmanlığı qəbul etmişlər. Etnik, psixoloji, mədəni və s. cəhətlərinə görə azərbaycanlılarla qohumluq əlaqələrinə malik olan ingiloylar yaşadıqları cəmiyyətə sıx inteqrasiya olmaları ilə seçilirlər. Böyük Qafqaz dağlarının dağətəyi bölgəsində yaşayan ingiloyların məşğuliyyət sferası əsasən taxılçılıq, üzümçülük, meyvəçilik və heyvandarlıqdır.

Udinlər - Dünyanın etnik xəritəsində udi (bəzi mənbələrdə udin) adlı etnos yalnız Azərbaycanın ərazisində mövcuddur. Udinlər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olmuş, çoxlu qədim ünsürləri qoruyub saxlaya bilmişlər. Udi dilinin əlifbası yoxdur. Keçmişdə udilər yalnız Qafqaz Albaniyasının (Müasir Azərbaycan Respublikasının) ərazisində qeydə alınmışlar. Udilər Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Onlar Azərbaycanın Şəki, Oğuz, Qəbələ rayonlarının ərazisində (1999-cu ildə aparılmış siyahıyaalmaya əsasən 4066 nəfər) yaşamışlar. Bu gün udilərin yaşadığı ərazi isə Şəki-Zaqatala iqtisadi-coğrafi bölgəsinə daxildir. Bu bölgənin qədim xalqlarından olan udilər yerli əhali ilə qohumluq əlaqələri quraraq onlarla qaynayıb-qarışmışlar.

Belə xalqlar arasında Axaxlılar böyük maraq doğurur.Axaxdərə Zaqatalada şəhərə ən yaxın olan kəndlərdən biridir.Bura diğər kəndlərdən öz yerləşməsi baxımından çox fərqlənir.Axaxdərə 15-20 evdən ibarət yaşayış yerləriynən tamamlanan obalardan ibarətdir.Ancaq bu obaların tarixi çox uzaqlara gedib çıxmır.Çünki Axaxlılar bu yerlərə sonradan gəlmədilər və obaların salınması onların hətta adı indiyədək gəlib çatan babaların adı ilə bağlıdır.Axaxdərəlilər soykökünə görə Dağıstan xalqlarından olan avarlardan sayılır.Onlar bütün dünyada iki yerdə kompakt şəklində yaşayırlar:Dağıstanın

Ahvah rayonunda, Azərbaycanın Zaqatala rayonunun Axaxdərə kəndində.Yəni bu xalqın Dağıstanda yaşayan hissəsi özünü ahvah, Azərbaycanın Zaqatala rayonunun Axaxdərə kəndində yaşayan hissəsi axaxlı adlandırır.Əhalinin əsas məşğulliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.Saxurlar. Azərbaycanın Qafqaz dilləri ailəsinə daxil olan saxurlar əsasən Zaqatala və Qax rayonlarının bir neçə kəndində məskunlaşıblar. Qədim mənbələrdə saxurlar “çaxaykov” adlandırılırlar. Özlərini etimoloji mənası məlum olmayan “yıkbi” adlandıran saxurların xeyli hissəsi isə Dağıstanın Rutul rayonunda, Samur çayının mənbəyində yaşayırlar.

Bir azsaylı etnos olması etibarı ilə saxurlar istər Dağıstan və istərsə də Azərbaycanın bir neçə kəndində məskunlaşsalar da, onların dili bir neçə dialektə bölünür. Belə ki, dilçilər saxur dilinin Saxur-Qum, Mişleş, Cınıx, Muxax-Sabunçu və Suvakil dialektlərindən ibarət olmasını müəyyən etmişlər. Mütəxəssislərin fikrincə, sadalanan dialektlərin özləri də bir neçə şivəyə ayrılırlar.

7-12-ci əsrlərdə saxurların məskunlaşdığı ərazilər də ərəblər tərəfindən istila edilmiş və nəticədə saxurlar da İslam dinini qəbul etmişlər. Təqribən 15-ci əsrdə saxur icmaları birləşərək Dağıstan ərazisində yerləşmiş və onlara sultan başçılıq etmişdir. Bu icmaların iqamətgahı əvvəl Saxur kəndi, 17-ci əsrdən isə İlisu olmuşdur. Saxurlar

tarixən Dağıstanda məskunlaşmış, daha sonralar isə Azərbaycan ərazisinə köç edib Zaqatala, Qax ərazilərində yerləşmişlər. Saxurların Azərbaycanda yerləşməsinin bir neçə yüz illlik tarixi ərzində onlar azərbaycanlılarla qaynayıb qarışmış, Azərbaycan dilinə, mədəniyyətinə yiyələnmişlər. Saxurların məişət təsərrüfatında  aparıcı yeri qoyunçuluq tutmuşdur. Bu təsərrüfatda yerli qoyun cinsləri daha üstünlük təşkil etmişdir. Iribuynuzlu mal-qara isə qoyunçuluğa nisbətən geniş yayılmamışdır. Bu da saxurların başlıca olaraq dağ ərazilərində, zəngin yaylaqlara malik olmaları ilə izah edilməlidir.

Bir xarakterik cəhəti də qeyd edək ki, saxurların məişətində əkinçilik ikinci dərəcəli əhəmiyyət kəsb etmişdir. Dağlıq ərazilərdə yaşadıqlarına görə və  münbit torpaqların azlığı üzündən onlar əkinçiliklə məşğul ola bilməmişlər.Saxurların digər məşğuliyyəti sənətkarlıq olub. Bu, bir tərəfdən onların zəngin yun, dəri məmulatına malik olması, digər tərəfdən də kişilərin başqa məşğuliyyətinin olmaması ilə izah edilir. Yəni qadınlar yunu əyirib ondan müxtəlif ev-məişət əşyaları toxuyur, kişilər isə zərgərlik, dəmirçilik və  silahqayırma ilə məşğul olurdular.

Saxurlar arasında çəkməçilik, dülgərlik, daşişləmə sənət -ləri də üstün yür tutub. Bu sənət sahibi olan kişilər bir tərəfdən yerlərdə el-obanın öz tələbatını ödəyər, digər tərəfdən də ilin müxtəlif vaxtlarında Azərbaycan və Gürcüstan şəhərlərinə, kəndlərinə gedib orada əhalinin sifarişini yerinə yetirərdilər.

Ənənəvi saxur evləri bir qayda olaraq iki otaqdan ibarət olardı. Onlar biri qış evi olub “dəyə” adlanar və 1,5-2 metr dərinlikdə yerin altında yerləşərdi. Bu evin ortasında saxurların “laxa” adlandırıdığı kürsü olardı. Qışda bütün ailə üzvləri bu evə yığışar, ailə “laxa” ətrafında yerləşib onun istisində isinərdi. “Laxa”da ocaq qalanardı. Bir qayda olaraq bu tipli evlərdə pəncərə olmaz, işıq ancaq ocaqdan düşərdi. Evin ikinci otağında isə yaz-yay aylarında istifadə edərdilər və ailənin bütün üzvləri bu dövrdə burada yerləşərdilər.

Qeyd edək ki, saxurların geyimləri də böyük dəyişikliklərə məruz qalmışdır. Belə ki, kişilərə məxsus “motal” papaq, bürünmə və ya qollu kürk, şal, çarıq, yundan toxunmuş şalvar və başqa ənənəvi geyim növləri aradan çıxmış, onları daha münasib fabrik geymləri əvəz etmişdir.. Müasir dövrdə ənənəvi qadın geyimləri ancaq yaşlı nəslin nümayənədələri tərəfindən istifadə edilir.

1992-ci ildən  Azərbaycanda saxurların sosial-mədəni inkişafına xidmət göstərən, azsaylı etnosun adət-ənənələri, dilinin, mədəniyyətinin inkişafına xidmət göstərən Saxur mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Rutul - Saxurların rutullar adlanan hissəsi Dağıstanın Rutul kəndindən gəlmişlər. Onlar mənşəcə saxurlara yaxındır. Rutulların da ulu əcdadları Azərbaycanın Şəki-Zaqatala bölgəsinə avarlarla və saxurlarla eyni vaxtda, yəni 17-ci əsrin əvvəllərində gəlmişlər. Dil etibarilə də rutullar saxur dilinə yaxın dildə danışırlar. Lakin rutulların da ədəbi dili Azərbaycan dilidir.

Yüz illər boyu doğma Azərbaycan torpağında bu azsaylı etnosların assimilyasiyaya uğramasına yol vermədən, bu günümüzədək saxlanması, şübhəsiz ki,  Azərbaycan xalqının humanistliyini, böyüklüyünü təsdiq edən danılmaz faktdır.. Qafqaz dilli azərbaycanlılar bunu öz amalları, qeyrətləri, torpaqlarımız uğrunda verdikləri şəhid oğlanlarımızın qanı ilə son illərdə tam sübuta yetirmişlər.Ərəblərin Azərbaycana gəlişi zamanı saxurların məskunlaşdığı ərazilər də onlar tərəfindən istila edilib və saxurlar İslam dinini qəbul ediblər. Təqribən 15- ci əsrdə saxur icmaları birləşərək Dağıstan ərazisində məskunlaşblar.

Saxurların mətbəxi müxtəlif yeməklərlə zəngindir. Xəmir xörəkləri isə onların ən çox sevdikləri yeməklərdən sayılır. Saxurların mətbəxində bir çox yemək növləri qaxacla hazırlanır. Bundan başqa onların mətbəxində “sürfüllü”, “xikeyi”, “xingili” adlı yemək növləri də məşhurdur.Uzun əsrlər boyu azəri türkləri ilə bir yerdə yaşayan saxurlar toy adətlərində də özünəməxsusluqlarını qoruyub-saxlaya biliblər. Bu gün saxur kəndlərində əsasən qədim toy adət-ənənələrinə üstünlük verilir. 

Bütün bunlar Azərbaycanın tarixən müxtəlif dil ailələrinə məxsus olan xalqların məskəni olduğunu bir daha sübut edir. Və bu xalqların dar gündə də, şad gündə də bir-birinə arxa, dayaq olaraq hamılıqla vahid azərbaycançılıq idealogiyasına sadiq olduğunu nümayiş etdirir. 

Saxurlar Azərbaycan elminə və incəsənətinə böyük şəxsiyyətlər bəxş ediblər. Onların ən məşhur nümayəndələrindən fizika-riyaziyyat elmləri doktoru Abdulla Muxtarovu, professorlar Abdulla Qarayevi, Əlizadə Orucu, Səlim Cəfərovu, yazıçı-publisist Əhməd İsayevi və digərlərini nümunə göstərmək olar.

Avarlar - Əsasən Zaqatala və Balakən rayonlarında yaşayan ən iri etnik qruplardan biri avarlardır. Avarların Azərbaycanda sayı 50 min nəfərdir. Bu rayonların ərazisində avar dilində ümumilikdə 260 sinfi olan 19 məktəb fəaliyyət göstərir və bu məktəblərdə 7 minə yaxın şagird təhsil alır. Avarlar əsasən Zaqatala, Balakən rayonlarının, Tala, Abaylı, Yuxarı Çardaqlar, Aşağı Çardaqlar, Axaxdərə, Zilban, Mazıx, Qəbızdərə, Maqov, Uzuntala, Danaçı, Hotavar, Abaçı, Katex, Qabaqçöl, Mahamalar Nuxbada, Qırğıllı oba, Yolayrıc, Solban, Meşə Şambul, Cincartala, Oytala, Paşanoba, Beretbinə, Çiçibinə, Məzimçay, Qoçəhməd, Çədərovtala, Kilsəburun, Kebeloba, Binə, Sarıbulaq, Car, Yuxarı Tala, Dardoqqaz, Göyəmtala kimi kəndlərdə yaşayırlar. Bu ərazidə yaşayan avarlar Qafqaz dillərinin Dağıstan qrupuna daxil olan avar dilinin Zaqatala şivəsində danışırlar. Avarların bir hissəsi də Dağıstanın cənubunda, əsasən Axvax, Botlix, Qerqebil, Qunib, Qumbetov, Kazbek, Sumadit, Suntin, Xunzax, Suxul, Çarodi, Tilyarat rayonlarında yaşayırlar.

Azərbaycan tarixşünaslığında avarların etnik tarixinin araşdırılması işində müxtəlif istiqamətli tədqiqatlar mövcuddur. Bu problemlə bağlı bir sıra tədqiqatlarda Qafqaz avarları ilə türk avarların bir-birindən tamamilə fərqli etnos olduğu konsepsiyası movcuddur. Bu konsepsiyaya görə Qafqaz avarları qədim mənbələrdə lbin, silv adları ilə məlum olan və qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının Lpina vilayətində məskun olmuş etnosların varisləridir, Dağıstan avarları ilə türk avarları fərqli etnoslardır .

Yazılı mənbələrin araşdırılması ilə bərabər avar etnoniminin türk dilləri ilə izah olunması da bizə bu gün Şimali Qafqazda, həmçinin Azərbaycanın şimal-qərbində yaşayan avarların qədim türk tayfalarının, qüdrətli avarların varisləri olduğunu söyləməyə əsas verir. “Avar” sözü türk dillərindəki “avara”, və ya “ayara” sözündən olub “çılğın, dikbaş, döyüşkən, dalaşqan” və ya “dirənən, qarşı gələn” kimi izah edilir. Görünür, yuxarıda da qeyd etdiyimiz kimi, tarixin bütün mərhələlərində döyüşkən xalq kimi tanınan avarların tez-tez müharibələrə cəlb edilməsi də məhz bu xüsusiyyətləri ilə bağlı idi və xüsusiyyətlər onlara verilən etnik adda da öz adını tapmışdı. Hər hansı bir dövlətin demokratik inkişafının bir ölçüsü də onun ərazisində yaşayan xalqlara olan münasibətidir. Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurum -larında geniş təmsil olunmuşlar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Milli Məclisdə, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Mərkəzi Seçki Komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışırlar. Əlbəttə, ölkəmizdə yaşayan hər bir xalq, toplum bizim bir parçamızdır. Dövlətimizin, bayrağı -mızın sevdalıları olan vətəndaşlarımız dövlətə, dövlətçiliyə, azərbaycançılığa bağlıdır.

2013-cü ildə zəngin folkloru, bayatı və laylaları, qocaman el sənətkarları, tətbiqi sənət ustaları ilə tanınan Zaqatala- respublika Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı çərçivəsində "Azərbaycanın folklor paytaxtı" seçildi.

XII Beynəlxalq Turizm və Səyahətlər sərgisində Zaqatalanın turizm obyektləri, folkloru, mətbəxi geniş təbliğ olundu. Çexiyada keçirilən "Lidse" 41-ci Beynəlxalq Uşaq İncəsənət Sərgisinə müxtəlif əl işləri göndərildi. Bu ilin may ayında Qax şəhərində keçirilmiş "Xalı və xalçaçılıq" sənəti üzrə sərgidə Suvagil və Əlibayramlı kənd mədəniyyət evlərindən Sevinc Qurbanovanın və Pirdovus Mehdiye- vanın təqdim etdikləri xalçalardan üçü diploma layiq görülüb, nümayiş üçün Bakı turuna seçilib, özləri fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

İyun ayında isə Masallı şəhərində keçirilən II Beynəlxalq Folklor festivalında rayonumuzun "Hüdülki" folklor rəqs kollektivi iştirak edib. "Hüdülki" həmçinin iyunun 26-dan iyulun 1-dək Belarus Respublikasının

Bobruysk şəhərində keçirilən festivalda da uğurla çıxış edərək mükafat qazanıb.

Suvagilin “Ceyranım” folklor xalq kollektivi - Danacı kənd mədəniyyət evi nəzdində “Alazan” rəqs qrupu , Əliabad qəsəbə mədəniyyət evinin nəzdind “Əliabadım” rəqs qrupu - Zaqatala rayonunun və Ümumrespublika bayram və folklor tədbirlərinin fəal iştirakçısıdırlar.

Şübhəsiz, folklor nümunələrinin üzə çıxarılmasında, qorunub gələcək nəsillərə ötürülməsində keçirilən tədbirlərin böyük əhəmiyyəti var. Onu da qeyd edək ki, 20-dək xalqın nümayəndəsinin Zaqatalada çiyin-çiyinə yaşaması mədəni irsin zənginləşməsinə, xalq sənətinin, o cümlədən hər xalqın öz folklorunun inkişafına da müsbət təsir edir.

Multikulturalizm, tolerantlıq, dözümlülük şəraitində yaşayan, qaynayıb qarışan xalqlar azərbaycançılıq ideologiyasının əsas qayəsinə, məqsədinə əbədi olaraq bağlıdır. Dünyanın əksər çoxmillətli dövlətləri sırasında Azərbaycan Respublikası da var. Bu gün Azərbaycan yerli aborigen tayfa birləşmələri və xalqlarla yanaşı öz taleyini bu torpağa bağlayan bir sıra milli azlıqların, azsaylı xalqların və etnik qrupların da doğma vətəninə çevrilmişdir.

  Bizdə olan dəyərlər Qərb üçün də, Şərq üçün də vacib və çox əhəmiyyətli nümunədir. Artıq “Azərbaycan Multikulturalizmi” termini formalaşıb ki, bu da tolerantlığın təcəssümü olmaqla yanaşı, dünyada milli və dini münaqişələrə son qoya bilən siyasətin çox yaxşı bir modelidir. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.



Kitabxanaların qarşısında duran əsas vəzifələr
Kitabxanalarda azsaylı xalqların adət-ənənələri, mədəniyyəti, ictimai fəaliyyəti, görkəmli nümayəndələri haqqında oxucuları məlumatlandırmaq məqsədilə ilə növbədə sərgilərin təşkil edilməsi məqsədə uyğun olardı.

Azsaylı xalqların ədəbiyyatı”, “Azsaylı xalqların görkəmli yazarları”, “Azsaylı xalqların mətbəxi”və s. Azsaylı xalqların kompakt yaşadığı rayonlarda: məsələn, Zaqatalada “Saxur ədəbiyyatı”, “Saxurların adət-ənənələri”, Zaqatalada avar mədəniyyəti” və s. başlıqlar altında da sərgilər təşkil etmək maraqlı olar. Mövzu müəyyən edildikdən sonra sərgi üçün material seçilməli, kitablar, qəzet və jurnal məqalələri müəyyən edilməlidir. Sərgi üçün məlumatlar, izahlı mətnlər,maraqlı faktlar, mövzuya uyğun fotolar seçilməlidir.



Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətini, adət-ənənələrini, yazarlarının əsərlərini kitabxanalar da mədəni-kütləvi tədbirlər vasitəsilə təbliğ etməlidirlər.

Bugün respublikanın bir çox regionlarında kitabxanalar dövrün tələblərinə uyğun olaraq müasir texniki vasitələrlə təchiz edilir, kitabxanaların saytları yaradılır, yeni şöbələr fəaliyyətə başlayır, əhaliyə yeni xidmət üsulları təqdim edilir.

Nümunə:”Multikulturalizm dövlət siyasətinim ən yaxşı modellərindəndir mövzusunda seminar müşavirənin proqramı:

1.Tədbirin açılışı

Gülnigar Məmmədova

(Zaqatala MKS-nin direktoru)

2.Slayd-Azərbaycanda yaşayan azsaylı xalqlara dövlət

dəstəyi.

Məruzələr...

3.Azərbaycanda multikulturalizmin formalaşmasında

Ümummilli lider H.Əliyevin rolu.

Leyla Məmmədova
( İnformasiya texnologiyaları üzrə mütəxəssis)

4.Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən,araşdır,paylaş.

Leyla Mustafayeva

( İnformasiya-resurs şöbəsinin müdiri ) 5.Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinin öyrənilməsi və yaşadılmasının Azərbaycan Modeli.

Məmləkət Ömərova.

(Abonoment bölməsinin müdiri).

6. Tolerantlıq-onun Azərbaycan inkişafı.

Yasəmən Məmmədova

(Baş biblioqraf).
7. Azərbaycan ədəbiyyatında multikultiralizm ideyaları.

Nüşabə Əfəndiyeva

(Xidmət şöbəsinin müdiri)

8. Çıxışlar...
Sonra tədbiri işıqlandırmaq üçün kütləvi informasiya vasitələrinə də məlumat verilir.

Tədbir veb saytda yerləşdirilir.

Tövsiyyə ədəbiyyat siyahısı:




1.Ölkəmizdə Multikultural və tolerant mühitin təməlində azərbaycançılıq ideologiyası dayanır.Mətn//Yeni Azərbaycan.-2016.-5mart.-S.-6.

2.Azərbaycan multikulturalizminin nümunəsi Qəbələnin etnosiyası mənzərəsində aydın görünür.Mətn.//Yeni Azərbaycan.-2016.-5 mart.-S.6.

3.Müşfiq.M.Müstəqil Azərbaycan multikulturalizm,tole- rantlıq,çoxkonfessiyalılıq ənənələrilə dünyaya nümunədir.Mətn.//Respublika,2016.-6 mart.-S.6.

4. Mübariz Qurbanlı.Azərbaycandakı nadir tolerantlıq mühitini qoruyub saxlamaq hər birimizin vətəndaşlıq borcudur.Mətn.//Səs.-2016.-3 mart.-S.5.

5.Əli Səlimov.Qaxın multikultural ənənələri.Mətn.// Azərbaycan.-2016.-5 mart.-S.5.

6.Dini və muitikultural təhlükəsizlik Azərbaycanın dövlət təhlükəsizliyinin mühüm elementidir.Mətn //Zaqatala.-2016.-5 mart.-S.1.

7. Simran Həsənov.Azərbaycanın zəngin təcrübəsi artıq dünyanın öyrəndiyi təkamül modelidir (Olkəmizdə multi-kulturalizmin və tolerantlığın əsas amili həm də dinlərin qanun qarşısında bərabərliyidir.Mətn//Azərbaycan.-2016.-5fevral.-S.5.

8. Anar Nağıyev.Azərbaycan sivilizasiyalararası dialoqun baş tutduğu unukal ölkədir.Mətn//Azərbaycan.-2016.-11 fevral.-S.6.

9. Beynəlxalq Multikulturalizm qış məktəbi işini başa

çatdırıb.Mətn//Azərbaycan.-2016.-16 fevral.-S.5.

10.Əli Səlimov.Azərbaycan nümunəvi tolerantlığı ilə

seçilən ölkədir.(Avarlar bu gün də,öz sələfləri kimi,azərbaycanlılarla birgəyaşayışdan məmnunluq duyurlar).Mətn//Azərbaycan.-2016.-6 fevral.-S.5.

11.Akif Əliyev.Tat mədəniyyətinin incilərindən. Mətn//Azərbaycan.-2016.-6 fevral.-S.5.

12.Nurlana Əliyeva. Azərbaycanda multikultural dəyərlərin təşəkkülü.Mətn//Azəbaycan.-2016.-25 fevral.-S.5.

13.İvanovka multikultural dəyərlərin beşiyidir.Mətn// Azərbaycan.-2016.-8 mart.-S.7.

14.Rövşən Rəsulov.Azərbaycan-multikulturalizm məkanı: BMT Sivilizasiyalar alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?.Mətn//Səs.-2016.-8 mart.-S.11.

15.Multikulturalizmin Azərbaycan modeli :dünyanın mükəmməl nümunəsi (Millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti,Ağsaqqallar Şurası, “ Azərbaycan” qəzeti Qəbələ Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi konfrans.Mətn //Azərbaycan.-2016.-10 mart.-S.5-6.

16.Prezident İlham Əliyev: “Multikulturalizm yaşayır və onun gələcəyi var” ( Azərbaycan Prezidenti İlham Əliyev IV Qlobal Bakı Forumunun açılışında iştirak edib.Mətn// Səs.-2016.-11mart.-S.2-3.
Nəticə


Hər hansı bir dövlətin demokratik inkişafının bir ölçüsü də onun ərazisində yaşayan xalqlara olan münasibətidir. Dünyanın əksər çoxmillətli dövlətləri sırasında Azərbaycan Respublikası da var. Bu gün Azərbaycan yerli aborigen tayfa birləşmələri və xalqlarla yanaşı öz taleyini bu torpağa bağlayan bir sıra milli azlıqların, azsaylı xalqların və etnik qrupların da doğma vətəninə çevrilmişdir. Zaqatala-Qax rayonları ərazisində yaşayan avarlar, ingiloylar, Azərbaycanın Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil olan saxurlar bugün Azərbaycanın etnik xəritəsini çox zənginləşdirirlər. Bu Azərbaycan mədəniyyəti kimi vahid termin altında çox zəngin musiqi, folklor nümunələri, ədəbiyyat, xüsusən poeziya mövcuddur. Əgər bir tərəfdən bütün bu etnik qruplar öz dillərində olan ədəbiyyat və musiqi əsərləri yaradırlarsa, digər tərəfdən öz kiçik və gözəl mədəniyyətlərinin çalarlarını ümumazərbaycan mədəniyyətinin tərkib hissəsinə çevirirlər. Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətini, adət-ənənələrini, yazarlarının əsərlərini kitabxanalar da mədəni-kütləvi tədbirlər vasitəsilə təbliğ etməlidirlər.

Istifadə olunan ədəbiyyat: Internetdə

1http://www.talish.org/news/az 2..http://www.anl.az/down/Azsayli_xalqlar.pdf

3.https://www.facebook.com/permalink.

4.http://musavat.com/news/olke/azerbaycan-sivilizasiyalararasi-dialoq-mekanidir_118717.html

5. http://modern.az/articles/26654/1/

6.http://www.unikal.org/siyaset/7163-polietnik-zaqatala-baljkjn-bglgjsinin-saxurlard.html

7.https://az.wikipedia.org/wiki/İngiloylar

8.http://www.baki-xeber.com/v5/33228.html#.Vua_B_xvX2Q

9.http://www.azerbaijans.com/content_1703_az.html 10.Azərbaycanda yaşayan azsaylı xalqların adət və ənənələrinin

təbliğində kitabxanaların rolu.

11.Azərbaycanın azsaylı xalqları və milli azlıqları [Mətn] /Q.Cavadov.- Bakı: Elm, 2000.- 440 s.

12. İsayev, Ə. Saxurların gözü Suvagül [Mətn]: tarixietnoqrafik oçerk /Ə.İsayev.- Bakı, 2008.- 139 s. “

13. Qafqaz. Dillər və Mədəniyyətlər” elmi cəmiyyətinin əsərləri [Mətn] /elmi red. M.Məmmədli; Bakı Şəki-Zaqatala bölgəsinin materialları üzrə /M.Paşayeva.- Bakı: Azərnəşr, 2008.- 307, [1] s.

14.Piriyeva, S. Ahıska türkləri [Mətn] /AzərTac //Azərbaycan.- 2011.- 17 iyun.- S.3. 42 “Azsaylı xalqların mədəni irsinin qorunması problemləri” mövzusunda dəyir - mi masa [Mətn] //Xalq qəzeti.- 2008.- 9 oktyabr.- S.6. S.10.

15.Elnur. Milli azlıqların mədəni irsi qorunur [Mətn] /Elnur //Həftə içi.- 2009.- 31 oktyabr.- S.5.
: front -> files -> libraries -> 2476 -> documents
documents -> Azərbaycan Respublikası MƏDƏNİYYƏt və turizm naziRLİYİ
documents -> Ömür yolunun 60 -cı baharı
documents -> Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi Rayon Mərkəzləşdirilmiş kitabxana sistemi
documents -> Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ ŞƏKİ regional məDƏNİYYƏT
documents -> Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ ŞƏKİ regional məDƏNİYYƏT
documents -> MəDƏNİYYƏt və turizm naziRLİYİ zaqatala rayon məDƏNİYYƏt və turizm şÖBƏSİ zaqatala rayon məRKƏZLƏŞDİRİLMİŞ kitabxana sistemi
documents -> Giriş İqtisadiyyat
documents -> Şəki Regioal Mədəniyyət İdarəsi Zaqatala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
documents -> Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
documents -> Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə