88
Muvalat:
Yə`ni namazın hissələrini bir–birinin ardınca
yerinə yetirməli və onların aralarında fasilə
salınmamalıdır.
Qunut:
Mustəhəbdir ki, namazın ikinci rək`ətində
“Fatihə” və “İxlas” (Tovhid)” kimi tam bir surədən
sonra və rukudan qabaq qunut tutulsun. Yə`ni
əllərini qaldırıb üzünün müqabilində tutaraq, dua
və zikr desin. Qunutda hər zikr, hətta bir dəfə
“Subhanəllah” deyilsə kifayətdir.
—Amma daha yaxşı olar ki, bu dua oxunulsun:
“Allahumə
səlli
əla
Muhəmməd
və
ali
Muhəmməd. Rəbbəna atinə fid-dunya həsənətən və
fil-axirəti həsənəh və qina əzabənnar. Allahummə
səlli əla Muhəmməd və ali Muhəmməd.”
Namazın tə`qibatı:
Yə`ni namazın salamından sonra zikr etmək, dua
və Qur`an oxumaq. Bu müstəhəb əməldə daha çox
sifariş
olunan
əməl
Həzrət
Fatimeyi-Zəhra
(salamullahi ələyha)–nın zikridir ki, bu tərtiblə
deyilməlidir:
34 dəfə: “Allahu əkbər.”
33 dəfə: “Әlhəmdu lillah”.
89
33 dəfə: “Subhanəllah”
Namazı batil edən şeylər:
Namaz qılan şəxsə təkbirətul-ehramı deyərəkən,
əvvəldən sonadək bə`zi işlər haram olur. Әgər
namaz halında onların birini əncam versə namazı
batildir. O cümlədən:
1. Qəsdən danışmaq: (mə`nalı və ya mə`nasız bir
hərfdə olmuş olsa);
2. Qəsdən uca səslə gülmək: (amma əgər qəsdən
səssiz olaraq gülsə və ya səhvən səslə gülsə, eybi
yoxdur);
3. Uca səslə dünya işləri üçün ağlamaq. Ehtiyac
vacibə görə namaz qılan şəxs gərək dünya malına
xatir səsiz də ağlamasın. Әksinə əgər axirət işi üçün
istər səssiz, istərsə də səsli ağalasa eybi yoxdur və
bu iş ən gözəl əməllərdən sayılır.
4. Üzü qiblədən başqa tərəfə döndərmək:
5. Yemək və içmək: (qəsdən və ya səhvən olsa
belə fərqi yoxdur);
6. Namazın surətini (formasını) pozmaq. Qəsdən
və ya səhvən olmasının fərqi yoxdur. (məslən: əl
çalmaq və sair). Lakin namazın surətini pozmayan
(məsələn: əl ilə işarə etmək və sair) kimi işlərin eybi
yoxdur.
7. Namazın rüknlərini azaltmaq və ya çoxaltmaq:
90
8. İki və üç rək`ətli namazların rək`ətlərində və
yaxud dörd rək`ətli namazların birinci və ikinci
rək`ətlərində şəkk etmək. Bu şərtlə ki, namaz qılan
öz şəkkində baqi qala və ya namazın bir maqdarını
şəkk ilə qılmış ola.
9. Namazın şərtlərini aradan aparan şeylər:
(məsələn: namaz əsnasında başa düşə ki, geydiyi
libas qəsbidir);
10. Dəstəmazın aradan getməsi:
11. Әlini əlinin üstünə qoymaq:
12. Fatihə (həmd) surəsindən sonra “Amin”
demək. Әlbəttə bu əməl səhv və təqiyyə üzündən
olsa, eybi yoxdur.
Namazda məkruh olan bə`zi şeylər:
1. Gözləri yummaq və ya onları sağa və sola
döndərmək;
2. Әllər, barmaqlar və saqqal ilə oynamaq;
3. Fatihə və İxlas surəsini oxuyanda və zikrləri
deyən vaxtda başqasının sözünü eşitmək üçün səsi
alçaltmaq;
4. Allah
dərgahında
xuzu
və
xuşunu
(təvazökarlıq və qorxunu) aradan aparan hər hansı
bir işlə məşğul olmaq. (məsələn başını və sair
üzvləri qaşımaq);
5. Üzü azacıq sağa və sola döndərmək. (üzü çox
döndərmək isə namazı batil edir);
91
6. Ağız suyunu yerə atmaq;
7. Qur`anın, əlində olan üzüyün və hər hansı bir
kitabın yazısına baxmaq;
8. Yuxulu halda və ya bovl etməyə ehtiyaclı olan
halda namaz qılmaq;
9. Ayağı sıxan dar corab geyinmək və sair
məkruhlar ki, geniş surətdə yazılan kitablarda qeyd
olunubdur.
Vacib namazlar
Vacib olan namazlar altıdır:
1. Yovmiyyə namazı:
Yə᾿ni gündəlik beş vaxtda qılınan on yeddi rək`ət
namaz. On yeddi rək`ət namaz aşağıdakı tərtiblədir:
1. Sübh namazı iki rək`ət. (Dan yeri söküləndən
gün çıxana qədər);
2. Zöhr namazı dörd rək`ət. (Günorta çağı);
3. Әsr namazı dörd rək`ət (Zöhr namazından bir
az sonra);
4. Məğrib (Şam) namazı üç rək`ət. (gün batandan
sonra, gün çıxan tərəfdə yaranan qırmızılığın
insanın başı üstündən gün batana tərəf keçdiyi
zaman);
5. İşa (xiftən) namazı dörd rək`ət. (Məğrib
namazından bir az sonra);
92
Qeyd: Dörd rək`ətli olan (Zöhr, Әsr və İşa)
namazları səfər zamanı qəsr niyyəti ilə iki rək`ət
qılınmalıdır.
2. Ayət namazı:
Ayət namazı insan üçün dörd yerdə vacibdir:
1. Gün tutulan vaxt;
2. Ay tutulan vaxt: (Bir miqdar tutulsa və heç kəs
qorxmasa belə);
3. Zəlzələ: (heç kəs qorxmasa belə);
4. Şimşək, qırmızı və qara olan güləklər: (bu
şərtlə ki, camaatın çoxu qorxa);
Qeyd: Ayət namazının qılmaq qaydasını bilmək
istiyənlər risalələrə müraciət edə bilərlər
3. Meyyit namazı:
4. Allah evinin vacib təvafı üçün qılınan namaz:
5. Böyük oğula vacib olan atanın qəza namazı:
Böyük oğula vacibdir ki, atası dünyadan
gedəndən sonra atasının qəza namazını ya özü
qılsın ya da bir nəfəri əcir tutaraq, atasının qəza
namaznı qıldırsın.
Әgər böyük oğul şəkk etsə ki, atasının qəza
namazı var idi ya yox, qəza namazını qılmaq böyük
oğula vacib olmaz.
6. İcarə, nəzir, and və əhd yolu ilə vacib olan
namazlar:
Dostları ilə paylaş: |