ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   ...   14   15   16   17   18   19   20   21   22

 
88 
Muvalat: 
Yə`ni  namazın  hissələrini  bir–birinin  ardınca 
yerinə  yetirməli  və  onların  aralarında  fasilə 
salınmamalıdır. 
Qunut: 
Mustəhəbdir  ki,  namazın  ikinci  rək`ətində 
“Fatihə” və “İxlas” (Tovhid)” kimi tam bir surədən 
sonra  və  rukudan  qabaq  qunut  tutulsun.  Yə`ni 
əllərini  qaldırıb  üzünün  müqabilində  tutaraq,  dua 
və  zikr  desin.  Qunutda  hər  zikr,  hətta  bir  dəfə 
“Subhanəllah” deyilsə kifayətdir. 
—Amma daha yaxşı olar ki, bu dua oxunulsun: 
“Allahumə 
səlli 
əla 
Muhəmməd 
və 
ali 
Muhəmməd.  Rəbbəna  atinə  fid-dunya  həsənətən  və 
fil-axirəti  həsənəh  və  qina  əzabənnar.  Allahummə 
səlli əla Muhəmməd və ali Muhəmməd.” 
Namazın tə`qibatı: 
Yə`ni namazın salamından sonra zikr etmək, dua 
və  Qur`an  oxumaq.  Bu  müstəhəb  əməldə  daha  çox 
sifariş 
olunan 
əməl 
Həzrət 
Fatimeyi-Zəhra 
(salamullahi  ələyha)–nın  zikridir  ki,  bu  tərtiblə 
deyilməlidir: 
34 dəfə: “Allahu əkbər.” 
33 dəfə: “Әlhəmdu lillah”. 


 
89 
33 dəfə: “Subhanəllah” 
Namazı batil edən şeylər: 
Namaz  qılan  şəxsə  təkbirətul-ehramı  deyərəkən, 
əvvəldən  sonadək  bə`zi  işlər  haram  olur.  Әgər 
namaz  halında  onların  birini  əncam  versə  namazı 
batildir. O cümlədən: 
1. Qəsdən danışmaq: (mə`nalı və ya mə`nasız bir 
hərfdə olmuş olsa); 
2. Qəsdən  uca  səslə  gülmək:  (amma  əgər  qəsdən 
səssiz  olaraq  gülsə  və  ya  səhvən  səslə  gülsə,  eybi 
yoxdur); 
3. Uca  səslə  dünya  işləri  üçün  ağlamaq.  Ehtiyac 
vacibə  görə  namaz  qılan  şəxs  gərək  dünya  malına 
xatir səsiz də ağlamasın. Әksinə əgər axirət işi üçün 
istər  səssiz,  istərsə  də  səsli  ağalasa  eybi  yoxdur  və 
bu iş ən gözəl əməllərdən sayılır. 
4. Üzü qiblədən başqa tərəfə döndərmək: 
5. Yemək  və  içmək:  (qəsdən  və  ya  səhvən  olsa 
belə fərqi yoxdur); 
6. Namazın  surətini  (formasını)  pozmaq.  Qəsdən 
və  ya  səhvən  olmasının  fərqi  yoxdur.  (məslən:  əl 
çalmaq  və  sair).  Lakin  namazın  surətini  pozmayan 
(məsələn: əl ilə işarə etmək və sair) kimi işlərin eybi 
yoxdur. 
7. Namazın rüknlərini azaltmaq və ya çoxaltmaq: 


 
90 
8. İki  və  üç  rək`ətli  namazların  rək`ətlərində  və 
yaxud  dörd  rək`ətli  namazların  birinci  və  ikinci 
rək`ətlərində  şəkk  etmək.  Bu  şərtlə  ki,  namaz  qılan 
öz şəkkində baqi qala və ya namazın bir maqdarını 
şəkk ilə qılmış ola. 
9. Namazın  şərtlərini  aradan  aparan  şeylər: 
(məsələn:  namaz  əsnasında  başa  düşə  ki,  geydiyi 
libas qəsbidir); 
10. Dəstəmazın aradan getməsi: 
11. Әlini əlinin üstünə qoymaq: 
12. Fatihə  (həmd)  surəsindən  sonra  “Amin” 
demək.  Әlbəttə  bu  əməl  səhv  və  təqiyyə  üzündən 
olsa, eybi yoxdur. 
Namazda məkruh olan bə`zi şeylər: 
1. Gözləri  yummaq  və  ya  onları  sağa  və  sola 
döndərmək; 
2. Әllər, barmaqlar və saqqal ilə oynamaq; 
3. Fatihə  və  İxlas  surəsini  oxuyanda  və  zikrləri 
deyən  vaxtda  başqasının  sözünü  eşitmək  üçün  səsi 
alçaltmaq; 
4. Allah 
dərgahında 
xuzu 
və 
xuşunu 
(təvazökarlıq  və  qorxunu)  aradan  aparan  hər  hansı 
bir  işlə  məşğul  olmaq.  (məsələn  başını  və  sair 
üzvləri qaşımaq); 
5. Üzü  azacıq  sağa  və  sola  döndərmək.  (üzü  çox 
döndərmək isə namazı batil edir); 


 
91 
6. Ağız suyunu yerə atmaq
7. Qur`anın,  əlində  olan  üzüyün  və  hər  hansı  bir 
kitabın yazısına baxmaq; 
8. Yuxulu halda və ya bovl etməyə ehtiyaclı olan 
halda namaz qılmaq; 
9. Ayağı  sıxan  dar  corab  geyinmək  və  sair 
məkruhlar ki, geniş surətdə yazılan kitablarda qeyd 
olunubdur. 
Vacib namazlar 
Vacib olan namazlar altıdır: 
1. Yovmiyyə namazı: 
Yə᾿ni gündəlik beş vaxtda qılınan on yeddi rək`ət 
namaz. On yeddi rək`ət namaz aşağıdakı tərtiblədir: 
1. Sübh  namazı  iki  rək`ət.  (Dan  yeri  söküləndən 
gün çıxana qədər); 
2. Zöhr namazı dörd rək`ət. (Günorta çağı); 
3. Әsr  namazı  dörd  rək`ət  (Zöhr  namazından  bir 
az sonra); 
4. Məğrib (Şam) namazı üç rək`ət. (gün batandan 
sonra,  gün  çıxan  tərəfdə  yaranan  qırmızılığın 
insanın  başı  üstündən  gün  batana  tərəf  keçdiyi 
zaman); 
5. İşa  (xiftən)  namazı  dörd  rək`ət.  (Məğrib 
namazından bir az sonra); 


 
92 
Qeyd:  Dörd  rək`ətli  olan  (Zöhr,  Әsr  və  İşa) 
namazları  səfər  zamanı  qəsr  niyyəti  ilə  iki  rək`ət 
qılınmalıdır. 
2. Ayət namazı: 
Ayət namazı insan üçün dörd yerdə vacibdir: 
1. Gün tutulan vaxt; 
2. Ay tutulan vaxt: (Bir miqdar tutulsa və heç kəs 
qorxmasa belə); 
3. Zəlzələ: (heç kəs qorxmasa belə); 
4. Şimşək,  qırmızı  və  qara  olan  güləklər:  (bu 
şərtlə ki, camaatın çoxu qorxa); 
Qeyd:  Ayət  namazının  qılmaq  qaydasını  bilmək 
istiyənlər risalələrə müraciət edə bilərlər 
3. Meyyit namazı: 
4. Allah evinin vacib təvafı üçün qılınan namaz: 
5. Böyük oğula vacib olan atanın qəza namazı: 
Böyük  oğula  vacibdir  ki,  atası  dünyadan 
gedəndən  sonra  atasının  qəza  namazını  ya  özü 
qılsın  ya  da  bir  nəfəri  əcir  tutaraq,  atasının  qəza 
namaznı qıldırsın. 
Әgər  böyük  oğul  şəkk  etsə  ki,  atasının  qəza 
namazı var idi ya yox, qəza namazını qılmaq böyük 
oğula vacib olmaz. 
6. İcarə,  nəzir,  and  və  əhd  yolu  ilə  vacib  olan 
namazlar: 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə