ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ


«Həqiqətən  bizim  şəfaətimiz  namazı  yüngül



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

 
66 
«Həqiqətən  bizim  şəfaətimiz  namazı  yüngül 
sayanlara çatmaz»
67
 
Qur`ani-Kərimdə Allah-taala belə buyurur: 
«Vay  halına  o  namaz  qılanların  ki,  Onlar  öz 
namazlarından  qafildirlər.  (Yəni  səhlənkarlıqları 
üzündən namazı vaxtı-vaxtında qılmazlar.»
68
 
Qeyd  etmək  lazımdır  ki,  kitabın  bu  fəsli  dörd 
hissədən təşkil tapır. 
1-ci hissə: Qüsl və onun alınma qaydası. 
2-ci hissə: Dəstəmaz və onun alınma qaydası. 
3-cü  hissə:  Qüsl  və  dəstəmaz  əvəzinə  təyəmmümün 
alınma qaydası. 
4-cü hissə: Namazın qılınma qaydası
 
                                                 
67
 Biharul ənvar, cild 82, səh: 236 
68
 Maun surəsi, ayə 4-5 


 
67 
BİRİNCİ HİSSӘ 
QÜSL VӘ ONUN ALINMA QAYDASI 
İslam dinində olan vacib qüsllər: 
İslam  dinində  olan  vacib  qüsllər  aşağıdakı 
tərtiblədir: 
1-ci:  Cənabət  qüslü:  (Həm  qadın,  həm  də  kişi 
üçün) 
Cənabət qüslü iki səbəbə görə alınır: 
1. İnsandan  məni  (sperma)  xaric  olmaqla.  (Bu 
istər  yuxuda,  istərsə  də  ayıq  halda,  istər  az,  istərsə 
də  çox,  istər  şəhvətlə,  istərsə  də  şəhvətsiz,  istər 
ixtiyar üzündən, istərsə də ixtiyarsız halda) 
2. Cinsi əlaqədə olmaqla. 
2-ci: Heyz qüslü: (Qadınlar üçün) 
Heyz  elə  bir  halətə  (qana)  deyilir  ki,  adətən 
qadınlar doqquz yaşından sonra onu görürlər. Heyz 
qanı  üç  gündən  az  və  on  gündən  çox  ola  bilməz. 
Heyz qüslü qan qurtardıqdan sonra verilir. 
3-cü: İstihazə qüslü: (Qadınlar üçün) 
Qadınlara  məxsus  olan  qanlardan  biridə  istihazə 
qanıdır.  Bu  halət  çox,  az  və  ortabab  hissələrə 
bölünür  ki,  bu  haqda  dini  hökmlərə  (tovzihül-
məsail)  kitablarına  baxa  bilərsiniz.  Bu  qüsl  də  qan 
qurtardıqdan  sonra  verilir,  amma  az  istihazə  üçün 
qüsl yoxdur. 


 
68 
4-cü: Nifas qüslü: (Qadınlar üçün) 
Bu  halət  qadınlarda  uşaq  doğuşundan  sonra  baş 
verir  və  nifas  qanı  uşaq  doğulandan  sonra  on 
günədək  gəlir.  Bu  qan  qurtardıqdan  sonra  da  nifas 
qüslü verilməlidir. 
5-ci:  Meyyit  qüslü:  (Həm  qadın,  həm  də  kişi 
üçün) 
Dünyadan  getmiş  hər  bir  müsəlmana  meyyit 
qüslü verilməlidir. Bu qüsl üç növ (sidr, kafur və 
xalis) sularla verilir. 
6-cı:  Məssi  meyyit  qüslü:  (Həm  qadın,  həm  də 
kişi üçün) 
İnsan  öz  bədəninin  hər  hansı  yerini  bədəni 
soyumuş  və  hələ  qüsl  verilməmiş  meyyitə  vurarsa, 
məssi meyyit qüslü verməlidir. 
7-ci: Nəzr və ya and qüslü: (Həm qadın, həm də 
kişi üçün) 
İnsanın  özü  ilə  Allah  arasında  nəzri  və  ya  andı 
olarsa,  (məsələn:  bir  işin  həyata  keçməsi  üçün  qüsl 
etməyini nəzr edərsə) istəyi həyata keçdikdən sonra 
bu qüslü etmək vacibdir. 
Bunu  qeyd  etmək  lazımdır  ki,  yuxarıda  adı 
çəkilmiş qüsllər üçün başqa lazımlı məsələlər vardır 
ki,  bu  barədə  hər  bir  müsəlman  təqlid  etdiyi 
müctəhidinin risaləsinə nəzər yetirə bilər. 


 
69 
Qüslün alınma qaydası 
Namaz  və  sair  vacibi  əməllərdən  qabaq 
boynunda  cənabət,  məssi-meyyit,  heyz  (ay  başı), 
istihazə  və  nifas  qüslü  olan  şəxslərə  qüsl  etmək 
vacibdir.  Müctəhidlərin  nəzərlərinə  əsasən  namaz 
qılmaqdan  ötrü  qüsldən  əlavə  olaraq  dəstəmaz  da 
alınmalıdır.  Lakin  cənabət  qüslü,  dəstəmazı  əvəz 
edir və onunla namaz və sair vacibi əməlləri yerinə 
yetirmək olar. 


 
70 
1-ci Niyyət: “Filan qüsli edirəm qürbətən iləllah” 
sözlərini qəlbdən keçirtmək. 
2-ci Bədənin baş və boyun hissəsini yumaq. 
3-cü  Bədənin  sağ  tərəfini  yumaq.  (Sağ  çiyindən 
sağ ayağın barmaqlarına qədər.) 
4-cü Bədənin sol tərəfini yumaq. (Sol çiyindən sol 
ayağın barmaqlarına qədər). 
Bu  növ  qüslə  “tərtibi”  qüsl  deyilir  ki,  yuxarıda 
qeyd  etdiyimiz  tərtiblə  alınmalıdır.  Qüslün  ikinci 
növü  “irtimasi”  qüsldür,  yə᾿ni  niyyət  etdikdən 
sonra bədənin hər yeri bir anda suyun altına salınır. 
Hər  iki  qaydada  alınan  qüsl,  şəriət  baxımından 
düzgün  sayılır.  Qeyd  etmək  lazımdır  ki,  (qabaqkı 
səhifədə  saydığımız  yeddi)  vacib  və  müstəhəb 
qüsllərin  hamısı  dediyimiz  iki  (tərtibi  və  irtimasi) 
qayda ilə alına bilər. 
Qeyd:  Müstəhəbdir  ki,  insan,  məni  gələndən 
sonra bovl etsin. Әgər bovl etməsə və qüsldən sonra 
məni  və  ya  başqa  bir  şey  olmasını  bilmədiyi  bir 
rütubət görsə, məni hökmündədir. 


 
71 
İKİNCİ HİSSӘ 
DӘSTӘMAZ VӘ ONUN ALINMA 
QAYDASI 
Dəstəmazı batil edən şeylər: 
Aşağıda  qeyd  olunan  işlərin  hər  hansı  birindən 
sonra namaz üçün dəstəmaz almaq vacibdir. Bunlar 
“dəstəmazın səbəbləri” və ya “dəstəmazı batil edən 
şeylər” adlanır. 
1)-Sidiyin xaric olması; 
2)-İfrazatın xaric olması; 
3)-Mə`də yelinin ğait məxrəcindən xaric olması; 
4)-Yatmaq; (bu şərtlə ki, göz görməyə və qulaq da 
eşitməyə.) 
5)-İnsan  ağlının  aradan  getməsi;  (dəlilik,  məstlik 
və huşdan getmək kimi) 
6)-Qadınların istihazə halına düşməsi; 
7)-Qüslə  səbəb  olan  hər  hansı  bir  iş;  (cənabət, 
heyz, nifas və sair) 
Dəstəmaz almağın qaydası 
1. Niyyət  etmək:  “Dəstəmaz  alıram  qürbətən 
iləllah” sözlərini qəlbdən keçirtmək. 
2. Üzü  alının  tük  bitən  hissəsindən  çənəyə  qədər 
yuxarıdan  aşağıya  doğru,  eni  isə  əlin  baş 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə