ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   ...   14   15   16   17   18   19   20   21   22

 
83 
edər,  lakin  onların  səhvən  tərk  edilməsi  və  ya 
artırılması namazı batil etməz. 
İnsan  namazın  əvvəlindən  axırına  qədər  nə 
etdiyini bilməli və onu Allah-taalanın əmrini yerinə 
yetirmək  niyyəti  ilə  qılmalıdır.  Namazdan  əvvəl 
“Azan”  sonra  isə,  ”İqamə”  demək  təkid  olunmuş 
müstəhəb əməllərdən sayılır. 
Azanın deyilmə qaydası 
Allahu əkbər - dörd dəfə; 
Әşhədu əlla ilahə illəllah - iki dəfə; 
Әşhədu ənnə Muhəmmədən rəsulullah - iki dəfə
Әşhədu ənnə Әliyyən vəliyyullah - iki dəfə
Həyyə ələs-səlah - iki dəfə
Həyyə ələl-fəlah - iki dəfə
Həyya əla xəyril-əməl - iki dəfə
Allahu əkbər - iki dəfə; 
La ilahə illəllah - iki dəfə. 
İqamənin deyilmə qaydası 
Allahu əkbər - iki dəfə; 
Әşhədu əlla ilahə illəllah - iki dəfə; 
Әşhədu ənnə Muhəmmədən rəsulullah - iki dəfə; 
Әşhədu ənnə Әliyyən vəliyyullah - iki dəfə; 
Həyyə ələs-səlah - iki dəfə; 
Həyyə ələl-fəlah - iki dəfə; 
Həyya əla xəyril-əməl - iki dəfə; 


 
84 
Qəd qamətis-səlah - iki dəfə
Allahu əkbər - iki dəfə; 
La ilahə illəllah - bir dəfə. 
Niyyətdən sonra namaz “Allahu əkbər” deməklə 
başlayır  və  buna  “təkbirətül-ehram”  deyilir.  Çünki 
bu  təkbiri  deməklə  namazdan  qabaq  halal  olan  bir 
çox işlər (məsələn: yemək, içmək, gülmək,  ağlamaq 
və  sair)  işlər  namaz  halında  namaz  qılana  haram 
olur. 
Təkbirətül-ehram,  habelə  namaz  əsnasında  olan 
sair  təkbirləri  dedikdə,  əlləri  qulaqların  müqabilinə 
qədər qaldırmaq müstəhəbdir. 
Gündəlik  namazların  birinci  və  ikinci  rəkə`tində 
əvvəlcə  Fatihə  sonra  isə  bir  surə  (məsələn:  Tovhid 
surəsi) bütöv oxunmalıdır. 
“Fatihə” (həmd) surəsi: 
Bismillahir-Rəhmanir-Rəhim 
Әlhəmdu  lillahi  rəbbil-aləmin.  Әr-rəhmanir-
rəhim.  Maliki  yəvmiddin.  İyyakə  nə`budu  və 
iyyakə 
nəstəin. 
İhdinəs- 
siratəl–mustəqim. 
Siratəlləzinə  ən`əmtə  əleyhim  ğəyril  məğzubi 
əleyhim vələz-zallin. 
 
“İxlas” (Tohid) surəsi: 
Bismillahir-Rəhmanir-Rəhim 


 
85 
Qul  huvəllahu  əhəd,  Allahus–Səməd,  Ləm  yəlid 
və ləm yuləd. Və ləm yəkun ləhu kufuvən əhəd. 
Namazın  üçüncü  və  dördüncü  rək`ətlərində  ya 
təkcə  “fatihə  surəsi”  ya  da  üç  dəfə  “təsbihati 
ərbəə” deyilməlidir. 
Təsbihati ərbəə 
Subhanəllahi  vəlhəmdu  lillahi  və  la  ilahə 
illəllahu vəllahu əkbər. 
Kişilər  sübh,  məğrib  (şam)  və  işa  (məğrib) 
namazlarının birinci və ikinci rək`ətlərində “Fatihə” 
və “Tovhid” (və ya “Tovhid” surəsinin əvəzinə tam 
bir  surəni)  surələrini  ucadan  oxumalı,  qadınlar  isə 
naməhrəm  şəxslər  onların  səslərini  eşitməzsə, 
ucadan qıla bilərlər. Amma əgər naməhrəm onların 
səsini eşitsə, ehtiyat vacibə görə ahəstə qılmalıdırlar. 
Namazın  üçüncü  və  dördüncü  rək`ətlərində 
“Fatihə”  (Həmd)  yaxud  təsbihati-ərbəə  yavaşdan 
oxunmalıdır.  Zöhr  və  Әsr  namazının  birinci  və 
ikinci rək`ətlərində də “Fatihə” (Həmd) və kamil bir 
surə  (“İxlas”  surəsi  kimi)  yavaş  oxunmalıdır.  Әgər 
insan  namazı  ucadan  qılmalı  olduğu  yerdə, qəsdən 
yavaş və ya yavaşdan qılmalı olduğu yerdə, qəstdən 
ucadan qılsa namazı batildir. 
—Namaz qılan şəxs, hər rək`ətdə qiraətdən sonra 
o qədər əyilməlidir ki, əllərini dizinə qoya bilsin. Bu 
əmələ “ruku” deyilir. Rukuda zikr demək vacibdir. 


 
86 
Rukunun zikri deyildiyi vaxt bədən aram olmalıdır. 
Әgər  ruku  həddinə  qədər  əyilməzdən  və  bədən 
aram olmazdan qabaq qəsdən rukunun zikrini desə, 
namaz batildir. 
—Әgər  vacib  zikr  qurtarmazdan  əvvəl,  qəsdən 
başını rukudan qaldırsa, namazı batildir. 
Rukunun zikri: 
Üç  dəfə  “Subhanəllah”  və  ya  bir  dəfə  “Subhanə 
Rəbbiyəl-əzimi və bihəmdih” deməkdir. 
—“Səcdə”  o  əməldir  ki,  alın,  əllərin  içi,  dizlərin 
gözü  və  iki  ayağın  baş  barmağının  ucu  yerə 
qoyulsun. Səcdə halında zikr demək vacibdir. 
Səcdənin zikri: 
Üç  dəfə  “Subhanəllah”  və  yaxud  bir  dəfə 
“Subhanə Rəbbiyəl-ə`la və bihəmdih” deməkdir. 
Səcdənin  zikri  deyilən  vaxt  bədən  aram 
olmalıdır.Namaz  qılan  şəxs  səcdədə  alınını  yerə, 
yaxud  yerdən  göyərən  amma  insan  geyən  və 
yeyilən olmayan şeylərə (çubuq, ağac yarpağı və s.) 
qoymalıdır. 
—Səcdə üçün hər şeydən yaxşı Həzrət Seyyiduş –
Şühəda İmam Hüseyn (əleyhis-salam) –ın türbətidir. 
Ondan  sonra  isə:  adi  torpaq,  daş  və  sair  şeylərə 
səcdə oluna bilər. 


 
87 
Təşəhhüd 
—Vacibi 
namazların 
ikinci 
və 
axırıncı 
rək`ətlərində ikinci səcdədən sonra, oturub bədənin 
aram  olduğu  halda  təşəhhüd  oxunmalıdır.  Yə`ni 
belə deyilməlidir: 
“Әşhədu əlla ilahə illəllahu vəhdəhu la şərikə ləh
və  əşhədu  ənnə  Muhəmmədən  əbduhu  və  Rəsuluh. 
Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd” 
Salamlar: 
Namazın  axırıncı  rək`ətində  təşəhhüddən  sonra 
salamı deyib namazı qurtarmaq lazımdır. 
Namazın salamları belədir: 
1. “Әssəlamu  ələykə  əyyuhən  –Nəbiyyu  və 
rəhmətullahi və bərəkatuh.” 
2. “Әssəlamu ələyna və əla ibadillahis-salihin.” 
3. “Әssəlamu  ələykum  və  rəhmətullahi  və 
bərəkatuh.” 
Tərtib 
Namaz aşağıda deyildiyi tərtiblə qılınmalıdır: 
Niyyət,  təkbirətul–ehram,  qiraət,  ruku,  səcdə  və 
namazın  axırıncı  rək`ətində  təşəhüddən  sonra 
deyilən salamlar. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə