ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 
61 
48)  Sual:  Qur`anın  hansı  surəsində  iki  dəfə 
“Bismillahir-Rəhmanir-Rəhim” cümləsi gəlmişdir? 
Cavab: “ən-Nəml” surəsi (27-ci surə). 
49) Sual: O hansı surədir ki, onda bir ayə 31 dəfə 
təkrar olunub? 
Cavab: “ər-Rəhman” surəsi (55-ci surə). 
50)  Sual:  Allahın  sifətləri  ilə  adlanan  surələr 
hansılardır? 
Cavab: 
1) “ən-Nur” surəsi (24-cü surə). 
2) “Fatir” surəsi (35-ci surə). 
3) “ər-Rəhman” surəsi (55-ci surə). 
4) “əl-Ә`la” surəsi (87-ci surə). 


 
62 
ALTINCI FӘSİL 
NAMAZ VӘ ONA BAĞLI OLAN 
MӘSӘLӘLӘR 
Allah-taalanın  bizə  vacib  etdiyi  əməllərin  ən 
mühümü  namazdır.  Bu  fəsildə  namaz  haqqında 
olan söhbətimizi Qur`anın bu iki ayəsi ilə başlayırıq. 
 َل ُهَّللا اَمَأ  ِنَِّمِإ
 
اَمَأ  َّلِإ َهَلِإ
 
 َلَّصلا ِ ِقَأَو  ِنِ دُب عاَف
 و َةا
 
يِر كِذِل
 
«Həqiqətən  Mən  Allaham.  Məndən  başqa  heç  bir 
mə`bud  yoxdur.  Mənə  ibadət  et  və  və  məni  yada 
salmaq üçün namaz qıl!
61
 
Başqa ayədə buyurulur: 
 َك يَلِإ َيِحوُأ آَم ُل تا
 
 ِباَتِك لا َنِم
 
 َلَّصلا  ِ ِقَأَو
 و
 َلَّصلا َّنِإ َةا
 و
 ِءآَش حَف لا ِنَع ىَه  نَ ت َةا
 
 ِرَكنُم لاَو
 َنوُعَ ن صَت اَم ُ َل عَ ي ُهَّللاَو ُرَ ب كَأ ِهَّللا ُر كِذَلَو
 
«Həqiqət  namaz  insanı  çirkin  və  pis  işlərdən 
çəkindirir.
62
 
İmam Baqir (əleyhis-salam) namaz haqqında belə 
buyurmuşdur: 
 ُملاَّسلا ِه يَلَع ُرِقاب لا ُمامِ لَا َلاق
 
اهاوِس ام َلِبُق  تَلِبُق  نِءاَف ُةولَّصلَا ُد بَع لا ِهِب ُبَساُيَام ُلَّوَا
 
«Qiyamət  günündə  insandan  soruşulan  birinci 
əməl  namazdır.  Әgər  namaz  qəbul  olunsa,  sair 
                                                 
61
 Taha surəsi, ayə 14 
62
 əl-Әnkəbut surəsi, ayə 45 


 
63 
əməllər də qəbul olunar. (Әks halda sair əməllər ona 
heç bir fayda verməyəcəkdir.»
63
 
Başqa bir hədisdə Rəsuli Әkrəm (səlləllahu əleyhi 
və alihi və səlləm) belə buyurmuşdur: 
:َ َّلَسَو ِهِلآَو ِه يَلَع ُهَّللا ىَّلَص ِهَّللا ُلوُسَر َلاق
 
 ِةَر ضَح َد نِع ىِدانُي اًيِدانُم  ُت عَِسَ
  
 ام   ُك نَع اوُؤَف ضَاَف اوُموُق !َمَدآ نَِباي  ُلوُقَ يَ ف ٍةاوَلَص ِّلُك
   ُكِسُف  مَا ىلَع ُهوُُتَ  دَق وَأ
 
«Bir  mələk  hər  namaz  vaxtı  nida  edib  deyir:  Ey 
Adəm  övladı!  Namaza  qalxın  və  öz  əleyhinizə 
hazırladığınız (cəhənnəm odunu namaz vasitəsi ilə) 
söndürün.
64
» 
Әgər  insan  gündə  beş  dəfə  yuyunsa  bədəni 
çirkdən  təmizləndiyi  kimi,  gündəlik  qılınan  beş 
namaz da insanı günah aludəliklərindən təmizləyər. 
 İslam  Peyğəmbəri  (səlləllahu  əleyhi  və  alihi  və 
səlləm) belə buyurmuşdur: 
 ُهَّللا ىَّلَص ِهَّللا ُلوُسَر َلاق
 
:َ َّلَسَو ِهِلآَو ِه يَلَع
 
 ِن يِّدلا ُدوُمَع ُةولَّصلَا
 
«Namaz dinin sutunudur.»
65
 
Bildiyiniz 
kimi 
namaz 
dinin 
ən 
zəruri 
məsələlərindən  biridir.  Bütün  şeylərin  möhkəmliyi 
öz  sutunu  ilə  bağlı  olduğu  kimi,  dinin  də 
möhkəmliyi  onun  sutunu  sayılan  namazla  bağlıdır. 
                                                 
63
 Biharul ənvar, cild 82, səh: 236 
64
 Müstədrəkul-Vəsail, cild 3, səh: 102 
65
 Biharul ənvar, cild 82, səh: 218 


 
64 
Bu sözümüz yuxarıda qeyd olunmuş hədisdən açıq-
aşkar başa düşülür. 
Müsəlmanlığı  qəbul  edən  hər  bir  kəs  (həddi 
buluğa  çatdıqdan  sonra)  gündə  beş  vaxt  Allah 
hüzurunda  dayanaraq  namaz  qılmalıdır.  Allahla 
bəndə  arasında  olan  bu  əməl  Allahın  əmrinə  itaət 
etmək  və  yalnız  Onun  razılığını  əldə  etmək  üçün 
qılınmalıdır. 
Doğrudur  Allahın  bizim  namazımıza  ehtiyacı 
yoxdur.  Әksinə  bizim  Allaha  və  onunla  əlaqə 
yaratmaq  üçün  vasitə  olan  namaza  ehtiyacımız 
vardır.  Namaz  yorğun  ruhları  dincəldən,  cana  səfa 
verən  və  bəndə  ilə  Allah  arasında  həmişə  bağlılıq 
yaradan  vasitədir.  Zəif  insan  ilə  qüdrətli  və  uca 
Allah  arasında  olan  bu  əlaqə,  insanı  çətinliklər 
qarşısında  qüvvətləndirir.  Namaz  Allah-taalanın 
daha çox sevdiyi əməllərdən biridir. Allahın Rəsulu 
(səlləllahu  əleyhi  və  alihi  və  səlləm)  belə 
buyurmuşdur: 
«
:َ َّلَسَو ِهِلآَو ِه يَلَع ُهَّللا ىَّلَص ُِّبَِّنلا َلاق
 
 
 ٍتلاِّبَقَ تُم  ٍتارُر  بَم ٍةَر مُع َف لأَو ٍةَّجِح َف لَأ ِهَّللا َد نِع ُلِد عَ ت ٌةَض يِرَف ُةاولَّصلاَو
»
 
«Vacib  namaz  Allah  yanında  yaxşı  qəbul 
olunmuş min həcc və min ümrəyə bərabərdir.»
66
 
Mə`sum İmamlarımız (əleyhimus-salam) namaza 
xüsusi 
yer 
verərək, 
Allah-taala 
qarşısında 
bəndəçilik,  kiçiklik  izhar  etmək,  təvazökarlıq  ilə 
                                                 
66
 Biharul-ənvar, cild 99, səh: 14 


 
65 
dayanaraq,  onunla  (Allahla)  razı  niyaz  edərdilər. 
Onlar  Allahın  hüzurunda  dayananda  Onun 
əzəmətini  dərk  edir,  bütün  varlıqları  ilə  Allaha 
diqqət  yetirir  və  Ondan  başqa  heç  nəyə  bağlı 
olmurlar. Məsələn: 
-Həzrəti  Әli  (əleyhis-salam)-ın  ayağına  batmış 
oxu  namaz  üstə  çəkib  çıxarmışlar  amma  o  həzrətin 
heç xəbəri belə olmamışdır  
-İmam Həsən (əleyhis-salam) namaz vaxtı olanda 
Allahın xovfundan rəngi saralardı. 
-İmam Hüseyn (əleyhis-salam) Aşura günü yaralı 
halda, 
düşmən 
mühasirəsində 
belə 
namazı 
unutmamışdır. 
-Dördüncü  İmamımız  Әli  ibni  Hüseyn  (əleyhis-
salam)  isə  çoxlu  ibadət  etdiyindən  Zeynul-Abidin 
ləqəbi ilə şöhrət tapmışdır. 
-Dediklərimizdən 
belə 
mə`lum 
olur 
ki, 
İmamlarımız  (Allahın  salamı  onlara  olsun)  namaza 
daha  çox  əhəmiyyət  vermişlər.  İmamları  özünə 
numunə  bilən  hər  bir  müsəlman  isə  namaz 
qılmalıdır. 
Namaz  Allah-taalanın  verdiyi  ne`mətlərin  şükrünü 
bildirmək  üçün  ən  yüksək  numunədir.  Daha  yaxşı  olar 
ki,  insan  namazı  öz  əvvəl  vaxtında  qılsın.  Hər  kəs 
namazı yünkül saysa namaz qılmayanlar kimidir. İmam 
Cə`fər Sadiq (əleyhis–salam) bu haqda buyurmuşdur: 
«
 َّسلا ِه يَلَع ُقِداّصلا ُمامِ لا َلاق
: ُم َلا
 
 ِةاولَّصلاِب اًّفِخَت سُم َلانَت  نَل انَتَعافَش َّنِإ
»
 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə