ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   2   3   4   5   6   7   8   9   ...   22

 

(səlləllahu  əleyhi  və  alihi  və  səlləm)-dən  belə  nəql 
etmişlər: 
«
 َلاق
 
)َ َّلَسَو ِهِلآَو ِه يَلَع ُللها ىّلَص( ِللها  ُلوُسَر
:
 ِلاو لا  ُّقَح َينِمِل سُم لا ىَلَع ٍّىِلَع ُّقَح
 َىلَع ِد
 ِهِدَلَو
»
 
«Әlinin  müsəlmanların  boynunda  olan  haqqı 
atanın övladı boynundakı haqqı kimidir.»
6
 
Başqa  bir  hədisdə  əhli-sünnət  alimlərindən  olan 
Әbu-Nuəym  özünün  “Hilyətul-övliya”  kitabının  4-
cü  cildinin  306-cı  səhifəsində  nəql  edir  ki,  Allahın 
Rəsulu, Әhli-beyt (əleyhimus-salam)-ı Nuh (əleyhis-
salam)-ın 
nicat 
gəmisinə 
bənzədərək 
belə 
buyurmuşdur: 
«
:)َ َّلَسَو ِهِلآَو ِه يَلَع ُللها ىلّص( ِللها ُلوُسَر َلاق ،َلاق ٍساّبَع ِن بِا  نَع ٍ يرَ بُج ِن ب ِديِعَس  نَع
 
 وُم ِةَنيِفَس ُلَثَم  ِتِ يَ ب ِل هَا ُلَثَم
 َقِرَغ اه نَع َفَّلََتُ  نَمَو ى َنَ اهَبِكَر  نَم ٍح
»
 
«Mənim  Әhli-beytimin  məsəli  Nuhun  (nicat) 
gəmisinin  məsəli  kimidir:  Hər  kəs  o  gəmiyə  minsə, 
nicat tapar və hər kəs də o gəmidən üz döndərsə qərq 
olar.» 
Bütün  müsəlmanlar  bilməlidir  ki,  dünya  həyatı 
əbədi  deyildir.  Әbədi  olan  yalnız  axirət  həyatıdır. 
Allah-taala  müqəddəs  kitab  olan  Qur`an-Kərimdə 
belə buyurur:
 
«
 َيَ لْا َنوُرِث ؤُ ت  لَب
 و
اَي  مُّدلا َةا
 
 *
 َ لاَو
 ىَق  بَأَو ٌر  يَخ ُةَرِخ
»
 
                                                 
6
  “Yənabiul-məvəddət”  1-ci  cild,  41-ci  bab,  1-ci  hədis,  səh 
369 və başqa kitablar 


 

«Lakin  siz  (ey  insanlar!)  Dünyanı  üstün 
tutursunuz!  Halbuki  axirət 
 
daha  xeyirli  və 
əbədidir.»
7
 
Axirət  həyatında  əbədi  səadətə  çatmaq  üçün  
Allahın  vacib  buyurduğu  əməllləri  yerinə  yetirib, 
haram  etdiyi  əməllərdən  çəkinmək  və  xüsusilə 
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə və 
onun  pak  olan  Әhli-beyt  (əleyhimus-salamın)-a 
məhəbbət bəsləmək lazımdır. 
Bildiyiniz  kimi  müsəlman  olmağın  ilkin  şərti, 
“Kəlmeyi şəhadət”-i deməkdir. 
“Kəlmeyi şəhadət” bundan ibarətdir: 
“Әşhədu əlla ilahə illəllah” 
Şəhadət  verirəm  ki,  Allahdan  başqa  heç  bir 
mə`bud yoxdur. 
“Әşhədu ənnə Muhəmmədən rəsulullah” 
Şəhadət 
verirəm 
ki, 
Həzrəti 
Məhəmməd 
(səlləllahu  əleyhi  və  alihi  və  səlləm)  Allahın  rəsulu 
və elçisidir. 
“Әşhədu 
ənnə 
Әmirəl-Mu`mininə 
Әliyyən 
vəliyyullah” 
Şəhadət  verirəm  ki,  mö`minlərin  ağası  olan  Әli 
(əleyhis-salam) Allahın vəlisidir. 
Әlinizdəki  kitab  İslam  dininin  əsas  və  zəruri 
məsələlərini  bəyan  etmək  üçün  yazılmışdır.  Bu 
kitabın  birinci  fəslində  “Üsuli-din”,  ikinci  fəslində 
                                                 
7
 “əl-Ә`la” surəsi, ayə 16-17. 


 

“Fürui-din”,üçüncü  fəslində  “Böyük  günahlarla 
tanışlıq”,  dördüncü  fəslində  “İslamda  ehsan 
etməyin  fəziləti”,  beşinci  fəslində  “Qur`anla 
tanışlıq”,  altıncı  fəslində  isə  “Namaz  və  ona  bağlı 
olan  məsələlər”  haqqında,  söhbət  olunacaq, 
inşallah!  Biz  bu  söhbətlərə  başlamazdan  əvvəl  əsas 
bir məsələni açıqlamağı məsləhət bilirik.  
Müsəlmanın  yerinə  yetirəcəyi  hər  bir  işin 
müqəddəs  İslam  dinində  özünə  məxsus  hökmü 
vardır. Bu hökmlər beş qismə bölünür: 
Birinci:  “Vacib”-  Görülməsi  lazım  olan,  tərk 
olunması  isə,  Qiyamətdə  ilahi  əzaba  səbəb  olan 
əməldir. Məsələn: Namaz, oruc və s... 
İkinci:  “Müstəhəb”-  Görülməsi  yaxşı  və  savablı 
olan,  tərk  edilməsi  isə  Qiyamət  əzabına  səbəb 
olmayan  əməldir.  Məsələn:  Salam  vermək,  sədəqə 
vermək və s... 
Üçüncü: 
“Haram”- 
Tərk 
edilməsi 
vacib, 
görülməsi  isə  Qiyamət  əzabına  səbəb  olan  əməldir. 
Məsələn: Yalan danışmaq, zülm etmək və s... 
Dördüncü:  “Məkruh”-  Tərk  edilməsi  yaxşı  və 
savablı,  görülməsi  isə  Qiyamət  əzabına  səbəb 
olmayan  əməldir.  Məsələn:  Məsciddə  yatmaq, 
məsciddə dünya söhbəti etmək və s... 
Beşinci:  “Mübah”-  Görülməsi  və  tərk  edilməsi  eyni 
səviyyədə  olan  əməldir.  Bu  kimi  işlərin  özü-özlüyündə 
savabı  yoxdur  və  Qiyamətdə  də  əzaba  səbəb  olmaz. 
Məsələn: Su içmək, yol getmək və s. Amma mübah işi də 


 
10 
Allahın  razılığı  üçün  olsun  deyə,  niyyət  edib  savab 
qazanmaq  olar.  Məsələn,  «bu  suyu  içirəm  ki,  ibadət 
etməyə qüdrətli olum» deyə su içərsə bu savab sayılacaq. 


 
11 
BİRİNCİ FӘSİL 
ÜSULİ-DİN 
İslam  dininin  maarifi,  ümumiyyətlə  iki  mühüm 
hissədən ibarətdir: 
1- Üsuli-din (əqidələr); 
2.- Fürui-din (əməllər). 
İslam  dininin  birinci  hissəsi  “Üsuli-din”-dir.  O, 
beş qismə bölünür: 
Birinci: “Tohid” 
Allahı zatında və sifətində yeganə bilmək və Ona 
şərik qoşmamaq. 
Allah-taala Qur`ani-Kərimdə belə buyurur: 
ِ«
  سب
 ِ  
 ِللها
 
 َّرلا
  ح
 ِن 
 َّرلا
 ِ يح
 
 ٌدَحَأ ُهَّللا َوُه  لُق

 ُدَمَّصلا ُهَّللا

  دِلَي  َلَ
 
  دَلوُي  َلََو

 ٌدَحَأ اًوُفُك ُهَّل نُكَي  َلََو
*
»
 
«(Ya  Peyğəmbər!  Allahın  zatı  və  sifətləri 
haqqında səndən soruşan müşriklərə) de ki, (Mənim 
Rəbim  olan)  O  Allah  yeganədir.  (Heç  bir  şəriki 
yoxdur.) Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! 
(Hamı  Ona  möhtacdır,  O,  əzəli  və  əbədidir!)  O,  nə 
doğmuş,  nə  də  doğulmuşdur!  Onun  heç  bir  tayı, 
bərabəri və bənzəri yoxdur!»
8
 
İkinci: “Әdl” 
                                                 
8
 əl-İxlas surəsi, ayə 1-4 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə