ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

 
44 
DÖRDÜNCÜ FӘSİL 
İSLAMDA EHSAN ETMӘYİN 
FӘZİLӘTİ 
Qur`an  ayələrində,  eləcə  də  hədislərdə  ehsan 
etmək İslamın ən gözəl və bəyənilmiş əməllərindən 
biri  kimi  bəyan  olunmuşdur.  Hər  bir  müsəlman  və 
mö`min  şəxs  imkan  daxilində,  möhtac  olan 
insanlara ehsan edib, onları sevindirməli və bu əməl 
ilə  Allahın  razılığını  qazanıb,  Onun  rəhmətinə 
yaxınlaşmalıdır. 
Bu barədə Qur`ani-Kərimdə belə buyurulur: 
«
 َتَ حَر َّنِإ
 
 َينِنِس حُم لا َنِّم ٌبيِرَق ِهَّللا
»
 
«Həqiqətən,  Allahın  rəhməti  ehsan  edənlərə 
yaxındır».
43
 
Allah-taala  başqa  bir  ayədə  ehsan  edənlərə  öz 
məhəbbətini belə bildirmişdir: 
«
 َينِنِس حُم لا ُّبُِيَ َهَّللا َّنِإ
»
 
«Həqiqətən, Allah ehsan edənləri sevir.»
44
 
Bunuda bilməliyik ki, Allah-taala ehsan edənlərin 
əcrini (mükafatını) zay etməz. Bu haqda isə Qur`ani-
Kərimdə belə buyurulur: 
«
 َّنِإ
 َهَّللا
 ِضُي َل
 َينِنِس حُم لا َر جَأ ُعي
»
 
                                                 
43
 “əl-Ә`raf” surəsi, ayə: 56 
44
 “əl-Maidə” surəsi, ayə 13 


 
45 
«Həqiqətən, Allah ehsan edənlərin mükafatını zay 
etməz.»
45
 
Ehsan  və  sair  əməllərin  qəbul  olunmasının  ilkin 
şərti  niyyətin  düz  olmasıdır,  yə᾿ni  Allaha  xatir 
olmasıdır. 
Ehsan  etməyin  müxtəlif  növləri  vardır.  Məsələn; 
sədəqə,  paltar  və  yemək  vermək.  Amma  bunların 
daha fəzilətlisi həmişə qalan, xeyirli və faydalı işlər 
üçün  tikilən  müqəddəs  ocaqlardır  ki,  buna  misal 
olaraq  elm  ocaqları  (mədrəsələr),  kitabxanalar, 
xəstəxanalar,  yetim  evləri,  evindən  və  eşiyindən 
didərgin  düşmüş  müsəlman  və  mö`min  bacı- 
qardaşlar üçün yaşayış evləri tikmək, körpü salmaq, 
su  çəkmək  və  mö`minlər  üçün  ibadət  yeri  yə`ni, 
məscid və hüseyniyyələri
46
 tikməyi qeyd etmək olar. 
Həqiqətən  Allahın  rəhməti  bütün  məxluqata, 
xüsusən  insan  üçün  çox  genişdir.  Allah-taala 
insanın etdiyi heç bir əməlini zay etməz, əksinə hər 
bir xeyir əməlin nəticəsini on qat artırmaqla ödəyər. 
Bir  günah  və  pis  əməlin  müqabilində  isə  yalnız  bir 
cəza  verməklə  kifayətlənər.  Bu  əməlin  özü  Allahın 
bəndəsinə 
olan 
mərhəmətindən 
irəli 
gəlir. 
                                                 
45
 “ət-Tovbə” surəsi, ayə: 120 
46
  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alihi  və  səlləm)-in  və 
onun  pak  Әhli-beyt  (əleyhimus-salam)-ının  təvəllüdləri  günü 
bayram,  onların  şəhadətləri  günündə  isə  əza  saxlamaq  üçün 
tikilmiş müqəddəs  məkanlara deyilir. 


 
46 
Dediyimiz bu sözə Qur`anın bu ayəsini şahid gətirə 
bilərik. 
Allah-taala Qur`anda buyurur: 
«
 َءآَج نَم
 
 َءآَج نَمَو اَِلُاَث مَأ  ُر شَع ُهَلَ ف  ِةَنَسَ لْاِب
 
 ِةَئِّيَّسلاِب
 
 َل    ُهَو اَهَل  ثِم َّلِإ ىَز ُيُ َلاَف
 َنوُمَل ظُي
»
 
«Kim  yaxşı  bir  iş  görsə,  ona  həmin  işin  on  qat 
əvəzi (savabı) verilər. Kim pis iş görərsə, ona həmin 
işin  misli  qədər  cəza  verilər  və  onlara  zülm 
edilməz.»
47
 
Bu  mövzuda  olan  söhbətimizi  Qur`ani-Kərimin 
bu mübarək ayəsi ilə sona çatdırırıq: 
«
اًر  يَخ ٍةَّرَذ َلاَق  ثِم  لَم عَ ي نَمَف
 
 ُهَرَ ي

نَمَو
 
 ُهَرَ ي اًّرَش ٍةَّرَذ َلاَق  ثِم  لَم عَ ي
*
» 
 
«Kim (dünyada) zərrə qədər yaxşı bir iş görmüşsə, 
onu  (onun  xeyrini)  görəcəkdir.  Kim  də  zərrə  qədər 
pis iş görmüşsə, onu (onun cəzasını) görəcəkdir».
48
 
                                                 
47
 “əl-Әn`am surəsi ayə 160 
48
 əz-Zəlzələ” surəsi, ayə: 7 və 8 


 
47 
BEŞİNCİ FӘSİL 
QUR`ANLA TANIŞLIQ 
Bu  gün  dünyada  istehsal  olunan  hər  hansı  bir 
cihazın,  maşının,  dəzgahın  və  sairənin  üzərində, 
onu  düzəldən  və  ya  ixtira  edən  mühəndis 
tərəfindən müəyyən bir kitabçada qoyulur ki, ondan 
necə  istifadə  olunması  qaydası,  hansı  şeylərin  ona 
zərəri  olması  və  sair  kimi  göstərişlər  qeyd  olunub 
alıcının ixtiyarına verilir. Alıcılar bu maldan istifadə 
etməmişdən  qabaq  mütləq  o  kitabçanı  diqqətlə 
oxumalıdırlar 
ki, 
onlara 
əməl 
etməklə 
bəhrələnsinlər  və  həmin  avadanlıq  tez  xarab  olub 
sıradan çıxmasın. 
Biz  insanlar  bəşərin  Rəbbi  tərəfindən  yaradılmış 
və  təşkil  olunmuş  elə  bir  «cihazıq»  ki,  cisim  və 
ruhumuzda  olan  mürəkkəbliyə  görə  hətta  öz 
həqiqətmizi  və  xoşbəxtlik  yolumuzu  tanımağa  belə 
acizik. 
İndi  gəlin  düşünək,  məgər  biz  hər  hansı  bir 
soyuducu  və  ya  telivizordan  aşağıyıq  ki,  mühəndis 
ona  kitabça  yazsın,  amma  bizim  xaliqimiz  bizim 
üçün belə bir kitab yazmasın? 
Görəsən,  biz  insanların  daxilində  cismi  və  ruhi 
xüsusiyyətlərimizin  şərh  verildiyi,  vücudumuzda 
olan  iste`dad  və  imkanların,  habelə,  onlardan 


 
48 
düzgün  surətdə  bəhrələnmək  yolunun  bəyan 
olunduğu,  ən  mühümü  isə  cisim  və  ruhumuzda 
olan, onu həlakət və bədbəxliyə sürükləyən amillər 
qeyd olunan bir kitaba ehtiyac yoxdurmu? 
Heç  təsəvvür  etmək  mümkündürmü  ki,  biz 
insanları  rəhmət  və  məhəbbət  əsasında  yaradan 
Pərvərdigar  sonradan  bizi  öz  başımıza  buraxaraq, 
səadətə  və  xoşbəxtliyə  çatmaq  yolunu  bizə 
göstərməsin? 
Allah-taala  haqq  din  olan  İslamı  insanlara  yalnız 
müəyyən  bir  zaman  üçün  deyil,  əksinə  qiyamət 
gününə  qədər  gələcək  bütün  zamanlar  üçün 
göndərmişdir. Qur`an Allah tərəfindən göndərilmiş 
elə bir  hidayət kitabıdır ki, orada insanın səadət və 
xoşbəxtlik  yolu,  eləcə  də  onun  həlakət  və 
bədbəxliyinə səbəb olan amillər bəyan olunmuşdur. 
Düzgün  ictimai  və  ailə  münasibətləri,  əxlaqi  və 
hüquqi  məsələlər,  cismi  və  ruhi  ehtiyaclar,  fərdi  və 
ictimai vəzifələr, cəmiyyətdə olan düzgün və yanlış 
adət-ən`ənələr,  cəmiyyətin  və  ya  şəxsin  taleyində 
mühüm  rol  oynayan  iqtisadi  və  sair  kimi  qanunlar 
bütünlüklə bu müqəddəs kitabda gəlmişdir. 
Qur`anda keçmiş xalqların başına gələn hadisələr, 
müxtəlif müharibələr, ayrı-ayrı şəxslərin həyat tarixi 
və  sairənin  gəlməsinə  baxmayaraq,  o,  dastan  və 
nağıl kitabı deyil, əksinə bu günkü insan həyatında 
düzgün  yaşamağı  öyrədən  bir  kitabdır.  Elə  bu 
səbəbdən  də  bu  kitabın  adı  “Qur`an”-  dır  yə`ni 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə