97
- Sinyor Bartolomeu, elə mən də həmin xəritəni əsas tutaraq
Sakit okeanın cənub hissəsinə ekspedisiya təşkil etdim. - deyə
admiral tərəddüd etmədən dilləndi və bir qədər ara verib
coğrafiyaşünasa qəribə nəzər salaraq, fəhimsizliklə sözünə
davam etdi. - Sizə bildirməliyəm ki, mən həm Abraham
Orteliyin, həm də Gerqard Merkatorun tərtib etdikləri xəritələrlə
tanışam. İş orasındadır ki, Orteliyin 1570-ci ildə tərtib etdiyi 53
xəritəlik kitab Atlas yox, “Dünya teatrı” adlanırdı. Merkator isə
hələlik Atlasını buraxmayıb, sadəcə olaraq buraxmağa
hazırlaşır. Mən biləni onun bu sonuncu işi məxfi sayılırdı. İndi
isə görürəm ki, siz də onun bu işindən halisınız.
Coğrafiyaşünasın səhvini tutması bu admiralın çox savadlı
olmasından xəbər verirdi. Bartolomeu özü başa düşdü ki, o səhv
edib və səhvini düzəltməkdən ötrü aludəliklə dedi:
- Üzr istəyirəm sizdən, mən Orteliyin tərtib etdiyi xəritələr
kitabı ilə Merkatorun tərtib etdiyi kitabı səhv salmışam.
Həqiqətən də Orteliy 53 xəritədən ibarət olan “Dünya teatrı”
adlı kitabı tərtib edibdir. Yaxşı, bəs siz hansı səbəbə görə həmin
torpaq ilə üzləşməmisiniz?
- Növbəti ekspedisiya zamanı mən həmin missiyanın öhdə-
sindən gələcəm. - deyə admiral başını dik tuqaraq arxayınlıqla
dilləndi. - Abraham Orteliy mənim növbəti ekspedisiyama
böyük ümid bəsləyir. Ekspedisiyamın uğurla başa çatması onun
karyerasına böyük təkan verəcək. Biz “Cənub Torpağı”nı
98
tapsaq, bu kəşf onun ad-sanının qalxmasına səbəb olacaq.
”Cənub Torpağı” kəşf ediləndən sonra həmin torpağın
konturlarının şəkillərinin ilk sifarişçiləri məhz Orteliy ilə
Merkatordur. Mən çalışacağam onların sifarişlərini qısa
müddətə yerinə yetirim. XVI əsr başa çatmamış mən, həmin
əfsanəvi torpağı tapacağam.
- Don Alvaro, mənə elə gəlir həmin torpağı tapmaq üçün
Yeni Qvineya adasından xeyli aşağı düşmək lazımdır - deyə
qoca səyyah peşəkar bir coğrafiyaşünas kimi admirala bu
lazımlı məsləhəti verdi. - Çünki həmin ərazi dəniz səyyahları
tərəfindən tədqiq edilməmiş kimi qalır. Mən, nəvəm Migelə də
bu haqda xəbərdarlıq etmişəm.
- Məgər, Migel dəniz səyyahı olmaq istəyir? - deyə admiral
maraqla soruşdu.
- Əlbəttə! - deyə Migel tərəddüd etmədən cavab verdi.
- Bəs, onda o, nəyə görə Araukaniyada yerli hindulara qarşı
qanlı müharibədə iştirak edir? - deyə admiral yenə də
maraqlandı və cavabı gözləmədən üzünü Migelə tutaraq tələsik
halda sözünə davam etdi. - Migel, dəniz səyyahı olmaq istəyən
adam, gərək əvvəlcə müəyyən bir dəniz səyahətlərində iştirak
etsin. İstəsən, mən səni öz ekspedisiyama qəbul edə bilərəm.
Sənin necə peşəkar dənizçi olmağın haqda məndə dürüst
məlumatlar var.
99
- Don Alvaro, mən müharibəni yarımçıq qoyub hər hansısa
bir səyahətdə iştirak edə bilmərəm. - deyə Migel qürurla
dilləndi. - İspaniyanın düşmənlərindən biri sayılan araukan-
ları darmadağın edəndən sonra mən dəniz səyahətlərinə
qoşula bilərəm.
- Bu əsl ispan idalqosuna xas olan bir cavabdır. - deyə
İzabella fərəhlə dilləndi. - Migel kimi idalqolar araukanlara
qarşı müharibədə iştirak edirsə, onda zəfər bayrağının
Araukaniyanın ürəyinə sancılması labüddür.
- Tam arxayınlıqla sizin hamınızı əmin edirəm ki, bu
müharibə azğınlaşmış araukanların sonuncu müharibəsidir. -
deyə kapitan Xuan qürurla dilləndi. - O torpaqda həlak olmuş
hər bir konkistadorun qisası vəhşi araukanlardan alınacaq.
Əlahəzrət II Filipp bizdən yalnız qələbə gözləyir və biz
İspaniyaya qələbə ilə qayıdacağıq.
İçəridəkilərin söhbəti elə bu məcərada davam etdi.
Birdən-birə admiral evinə qayıtmağı qərara aldı. O, bunu
ertəsi günü işinin çox olması ilə əsaslandırdı.
100
IX fəsil. Kalyaodan gələn şad xəbər
Migel admiralgili evlərinə ötürən zaman şəhərin mərkəzi
meydanına yollandı. O, bir az şəhəri seyr etmək fikrində idi.
Lakin meydana təzəcə daxil olmuşdu ki, füsunkar və gözəl
bir sinyora qabağına çıxan kimi, o, təəccübdən yerindəcə
donub qaldı. Migel elə bildi ki, qarşısına çıxan qız
Barselonada qoyub gəldiyi Floridadır. Qız özü Migeli belə
bir qəribə vəziyyətdə görəndə qorxuya düşdü. Çünki cavan
zadəgan baxışlarını gənc sinyoranın gözlərindən çəkmirdi.
Qız, hətta qorxudan bir-iki addım geri çəkilməyə məcbur
oldu. Migel isə sanki dərin bir yuxuya qərq olmuşdu.
Elə bu dəmdə kənardan bir zabit Migelin qolundan tutub
hiddətlə, qıza qarşı nəyə görə belə bir kobud hərəkət etdiyini
soruşdu. Məhz bundan sonra Migel özünə gəlib əlini sinəsinə
qoyaraq üzrxahlıqla dedi:
- Sizdən artıq dərəcədə üzr istəyirəm, qarşımdakı sinyori-
tanı tanış qıza oxşatdım. Onlar bir-birilərinə çox oxşayırlar.
- Biz belə bəhanələri çox eşitmişik. - deyə zabit Migelin
üzr istəməsinə heç bir əhəmiyyət vermədən hüznlə dilləndi
və sərt baxışlarını düz onun üzünə dikərək, həmin tərzdə
sözünə davam etdi. - Mən nişanlımın yanında olmasaydım
sözsüz ki, siz ona söz atacaqdınız.
Dostları ilə paylaş: |