105
- Bu ki, yaxşıdır! - deyə coğrafiyaşünas fərəhlə dilləndi. -
Deməli, Yeni Dünya sahillərində dənizçilik məktəbi Avropa
məktəbləri səviyyəsində inkişaf edir.
- Eşitdiyimə görə, həmin məktəbin çox gözəl yetirmələri
var? - deyə qoca səyyah başını təqdiredici tərzdə tərpədərək
həvəslə dilləndi. - Açığını desəm, bu otuz il müddətində
Amerika qitəsi bütün sahələr üzrə sürətlə inkişaf edib. Bu cür
nəticə ilə hər bir ispan övladı fəxr etməlidir. İspaniyanın və
əzəmətli kralımızın qüdrəti bütün dünyaya yayılıbdır. Xüsu-
sən də bizə həddindən artıq çox peşəkar dənizçilər lazımdır.
Onlar Sakit okeanın bütün akvatoriyasını tədqiq etməlidirlər.
Bütün kəşf ediləcək ərazilər İspaniya taxt-tacına birləşdiril-
məlidir.
- Elə bizim hamımız Sakit okeanın naməlum sahələrinin
tədqiqi ilə məşqul olacayıq. - deyə Pedro babasına diqqətlə
qulaq asandan sonra ehtiramla dilləndi. - Dəniz səyyahı
Alvaro Mendanya mənə söz verib ki, özünün növbəti
ekspedisiyasında mənə şturman vəzifələrinin birini verəcək.
Mən də babam kimi cavan yaşında nəhəng bir ekspedisiyanın
iştirakçısı olacam. Lakin həmin müddətə qədər öz peşəmə
ustalıqla yiyələnməliyəm. Ekspedisiya zamanı mən admiralın
etimadını doğrultmalıyam. Sizə bildirmək istəyirəm ki, o,
mənə bir dənizçi kimi böyük ümid bəsləyir. Guya ki,
106
gələcəkdə mən dünyanın məşhur dəniz səyyahlarından biri
olacam.
Pedronun özü haqda bu cür təsəvvür yaratması çoxları
üçün gözlənilməz idi. Bu ondan xəbər verir ki, o, hardasa
şöhrətpərəst və şərəf dalıycan gedən adamdır. Ancaq o,
sadəcə olaraq, burada admiralın fikrini bəyan etmişdi. Qoca
səyyah bütün bunların heç birisinə əhəmiyyət verməyərək
müəmmalı tərzdə dedi:
- Pedro, sənin əsas arzun və məqsədin varsa, həmin amal
uğrunda da mübarizə apar. Dəniz səyyahı olmaq ən çətin və
mürəkkəb peşələrdən biri sayılır. Sənə tövsiyyəm odur ki,
tutduğun istiqamətlə də get. Amma çalış heç vaxt, heç
kimdən asılı olma və hər hansısa bir ekspedisiyada ikinci
şəxs rolunu oynama. Çünki sən heç vaxt öz ideyalarını
həyata keçirə bilməyəcəksən.
Heç kim də başa düşməsə, artıq Migel qoca səyyahın nə
dediyini anladı. O, bir neçə ekspedisiyalarda iştirak etmiş və
heç vaxt öz vəzifəsini icra etməmişdi. Danışığından belə
çıxdı ki, onun ciddi bir ideyası var və o, həmin ideyanı
həyata keçirə bilməyib. Daha doğrusu, həmin ideyanı həyata
keçirmək üçün onun imkanı olmayıb. Qoca səyyahın
gözlərindən oxumaq olar ki, o, öz məqsədinə nəvələrinin
köməyi ilə nail olmaq istəyir. Pedroya nisbətən Migel
babasının xasiyyətinə yaxşı bələd idi və onun ürəyini yalnız
107
böyük nəvəsi oxuya bilirdi. Məhz buna görə da Migel özü
qardaşının yerinə cavab verməyi qərara aldı. O, üzünü
babasına tərəf tutub üzrxahlıqla dedi:
- Baba, Pedro hələ çox cavandır və vaxt gələcək istədiyi
hər bir şeyə nail olacaq. O, hələ şturman məktəbini başa
çatdırmalıdır. Ondan sonra praktik təcrübə toplamaq üçün bir
neçə ekspedisiyada iştirak etməlidir. Məhz ondan sonra
Pedro müstəqil şəkildə Dünya okeanının hər hansı bir
hissəsinə ekspedisiya təşkil edə bilər. Elə vaxt gələr, mən də
onunla səyahətdə iştirak edərəm.
- Migel, düz deyir, tam təcrübə toplamaq üçün mən hələ
bir neçə ekspedisiyada iştirak etməliyəm. - deyə Pedro
həvəsə gələrək təqdiredici tərzdə dilləndi. - Nəinki dəniz
səyahətlərində, hətta tədqiqatlarda da iştirak etməliyəm.
Məktəbi başa vuran kimi ilk növbədə Alvaro Mendanyanın
Sakit okeana nəzərdə tutulan ekspedisiyada, sonra isə
Antonio Berrio-i-Orunyanın ekspedisiyasında And daqlarının
şimal-şərq hissəsində qızıl yataqları ilə zəngin olan Eldorado
ölkəsinin axtarılmasında iştirak edəcəyəm. Beş-altı il
müddətində mən intensiv surətdə müxtəlif ekspedisiyaların
tərkibində tədqiqat işləri ilə məşqul olacam. Bir sözlə, mən
bir neçə tarixi hadisələrdə yaxından iştirak etmək istəyirəm.
Rodriges baba, mən nəslimizdə olan adət-ənənələri davam
108
etdirəcəm. Biz üç qardaşıq, hər üçümüz də sizin yolunuzu
davam etdirəcəyik.
- Pedro, mənim fikrimcə, sən dəniz səyahətlərində iştirak
etsən daha yaxşı olar. - deyə qoca səyyah yenə də nəvəsinə
öyüd-nəsihət verməyə başladı. - Onsuz da sənin atan
Eldoradonu axtaran bir neçə ekspedisiyalarda iştirak etmiş və
hələ də öz istədiyinə nail ola bilməmişdi. Mənə elə gəlir ki,
bu məsələyə ciddi yanaşmalısan. Vaxt gələcək mənim oğlum
bu tədbirdən əl çəkəcək. Çünki Eldoradonu axtarıb tapmaq
qeyri-mümkün iş sayılır.
- Mənə elə gəlir ki, siz bu məsələyə pessimistcəsinə
yanaşırsınız - deyə Pedro özündə cəsarət tapıb qətiyyətlə
dilləndi və üzünü babasından ayırmayaraq bir balaca yumşaq
tərzdə sözünə davam etdi - Eldoradonun axtarılmasında ən
təcrübəli və bacarıqlı konkistadorlar məşğuldur. Son zamanlar
axtarışda iştirak edən bir neçə nəhəng ekspedisiya həmin
ərazilərdə fəaliyyət göstərir. Hamı çalışır ki, XVII əsr başlama-
mış Eldoradonu tapıb İspaniyanın taxt-tacına birləşdirsinlər.
Atamın Eldoradonun tapılmasına inamı olmasa idi, o, çoxdan
Limaya qayıdıb başqa işlə məşğul olardı. Yaşımın cavan
olmasına baxmayaraq, mən deyə bilərəm Eldorado kimin
tərəfindən kəşf ediləcək. Eldoradonun tapılmasında Antonio
Berrio-i-Orunyanın böyük bir şansı var.
Dostları ilə paylaş: |