101
- Axı, mən sizə dedim ki, mən həmin sinyoritanı başqa bir
qıza oxşatmışam. - deyə Migel qolunu onun əlindən
çıxardaraq hiddətlə dilləndi. - Sinyor, heç bir fərziyyə irəli
yürütmək lazım deyil. Onsuz da mən sinyoritaya qarşı kobud
hərəkət etməmişəm ki, heç nədən məni hədələyəsiniz.
- Fakt odur ki, mənim nişanlımın qarşısını kəsmişdiniz. -
deyə zabit inadkarlıqla dilləndi. - Belə bir nəlayiq hərəkətlər
heç kimə başucalığı gətirmir. Belə şeylərin üstündə...
- Xose, ola bilsin, o, həqiqətən də yanılıb. - deyə sinyorita
həyəcandan özünü saxlaya bilməyib yalvarıcı səslə zabitin
qarşısını kəsdi. - Gəl buradan çıxıb gedək.
Qız nişanlısının əlindən tutub buradan uzaqlaşmaq istədi.
Lakin zabit qızın əlini sıxaraq hüznlə dedi:
- Mən, yaxınlıqda olmasaydım, Allah bilir, burada nə baş
verə bilərdi.
- Mən axı, sizə bildirdim ki, bu anlaşılmazlıqdır - deyə
Migel özünə bəraət qazanmaq üçün ədəb-ərkanla dilləndi. -
Mən heç bir hərəkətimlə sinyoritanın xətrinə dəyməmişəm.
Əgər, nəlayiq hərəkət etmişəmsə, yenə də üzr istəməyə
hazıram.
Sonra Migel zabiti daha da inandırmaq üçün boynundakı
medalyonun qapağını açıb oradakı şəkili onların hər ikisinə
göstərdi. Təəccübdən zabitin gözləri kəlləsinə çıxdı və onun
102
söz deməyə dili tutmadı. Qız da təəccübdən yerindəcə donub
qaldı və nəzərini şəkildən ayırmaq istəmədi.
- İnsan-insana necə də oxşayarmış. - deyə zabit şəkilə
baxa-baxa öz-özünə dilləndi.
Migel dərhal medalyonun qapağını bağlayıb ciddi halda
onların ikisinə də dedi:
- Belə çıxır ki, mən bu şəkil ilə öz günahlarımı yudum?
Şəkil olmasa idi, bizim aramızda münaqişə yaranacaqdı?
Məsləhətim odur ki, bütün işlərdə səbirli olasınız.
Zabit həqiqətən də əlavə söz deməyə tapmırdı. Migel
üzünü döndərib onlardan ayrıldı.
Cavan zadəgan onlardan ayrılsa da, qızın çöhrəsi hələ də
onun gözünün qarşısında canlanırdı. Sanki o, qərib torpaqda
Florida ilə rastlaşmışdı. Onun ürəyi ayrılıqdan iztirab ağrısı
çəkməyə başladı. Bir anlıq olsun belə, Migel öz sevgilisini
görüb bir az ünsiyyətdə olmaq istəyirdi. Sevgilisinin dərdini-
qəmini və çəkdiyi iztirabını bilmək istəyirdi. Floridanın
Seviliyada günlərini necə keçirməsi, onu həddindən artıq
maraqlandırırdı. Naməlum sinyorita ilə rastlaşandan sonra o,
bir anlığa İspaniyaya getmək arzusunda. Həm İspaniya, həm
də sevgilisi üçün Migelin burnunun ucu göynəyirdi. “- Ah,
Florida, sən haradasan? Görəsən, sən də mənim kimi ayrılıq
dərdi keçirirsən?” - deyə o, öz-özünə dönə-dönə bu kəlmələri
103
işlətməyə başladı. Onun halı birdən-birə dəyişdi. O, sanki
havalandı.
- Bu nə dərddir, mən düşdüm? - deyə Migel əlləri ilə
başını sıxaraq kövrək halda dilləndi və birbaşa atasının evinə
yollandı.
O, istəyirdi ki, yaxın adamları ilə ünsiyyətə qoşulmaqla
fikrini birtəhər dağıtsın. Yoxsa, dərddən onun bağrı
çartlayardı. Həmin iztirabı və ağrını yaddan çıxartmaq üçün
Migel evə çatanda təlim-məşqlərə başladı. Osvaldo ilə
Sebastyan artıq evin arxasında ox atmaqla məşğul idilər.
Migel də kamanını əlinə alıb ox atmağa başladı. Fikirli
olduğundan o, bu sahədə müvəffəqiyyət qazana bilmirdi.
Halbuki Migel bu sahədə, dalm dostlarından ustalıqla
fərqlənirdi. Cəngavərlər o dəqiqə başa düşdülər ki, onun
başına nə isə qeyri-adi bir hadisə gəlib. Onlar nə qədər
çalışsalar da dostlarının dərdini öyrənə bilmədilər. Migel
bunu onunla izah etdi ki, səhər tezdən müəmmalı səbəblər-
dən o, baş ağrısına tutulub. Migel gördü ki, o, hədəfi ox ilə
vura bilmir, müvəqqəti olaraq bu məşğələni dayandırdı.
Migel dostlarından yenicə ayrılmışdı ki, qapının ağzında
qardaşı Pedro ilə rastlaşdı. Kalyao şəhərindən gələn gələcək
şturman yenicə bu həyətə ayaq basmışdı. Hər iki qardaş
görüşəndən sonra qohumları ilə görüşməyə evə getdilər.
104
Seviliya oğlunun gəlişini görüb sevincindən coşdu. O,
Pedronun gəlişinə çox şad idi.
Onlar hamısı qoca səyyahla, coğrafiyaşünasın olduqları
istirahət zalına getdilər. Pedronun dediyinə görə o, iki
günlüyə Limaya gəlib. O, həmişə bura gələndə anası ilə
doyunca söhbət edəndən sonra admiral de Neyragilə gedirdi.
Gələcək şturmanın fikrincə, admiral ilə müəyyən səyahətlər
barəsində müzakirələr aparmaq hər şeydən maraqlı idi.
Elə qoca səyyahın özündə də səyahətlərə dair çox maraqlı
məlumatlar vardı. Bundan əlavə bu evə Bartolomeu Salvat-
yero kimi tanınmış coğrafiyaşünas təşrif buyurmuşdu.
- Pedro, hal-hazırda sən şturman məktəbində nə ilə
məşğulsan? - deyə onun həyatı ilə dərindən maraqlanan
Migel qardaşına diqqətli nəzər salaraq müəmmalı tərzdə
dilləndi.
- Tapşırılan işlər həddindən artıq çoxdur.- deyə Pedro
tərəddüd etmədən sadə halda dilləndi. - Ən əsası odur ki,
Cənubi Amerikanın bütün qərb sahilini əhatə edən isti və
soyuq cərəyanların, güclü küləklərin, qabarma və çəkilmələ-
rin tədqiqi ilə məşğul oluruq. Təcrübəli, bacarıqlı və mahir
dənizçi yetişdirmək üçün, tez-tez bizi küləkli havada açıq
okeana çıxarırlar. Biz pis havada ustalığımızı nümayiş
etdirməliyik.
Dostları ilə paylaş: |