93
Kolumbun kəşf etdiyi Antil adalarına kimi 470 liq
çəkilməsini tələb edərdilər. Deməli, portuqallar Atlantik
okeanında Kanar, Madeyra, Azör və Yaşıl Burun adalardan
qərbdə hər hansı bir adanın və ya iri torpaq ərazisinin
mövcudluğundan xəbərsiz idilər. Van Olmenin okeanı 40
gün müddətinə qət etməsi fikrinə gəldikdə isə bunun
səbəbini başqa bir şeydə axtarmaq lazımdır.
Kolumb Portuqaliyada olarkən bildirmişdi ki, Asiya
qitəsinin şərq sahilinə çatmaq üçün Atlantik okeanını 30
gün və ya həmin müddətdən bir qədər artıq vaxta qət
edəcək. Van Olmen də dolayısı yolla onun layihəsilə tanış
olandan sonra həmin fikiri II Juan ilə bölüşdürmüşdü.
Deməli, fələməngli dənizçinin başçılıq etdiyi ekspedisiya
Paolo Toskanellinin tərtib etdiyi xəritədən əlavə, paralel
olaraq Kolumbun hazırladığı transatlantik layihəyə əsasən
səyahətə yollanmışdır.
Zəmanəsinin təcrübəli və bacarıqlı dənizçilərindən biri
olan Xristofor Kolumb belə bir gedişatı gözləyirdi. Ona
görə də o, yanlış rəqəmlərdən ibarət olan layihəsini təqdim
etmişdi, həm də onun hamıdan gizlətdiyi (gələcəkdə
“Kolumbun itmiş xəritəsi” hallanacaq) bir xəritə var idi ki,
həmin materialı ən yaxın adamlarına göstərməyi belə lazım
bilmirdi. Elə van Olmenin də səyahət boyu uğur qazanma-
masının səbəbi bu idi.
94
Kolumb transatlantik layihəsini müzakirə
edir
Nəzərdə tutulan səyahətə ciddi hazırlaşan fələməngli
dəniz səyyahı ekspedisiyanın Portuqaliya sahillərinə altı
aydan sonra qayıdacağını planlaşdırırdı. Lakin nəticədə o,
müvəffəqiyyət qazana bilmir. Van Olmenlə Estreytonun
95
uğursuzluqla üzləşməsi, onların ilin münasib olmayan
vaxtında yola düşmələri və Kolumbdan fərqli olaraq,
okeanda hərəkət edən passatlardan lazımi şəkildə istifadə
etməmələri ilə izah etmək olar.
Genuyalı dənizçinin müasiri olan, Yeni Dünya sahilləri-
nin konkistadorlar tərəfindən işğal olunmasını ilk dəfə
qələmə alan səlnaməçilərindən biri Bartolomeu de Las
Kasas hekayələrinin birində Ernan de Olmosun (çox güman
ki, o, Ferdinand van Olmeni nəzərdə tutur) səyahətindən
xəbər verir. O, yazır ki: “həmin səyahət onu bir dəfə İrlan-
diyanın qərb sahillərinə, Kolumbun gələcəkdə qoyduğu
marşrutdan xeyli şimala gətirib çıxarır”.
Təəssüflər olsun ki, van Olmenə həmin səyahətdən
qayıtmaq müəssər olmamışdı. Ç. Verlinden qeyd edir ki:
“bütün bunlara baxmayaraq Amerikanı, Kastiliyanın
xidmətində olan genuyalıdan qabaq, Portuqaliyanın xidmə-
tində olan fələməngli kəşf edə bilərdi. Qərbin tarixi
tamamilə başqa cür olardı. Əgər, Olmen öz məqsədinə nail
ola bilsəydi, onda nəinki Braziliyada, hətta 17 latın-
amerikan respublikalarında danışıq dili portuqallara məxsus
olacaqdı. Bəzən tarixin taleyi bir adamın taleyindən asılı
olur!”
1
1
Чарльз Верлинден, Покорители Америки: Христофор Колумб.
“Феникс”, Ростов-на-Дону. 1997г., стр.24.
96
İş ondadır ki, II Juan Kolumbun təklifini qəbul etsəydi,
onda hazırda Atlantik okeanının qərb hissəsində yerləşən
keçmiş müstəmləkələrin əksəriyyətində portuqal dilində
danışacaqdılar.
Hər iki ekspedisiyanın gedişatını analiz edəndən sonra
qətiyyətlə deyə bilərəm ki, fələməngli dənizçiyə nisbətən
Kolumb öz səyahətinə daha ciddi hazırlaşmış və zəhməti
hesabına qarşısına qoyduğu məqsədə tam nail ola bilmişdi.
Onun təşkil etdiyi ekspedisiya Atlantik okeanında uğur
qazanandan sonra “Riyaziyyatçılar Xuntası”nın bütün
üzvləri, uzun müddət həmin səhvi özlərinə bağışlaya bilmə-
mişdilər.
Nəzəri cəhətcə mükəmməl hazırlaşan və dənizçilik işlə-
rinə praktik iş qabiliyyətinə malik olan Xristofor Kolumb
ispan monarxları Ferdinand Araqonlu və İzabella Kastili-
yalının razılığı əsasında, 3 avqust 1492-ci ildə tərkibində 90
nəfərlik heyəti olan üç gəmidə - “Santa-Mariya”, “Pinta”
və “Ninya” – Palos limanını tərk edib, həmin ilin oktyabrın
12-də, cümə günü Baham adaları sisteminə daxil olan,
indiki Uotlinq adasını kəşf edərək, oranı “San-Salvador
adlandırır”.
İspanlardan fərqli olaraq portuqallar, Kolumbun
ümumiyyətlə, gedib Şərqi Asiyaya çıxmasına şübhə
edirdilər. Bəzi alimlər admiralın getdiyi marşrutu təhlil
Dostları ilə paylaş: |