170
kanı Portuqaliyanın xidmətində olan F. Van Olmen kəşf edə
bilsəydi, onda qərbin tarixi tamamilə başqa cür olardı.
Tarixdə baş vermiş maraqlı təsadüflərdən biri də dörd
məşhur səyyahın hər birinin eyni fikir söyləməsidir: X.
Kolumb, D. Pireyra, C. Kabot və P. Kabral Amerika sahillə-
rinə çıxanda oranın Şərqi Asiya olduğunu zənn etmişdilər.
Səyahətini X.Kolumbdan 5 il sonra (1497-ci ildə) başlamış
Con Kabot yeni materik torpağına ondan tez ayaq basmışdır
çünki Kolumb Cənubi Amerikanı üçüncü səfərində, yəni,
1498-ci
ildə kəfş etmiş, lakin sahilə çatmamışdır.
Əsərin müsbət cəhətlərindən biri də verilmiş illüstrativ
(şəkillər, xəritə-sxemlər, xəritə üzərində demarkasion xətti,
qədim və yeni xəritələrin, qlobusun təsvirləri və s.) . Həmin
illüstrasiyalar oxucunun diqqətini cəlb edir və böyük maraq
doğurur.
Yazıçı-tədqiqatçı Ramiz Dəniz öz əsərində coğrafi kəşflər
tarixinə, dəniz səyahətləri nəticəsində əldə olunmuş biliklərə,
böyük səyyahların fəaliyyətinə tənqidi münasibət göstərmək-
lə, həm də elmin, o cümlədən, xəritəşünaslığın inkişafına da
toxunur. Əsərdə müəllif Martin Behaymın düzəltdiyi qlobusda
(1492) Amerika qitəsinin təsvir olunmadığına aydınlıq gətirir
və həmin qlobusun açılmış vəziyyətdə maketinin təsvirini
verir.
Florentsiyalı alim Paolo Toskanelli 1474-cü ildə tərtib
etdiyi məşhur dünya xəritəsinə görə Avropada böyük şöhrət
qazandı. Toskanelli Portuqal kralı V Alfonsa Yerin kürə şəkil-