  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə67/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   63   64   65   66   67   68   69   70   ...   113

                                                     

 

  



                                                                            

                                                    

247 

Evində  oturan  Sergey  bir  ata  kimi  oğlunun  sonuncu 



məqaləsindən  narazı  idi  və  narazılığını  bildirmək  üçün 

səbirsizliklə onun gəlişini gözləməyə başladı.  

Nizami  perspektivli  tələbə  kimi  dekanın  sevimlisi  sayı-

lırdı. Ayda iki dəfə onlar görüşüb tarixin müəyyən dövrü ilə 

bağlı  maraqlı  müzakirələr  aparırdılar.  Sergey  istəyirdi  ki, 

onun  tələbəsi  əsl  tərixçi  mütəxəssisi  kimi  yetişsin.  Buna 

görə o, Nizamiyə universiteti bitirəndən sonra aspiranturaya 

daxil olmaq təklifini vermişdi.  

Bundan  əlavə  dekanın  azərbaycanlıların  əksəriyyətinə 

böyük  rəğbəti  artmışdı.  Artıq  o,  başa  düşmüşdü  ki,  Qaf-

qazın cənubunda yaşayan ən qonaqpərvər millət heç nədən 

ermənilərin qurduqları çirkin siyasətinin qurbanına çevrilib-

dir,  halbuki  ictimai  qınağa,  kəskin  tənqidlərə  məruz  qalası 

millət  elə  ermənilərin  özləri  idi.  Sergey  təəssüf  hissi 

keçirirdi ki, belə bir haqsızlıqda bir çox rus siyasətçiləri, o 

cümlədən  mədəniyyət,  ədəbiyyat,  incəsənət,  elm  və  təhsil 

sahəsində çalışan rus ziyalıları da mühüm rol oynamışdılar.  

Hal-hazırda  azərbaycanlı  tələbə  ali  təhsil  ocağını  bitir-

mək üçün diplom işi üzərində işləyirdi. O, çar Rusiyasının 

Qafqaz  siyasəti,  həmin  ərazilərin  Rusiyaya  birləşdirilməsi 

ilə bağlı araşdırma işi aparır və bu məsələdə öz müəllimin-

dən  və  həmin  təhsil  ocağında  tarixdən  dərs  verən  digər 




                                                     

 

  



                                                                            

                                                    

248 

müəllimindən, gürcü milliyyətinin nümayındəsi olan David 



Çoxadzedən məsləhətlər alırdı. 

David ilə Sergey həmkar olsalar da onlar tarixin müəy-

yən  dövrlərinin  mütəxəssisləri  sayılırdılar.  Bu  vaxta  kimi 

rus pedaqoqu heç vaxt Qafqazla bağlı olan bəzi hadisələrin 

incəlikləri ilə maraqlanmamış və onun bu biganəliyi başına 

bəla  olmuşdu.  Əgər,  o,  Qafqaz  siyasəti  ilə  dərindən 

maraqlansaydı, onda erməni millətinin kimliyindən, onların 

tarixindən hali ola bilərdi və belə olan halda, 18 il bundan 

əvvəl  əsl  simasını  gizlətmiş  Eduardın  məkrli  niyyətindən 

xəbər  tuta  bilərdi.  Lakin  indiki  məqamda  Sergey  hələ  də 

dilemma  qarşısında  qalmışdı;  Rusiyada,  Avropada  və 

Amerikada yaşayan bir çox tanınmış insanlar, o cümlədən, 

siyasətçilərin  ermənilərin  indiki  vəziyyətini  nəzərə  alıb 

onların dedikləri haqdır, yoxsa ermənilər həqiqətən də türk-

lər  və  azərbaycanlıların  təzyiqinə  məruz  qalaraq,  yaşadıq-

ları torpaqdan didərgin düşməyə məcbur olublar.  

Ermənistanda və Qarabağda olarkən o, ermənilərin yaşa-

dıqları  ərazidə  bir  nəfər  də  olsun  azərbaycanlı  görmədi  və 

bu o demək idi ki, həmin millət heç də təzyiq altında yaşa-

mırdı. Bəzi məsələlərə aydınlıq gətirmək üçün Sergey həm-

karını Nizami ilə birlikdə şəhərdəki evinə çay süfrəsinə də-

vət etdi. Onlar da həftənin sonu dekanın evində toplaşdılar.  




                                                     

 

  



                                                                            

                                                    

249 

David  həmkarından  hündür,  iri  qamətli,  azacıq  kök, 



lakin  çevik  hərəkətli  idi.  Bir  həftə  bundan  əvvəl  onun  53 

yaşı  tamam  olmuşdu.  Nizami  yaşda  kiçik  olduğuna  görə 

cəld  mətbəxə  gedib  çay  hazırladı  və  bir  neçə  şirniyyatla 

yanaşı süfrəni bəzədi. Hər ehtimala qarşı ev sahibi masanın 

üstünə  iki  şüşə  moldovan  çaxırı  da  qoydu.  Nizami  çayları 

süzən kimi hər iki pedaqoqdan icazə alaraq onların arasında 

əyləşdi. 

Sergey bir-iki dilim rulet  yeyib,  həmkarı ilə birlikdə bir 

badə  çaxır  içəndən  sonra  özünü  maraqlandıran  suallara 

cavab tapmaq üçün mətləbə keçdi.  

-  David,  mən  Ermənistanda  olanda  başa  düşdüm  ki, 

ermənilər torpaq uğrunda canlarından keçməyə hazırdırlar, 

lakin  onların  öz  torpaqlarında  yaşamağa  heç  bir  maraqları 

yoxdur.  

-  Ona  görə  ki,  həmin  torpaqlar  onlara  məxsus  deyil.  – 

deyə fikirini cəmləşdirən gürcü tarixçisi qətiyyətlə dilləndi. 

– İllər ötdükcə, ermənilərin əsas məqsədi başqa millətlərin 

torpağında  sığınacaq  tapmaq,  ondan  sonra  isə  həmin 

torpağı həyasızcasına ələ keçirməkdən ibarətdir.  

-  Necə  yəni  torpaqları  həyasızcasına  ələ  keçirməkdən 

ibarətdir? - deyə Sergey həmsöhbətinə sualedici nəzər saldı. 

- Məgər, indiki Ermənistan ərazisi onlara məxsus deyil? 




                                                     

 

  



                                                                            

                                                    

250 

-  Dostum,  hər  şey  Rusiyanın  XIX  əsrin  birinci  rübündə 



Osmanlı Türkiyəsi və İranla olan müharibələrdən sonra baş 

verir. 


İmperator  I  Nikolayın  21  mart  1828-ci  ildə  verdiyi 

fərmanına  görə  Azərbaycanın  Naxçıvan  və  İrəvan  xanlığı 

ləğv  olunmuş,  onların  yerində  rus  hakimləri  tərəfindən 

idarə olunan “Erməni mahalı” adlanan yeni inzibati qurum 

yaradılmışdır.  1849-cu  ildə  həmin  mahalın  adı  dəyişdirilə-

rək Yerevan quberniyası qoyulmuşdur. 

-  Bilirəm  ki,  həmin  dövrdə  Rusiyanın  İrandakı  səfiri 

Aleksandr  Qriboyedov  ermənilərin  Qafqazda  olan  maraq-

larını müdafiə etmişdir. 

-  Əziz  dostum,  sən  ermənilərin  Qafqaza  köçürülməsi 

barəsində sənədləri nəzərdən keçirsən, onda tüklərin biz-biz 

durar.  Həmin  siyasətdən  sonra  onlar  sanki  gəlib  bizim 

boynumuzda oturdular.  

-  David,  həmin  dövrdə  böyük  bir  milləti  bir  məkandan 

başqa  bir  məkana  köçürmək  reallığa  uyğun  deyil.  –  deyə 

Sergey eşitdiyi sözlərə şübhə ilə yanaşdı. – Çünki ermənilər 

bir  əsrdən  yuxarıdır  hamıya  bildirirlər  ki,  onlar  hələ 

qədimdən həmin ərazidə məskunlaşıblar.  

-  Əziz  dostum,  ermənilər  hansı  tarixi  hadisəni  saxtalaş-

dıra  və  hansı  millətin  tarixini  istəsən,  məvəqqəti  də  olsa 

özününküləşdirə bilərlər. Amma faktlar tamamilə başqa bir 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə