  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə66/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   62   63   64   65   66   67   68   69   ...   113

                                                     

 

  



                                                                            

                                                    

243 

- Liza, sən elə danişirsan ki, guya mən ondan qorxuram. 



Biz  bayırda  olsaydıq  onda  mən  ona  göstərərdim,  şər 

atmanın  aqbəti  necə  olur.  Sadəcə  olaraq  mən  səndən  ötrü 

qorxuya  düşmüşəm.  Nə  olursa-olsun,  tə  ki,  o,  sənə  bir 

xəsarət yetirməsin.  

-  Sən  nə  danışırsan,  o,  mənə  barmağını  belə  toxundura 

bilməz.  –  deyə  qız  istehza  ilə  gülümsəyərək,  ciddi  halda 

dilləndi. – Nəinki Robert, kim olursa-olsun səbəb olmadan 

mənim xətrimə dəyməyə cürət etməz.  

-  Bütün  bunlara  baxmayaraq  mən  istəməzdim  ki,  sizin 

aranızda  soyuq  münasibət  yaransın.  Mənim  əvəzimə,  sən 

gərək başqa uşaqlardan kömək istəyəydin.  

-  Mənim  ürəyimə  başqa  uşaqlar  girsəydi,  onda  mən 

onalrın  köməyindən  istifadə  edərdim.  –  deyə  qız  oğlanın 

üzünə  nəzər  salmadan  qətiyyətsiz  halda  dilləndi.  –  İndiki 

zamanda  mən  yalnız  sənin  kimi  səmimi  qəlbli,  ürəyiaçıq, 

gözütox,  sədaqətli  bir  adama  etibar  edə  bilərəm.  Sən  çox 

yaxşı  bilirsən  ki,  bizin  universitetdə  olan  hər  tələbə  bizim 

evə gəlmir, hətta o, əlaçı olsa belə. 

Bu  sözlər  sanki  Nizamini  yuxudan  ayıltdı  və  o, 

utandığından bilmədi hansı cavabı versin. Axı, birinci dəfə 

idi ki, Yelizaveta kimi  dərrakəli, ağıllı, iradəli bir qız, ona 

belə bir komplimentə bənzər səmimi ifadələr söyləyirdi. O, 

son anda özünü toplayıb fikir bildirmək istəyirdi ki, birdən 



                                                     

 

  



                                                                            

                                                    

244 

qızın atası içəri daxil oldu və Nizamiyə heç nədən çəkinmə-



məyi tövsiyə etdi.  

- Təəssüflər olsun ki, mən Robert kimi yaramaz adamları 

sonradan  tanıyıram.  –  deyə  pedaqoq  gileyləndi.  –  Onlar 

qaçqın  deyə-deyə,  gəlib  adamın  lap  boynunda  oturmaq 

istəyirlər.  

 

 



 

 

 



             III fəsil. Azərbaycanlı tələbənin  

     pedaqoqları ilə apardığı maraqlı diskussiya 

 

Hər  şeyə  məsuliyyətlə  yanaşmağa  çalışan  Aleksandr 



istəmirdi ki, öz işində qüsurlar baş versin. Ona görə ki, əks 

təqdirdə  o,  obyektiv  jurnalist  kimi  heç  bir  nüfuzlu  qəzet 

orqanında  işləyə  bilməzdi  və  ətrafındakı  adamlar  onu 

prinsipial, düzgün, qərəzsiz müxbir kimi qəbul etməyəcək-

dilər. Halbuki dekan oğlu Cənubi Qafqaz ölkələri ilə bağlı 

silsilə məqalələr yazanda Raisa ilə müzakirələr aparmış və 

özü üçün qaranlıq görünən bəzi məsələləri qrup yoldaşının 

məsləhətlərilə  həll  edirdi.  Ürəkdən  Raisaya  vurulan  Alek-

sandr qızın səmimiyyətinə inanaraq əldə etdiyi məlumatla-



                                                     

 

  



                                                                            

                                                    

245 

rın  doğruluğuna  şübhə  etmirdi.  Məhz  bu  səbəbdən  o, 



erməni  qızının  köməyi  ilə  Qarabağla  bağlı  olan  hadisələri 

qəzet səhifələrində işıqlandıraraq, müzakirə üçün ictimaiy-

yətin  ixtiyarına  verirdi.  Bütün  bu  yaxınlığa  və  Raisa  ilə 

olan  iş  birliyinə  baxmayaraq,  Xocalı  anım  günü  Eduardın 

evində baş verən məlum hadisədən sonra onda qıza və qızın 

ailəsinə qarşı soyuqluq yaranmağa başladı.  

Sergey  Qafqaz  turnesindən  qayıdandan  sonra  ümumiy-

yətlə,  Eduardla  görüşməkdən  boyun  qaçırdı  və  oğluna  da 

Raisa  ilə  yaxınlıq  etməkdən  imtina  etməyi  məsləhət  bildi. 

Həmin  səfərdən  qayıdan  pedaqoqun  əsəbləri  tarıma  çəkil-

miş  və  o,  Aleksandra  qətiyyətlə  bildirmişdi  ki,  dünyada 

Eduard  kimi  ikinci  yalançı  adam  tanımır  və  belə  adamla 

ünsiyyət  qurduğuna  görə  də  təəssüfləndiyini  gizlətmədi. 

Rus ziaylısı hər vəchlə ona yaxınlıq etmək istəyən Elizabet 

ilə görüşməkdən imtina edərək, yavaş-yavaş qızı xatirəsin-

dən  silməyə  başladı.  Bundan  sonra  həmin  qızla  heç  bir 

izdivacdan söhbət gedə bilməzdi. 

Qarabasma,  həyasızlıq,  sırtıqlıq,  şərləmək,  üzə  durmaq 

kimi  naqis  hisslər  Aleksandr  üçün  yad  olduğuna  görə  o, 

müəyyən  müddət  Raisadan  kənarda  qalmağa  qərar  ver-

mişdi. Yəni, mütəmadi görüşlərə son qoyulmuşdu.  

Nizami hiss edirdi ki, Aleksandr Raisa ilə yaxınlıq edən-

dən sonra yavaş-yavaş ondan uzaqlaşır və Qarabağla bağlı 



                                                     

 

  



                                                                            

                                                    

246 

olan bəzi məsələləri həll etmək üçün həftədə yalnız bir dəfə 



görüşməyə imkan tapırdı. Azərbaycanlı tələbə dəqiq bilirdi 

ki,  qərəzli  yazılan  həmin  məqalələrdə  erməni  qızı  böyük 

canfəşanlıq  göstərir.  Çünki  Raisa  məkrli  bir  insan  kimi 

Nizamini də yoldan çıxarmaq istəmiş və bunun müqabilin-

də onu öz tərəfinə çəkərək, qərəzli məqalələrin yazılmasın-

da  iştirakçıya  çevirməyə  çalışmışdı.  Qızın  hiyləsini  başa 

düşən  azərbaycanlı  tələbə  birdəfəlik  ondan  uzaqlaşmaq 

qərarını vermişdi.  

Səfərdən qayıdan Sergey ermənilərin kimliyini dərindən 

öyrənmək  fikirinə  gəlmişdi.  Ermənilər  özlərini  hər  yerdə 

yazıq,  məzlum,  əzabkeş  göstərməyə  çalışsalar  da,  onlar 

mədəniyyətlərinin  zəif  olmaları  önə  çəkilirdilər.  Müəyyən 

mənada  belə  milləti  sivilizasiyadan  kənar  qalan  bir  millət 

də adlandırırdılar. 

Hava  qaralan  zaman  Sergey  evində  oturub  oğlunun 

Qarabağla bağlı yazdığı sonuncu məqaləni oxuyurdu. Alim 

yazıdan hiss etdi ki, bu məsələdə Raisanın böyük təsiri var. 

Ona  görə  ki,  heç  bir  fakt  araşdırılmadan  Azərbaycanda  və 

ya  Ermənistanda  məskunlaşan  millətlərin  neçənci  əsrdə 

həmin  ərazilərdə  kök  salması,  milli-memarlıq  abidələrinin 

yalnız  ermənilərə  məxsus  olması  absurd  sayılırdı.  İdealist 

ziyalıların  toplaşdığı  məclislərdə  elə  yazılar  müzakirə 

ediləndə, həmin məqalələri qərəzli yazılar adlandırırdılar.  



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə