29
Beş dəqiqə keçəndən sonra xəstə bir qədər özünə gəldi
və minnətdarlığını bildirən kimi təşəxxüslə dedi:
- Əziz, təəssüflər olsun ki, mən sənin qaldığın evə gələ
bilmirəm. Millətlərimiz arasında yaranan ixtilaf buna imkan
vermir. Mənə elə gəlir aramıza nifaq salan ruslardır.
- Məndə də elə təəssürat yaranır. Millətlərimizin
mehribancasına yaşamasına Qarbaçovun səriştəsizcəsinə
yürütdüyü naşı siyasəti mane olur. Bundan da istifadə edən
kriminal keçmişli ünsürlər sabitliyi pozmağa çalışırlar.
Azərbaycanlılara möhkəm öyrəşən Albert dərindən kök-
sünü alaraq dərhal dedi:
- Əziz dostum, Qarabağdakı sabitlikdən demək olar ki,
heç nə qalmayıbdır. Hər şey nəzarətdən çıxıbdır. Özünə
şalvar ala bilməyən və ailəsini qeyrətlə saxlaya bilməyən
kəslər silaha sarılıb, burada iğtişaşlar yaradır.
- Təmamilə doğru deyirsən, sanki milis orqanları burada
fəaliyyət göstərmir. – həkim təqdiredici tərzdə dilləndi. –
Ekstremist qüvvələr və millətçilər növbəti dəfə Qarabağı al
qana boyamaq istəyirlər. Bu məsələdə rus hərbçiləri və
məxfi orqanların əməkdaşları passivlik göstərirlər.
- Belə getsə, bu kənddəki sabitlik tam pozulacaq. –
Albert məyus halda dilləndi. – Ekstremistlər hara gəldi
burunlarını soxurlar. Hərbi münaqişə başlansa millətlərimiz
arasında böyük düşmənçilik yaranacaq.
30
- Əldə etdiyimiz dostluğa son qoyulsa, bundan sonra onu
bərpa etmək qeyri-mümkün olacaq. – deyə başını təəssüflə
tərpədən Əvəz də məyus halda dilləndi. – Aramızda böyük
uçurum yaranacaq.
- Dua etmək lazımdır ki, hər şey faciəsiz keçsin. – deyə
Albert fikirli halda dilləndi. – Xankəndidə hər şey nəzarət-
dən çıxıbdır. Oradan evlərə mənşəyi bilinməyən quldurlar
gəlirlər ki, Azərbaycan qanunlarına tabe olmayaq, rəhbərlə-
rin göstərişlərinə itaət etməyək, xalq və kənd təsərrüfatına
ziyan vuraq. Artur hərbi hissədə nə baş verdiyini söyləyən-
də, mən dəhşətə gəldim. Yaxın Şərqdən gələn quldurlar
açıq-aşkar hərbi hissələrə daxil olur və oradakı bəzi hərbçi-
ləri öz tərəflərinə çəkirlər.
- Quldurların törətdikləri cinayət xarakterli əməllərinə
görə məsul şəxslər əməli tədbir görmürlərsə, - həkim
səbirsizliklə dilləndi. - onda xaos yox, əsl faciənin baş
verməsi labüddür. Helikopter vurulan kimi canilərin axtarıl-
ması üçün geniş miqyaslı ciddi istintaq tədbirləri görülməli
idi. Qatillər məsuliyyətə cəlb olunmayanda, onda onlar
daha da azğınlaşırlar.
-
Əvəz, Azərinform və respublika televiziyası tərəfindən
bütün dünyaya bildirilmişdir ki, helikopter dumana düşmüş
və dağa dəyərək partlamışdır. – deyə Artur araya girib öz
31
fikirini bildirdi. – Həmin hadisə ilə bağlı cinayətkar axtar-
maq absurd iş sayılır.
- Şahidlər əmin edirlər ki, helikopter yerə düşməmişdən
əvvəl hələ göydə partlamışdı. – deyə həkim qətiyyətlə
dilləndi. – Deməli, həmin obyekt raketlə vurulubdur. İş
ondadır ki, mən özüm hadisə baş verən zaman yoldaydım
və onda iki partlayış səsi eşitdim. Təəssüflər olsun ki,
həmin gün hava tutqun olduğundan mən helikopterin
vurulduğunu görə bilmədim.
- Elə atamız da həmin gün sənin yanında olubdur və eyni
ilə sənin dediklərini təsdiqləyir. – İlqar üzünü qardaşına
tutub həqarətlə söhbətə qarışdı. – Maraqlı odur ki, istintaqı
aparan prokuror bir dəfə də olsun nə kişini, nə də ki, başqa
şahidləri dindirməyiblər.
Elə bu vaxt Albertin arvadı Marqo onlara çiyələk mürəb-
bəsi ilə birlikdə çay gətirdi. Qapı onun arxasınca örtülən
kimi Albert yarımçıq qalan sözünü davam etdirmək üçün
dedi:
-
Həmin hadisənin arxasında nə durduğunu biz bilmərik,
lakin onu bilirəm ki, həmin faciənin baş verməsi ilə böyük
fəlakətin başlağıcının təməli qoyulub. Əziz dostum, vəziy-
yətin belə bir xoşagəlməz şəkildə cərəyan etməsi ondan
xəbər verir ki, Sumqayıtda, Bakıda olduğu kimi Qarabağda
da bizim millət sizin millətlə dostluq və əminamanlıq
32
şəraitində yaşaya bilməyəcək. Ona görə də qərara aldım ki,
qanunlar bərqərar olmayınca, əvvəlki sabitlik yaranmayınca
doğma yurduma qayıtmayacam.
- Ən əsas isə milli ədavəti araya salan ekstremistlər
camaat qarşısında cəzalandırılmalıdır ki, başqalarına dərs
olsun. – deyə İlqar əlavə etdi.
- Əziz dostum, Eduardı göndərmişəm, bizim üçün
təhlükəsiz bir yerdə ev tapsın. – Albert birtəhər yerindən
qalxıb elə uzandığı döşəyin üstündə əyləşərək təşəxxüslə
dilləndi. – Ola bilsin, bir-iki günə o, qayıtsın və biz buradan
köçək. Mən əsasən, Klaraya görə narahatam. Sən yaxşı
bilirsən ki, o, Bakıda yaşadığından biz heç cürə əlaqə
yarada bilmirik. Yalnız bir dəfə biz Pyatiqorskidə, o da ki,
Jannanın evində görüşmüşük. İstədiyim odur ki, biz
buradan gedəndən sonra sən Klara ilə Bakıda əlaqə yaradıb,
ondan muğayat olasan.
- Biz çalışıb onu “Qırmızı Xaç”ın vasitəsi ilə Bakıdan
çıxaracağıq. – Artur ailənin məqsədini açıqladı.
- Mən biləni Klara Nazim ilə çox yaxşı yaşayır. – deyə
Əvəz öz fikirini bildirdi. – Həm də oradakı qonşular da
onlarla pis davranmırlar.
- Elə Janna da Sumqayıtda pis yaşamırdı. – deyə Artur
isti çayı içə-içə ciddi halda dilləndi. – Amma gördünüz,
həmin şəhərdə onların başına hansı müsibəti açdılar. Əri
Dostları ilə paylaş: |