17
Nazimin gözü əvvəlki kimi yolda olsa da, hələ də
hansısa bir minik avtomaşınından əsər-əlamət yox idi.
Uzaqdakı dağlar tərəfdə, Qarakənd kəndi istiqamətində iri
helikopterin mühərriklərinin səsi eşidilirdi. Əvəz həmin
istiqamətə nəzər yetirsə də, aşağı enmiş boz buludların
tutqun pərdəsindən həmin uçaq obyektini görə bilmirdi.
- Görünür, yenə də Ermənistandan buradakı quldurlara
silah gətizdirilir. – nəzərlərini səs gələn tərəfdən çəkməyən
Əvəz köksünü dərindən ötürərək, təəssüf hissi ilə dilləndi.
- Həqiqətən də Qarabağda qəribə hadisələr baş verir. –
deyə İsgəndər də bikef halda dilləndi. – Daim təhlükə
altında olan bizim kəndlərdə yaşayan millətimizdən bütün
ov tüfəngləri yığışdırılmış, amma bizimlə yanaşı yaşayan
ermənilər ən müasir atıcı silahlarla silahlanırlar.
- İsgəndər müəllim, bu məlumatı haradan almısınız, -
deyə Əvəz ona sualedici nəzər salaraq təəccübləndi. –
olmaya belə şayiələri camaat əlacsızlıqdan yaradıbdır?
- Bütün bunlar şayiələr deyil, əsl həqiqətdir. – deyə
pedaqoq uzaqdan gələn muğamata qulaq asa-asa təşəxxüslə
dilləndi. – Son zamanlar baş verən bütün terror aktlarında
erməni quldurları ən müasir atıcı silahlardan istifadə
ediblər. Bunu Qarabağda dislokasiyada olan rus hərbçiləri
söyləyirlər. Yadınıza salmaq istəyirəm ki, elə təxminən 10
ay bundan əvvəl “Molodyoj Azerbaydjana” (“Azərbaycan
18
Gəncləri”) qəzetinin müxbiri, 20 yanvar faciəsini və Qara-
bağdakı prosesləri işıqlandıran mərd Azərbaycan qadını
Salatın Əsgərova Şuşa rayonu ərazisində rus zabitləri ilə
birlikdə vəhşicəsinə qətlə yetiriləndə erməni quldurları elə
rus hərbçilərindən əldə etdikləri “Kalaşnikov” avtomat-
larından istifadə etmişdilər.
Maarif işçisi bu hadisəni yada salmaqla qeyd etmək
istəyirdi ki, ermənilər hər hansı bir terror aktını həyata
keçirmək üçün heç bir məhdudiyyət qoymurdular.
1991-ci
il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları
tərəfindən Yevlax-Lacın yolunun 141 km-də (Şuşa rayonu
ərazisi) Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus
“UZ 469” markalı avtomaşın atəşə tutulmuş və nəticədə
sürücü, kəşfiyyat batalyonunun komandiri, polkovnik O.
Larionov, Lacın rayonu hərbi komendaturasının qərargah
rəisi, mayor İ. İvanov və “Azərbaycan Gəncləri” qəzetinin
müxbiri Salatın Əsgərova həlak olmuşdular.
- Həmin hadisədən sonra mən elə başa düşdüm ki,
erməni terrorçuları bütün bölgədə sıxışdırılacaq və onların
quldur əməllərinə birdəfəlik son qoyulacaqdır. – deyə Na-
zim başını çarəsiz halda yellədərək, ümidsiz halda dilləndi.
- Lakin göründüyü kimi Qarabağdakı qanlı terror hələ də
davam edir və bütün bunların hamısı rus hərbçilərinin və
dövlət nümayəndələrinin gözü qarşısında baş verir.
19
- Amma mən əminəm ki, - deyə Əvəz başını dik tutaraq
nikbinliklə dilləndi. - nə qədər İsmət Qayıbov kimi prinsi-
pial Baş prokuror və Məhəmməd Əsədov kimi mərd və
qorxmaz milis generalımız var, cinayət törədən hər bir kəs
milliyyətindən və dinindən asılı olmayaraq öz cəzalarına
çatacaq.
- Bala, sən Bakıda yaşadığından buradakı vəziyyətin
ciddiliyini dərk etmirsən. – deyə Qasım baba dilləndi. –
Qarabağda yaşayan ermənilər xaricdən gətirilən muzdlu
həmyerlilərindən çəkinərək, qeyri-ixtiyari şəkildə yavaş-
yavaş onların tərəfinə keçir və bizim aramızda olan dostluq
münasibətləri soyumaqdadır.
Uzaqdan eşidilən helikopterin səsi daha da aydın
eşidilməyə başladı. Dumanlı havada həmin uçaq obyektini
görməyə çalışan İsgəndər qətiyyətlə dedi:
- Bu, faciənin başında isə, elə özünü yaradıcı insan kimi
qələmə verən, türk vətəndaşlarının, xüsusən də körpə
uşaqların qanını içən, cəllad xislətli Zori Balayanın özü
durur. – sonra pedaqoq üzünü oğluna tərəf tutub ciddi halda
sözünə davam etdi. – Nazim, sən o, mənfur yazıçı haqqında
şeir bəstələmisən. Onu dostlarımıza söyləsən hamının
ürəyin-dən olacaq.
Nazim qamətinə düzəliş verib ürəkdən dedi:
20
...Xəbərsizsən millətindən, özündən,
Çörəyimiz gəlsin sənin gözündən.
Deyirəm ki, sümük düşsün dizindən,
Donuz təki qışqırırsan balayan...
Çaqqaltəki dağıldınız düzlərə,
İtə dönüb hürüşdünüz bizlərə.
“Ocağın”da düzəliş ver sözlərə,
Yalanlarla dolaşırsan balayan.
Qapılarda baban sümük gəmirdi,
Tez qudurdu qulağını itirdi.
Nuru paşa onu yaman bitrdi,
Eşidəndə alışırsan balayan.
Biz olanda utan barı danışma,
Qarabağın sən işinə qarışma.
İblis təki əl-ayağa dolaşma,
Çaqqal təki ulayırsan balayan...
- Əhsən, sənə ay bala. – deyə Qasım kişi hərarətlə dillən-
di. – Elə hamımıza bədbəxtlik həmin əfi ilandan gəlir.
Sənin yerinə olsam, oxuduğun şeiri bir zərfə qoyub, birbaşa
Dostları ilə paylaş: |