33
öldürüldü, özü isə körpə uşaqla gücbəla ilə canını götürüb
qaçdı.
- Artur, Jannanın dediyinə görə, Sumqayıt hadisələri
zamanı Qriqoryan soyadlı bir erməni həmin müsibətləri
onun başına gətirmişdi. – Əvəz təkzib verməyə başladı. -
Lakin onun dediklərinə məxfi orqanların əməkdaşları ciddi
əhəmiyyət verməmiş və istintaqı başqa istiqamətdə
aparmışdılar. Elə bu haqsızlığa görə də Janna acıq edib,
Cənubi Qafqazı birdəfəlik tərk etdi. O ki qaldı Klaraya görə
narahat olmağın, mən deyərdim ki, bu barədə sən ürəyini
buz kimi saxlaya bilərsən. Mən nə vaxt Bakıya getsəm,
daim onu yoxlamaq üçün evlərinə gedəcəm.
- Buna görə mən daim sizin ailənizə minnətdar olacam. –
deyə xəstə adam sevincək halda dilləndi və hər iki qardaşın
əlini sıxaraq, qarşısında olan çayı içməyə başladı.
Onlar bir qədər də söhbət edib ondan sonra ayrıldılar.
İlqar evə çatanda qoyunlara baxmaq üçün tövləyə girdi.
34
III fəsil. Bakıdan gələn könüllülər
Qarabağın bir çox yerlərində fəaliyyət göstərən hüquq-
mühafizə orqanlarının əməkdaşları və blok-postlarda,
komendaturalarda olan rus əsgərləri, hər hansı bir krimino-
gen hadisə və ya azərbaycanlılara qarşı terror aktı baş verən
kimi dərhal azərbaycanlıların məskunlaşdığı yaşayış
məntəqələrində reyd keçirir və ermənilərin azğınlaşmasına
qarşı etiraz edən fəalları həbs edirdilər. Lakin bütün bu
haqsızlıqlara baxmayaraq sıravi insanlar hələ də ümid
edirdilər ki, burada dislokasiya olunan rus hərbi hissələrinin
əsgərləri münasib bir məqamda quldurluqla məşğul olan
erməni ekstremistlərini və terrorçularının hamısını həbs
edib, ədalətli məhkəməyə təhvil verəcəklər.
Hava xeyli soyumuşdu. Dağlara yağan qarın nəticəsində
əsən külək oradakı şaxtanı bu kəndə gətirirdi. Artıq yeri
qırov bağlayırdı. Bir az keçəndən sonra kimsə həyət qapısı-
nı döyməyə başladı. İlqar ayaq tappıltılarından çöldə bir
neçə nəfərin olduğunu müəyyənləşdirdi. O, tövlədən çıxan-
da kimlərin gəldiyini soruşdu. Gələnlər könüllü dəstələrin
birində döyüşən, ailə ilə dostluq edən Füzuli, Kamil,
Heydər və Vahid adlı hərbçilər idi və onlar bir neçə saat
bundan əvvəl Bakıdan gəlmişdilər.
35
Onlar Əvəzin gəlişindən hali olan kimi onunla görüşüb
söhbət etmək istədiklərini bildirdilər. İlqar tərəddüd etmə-
dən onları evinə dəvət etdi. Gələn qonaqlar evdəkilərlə
salamlaşan kimi Əvəz ilə birlikdə qonaq otağına keçdilər.
- Yaxşıdır ki, gəldiniz. – deyə kəndə gələn müddətə,
burada həkim kimi fəaliyyət göstərən Əvəz səbirsizliklə
dilləndi. – Məlumatsızlıqdan lap bağrım çartlayırdı. Sizi
gecənin ortasına kimi buradan buraxmayacağam. Elə şamı
da bir yerdə yeyəcəyik. Hə, danışın görüm rayonda vəziy-
yət necədir?
Onlar hamısı demək olar ki, eyni boyda idilər, yalnız
Kamil o birilərindən cüzi fərqlə hündür görünürdü. O,
iriqamətli, enli kürək, azacıq dolu bədənli, ağır gövdəli,
ləng hərəkətli, enlisifət, başı daz qırxılmış, vahimə doğuran
sərt baxışlı, Füzuli isə ondan azacıq arıq, çevik hərəkətli, iti
baxışlı, yumru cod sifətli, qısa qalın saçlı, lakin elə Kamil
kimi enli kürək və iriqamətli idi. Onların hər ikisi saqqallı
olduğundan görkəmlərini daha vücudlu göstərirdi. Vahid
hər iki silahdaşlarına nisbətən arıq, hərəkətli, balaca sifət,
saçı səliqə ilə daranmış, üzü qırxılmış, üst-başına diqqət
yetirən, qayğılı baxışlı bir döyüşçü kimi görünürdü. Ən
cavanı olan yaraşıqlı, uzunsifət, düz burunlu, balaca gözləri
içəri batmış, cod saçlı, cəld hərəkətli Heydər isə boyda
yalnız Kamildən azacıq alçaq idi.
36
Köhüllü dəstəsinin komandiri olan Füzuli 30, o biriləri
isə 28 yaşlarında idi və Qarabağda ilk döyüş əməliyyatları
başlayandan bəri, silaha sarılaraq, Vətən torpağının azadlığı
uğrunda mübarizə aparırdılar.
- Uşaqlar, dünən magistral yoldan bir qədər aralıda güclü
atışma səsləri eşidilirdi. – deyə İlqar maraqlandı. – Deyə-
sən, dığalar hücuma keçmək istəyiblər?
- 15 nəfərlik quldur dəstəsi təxribat törətmək üçün kəndə
yaxınlaşmağa çalışdılar, lakin onlar bizim pusquya düşdü-
lər. – deyə Kamil qalın səsi ilə dilləndi. - Yarım saatlıq
döyüşdən sonra onlar silah-sursatlarını, bütün avadanlıq-
larını, hətta meyidlərini də qoyub aradan çıxdılar.
- Ölənlər çox idi? – deyə Əvəz maraqlandı.
- Altı nəfərin meyidi mal peynlərinin arasında qalmışdı.
– Kamil rişxəndlə dilləndi.
Füzuli qabağına qoyulan çaydan içə-içə təşəxxüslə dedi:
- Rayondakı vəziyyət heç də ürəkaçan deyil. Ermənilər
rus hərbçilərinin köməyi ilə əməlli-başlı silahlanır, biz isə
əlacsız qalaraq, onların azğınlaşmasını seyr edirik. Mütləq
silahlanmaq lazımdır. Lakin Moskvanın təsiri altında olan
rəsmi dairələrimiz buna imkan vermirlər.
- Axı, nəyə görə? – deyə İlqar təəccüblə soruşdu və sanki
soyuqdan üşüyürmüş kimi sıxılmış vəziyyətdə sözünə
davam etdi. – Allahverdi Bağırov öz nüfuzundan istifadə
Dostları ilə paylaş: |