=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 66
KEŞƏLİ kəndi – Borçalı çökəyində, Kürün sağ qaşında,
rayon mərkəzindən 25 km gündoğarda, Tbilisi–Sınıqkörpü
avtomobil yolunun kənarında, dəniz səviyəsindən 320 m
yüksəklikdə. Dəmirçihasanlı elatına aiddir. Tarixi qaynaqlarda
Ağkeşəli və Qarakeşəli adlarıyla anılır. Əhalisi: 1728-ci ildə 19
ailə; 1870’də Qarakeşəlidə 11 ailədə 74 nəfər, Ağkeşəlidə 77
ailədə 637 nəfər; 1886-cı ildə Qarakeşəlidə 12 ailədə 130
nəfər, Ağkeşəlidə 54 ailədə 406 nəfər; 1926’da Böyük
Keşəlidə 113 ailədə 602 nəfər, Bala Keşəlidə 24 ailədə 198
nəfər; 2002’də 1020 ailədə 3322 nəfər (1694 kişi, 1628
qadın). Məktəb tarixi 1926’dan başlanır, hazırda orta məktəb
(2005’də 626 şagird, 43 müəllim) fəaliyətdədir. Keşəi
nəsillərindən: Qıllıözdü, Ələmdəri, Əfəndiöyü (Mollalar),
Həbbəöyü, Qavıllar (Əysilli), Qaraçuxalı, Kosalar, Şıxıöyü,
Xasıllı, Əsdəməzli, Xələflər, Çoyuşlar, Hürüöyü, Təhməzöyü
Navağallı, Alıbəyli (Eminli), Mollaöyü (Yedyarlı), Goyallı,
Bağıllı, Gənəçiöyü, Cırcırlı, Kamıllı, Xaaloğlu, Xıdırlar, Bədəllər,
Qaraçöplü, Eycələr vb. Məşhurları: ağsaqqallar Cırcıroğlu
Söyün, Hacı Qarabağ, Yusub Hüseynoğlu, əmək qəhrəmanı
Camal İsayev, Səməd Mollaəhmədoğlu, Məhəmməd İsaoğlu,
İslam Yusuboğlu, el igidi İsa İsayev, şairlər Bahadır Paşaoğlu,
"Şərəf" ordenli Dərviş Osman (Əhmədoğlu), Əliyar Cəlaloğlu,
aşıq Ziyəddin, profesorlar Cümşüd Əhmədov, Valeh Əh-
mədov, Gürcüstandakı toponimlərimizin tədqiqçisi professor
Mahmud Hacıxəlilli, polkovnik Yunis Əfəndiyev, ictimaiyətçilər
Kamandar Yusubov, Sərdar Yusubov vb.
KƏPƏNƏKÇİ kəndi – Kür çayının sağ sahilində, rayon
mərkəzindən 25 km gündoğarda, Tbilisi–Sınıqkörpü avtomobil
yolunun kənarında, dəniz səviyəsindən 290 m yüksəklikdə. Bu
toponimin qədim Pəçənək türk tayfasının Kapan/Kəpən qolu
ilə bağlılığı düşünülür. Dəmirçihasanlı elatına aiddir. Tarixi
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 67
qaynaqlarda
Kəpənəkçi-Dəmirçihasanlı
kimi
soraqlanır,
Kürüstü-Kəpənəkçi deyilir. 1950-ci illərə qədər Dəmirçihasanlı
nahiyəsinin və kənd sovetliyinin mərkəzi olub. Əhalisi: 1803-
cü ildə 165 ailədə 500 nəfər; 1870’də 61 ailədə 409 nəfər;
1886-cı ildə 49 ailədə 360 nəfər; 1926’da 135 ailədə 480
nəfər; 2002’də 318 ailədə 1383 nəfər (711 kişi, 672 qadın).
Orta məktəb (2005’də 235 şagird, 26 müəllim) var.
Məşhurları: veteran
müəllimlər Xoca Əfəndi, Həmzə
Məmmədov, ağsaqqal Osman Sadıqoğlu, Yəhya Mehdioğlu,
İsrafil Mehdiyev, kamil ustad aşıq Əmrah Gülməmmədov, Ka-
mandar Əfəndiyev, profesorlar Cavid Xıdırov, Qəhrəman Bin-
nətov, Məhəbbət Məmmədov, Aydın Məmmədov, şair Rövşən
Nəsiboğlu, aşıq Əflatun Kamandaroğlu, Ramin Qarayev,
maarifçi İmdad Əfəndiyev, Bahadır İsmayılov, ictimaiyətçilər
Rüstəm Dəmirçiyev, Suddarxan Kazımov, Alı Eminov,
xeyriyəçi İlqar Eminov vb. Dəmirçihasanlı (Kürüstü-Kə-
pənəkçi) elatı barədə "Kürüstü Dəmirçihasannı" etnoqrafik
kitabı
çap
olunub.
Rövşən
Nəsiboğlunun,
Rüstəm
Dəmirçiyevin, Suddarxan Kazımovun "Kökdən Budağa" kitabı
bu kənd haqqındadır.
KİRƏC-MUĞANLI kəndi – Xram çayının sağ sahilində,
Babakər dağı ətəklərində, üç cümhuriyyətin - Gürcüstan,
Azərbaycan, Ermənistanın qovuşuq nöqtəsində, rayon
mərkəzindən 40 km güney-gündoğarda, Marneuli–Sınıqkörpü
avtomobil
yolunun
kənarında,
Sınıq
Körpünün
500
metrliyində, dəniz səviyəsindən 280 m yüksəklikdə. Əhalisi:
2002’də 1155 nəfər (579 kişi, 576 qadın). Məktəb 1923-cü
ildə yaradılıb, Ənvər Hüseynov adına orta məktəb (2005’də
211 şagird, 23 müəllim) fəaliyətdədir. Məşhurları: şairlər Molla
Eyyub, "Molla Nəsrəddin" jurnalında satiralarıyla çıxış etmiş
Mirzə Həsən Məcruh, Tiflis Qızlar Seminaryası məzunu Sayalı
Məmmədova, ədəbi tənqidçi Abbas Kirəcli, alim Sabir
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 68
Məmmədov, ictimaiyətçi Allahverdi İsmayılov, şəhid Vəfadar
Eminov vb.
KOSALI kəndi – Borçalı çökəyində, Kür və Alget çaylarının
qovuşuğunda, rayon mərkəzindən 30 km gündoğarda, Tbilisi–
Sınıqkörpü avtomobil yolunun kənarında, dəniz səviyəsindən
290 m yüksəklikdə. İki qismə bölünür: Birinci-Kosalı və İkinci-
Kosalı. Əhalisi: 1870’də 95 ailədə 637 nəfər; 1926’da 171
ailədə 734 nəfər; 2002’də Birinci-Kosalıda 480 ailədə 1622
nəfər (801 kişi, 821 qadın), İkinci-Kosalıda 465 ailədə 1587
nəfər (795 kişi, 792 qadın). Məscid, mədrəsə var. Məktəb
1923-cü ildə yaradılıb, hər iki kənddə orta məktəblər var
(2005’də müvafiq olaraq 246 şagird və 206 şagird).
Məşhurları: İsa Sultan, Hacı Əhməd Sultan, el ağsaqqalı Dəli
Əhməd, Nəsib baba, şair Sədi bəy Arif Müftizadə, əmək qəh-
rəmanları Zilli (Ziyad) Eminov, Mustafa Əliyev, veteran
müəllimlər Rüxsarə Əliyeva, Minayət Eminova, profesorlar
Məhəbbət Məmmədov, Bilal Əfəndiyev, ağsaqqal Muxtar
Əliyev, həkim Tahir Eminov, pəhləvan Həvillah vb.
KÜRTLƏR kəndi – Borçalı çökəyində, Xram çayının sol
sahilində, rayon mərkəzindən 20 km gündoğarda, dəniz
səviyəsindən 330 m yüksəklikdə. Təklə/Təkəli tayfasının bir
qolu olan Qurdlar/Kürtlər tirəsinin adını yaşadır. Əhalisi:
1918’də 442 nəfər; 1870’də 93 ailədə 613 nəfər; 1926’da 167
ailədə 556 nəfər; 2002’də 450 ailədə 1711 nəfər (839 kişi,
872 qadın). Məktəbin tarixi 1920-ci ildən başlanır, indi orta
məktəb (2005’də 247 şagird, 37 müəllim) fəaliyətdədir.
Məşhurları: Hacı Vəli, Mikayıl kişi, Ələsgər Heydərov,
müharibə qəhrəmanı, Mehdi Hüseynzadənin (Mixaylonun)
silahdaşı Şamil Bayramov, SSRİ Ali Sovetinin deputatı olmuş
Tamam Abdullayeva, veteran müəllimlər Həsən Xeyirli, Xalid
Hüryənov, İsmayıl Xanzadə, profesorlar Teymur Novruzov,
Dostları ilə paylaş: |