=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 72
1886-cı ildə 237 ailədə 1317 nəfər; 1926’da 404 ailədə 1888
nəfər; 1977-ci ildə 4993 nəfər; 2002’də 7124 nəfər. İnşaat
daşı karxanası səhmdar cəmiyəti fəaliyətdədir. Yerli məktəb
Borçalı mahalında dünyəvi məktəblərin ilkinidir, o, 1877-ci ildə
açılıb. Nəriman Nərimanov 1890-cı ildə bu məktəbdə müəl-
limlik fəaliyətinə başlayıb. N. Nərimanov Qızılhacılıyı nəzərdə
tutaraq belə demişdi: «Bəşəriyətin geri qalmış hissəsinə qüv-
vəm çatdığı qədər kömək etmək fikiri məndə ilk dəfə həmin
kənddə doğmuşdu». İndi orta məktəb (2005’də 605 şagird,
47 müəllim), təməl məktəb (185 şagird, 20 müəllim)
fəaliyətdədirlər. Məşhurları: el igidləri Halay bəy Mursaqulov,
Cöyrüoğlu Qara, İsmayıl ağa, Astan ağa, ağsaqqallar Hümbət
Nəzərəlioğlu, veteran müəllimlər gimnazist Səttar Mursaqulov,
Həsən Mursaqulov, Tbilisi Dövlət Pedaqoji İnsititutunda
müəllim işləmiş Əziz Mursaqulov, İmran Kərimov, əməkdar
müəllim İsgəndər Mursaqulov, Mahmud Kərimov, Sədrəddin
Muradov, Mehdi Hüseynov, Murtuz Məmmədov, Təhməz
Pirverdiyev, Şakir Babakişiyev, Həsrət Gəncəyev, Fərhad
Gəncəyev, Xəlil Hüseynov, "Şərəf" ordenlilər Məhəmməd
Piriyev, Ramiz Mursaqulov, Yaqub Bayramov, profesorlar
Aydın Kərimov, İsmayıl Mursaqulov, Həmid Əliyev, İlqar Gən-
cəyev, xeyriyəçi, ictimaiyətçilər Hacı Zakir Zeynalov,
Gürcüstan Parlamentinin üzvü olmuş Zümrüd Qurbanlı, din
xadimi Məşədi Axund Əli Əliyev, Qurbanəli Əliyev, Firuz
Xəlilov, Arif Orucov, Fərizxan Məmişov, İsrafil Bayramov,
Fərizxan Aslanov, Zakir Qurbanov, Zöhrab Muradov, Rövşən
Babakişiyev, Borçalı məktəbləri tarixinin tədqiqçisi dosent
Gülnarə Qocayeva-Məmmədova, jurnalist Bahəddin Oruclu vb.
QULLAR kəndi – Xram çayının sahilində, rayon
mərkəzindən 22 km cənub-şərqdə, dəniz səviyəsindən 325 m
yüksəklikdə. Bulqarların qıpçaq tirəsi kolların, alban tayfası
kellərin, qıpçaq-qarapapaqlar içindəki Kul tayfasının (mənbə-
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 73
lərdə: Kulobiçi, yəni Kul oba içi) adını əks etdirdiyini
düşünmək mümkündür. İki kənddir: Yuxarı Qullar və Aşağı
Qullar. Əhalisi: 1870’də 55 ailədə 369 nəfər; 1926’da Yuxarı
Qullarda 1704 nəfər, Aşağı Qullarda 628 nəfər; 2002’də
Yuxarı Qullarda təxminən 180 ailədə 800 nəfər, Aşağı Qul-
larda 40 ailədə 180 nəfər. Aşağı Qulların və Yuxarı Qulların
hərəsində bir təməl məktəb var. Məşhurları: aşıq İbrahim,
profesör Nizami Nəbiyev, Azərbaycanın milli qəhrəmanı Vəzir
Sədiyev, hərbi diktor, müğənni Şəmistan Əlizamanlı vb.
QUŞÇU kəndi – Dəvə-
döy çayının sağ sahilində,
rayon mərkəzindən 20 km
güneydə, avtomobil yolu-
nun kənarında, dəniz sə-
viyyəsindən 320 m yük-
səklikdə. Qara hunlar tirə-
si Quşan tayfasının, qə-
dim Quşçu türk tayfasının
adını əks etdirdiyi gümanlana bilər. Məşhur Ağcaqala (Quşçu
qalası) bu kənd yaxınlığında, Dəbəd–Borçalı çayının aşağı
axarı boyundadır. Ağcaqala yerindəki qala Qurdbasar qalası
da adlanıb. Ağcaqalayı 1488-ci ildə Yaqubun tapşırığıyla Xəlil
bəy tikdirmişdi. Xəlil bəy Ağcaqalayı özünə iqamətgah, dayaq
nöqtəsi seçmiş, buradan bütün Borçalıya, Kartliyə, Tiflisə
nəzarət etmişdi. 1522-ci ildə Şah İsmayıl Xətai Ağcaqalayı
təzədən quraraq, onu özünə dayaq nöqtəsi seçmişdi. Müxtəlif
vaxtlarda gürcü valisi Konstantine, Osmanlı sərdarları Əhməd
paşa, Fərhad paşa, Təbriz–Van valisi Cəfər paşa, Səfəvi
sülaləsindən I Şah Abbas, Gəncə–Qarabağ bəylərbəyi
Ziyadoğlu Uğurlu xan və başqaları bu qalada istehkamlar
qurmuşdular.
Tarixdə
Ağcaqalanın
idarəçisi
Mustafa
Sultanoğlu Əlibəy Səədli xatırlanır. 18-ci əsrdə Nadir şahın da
Quşçu qalası - Ağcaqala
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 74
duracaq yeri Ağcaqala olub. Əhalisi: 1870’də 8 ailədə 54
nəfər; 1926’da 29 ailədə 90 nəfər; 2002’də 130 ailədə 452
nəfər (215 kişi, 237 qadın). İlk məktəb 1930-cu ildə yaradılıb,
təməl məktəb var. Məşhurları: məşhur Şenliklə deyişmiş şair
Abbas Əli, şair Ağacan, aşıqlar İbrahim, İsmayıl, Məhəmməd,
Oruc, yüksək vəzifələr tutmuş Sabit Abbasəliyev, Kamal
Məmmədov, ictimaiyətçi Qasım Abbasəli vb.
LECBƏDİN kəndi – Xram çayının sol sahilində, rayon
mərkəzindən 20 km gündoğarda, dəniz səviyəsindən 325 m
yüksəklikdə. Gündoğarda Damğaçı düzündə qədim məzarlıqda
günbəzlər, türbələr, hərimlər var. Əhalisi: 1870’də 60 ailədə
422 nəfər; 1918’də 378 nəfər; 1926’da 95 ailədə 546 nəfər;
2002’də 1538 nəfər (720 kişi, 818 qadın). Məktəbin tarixi
1921-ci ildən başlanır, hazırda Əliyar Qarabağlı adına orta
məktəb (2005’də 199 şagird, 24 müəllim) fəaliyətdədir.
Məşhurları: el şairləri Xəstə Namaz, Əhməd Xançallıoğlu, el
ağbirçəyi Başxanım, profesorlar Əliyar Qarabağlı, Ömər Os-
manlı, Vəli Osmanlı, alim Aysəba Əlizadə, din xadimləri Molla
Sirac Yaqubov, Molla Abdulla Qədiroğlu, şair İbrahimxəlil,
Azərbaycanın milli qəhrəmanı Cəlil Səfərov, ictimaiyətçilər
Mahir Dərziyev, Rəhim Rəhimov, Əhməd Əhmədov vb.
MAMAY kəndi – Dəvədöy çayının sol sahilində, rayon
mərkəzindən 16 km, Sadaxlıdan 6 km güneydə, dəniz səviy-
yəsindən 410 m yüksəkdə. Kirovka da deyilir. Yaxınlıqda
Yaşıltəpədəki eneolit dövrünə aid arxeoloji məskəndə zəngin
bəzəkli, açıqca süjet qurumlu xəttlər diqqəti çəkir. Əhalisi:
1870-cı ildə 13 ailədə 87 nəfər; 1926’da 52 ailədə 96 nəfər;
2002’də 180 ailədə 706 nəfər (359 kişi, 347 qadın). Təməl
məktəb fəaliyətdədir. Məşhurları: veteran müəllimlər Xozeyin
Musayev, Elman Mirzəyev, ictimaiyətçi Vahid Musazadə,
xeyriyəçi Əli Rəfi oğlu vb.
Dostları ilə paylaş: |