=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 75
MOLLAOĞLU kəndi – Lök-Ləlvər sıra dağlarının quzey
yamacında, Bənövşəsu çayının hər iki sahilində, rayon
mərkəzindən 35 km, Sadaxlı kəndindən 5 km güneydə, dəniz
səviyəsindən 560 m yüksəklikdə. Əvvəlki adı Palıdlı olub.
Əhalisi: 1926’da 45 ailədə 192 nəfər; 1979-cu ildə 855 nəfər;
1989-cu ildə 1000 nəfər; 2002’də 298 ailədə 1180 nəfər.
Məktəb 1936-cı ildə açılıb, orta məktəb (2005’də 235 şagird,
25 müəllim) var. Məşhurları: ağsaqqal Məmməd Daşdəmirli,
Nağı Adıgözəl oğlu, Əsgər Daşdəmirli, ustad aşıq Məhəmməd
Sadaxlı, aşıq Nadir, aşıq Əlyar, şair Qasım Məftuni, alimlər
Mehralı Yusifov, Tapdıq Osmanov, ictimaiyətçilər Vaqif Musta-
fayev, Nəsib Cəfərov, xeyriyəçi İsmayıl İmanov, şairlər Lətif
Kamil, Yazıq Mehman vb.
NÖRGÜĞ kəndi – Bəylər səmtdə kiçik kənd. 2002’də 567
nəfər (22 % – 124 nəfər azərbaycanlı).
SABİRKƏND kəndi – Görarxı elatına aiddir. Borçalı
çökəyində, Alget çayının sahilində, rayon mərkəzindən 5 km
cənub-şərqdə, dəniz səviyəsindən 355 m yüksəklikdə. Adı əzəl
qaynaqlarda Mamgəli (Məmgəlli) xatırlınır. Əhalisi: 1926’da
155 ailədə 914 nəfər; 2002’də 756 ailədə 3713 nəfər (1912
kişi, 1801 qadın). Məktəbin tarixi 1927-ci ildəndir, indi orta
məktəb (2005’də 319 şagird, 26 müəllim) və təməl məktəb
(133 şagird, 17 müəllim) var. Məşhurları: ağsaqqallar Carçı
Usub, Məhəmməd Hacıyev, aşıq Almaz, din xadimləri Hacı
Faiq Nəbiyev, Məşədi Əziz Nəbiyev, Almaz vb.
SADAXLI kəndi – Dəvədöy və Bənövşəsu (Çaxrax) çay-
larının qovuşuğunda, Sop dağının ətəyində, dəniz səviyyə-
sindən 460 metr hündürdə, Gürcüstanın Ermənistanla sər-
hədində, dəmiryolunun kənarında, rayon mərkəzindən 30 km
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 76
güneydə. Toponim qədim bulqarların tirəsi Sodaq tayfasının
vəya Satak türk tayfasının adını əks etdirdiyini düşünürük. Bir
tərəfi Ləlvər dağlarından aşağılarda meşələrə söykənib. Yax-
ındakı arxeoloji məskən erkən tunc dövrünə aiddir və günəş,
şüa rəmzli bəzək ünsürləri maraq doğurur. 18-ci əsrdən
məscid var. 1885-ci ildə Hacı Bayram və Hacı Hüseynalı
tərəfindən başqa məscid tikilib. Ərazisi: 4552 hektar. Əhalisi:
1870’də 191 ailədə 1280 nəfər; 1926’da 445 ailədə 2033
nəfər; 1979-cu ildə 6144 nəfər; 1989-cu ildə 7180 nəfər;
2000-ci ildə 2500 ailədə 9486 nəfər. İndi əhalisinin sayı
etibarilə nəinki Borçalı ellərinin, eləcə də bütövlükdə
Gürcüstanın ən iri kəndidir. Dəmiryol vağzalı, sərhədyanı
ticarət mərkəzi var. Dünyəvi məktəb 1903-cü ildə yaradılıb,
indi Yusif Heydərov adına 1 saylı orta məktəb və 2 saylı orta
məktəb (2005’də müvafiq olaraq 821 şagird, 57 müəllim və
902 şagird, 63 müəllim) fəaliyətdədirlər. Toponimlərindən:
Nəsil adlarından: Bayramqullu, Adıgözəlli, Bedilli, Duşdurrar,
Əzvəli, Xudullar,Nazaröyü, Nayfıllı, Qaramannar, Qaraballı.
Məşhurları: el ağsaqqalları Boz Alı, Nağı Adıgözəloğlu, Əhməd
Eminoğlu, İmran Kərimov, Hüseynalı Bayramov, Qori semina-
riyasının məzunu Mustafa Məmmədov, müharibə qəhrəmanı
Cəfər Əliyev, Ayvaz İsmayılov, Musa Nəbi oğlu, əmək qəhrə-
manları İsa Xəlilov, Hacı Osman, Gülyaz Xəlilova, ustad aşıq-
lar Məhəmməd Sadaxlı, Əhməd Sadaxlı, Məsim, alimlər pro-
fessör Pənah Xəlilov, Mustafa Vəliyev, Aydın Məmmədov, Akif
Naibov, Əhməd İmanov, Ramiz Bayramov, Elvin Əzizbəyov,
Fazil Rüstəmov, İlqar Mədəniyev, jurnalistlər Həmid Vəliyev,
İlyas Adıgözəlli, cərrah Ramiz Poluxov, veteran müəllimlər
Musa Ayvazov, Sevda Mustafayeva, İslam Əhmədov, İsrafil
Məmmədov, Yusif Heydərov, "Şərəf" ordenli Adil Şərifov, icti-
maiyətçilər Polux Poluxov, Abdulla Bayramov, Ziyəddin Bayra-
mov, Lətif Bayramov, Abbas Heydarov, Bəkir Dəmirçalov, Mə-
həmməd Alməmmədov, Elxan Poluxov, Etibar Daşdəmirov,
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 77
şairlər Yetim Mahmud, Gülməmməd, İsmixan Cəfərov, Şölə
Cəlilli, Bəsti Bedilli, müğənni Fərman Cəfərov, aşıq Mehman
vb. İlyas Adıgözəllinin "Elim-obam Sadaxlı", Adil Şərifovun
"Keçmişimiz – bugünümüz" kitabları bu kənd haqqındadır.
SARAL kəndi – Dəvədöy çayının sol sahilində, rayon
mərkəzindən 21 km güneydə, dəmiryolunun, avtomobil
yolunun kənarında, dəniz səviyəsindən 400 m yüksəklikdə. İki
qismdən ibarətdir: Yuxarı Saral və Aşağı Saral. Yaxında orta
tunc dövrünə aid arxeoloji düşərgə, Qorqud qaya, Qız qalası,
tarixdə adı keçən Surdaş (Sürüdaş) qayası var. Nəsil
adlarından: Hətəmlər, Ənsərlilər, Seyidlər, Arxallılar vb.
Məscid 1794-cü ildə inşa edilib. 19-cu əsrin əvvəllərində Saral
oymağından xeyli ailə İranın Sulduz mahalına köç etmişlər.
Əhalisi: 1870’də Aşağı Saralda 71 ailədə 476 nəfər, Yuxarı
Saralda 27 ailədə 181 nəfər; 1926’da Aşağı Saralda 81 ailədə
320 nəfər, Yuxarı Saralda 61 ailədə 267 nəfər; 2002’də Aşağı
Saralda 1745 nəfər; Yuxarı Saralda 1135 nəfər. Aşağı Saralda
dünyəvi məktəb 1919-cu ildən, Yuxarı Saralda 1935-ci ildən
fəaliyət göstərir; indi Yuxarı Saralda (2005’də 207 şagird, 29
müəllim) və Aşağı Saralda (213 şagird, 24 müəllim) orta
məktəblər var. Yuxarı Saral məktəbi Musa Abbasovun adını
daşıyır. Məşhurları: kəramət sahibləri el ağsaqqalları
Məhəmməd Ağa, Seyid Mir Qasım, Hacı Mir Həşim Ağa, Seyid
Hüseyn, Muxtar Cəlilov Seyid Qulam, Seyid Cavad, Məşədi
Balı, Əsəd kişi, Məşədi Axund, Seyid Qulamhüseyn, Zilli
Məmmədov, 1918-ci il qəhrəmanı Çopur Əli və Vəli qardaşları,
müharibə qəhrəmanı baş leytenant Vəli Əfəndiyev, təsərrüfat
təşkilatçıları Əli Rəhimov, Əli Qocayev, Kazım Bayramov,
Gürcüstan Parlamentinin üzvü olmuş "Şərəf" ordenli Hidayət
Hüseynov, profesör Mürsəl Həkimov, veteran müəllimlər Musa
Abbasov, əməkdar müəllim Abbas Qocayev, Rza Abbasov,
Ziyəddin Qaracayev, aktyor, Azərbaycanın xalq artisti Zülfüqar
Dostları ilə paylaş: |