" Təsdiq edirəm" " Təhsil menecmenti" kafedrasının müdiri


Bu fənni müvəffəqiyyətlə öyrənən tələbələr



Yüklə 34,71 Kb.
səhifə2/4
tarix29.11.2023
ölçüsü34,71 Kb.
#142157
növüDərs
1   2   3   4
Sillabus KSM

Bu fənni müvəffəqiyyətlə öyrənən tələbələr:

  • KSM konsepsiyalarına nəzəri yanaşmalar haqqında məlumat sahibi olacaqlar;

  • KSM-nin praktiki reallaşdırılmasına və formalaşmanın əsas konseptual müddəalarının öyrənilməsinə dair biliklərə yiyələnəcəklər;

  • Şirkətin inkişafında KSM-in rolunun müəyyənləşdirilməsini və onun təkmilləşdirilməsi istiqamətlərinin tətbiqini öyrənəcəklər;

  • KSM siyasətinin formalaşması və işlənməsi sahəsində praktiki bacarıqları əldə edəcəklər;

  • İşgüzar davranış vərdişlərinin inkişafı, etik idarəetmə qərarlarının qəbul edilməsi və onların məsuliyyətini öyrənəcəklər.



Tədris metodları və kursun tədris üsulu: dərs mövzu və şəraitdən asılı olaraq müxtəlif: prezentasiya, sual-cavab, tapşırıq, qrup işi və s. metodlarla keçirilir. Tədris dövründə tələbələr “Situasiya təhlili” metodundan istifadə etməklə fərd, qrup və təşkilatın müxtəlif situasiyalarda davranışına aid tapşırıqları həll edəcəklər


Dərsdə istifadə olunan materiallar: flip-çart, lövhə, paylama materialları, markerlər (lövhə və flip-çart üçün), A4 kağızları


Nəticəni ölçmək üçün fəaliyyətlər(qiymətləndirmə):
Dərsə davamiyyətə görə qiymətləndirmə:
Dərsə davamiyyətə görə verilən maksimum bal 10-dur və dekanlıq tərəfindən müəyyən olunur. Tələbə fənn üzrə auditoriya dərslərinin 25%-dən çoxunda iştirak etmirsə, bu zaman tələbə həmin fəndən imtahana buraxılmır.
Sərbəst işlərə görə qiymətləndirmə:

  • Semestr ərzində hər bir tələbəyə sərbəst öyrənmək məqsədilə sillabusda nəzərdə tutulan mövzular və ya onların alt mövzularını əhatə edən 1 mövzu və ya alt mövzu verilir;

  • Mövzular auditoriyadan kənar müəllimin təyin etdiyi vaxtda şifahi və yazılı formada verilir;

  • Sərbəst tədqiqat işinin qəbulu xüsusi yaradılmış komissiya qarşısında müdafiə şəklində təşkil olunur. Mövzunun xülasəsi tədris dilindən başqa 2 dildə də təqdim olunur.

  • Sərbəst işlərin semestrin 7-ci və 12-ci həftəsində - texniki, məntiqi mahiyyətini və akademik dürüstlük (plagiarizm) siyasəti, sosial məsuliyyət, inkluzivlik və s. prinsipləri, universitet tərəfindən qoyulmuş qaydalara uyğunluq siyasətini nəzərə alaraq təhvil verilməlidir. (dəqiq vaxt müəllim tərəfindən ilk dərs həftəsində tələbələrin nəzərinə çatdırılacaq)



Gündəlik qiymətləndirmə:

Gündəlik qiymətləndirmələr sual-cavab əsasında aparılır və suala cavabdan asılı olaraq tələbələr “0”-“10” bal arası qiymətlə qiymətləndirilir;

  • Beləliklə 5 həftə ərzində hər tələbənin ən azı 2 qiyməti olmalıdır.

Kollokviumların keçirilməsi:

  • Semestr ərzində hər 5 həftədən bir 3 dəfə( V-X-XV həftələrin sonunda) hər biri 10 baldan ibarət olan kollokvium keçirilir;

  • Kollokvium qiyməti müəllimin qərarından asılı olaraq gündəlik qiymətlərin orta balı + əlavə qiymətləndirmə vasitəsilə müəyyən edilir(yazılı).



Final imtahan qiymətləndirilməsi:
Final imtahanına qədər tələbənin maksimum toplayacağı bal 50-dir. Bu bala minimum hədd qoyulmur. Final imtahanında tələbənin toplaya biləcəyi maksimum bal 50-yə bərabərdir. Final imtahanından 17-dən aşağı bal toplayan tələbə qeyri məqbulla qiymətləndirilir.
Sualların hər biri maksimum 10 balla qiymətləndiriləcəkdir. Qiymətləndirmə zamanı tələbənin sillabusda göstərilmiş biri xarici dil olmaqla ən azı iki ədəbiyyatdan istifadə etməsi, müqayisəli təhlil, lokaniklik və məntiqi təhlil bacarıqları nəzərə alınacaqdır.

  • Yoxlama zamanı hər hansı köçürmə halı müşahidə olunarsa, köçürməyə imkan verən və köçürən tələbələrin qiymətləri “sıfırlanacaqdır”;

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələ­bələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:


«qeyri məqbul» – 0-50 bal;
«məqbul» – 51-60 bal;
«kafi» - 61-70 bal;
«yaxşı» - 71-80 bal;
«çox yaxşı» - 81-90 bal;
«əla» - 91-100 bal.



Yüklə 34,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə