342
Əhalinin 76,24%-ni azərbaycanlılar, 23,45%-n i ermən ilər təşkil edirdi.
Azərbaycanlıların əhalin in etnik tərkib ində bu cür üstünlüyü təşkil
etməsi hə min torpaqların tarixi A zərbaycan ərazisi olduğunu təsdiq
edən inkarolun ma z fa ktdır. 1826-28 illər Rusiya-İran müharibəsi
dövründə və müharibədən sonra İran və Türkiyədən ermənilərin kütləv i
surətdə bu yerlərə köçürülməsi nəticəsində əhalinin etnik tərkib i
dəyişdi. Fransız mənşəli rus tədqiqatçısı İ.İ.Şopenin 1829-32 illərdə
rəsmən həyata keç iridiy i ka me ral təsvirin nəticələ rinə görə, a rtıq burada
31201 a ilə , 164450 nəfər əhali qeydə alın mışdı. Onla rdan 16078 a ilə
(51,53%), 81749 nəfər (49,71%) müsəlman lar (a zərbaycanlılar); 4428
ailə (14,19%), 25151 nəfər (15,29%) köçürməyədək burada yaşayan
ermənilər; 6949 a ilə (22,27%), 35560 nəfər (21,62%) İrandan
köçürülmüş ermən ilər; 3682 ailə (11,80%), 21666 nəfər (13,17%)
Türkiyədən köçürülmüş ermən ilə r idi. Bu fakt lardan aydın olduğu kimi
vilayətə İran və Türkiyədən birgə 10631 ailə (bütün ailə lərin 34,07%-i),
57226 nə fər (34,79%) e rməni köçürülmüşdü. Be ləliklə , çar höku mət i Şima li Azə rbaycanın işğalı za man ı ermən i a milindən
bir a lət kimi istifadə etdi. Ermənilərin çar ordusuna göstərdiyi "xid mət" müqabilində onlara işğal olunmuş Azərbaycan
torpaqlarında - Naxçıvan və İrəvan xanlıqlarının ərazilərində "Erməni v ilayəti" adlandırılan torpaq "bəxşiş" verdi. Bununla
ermənilər çar Rusiyasının h imayəsi və kö məyi ilə Cənubi Qa fqazda özlərinə əra zi bazası yaratdıla r. Bundan sonra ermənilər
çar Rusiyasının, sonralar isə sovet-bolşevik Rusiyasının antiazərbaycan və antitürkiyə siyasətinin həyata keçirilməsində fəal
rol oynadılar.Çar höku məti Cənubi Qafqazın işğalını və burada möhkəmlən məklə bağlı siyasətini həyata keçirdikdən sonra
1840 il 10 apre l qanunu ilə " Erməni vilayəti"ni ləğv etdi, İrəvan və Na xçıvan əyalət ləri qə za lara çevrildi. Bu qə za lar Gürcü-
İmeret quberniyasına tabe edildi. 1849 il iyunun 9 -da isə İrəvan quberniyası yaradıldı.
Əd.:
Шопен И., Исторический памятник состояния Армянской области в эпоху присоединения ее к Российской империи, СПб.,
1852; Əliyev F., Əliyev M ., Naxçıvan xanlığı, B., 1996; Əliyev F., Həsənov U., İrəvan xanlığı, B., 1997; Агаян Ц.П., Победа советской
власти и возрождение армянского народа, М., 1981.
ERMƏNĠSTAN-GÜRCÜS TAN MÜHARĠBƏS Ġ (1918) - Zaqafqaziya seyminin dağılmasından sonra yaranmış
erməni-daşnak höku mətin in işğalçılıq siyas əti nəticəsində baş vermiş müharibə. Ermənistan keç miş Tiflis quberniyasının
Axalkalaki (A x a 1 k ə 1 ə k) və Borçalı qəzalarına qarşı əsassız iddia irə li sürdü. Azərbaycan Xalq Cü m-huriyyəti tarixi
torpaqlarının öz sərhədləri daxilində birləşdirilməsi üçün fəal xarici siyasət yeritsə də, müharibəyə qoşula bilmədi. Lakin
Ermənistan öz işğalçılıq plan larını müharibə yolu ilə hə ll et mə k yolunu tutdu. Osmanlı impe ratorluğu ilə Cənubi Qa fqaz
respublikala rı arasında bağlanmış Batum müqavilələrinə (1918) əsasən, Gürcüstanla Ermən istanın sərhəd zolağında türk
qoşunları yerləşmişdi. Oktyabrın 18-də türk qoşunları oradan çıxdılar və həmin yerləri Gürcüstanı müdafiə edən alman
qoşunları tutdu. Birinci dünya müharibəsində (1914-18) məğlub olmuş Almaniyanın hərbi qüvvələri bu əraziləri tərk etdikdə,
Borçalı qəzasın ın xey li hissəsi Gürcüstan hökumətinin nəzarətinə keçd i. Ermən istan Gürcüstana nota verərək, onun
Axa lkala kidən çıxmasın ı tələb etdi. Oktyabr-noyabr aylarında tərəflə r arasında qarşılıqlı itt iha mla r kəskinləşdi, e rmənilər
Axa lkala ki və Bo rçalıda tə xribatla r, silahlı toqquşmalar törət məyə başladıla r. Ermənistan Axa lkala kiyə süvari es-kadron,
Borça lıya isə 4-cü erməni polkunun hiss ələrini göndərdi. De kabrın 9-da hərbi ə mə liyyatlar başlandı. Döyüşlər
azərbaycanlıların elliklə yaşadığı və tarixən onla ra mə xsus olan Borçalı qəzasında gedirdi. Ermənistanın notasına görə,
Gü rcüstan Borçalı, A xalkalaki qəzalarından və Tiflis də daxil olmaqla, eyniadlı qəzanın bir hissəsindən imtina etməli idi.
Dekabrın 17-də Gü rcüstan Ermənistana rəsmən müharibə elan etdi, Ermənistanla dip lo matik əlaqələri kəsdi. Dekabrın 18-
31-də tərəflər arasında hərb i ə mə liyyatlar baş verdi. Müharibə Azə rbaycanın tarixi torpaqlarına və onun əhalisinə ciddi
ziyan vurdu. Birinci dünya müharibəsində qələbədən sonra Qafqazda mövqeyi güclənən İngiltərə Ermən istan-Gürcüstan
müharibəsinin dayandırılmasında fəal iştirak etdi. Ermənistan tərəfi dekabrın 31-də hərbi əməliyyatları dayandırmağa razı
olduğunu bild irdi. Gürcüstan hökuməti də bununla ra zılaşdı. 1919 il yanvarın 9-17-də Tiflisdə Ermən istan-Gürcüstan
konfransı keçirildi. Ermən istan və Gürcüstan arasında sərhəd məsələsi Antanta Ali Şurası tərəfindən həll edilənədək Borçalı
qəzasının şima l h issəsinin Gürcüstana, cənub hissəsinin isə Ermən istana verilməsi, A llahverdi mis mədənlə rin in olduğu orta
hissədə isə "neytral zona" yaradılması qəra ra alındı. Neytra l zonanın idarəsi ingilis general-qubernatoruna həvalə edildi.
Azərbaycanın qanuni iddiası olan Borçalının müqəddəratının həll olunduğu konfransa Azərbaycan Xalq Cü mhuriyyətinin
nümayəndə heyəti dəvət edilməmişdi. Ona görə də Azərbaycanın Tiflisdəki nü mayəndəsi öz ö lkəsinin bu qərarı
tanımayacağını bildird i. Sonralar Rusiya Ko mmun ist (bolşeviklər) Partiyası Mərkəzi Ko mitəsi Qafqaz bürosunun 1921 il 7
iyul tarixli qərarı ilə "neytral zona" da Ermənistana birləşdirildi. Be ləliklə, Borça lının a zərbaycanlı əhalisinin öz
müqəddəratını təyin etmək hüququ kobudcasına pozuldu, əzəli Azərbaycan torpağı olan və azərbaycanlıların elliklə yaşadığı
Borçalı Gürcüstanla Ermən istan arasında bölüşdürüldü.