353
Əd.:
M əmmədov S., Azərbaycanın maarifp ərvər qadınları, B., 1960.
ƏFQANĠ Cəmaləddin, S e y id C ə m a l ə d d i n Ə f q a n i, C ə m a l ə d d i n H ü s e y n i (əsl ad ı S e y id M ə
h ə m m ə d i b n S ə f t ə r; 1838-39, Hə mədan ya xınlığındakı Əsədabad kəndi - 9.3.1897, İstanbul) - görkə mli Azərbaycan
mütəfəkkiri. "İslam birliy i" ("İttihadi-islam") din i-siyasi mübarizə cəbhəsinin banisi, islam dini islahatçısı, filosof və ictimai
xadim. Qəzv in və Tehran şəhərlərində yaşamış, sonralar din i-islahatçılıq ba xışlarına görə
Əfqanıstana köçmüş, orada "Əfqani" təxəllüsü ilə tanın mışdır. Cəmaləddin Əfqaninin həyatı dünya
müsəlman xalqların ın milli ictimai oyanış və milli-siyasi müstəqillik idealları ilə sıx bağ lı olmuşdur.
O, 19 əsrin elmi-te xniki tərəqqisi dövründə hələ də orta əsr həyat tərzində yaşayan müsəlman
xalq larını ictimai oyanışa və Avropa müstəmləkəçilərinə qarşı milli azadlıq mübarizəsinə çağırırdı.
Müsəlman xalq larının milli soykökünə, d ininə, mədəniyyətinə böyük əhəmiyyət verən Əfqaninin bu
baxışları "Milli vəhdət fəlsəfəsi və din b irliy inin həqiq i mahiyyəti" adlı əsərində ö z əksini tap mışdır.
Əfqani din in fəlsəfi mahiyyəti barədə nəinki müsəlman dünyası, bütövlükdə dünya üçün maraqlı və
orijinal mü lahizələr söyləmişdir. Həmin mü lahizələrin əsası ondan ibarətdir ki, "din birliyi olmasa,
milli vəhdətin həqiqi mahiyyəti və həyat gücii ola bilməz..." Əfqani hə m də, Avropa mədəniyyətinin
və dövlətçiliy inin mütərəqqi ənənələrini müsəlman xa lqla rı arasında təbliğ edirdi. Məh z belə siyasi, ictimai və dini
baxışlarına görə Əfqani öz dövrünün mühafizəkar müsəlman dövlətləri, müstəmləkəçiliyə qarşı mübarizəsinə görə isə
Avropa hökumətləri tərəfindən "qəbuledilməz" bir adam kimi qarşılanırdı. Əfqani ö zünün "islami oyanış" və milli b irlik
ideyalarını yay maq üçün Bombey, Kəlkətə, Heydərabad, Qahirə, Ciddə, İstanbul, Peterburq, Moskva, Paris, London,
Münxen kimi şəhərlərdə, həmçin in 1889 ilin sentyabrında Tehrana gedərkən Bakıda olmuşdur. Cəmaləddin Əfqanin in
"İttihadi-islam" və "Milli vəhdət fəlsəfəsi..." əsərləri, mü xtəlif ölkələrdə o xuduğu mühazirələri və ayrı-ayrı adamlara yazdığı
mə ktubları onu bütün dünyada məşhurlaşdırmışdır.
Cə ma ləddin Əfqaninin müs əlman Şə rqini tənəzzüldən xilas et mə k uğrunda mübarizə ideyaları 19 əsrin sonu - 20
əsrin əvvəllərində daha geniş yayıldı. Bu ideyalar 20 əsrin əvvəllərindən aşağıdakı kimi ü mu miləşdirildi: milliləşmə,
İslamlaşma, müasirləşmə... Şərq i tənəzzü ldən xilas etməyin bu məşhur formu lu gərgin fəlsəfi-ideoloji axtarışlar prosesində
müəyyənləşmişdi ki, həmin prosesin mənbəyində təkcə Azərbaycanın deyil, bütün türk-islam dünyasının böyük mütəfəkkiri
Cə ma ləddin Əfqaninin inqilabi təfə kkürü dayanırdı.
19 əsrin sonu - 20 əsrin əvvəllə rində, hətta sonralar da Azə rbaycanda, Türkiyədə, ərəb ölkələ rində, İranda bütün
milli hərəkatla rın ideolo ji əsasında birinci növbədə məh z Əfqanin in fə lsəfəsi dayanırdı.
Azərbaycan yazıç ıları hələ 19 əsrin sonlarında Əfqani ideyala rı ilə tanış olmuş, görkə mli publisist və ictimai xa -
354
dim Əh məd bəy Ağayev (Ağaoğlu) 1894 ildə İstanbulda onunla görüşmüşdür. 19 ərsin sonu - 20 əsrin əvvəlinin ziyalıları
Əfqani ideyalarından geniş şəkildə faydalanmışlar. Cəmaləddin Əfqanin in görüşləri A zərbaycanın, ümu mən, türk-müsəlman
dünyasının böyük ideoloqları İs mayıl bəy Qaspralı, Ziya Göyalp, Əli bəy Hüseynzadə, Əh məd bəy Ağayev, Məhəmməd
Əmin Rəsulzadə... üçün böyük ideya məktəbi olmuşdur. Cəmaləddin Əfqani ideyalarının təsiri 20 əsrin əvvəllərin in dövri
mətbuatında özünü açıq şəkildə göstərir. Gö rkə mli ya zıçı və publisist Nəcəf bəy Və zirovun "Tazə həyat" (1907-08), Ceyhun
Hacıbəylinin "İttihad" (1917-20) qəzetlərində dərc olun muş məqalələrində Əfqani ideyaları öz əksin i tap mışdır. Əfqanin in
təsiri Ə.Hüseynzadə, Ə.Ağayev, xüsusən M.Rəsulzadənin yaradıc ıhğ mda özünü daha qabarıq göstərir. A zərbaycan Xa lq
Cü mhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə hələ 1910-cu illərin o rtalarında ö z ictimai-siyasi
mübarizəsində Əfqaninin fəlsəfi və siyasi irsindən faydalanmışdır. Əfqani ideyaları onun 1914 ildə görkəmli türkçü şair və
publisist Əlabbas Müznibin rəhbərliy i ilə çıxan "Dirilik" (1914-16) jurnalındakı "Dirilik nədir" silsilə məqalələrindən
qırmızı xətt kimi keçir. M.Rəsulzadə milli ö zünüdərk, din, milli dil, tarixi keçmişə münasibət, müasirlik kimi atributlardan
bəhs edərkən, Cə ma ləddin Əfqaninin ict ima i-siyasi və fə lsəfi ba xışlarını in kişaf etdirmişdir. 19 əsrin sonu - 20 əsrin
əvvəllərində yaşayıb-yaratmış A zərbaycan mədəniyyətinin və ədəbiyyatının bir ço x xadimlərinin əsərlərində Əfqani ideyaları
mü xtəlif şəkildə öz əksini tapmışdır.
Əd
.: Qurbanov Ş., Cəmaləddin Əfqani və türk dünyası, B., 1997; Göyalp Z., Türkçülüyün əsasları, B., 1991; Cəfərov N.,
Azərbaycanşünaslığa giriş, B., 2002.
ƏHMƏD CAVAD, A xundzadə Cavad Məhəmmədəli oğlu (5.5.1892, Şəmkir rayonunun Seyfəli k. - 12.10.1937)
- şair, müə llim və ict ima i xadim. Ruhani ailəsində doğulmuşdur. İlk təhsilin i evdə a lmış,
uşaq yaşlarında türk, ərəb, fars dillərin i və Şərq ədəbiyyatını öyrən mişdir. 1912 ildə Gəncə ruhani
semi-
nariyasını ("Məktəbi-ruhaniyyə")
bitirmiş, müəllimlik fəaliyyəti göstərmiş, eyni zamanda,
Gəncənin ədəbi, bir qədər sonra isə ict ima i-siyasi həyatında yaxından iştirak et mişdir.
Ba lkan və Birinci dünya müharibələ ri dövründə şair üç dəfə (1912, 1916 və 1918
illərdə ) nü mayəndə heyətinin tərkibində (iki dəfə ü zv, b ir dəfə başçı kimi) Türkiyəyə getmişdir.
Əh məd Cavad Balkan müharibəsində qardaş türk xalq ına yardıma gələn Qafqaz könüllüləri
sırasında Trakiya cəbhəsində Abdulla Şaiq lə birlikdə türk əsgərləri ilə çiy in-çiyinə vuruşmuş, 1914
ildə Tü rkiyənin Şə rq hissəsini işğal et miş rus ordusunun və onların havadarlıq etdiyi ermənilərin
Qars və Ərzuru m vilayətlərində törətdiklə ri soyqırımı q ırğ ınların ın qurbanı olan yerli türk əhalisinə yardım göstərən
"Azərbaycan xeyriyyə cə miyyəti'nin fəa liyyətində ya xından iştirak et mişdir. Şair hə min dövrdə Qarsda rastlaşdığı ürək
parçalayan dəhşətli mən zərəni 1915 il Novru z bayramı günü yazdığı "Nə gördümsə" şerində belə dilə gətirmişdi:
Ərməğanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.
Sordum qərib minarədən:
"Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?"
Əh məd Cavad xalq ımızın qəddar düşmənləri Andronik və Şau myanın b ilavasitə iştirakı və başçılığ ı ilə törədilən
soyqırımla rın ın qarşısının a lın masında ya xından iştira k et mişdir. Şa ir A zərbaycan xa lqını xilas etməyə gələn türk ordusunun
əsas qoşun başçılarından olan Nuru paşa ilə yaxın dost olmuşdur.
Bakın ı azad etməyə gələn Azərbaycan-türk hərb i hissələri ilə b irlikdə Yasamal dağındakı səngərlərdə əsgərlər
arasında olan şair döyüş meydanında yazırdı:
Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah!
O, Xan sarayında çiçəkli bir qız,
Bəkləyir bizləri zəfər, Bismillah!
Ey hərbin taleyi, bizə yol ver, yol.
Sən ey coşan dəniz, gəl, türkə ram ol.
Sən ey sağa, sola qılınc vuran qol,
Qollarına qüvvət gəlir, Bismillah!
Əh məd Cavad uzun illər pedaqoji fəaliyyət göstərmiş, Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cü mhuriyyətinin
maa rif na ziri ola rkən mədəni-maa rif quruculuğu işlərində ona yaxından kö mə k et mişdir. O, Bakı Darü lfünunun təşkilində də
yaxından iştirak etmiş, ali təhsil müəssisələrində tədris olunmaq üçün ilk dərslik kimi "Türk dilinin sərfi və nəhvi" (1919)
adlı sanballı kitab yazmışdır.