88
haf', " Əsgərlərimizə, könüllülərimizə", "Məfkureyi-aliy-yəmiz" ("Azərbaycan dövləti-növzadımıza") şeirlərin i həsr
etmişdir. Məhəmməd Hadi sonuncu şerdə xalqm milli istiq-lal ruhunu və əzmini ifadə edərək yazırdı:
Çıxsın dilərsə, qarşımıza həp məzarımız, Dönməz məzaridən bu dili-əzmkarımız... Vicdani-millətə yazılıbdır bu
ayəmiz, Ən şanlı, ən şərəfli həyat iştə qayəmiz.
("Məfkureyi-aliyyə miz")
Bu əhvali-ruhiyyə şairin "Zəfəri-nahiyyəyə doğru", "Aydınhq bir gecedə təfəkkür dəqiqələ ri", "Kor - soqqur",
"Baharm ilhamları və ictimai rəmzlər", "Hərarətli şeir və yaxud qızd ırmalı hahmda saçmalarım" şeirlərində də davam eləyir.
Məhəmməd Hadi "Şühədayı - hürriyyətimizin ərva-h ma ithaf' şerində "Sizinlə buldu bu millət şərəfli istiqlal", - deyə
Azərbaycanm müstəqilliy i uğrunda mübarizedə şəhid olmuş vətən övladlarımn müqəddes ruhunu həzin təranələrlə o xşayır,
"Əsgərlərimizə, könüllülərimizə" sil-silə şeirlərində isə yurddaşlarını bu istiqlalm qorun masma çağın rdı.
Müsavat və istiqlal amalları A.Şaiqin "İntizar qarşısm-da", "Arazdan Turana", " Yeni ay doğarkən", " Vətənin ya-
mq səsi", "Türk ədə mi-mə rkə ziyyət fırqəsi" ("Marş") şeirlə rində də əksini tapmışdır. "Birləşəlim, türk oğlu, bu yol millət
yoludur", - deyən şair hamım milli b irliyə səsləyir, A zərbaycan istiqlalmm qorunmas ma, vətən yolunda əzmkarlığa
çağırırdı:
Ildırımlar gurlasm,
Buludlanm hazırlansın tufana!
Dağım, daşım boyansın həp al qana,
Şimşəklərim parlasm...
"Ölüm " deyə, "Vətən " deyə coşarız.
Bu torpaqlar qammızla boyansa,
Nəfəsimiz qalınca öc alarız.
Eyni motiv o dövrdə nəşr olunmuş "Milli şərqilər" (1919) adh seçmə şeirlər toplusunun da əsas mövzusunu və
vahid ideya-bədii pafosunu təşkil edirdi:
Türküstan yelləri öpüb alnını,
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngli əksini Quzğun dənizdan
Ərməğan yollasın yara, bayrağım!
(Əh məd Cavad, "Azorbaycan bayrağına")
Cəfə r Cabbarhmn istiqla l möv zulu şeirləri 1918-20 illərin inqilab i və ro mantik əhval-ruhiyyəsini xüsusilə qabarıq
ifadə edən fəlsəfı-rə mzi nümunələ r idi. Şair " Yaşıl donlu, al yanaqlı, mavi gö zlü sevdiyim" dediyi məşuqəyə eşq elan edir
və onun tarixi simvo likasım belə aç ırd ı:
Bu göy boya göy moğoldan qalmış bir türk nişanı,
bir türk oğlu olmalı.
Yaşıl boya islamlığm sarsılmayan inamı, ürəklərə dolmalı.
Al boya da azadlığın, təməddünün gümanı,
mədəniyyət bulmalı. Səkkiz guşə bu ulduz da səkk iz hərfli "Odyurdu".
Əsarətin gecəsindən fiirsət bulmuş quş kimi
səhərlərə uçmusdur.
Bu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
yurdumuzu qucmuşdur.
Gənc şairin "Sevdiyim", "Sevimli ölkə m",
"Salam" şeirlərində də müstəqil Azərbaycan, türkçülük,
turançılıq ideyaları tərənnüm edilird i.
Cü mhuriyyətin ilk qadın şairi Ümmügülsü mün
şeirləri vetənin sabaha uçuş və döyüş cəngisi kimi
səslənirdi:
Annəciyim, mənim bu yaşıl dağlar,
Mənsiz nəşə bulmaz çiçəkli bağlar.
Mənsiz bülbül ötməz, çəmənlər ağlar,
Yurduma buraxmam alçaq düşməni...
Ey buzlu şimaldan qopan ruzigar,
Toxunma qəlbimə, atəşi parlar.
Saqın, gəlmə, səni nəfəsim boğar,
Dəf ol, vətənimdə görəməm səni...
("Çəkil, dəf ol")
Bu dövr poeziyasmda " Cü mhuriyyət şairi"
Əh məd Cavad m səsi daha gur eşidilirdi. Əh məd Cavadın
həyat və yaradıcıhğ mm ən parlaq və məhsuldar dövrü 20
əsrin 10-cu illerinin ortalarına və A zərbaycan Xalq
Cü mhuriyyəti döv-rünə təsadüf edir. Bu illərdə onun
"Qoşmalar" (1916) və ―Dalğa‖ (1919) adlı şeir topluları
nəşr edilmişdir. Hə min dövrdə
89
Əhməd Cavadın fəaliyyəti bilavasitə M.Ə. Rəsulzadə ilə bağlı olmuşdur. Əhməd Cavad məhz M.Ə.Rəsulzadənin təklifl ilə
"Müsavat" partiyasına daxil olmuşdur.
Daim ictimai-siyasi hadisələrin mərkəzində olan Əhməd Cavad Cümhuriyy ətin qurulmasını "Azərbaycan, Azərbaycan!" və
"Canım-gözüm, gözüm-canım Azərbaycanım" şeirləri ilə alqışlamışdır. 28 May - istiqlal günü, milli ordu, türk birliyi, üçrengli, səkkiz
guşəli ay-ulduzlu bayraq onun şeirlərinin əsas atributları idi.
Azərbaycan hərbi birlikləri ilə türk ordu hissələri Bakıya daxil olduqda, Əhməd Cavad əs gər yoldaşlan ilə bərabər Bakmın
Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşurdu. "Bismillah" şerini də o, həmin döyüş meydanın-da yazmışdır:
Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah.
O, Xan sarayından çiçəkli bir qız,
Bəkliyor bizləri zəfər, Bismillah.
Ey hərbin taleyi, bizə yol ver, yol.
Sən ey coşan dəniz, gəl türkə ram ol.
Sən ey sağa, sola qıhnc vuran qol,
Qollarma qüvvət gəlir, Bismillah.
Şair "Ey əsgər" şerində Azərbaycan əs gərinin döyüşdə göstərdiyi şücaəti belə tərənnüm edirdi:
Dağa-daşa sancağını öpdürüb,
Duman kimi bu dağları bürüyən.
Dənizlərə salam rəsmi yapdırıb,
Göylərdəki bulud kimi yürüyən.
Yürü-yürü, batan günün izinə,
Gülümsəyir doğan günəş üziinə.
Əhməd Cavadın ikinci şeir kitabı olan "Dalğa"da (1919), əsasən, istiqlal dövründə yazdığı şeirləri toplan-mışdı. Şair tükənməz
ilhammı sonsuz, ülvi məhəbbətlə sevdiyi Azərbaycan milli istiqlalının tərənnümüne həsr etmişdi ("Nədən yarandın", "Azerbaycan
bayrağına", "Al bayrağa", "Gəlmə", "Bakı deyir ki...", "Qardaş", "İngilis" və s. şeirlər).
"Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm ", -deyən Əhməd Cavad milli azadhğı təhdid edən şimal yelinə, azad dağları
bürümək istəyən dumana, milli dövləti devirmeye çalışan təcaviizkar qüvvələrə qəzəblə xəbərdar-lıq edirdi:
Bu dağlar mənimdir, yeni gün gördü,
Boğar səni ahım, ey duman, gəlmə!...
Sən ey gözlərimə batan quruntu,
Sağlam bir imanə səndən nə qorxu?!
Bəslərsə vicdanlar pək böyük duyğu,
Yıxılmaz qaladır hər vicdan, gəlmə!
("Gəlmə")
Əhməd Cavad ömrünün sonuna qədər milli istiqlal ideallarına sadiq qalmış və bu yolda şəhid olmuşdur. Bunu onun
Cümhuriyyətin süqutundan, Aprel işğalından (1920) sonra yazdığı əsərlər də sübut edir. 1925 ildə yazdığı "Göy-göl" şerində şair müstəqil
Azərbaycanın dövlət bayrağındakı ay-ulduza işarə edərək deyirdi: