[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə37/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   33   34   35   36   37   38   39   40   ...   282

88 

 

haf', " Əsgərlərimizə, könüllülərimizə", "Məfkureyi-aliy-yəmiz" ("Azərbaycan dövləti-növzadımıza") şeirlərin i həsr 



etmişdir. Məhəmməd Hadi sonuncu şerdə xalqm milli istiq-lal ruhunu və əzmini ifadə edərək yazırdı: 

Çıxsın dilərsə, qarşımıza həp məzarımız, Dönməz məzaridən bu dili-əzmkarımız... Vicdani-millətə yazılıbdır bu 

ayəmiz, Ən şanlı, ən şərəfli həyat iştə qayəmiz. 

("Məfkureyi-aliyyə miz") 

Bu  əhvali-ruhiyyə  şairin  "Zəfəri-nahiyyəyə  doğru",  "Aydınhq  bir  gecedə  təfəkkür  dəqiqələ ri",  "Kor  -  soqqur", 

"Baharm ilhamları və ictimai rəmzlər", "Hərarətli şeir və yaxud qızd ırmalı hahmda saçmalarım" şeirlərində də davam eləyir. 

Məhəmməd  Hadi  "Şühədayı  -  hürriyyətimizin  ərva-h ma   ithaf'  şerində  "Sizinlə  buldu  bu  millət  şərəfli  istiqlal",  -  deyə 

Azərbaycanm  müstəqilliy i uğrunda mübarizedə şəhid olmuş vətən övladlarımn  müqəddes ruhunu həzin təranələrlə o xşayır, 

"Əsgərlərimizə, könüllülərimizə" sil-silə şeirlərində isə yurddaşlarını bu istiqlalm qorun masma çağın rdı. 

Müsavat və istiqlal amalları A.Şaiqin  "İntizar qarşısm-da", "Arazdan Turana", " Yeni ay doğarkən", " Vətənin  ya-

mq səsi", "Türk ədə mi-mə rkə ziyyət fırqəsi" ("Marş") şeirlə rində də əksini tapmışdır. "Birləşəlim, türk oğlu, bu yol millət 

yoludur",  -  deyən  şair  hamım  milli  b irliyə  səsləyir,  A zərbaycan  istiqlalmm  qorunmas ma,  vətən  yolunda  əzmkarlığa  

çağırırdı: 



Ildırımlar gurlasm, 

Buludlanm hazırlansın tufana! 

Dağım, daşım boyansın həp al qana, 

Şimşəklərim parlasm... 

"Ölüm " deyə, "Vətən " deyə coşarız. 

Bu torpaqlar qammızla boyansa, 

Nəfəsimiz qalınca öc alarız. 

Eyni  motiv  o  dövrdə  nəşr  olunmuş  "Milli  şərqilər"  (1919)  adh  seçmə  şeirlər  toplusunun  da  əsas  mövzusunu  və 

vahid ideya-bədii pafosunu təşkil edirdi: 

Türküstan yelləri öpüb alnını,  

Söyləyir dərdini sana, bayrağım!  

Üçrəngli əksini Quzğun dənizdan  

Ərməğan yollasın yara, bayrağım! 

(Əh məd Cavad, "Azorbaycan bayrağına") 

Cəfə r  Cabbarhmn  istiqla l  möv zulu şeirləri  1918-20 illərin  inqilab i və ro mantik əhval-ruhiyyəsini  xüsusilə qabarıq  

ifadə edən fəlsəfı-rə mzi nümunələ r  idi.  Şair " Yaşıl donlu, al yanaqlı,  mavi gö zlü sevdiyim" dediyi  məşuqəyə eşq elan edir 

və onun tarixi simvo likasım belə aç ırd ı: 

 

 

Bu göy boya göy moğoldan qalmış bir türk nişanı, 

bir türk oğlu olmalı. 

Yaşıl boya islamlığm sarsılmayan inamı, ürəklərə dolmalı. 

Al boya da azadlığın, təməddünün gümanı, 

mədəniyyət bulmalı. Səkkiz guşə bu ulduz da səkk iz hərfli "Odyurdu".  

Əsarətin gecəsindən fiirsət bulmuş quş kimi 

səhərlərə uçmusdur.  

Bu hilal da türk bilgisi, düzgün sevgi nişanı, 

yurdumuzu qucmuşdur. 

Gənc  şairin  "Sevdiyim",  "Sevimli  ölkə m", 

"Salam"  şeirlərində  də  müstəqil  Azərbaycan,  türkçülük, 

turançılıq ideyaları tərənnüm edilird i. 

Cü mhuriyyətin  ilk  qadın   şairi  Ümmügülsü mün 

şeirləri  vetənin  sabaha  uçuş  və  döyüş  cəngisi  kimi 

səslənirdi: 

Annəciyim, mənim bu yaşıl dağlar, 

 Mənsiz nəşə bulmaz çiçəkli bağlar.  

Mənsiz bülbül ötməz, çəmənlər ağlar,  

Yurduma buraxmam alçaq düşməni...  

Ey buzlu şimaldan qopan ruzigar,  

Toxunma qəlbimə, atəşi parlar.  

Saqın, gəlmə, səni nəfəsim boğar,  

Dəf ol, vətənimdə görəməm səni... 

("Çəkil, dəf ol") 

Bu  dövr  poeziyasmda  " Cü mhuriyyət  şairi"  

Əh məd  Cavad m  səsi  daha  gur  eşidilirdi.  Əh məd  Cavadın 

həyat və yaradıcıhğ mm ən parlaq və   məhsuldar dövrü  20 

əsrin  10-cu  illerinin  ortalarına  və  A zərbaycan  Xalq 

Cü mhuriyyəti  döv-rünə  təsadüf  edir.  Bu  illərdə  onun 

"Qoşmalar"   (1916)  və  ―Dalğa‖  (1919)  adlı  şeir  topluları 

nəşr edilmişdir. Hə min dövrdə  



89 

 

Əhməd  Cavadın  fəaliyyəti  bilavasitə  M.Ə.  Rəsulzadə  ilə  bağlı  olmuşdur.  Əhməd  Cavad  məhz  M.Ə.Rəsulzadənin  təklifl  ilə 



"Müsavat" partiyasına daxil olmuşdur. 

Daim  ictimai-siyasi  hadisələrin  mərkəzində  olan  Əhməd  Cavad  Cümhuriyy ətin  qurulmasını  "Azərbaycan,  Azərbaycan!"  və 

"Canım-gözüm,  gözüm-canım Azərbaycanım" şeirləri ilə alqışlamışdır. 28 May - istiqlal günü, milli ordu, türk birliyi, üçrengli, səkkiz 

guşəli ay-ulduzlu bayraq onun şeirlərinin əsas atributları idi. 

Azərbaycan  hərbi  birlikləri  ilə  türk  ordu  hissələri  Bakıya  daxil  olduqda,  Əhməd  Cavad  əs gər  yoldaşlan  ilə  bərabər  Bakmın 

Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşurdu. "Bismillah" şerini də o, həmin döyüş meydanın-da yazmışdır: 



Atıldı dağlardan zəfər topları,  

Yürüdü irəli əsgər, Bismillah.  

O, Xan sarayından çiçəkli bir qız,  

Bəkliyor bizləri zəfər, Bismillah.   

Ey hərbin taleyi, bizə yol ver, yol.   

Sən ey coşan dəniz, gəl türkə ram ol.  

Sən ey sağa, sola qıhnc vuran qol,   

Qollarma qüvvət gəlir, Bismillah. 

Şair "Ey əsgər" şerində Azərbaycan əs gərinin döyüşdə göstərdiyi şücaəti belə tərənnüm edirdi: 



Dağa-daşa sancağını öpdürüb,  

Duman kimi bu dağları bürüyən.  

Dənizlərə salam rəsmi yapdırıb,   

Göylərdəki bulud kimi yürüyən. 

 

 

 

 

 

 

 

 

 

Yürü-yürü, batan günün izinə,  

Gülümsəyir doğan günəş üziinə. 

Əhməd Cavadın ikinci şeir kitabı olan "Dalğa"da (1919),  əsasən, istiqlal dövründə yazdığı şeirləri toplan-mışdı. Şair tükənməz  

ilhammı  sonsuz,  ülvi  məhəbbətlə  sevdiyi  Azərbaycan  milli  istiqlalının  tərənnümüne  həsr  etmişdi  ("Nədən  yarandın",  "Azerbaycan 

bayrağına", "Al bayrağa", "Gəlmə", "Bakı deyir ki...", "Qardaş", "İngilis" və s. şeirlər). 



"Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm ", -deyən Əhməd Cavad milli azadhğı təhdid edən şimal yelinə, azad dağları 

bürümək istəyən dumana, milli dövləti devirmeye çalışan təcaviizkar qüvvələrə qəzəblə xəbərdar-lıq edirdi: 



Bu dağlar mənimdir, yeni gün gördü,  

Boğar səni ahım, ey duman, gəlmə!...  

Sən ey gözlərimə batan quruntu,   

Sağlam bir imanə səndən nə qorxu?!  

Bəslərsə vicdanlar pək böyük duyğu,  

Yıxılmaz qaladır hər vicdan, gəlmə! 

("Gəlmə") 

Əhməd  Cavad  ömrünün  sonuna  qədər  milli  istiqlal  ideallarına  sadiq  qalmış  və  bu  yolda  şəhid  olmuşdur.  Bunu  onun 

Cümhuriyyətin süqutundan, Aprel işğalından (1920) sonra yazdığı əsərlər də sübut edir. 1925 ildə yazdığı "Göy-göl" şerində şair müstəqil 

Azərbaycanın dövlət bayrağındakı ay-ulduza işarə edərək deyirdi: 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə