56
getdikcə güclənir, ölkənin müdafiə imkan ları artırdı. 1919 ilin yayında Denikin qoşunlarının Azərbaycana hərbi müda xiləsi
təhlükəsi artdığı za man, ölkənin əra zi bütövlüyünün qorunub saxlan ması üçün bütöv müdafiə sisteminin yaradılmasına nail
olundu, Şimal sərhədinin müdafiə sistemi, Abşeronun müdafiə sistemi, Bak ının müdafiə sistemi quruldu, bu müdafiə
sistemlərinin möhkə mləndirilməsi üçün kifayət qədər qüvvə və vəsait ayrıldı. 1919 ilin iyununda Dövlət Müdafiə Komitəsi
yaradıldı və bununla da ö lkənin müdafiəsinin təşkili konkret bir orqanda mərkəzləşdirild i. Nazirlər Şurası sədrinin rəhbərlik
etdiyi bu orqan hərbi quruculuq sahəsində həm zə ruri olan qəra rla r qəbul ed ir, hə m də ö zü bu qərarların icrasını təşkil
edirdi.
Höku mətin gördüyü qəti tədbirlər nəticəsində texmi-nən il yanm ərzinde, mü rəkkeb tarixi şəraitdə, iqtisadi və hərbi
bazanm ço x zəif olmasına baxmayaraq, kifayət qədər yüksək döyüş qabiliyyətinə malik bir ordu yaradıldı. Bu ordunun
təşkili Azə rbaycan Xalq Cü mhuriyyətinin ən mühüm nailiyyətlərindən biri idi.
1919 ilin avqustunda Azərbaycan ordusunun artıq kifayət qədər forma laşmış hərbi hissələri Lənkəran bölgəsinin
Azərbaycan Höku mətinə tabe olmayan qiyamç ılardan tə mizlən məsi məqsədilə Lənk əran əməliyyatını uğurla yerinə
yetirdilər. Qiya mç ı qüvvələrin məğlub edilməsi və bölgədə A zərbaycan Xalq Cü mhuriyyəti hakimiyyətinin bərqəra r
olunması hərb i nazirin əmri ilə yarad ılmış Lənkəran dəstəsinə tapşırıld ı. Dəstənin ko mandanlığ ı general-mayor Həbib bəy
Səlimova həvalə olun muşdu.
Lənkə ran dəstəsinin qətiyyətli və çevik fəaliyyəti nəticəsində sentyabrın 3-də bölgədəki rus hərbi qüvvələri tərk-
silah edild ilə r. Bununla əlaqədar ola raq hərbi na zir Sə məd bəy Meh mandarovun 1919 il 19 sentyabr tarixli 420 saylı
əmrində deyilird i: "Lənkəran şəhərinin tutulması, həmin rayonda qayda-qanunun bərpa edilməsi və Azərbaycan
Hökumətinin hakimiyyətinin təsdiq edilməsi üçün mənim tərəfimdən Lənkərana Ümumi qərargah rəisi general-mayor
Səlimovun komandanlığı altında üç qoşun növünd ən ibarət xüsusi dəstə təchiz edilmiş və göndərilmişdi.
Hacıqabuldan Lənkərana və geriyə olan 430 verstlik məsafəni bərk istilərdə bizim gənc ordumuz xəstələr və ar-
xada qalanlar olmadan 15 günə qət etmişdir. Bütün yürüş ə rzində dəstədə qayda-qanun pozulmamış, yerli sakinlərdən
heç birinə kiçik bir ziyan da vurulmamışdır. Yol-boyu şəhər və kəndlərin əhalisi dəstənin zabit və əsgərlərinin nəzakətli
davranışlarını böyük minnətdarlıqla qeyd edirdilər. Mən buna dəstə qayıdandan sonra Lənkərana olan şəxsi səfərim
zamanı əmin oldum. Öz əsl hərbi görkəmi və nümunəvi nizam-intizamı ilə hamıda güclü təəssürat yaradan dəstə zəngin
hərbi qənimətlə Lənkəran qəzasını və Muğanı əzizimiz Azərbaycanın ağuşuna qaytardı, zülmdən və anarxiyadan əziyyət
çəkən əhalini sakitləşdirdi və əmin-amanlığı təmin etdi. Bütün bunlar bir damla qan tökulmədən həyata keçirildi.
Azərbaycan ordusunun birinci hərbi yürüşündə özlərini qoçaq və şərəfli döyüşçü kimi göstərən gənc əsgərlərə
ürəkdən "sağ ol!" deyirəm".
Azərbaycan ordusunun nəyə qadir olması Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmaq məqsədilə həyata
keçirilən ermən i-daşnak təcavüzünün aradan qaldırılması üçün aparılan Qarabağ əməliyyatında özünü bir daha bariz
nümayiş etdirdi. Bu təcavüz Azərbaycanın işğalı və bölüşdürülməsi məqsədilə Sovet Rusiyası ilə erməni-daşnak qüvvələri
arasındakı sövdələşmə nəticəsində həyata keçirilird i. Erməni-daşnak qüvvələri bütün Qarabağı ələ keçirməyə cəhd
göstərməklə, həm də A zərbaycanın şimal sərhədlərin in müdafiəsinin tamamilə zəiflədilməsinə və
57
bununla da bolşevik işğalının asanlaşmasına əlverişli şərait yaratma lı id i.
Erməni qüvvələri Novru z bayra mı günlərində, mart ın 22-də gecə saat 3-də eyni va xtda Şuşa, Xankəndi, Əsgəran,
Xocalı və Tərtərdə yerləşən qoşun bölmələrinin ü zərinə hücu ma başlasalar da, hərb i təşəbbüsü ələ ala bilmədilər. Birinci
piyada diviziyasının ko mandiri general-mayor Cavad bəy Şıxlinski erməni silahlı dəstələrin in Əsgəran qalası ü zərinə
hücumu başlanandan sonra Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyliyə göndərdiyi teleqramında yazırdı: "Əsgərlər
qalanın bir hissəsini hələ də əllərində saxlayırlar... ya başımızı verəcəyik, ya da Əsgəranı qoruyacağıq".
Qarabağ müharibəsi Azərbaycan ordusunun və onun rəhbərliyinin müstəqillik dövründə rastlaşdıqları ən ağır və
həm də ən şərəfli sınaq idi. Qısa müddətdə Azərbaycanın bütün müdafiə qüvvələri səfərbərliyə a lındı. Vətənin i və yurdunu
sevən Azərbaycan oğulları ölkənin ə ra zi bütövlüyünün təmin ed ilməsi üçün əsl qəhrə manlıq nü munələri göstərirdilər.
Azərbaycanın hərb tarixinə Qarabağ müharibəsi adı ilə da xil o lmuş bu müharibənin uğurla başa çatdırılması Azə rbaycan
ordusu əsgərlərinin, zab it və generallarının Vətənə əsl xid mət nü munəsi id i. Hərb i na zir Sə məd bəy Meh mandarovun strateji
rəhbərliy i, general Əlağa Şıxlinskin in təşkilatçılıq qabiliyyəti, genera l-mayor Həb ib bəy Sə limovun, general-mayor Cavad
bəy Şıxlinskin in, genera l-mayor Tey mur bəy Novru zovun və yüzlə rlə d igər zab itlərin şücaəti A zərbaycan ordusunun qüdrət
və qabiliyyətini nümay iş etdirdi. Ermən i silahlı qüvvələri göstərdikləri bütün cəhdlərə ba xmayaraq, Qarabağın A zərbay-
candan qoparılmasına nail o la bilməd ilər.
Qarabağdakı güclü erməni təcavüzü dəf olunsa da, şimaldan yaxınlaşan hərbi müdaxilənin qarşısını almaq mü m-
kün olmadı, çünki A zərbaycan ordusunun şimal sərhədlərini qoruyan hərbi hissələrin Qarabağın müdafiəsinə cəlb edilməsi
nəticəsində buranın müdafiə imkan ları ço x zəiflə mişdi. Qa rabağdakı qüvvələrin yenidən şima la at ılması üçün isə nə vaxt var
idi, nə də imkan. Hə m də, 1920 il apre lin 16-da Fətəli xan Xoyski b ild ird i ki, Qarabağdan qoşunları heç b ir vəchlə ç ıxa rmaq
olma z, çünki bu, ermən i silahlı qüvvələrin in A zərbaycan torpaqlarına qarşı təcavüzünün yenidən güclənməsinə səbəb ola
bilər.
1920 il aprelin 27-də Sovet Rusiyası hərbi qüvvələrinin Azə rbaycan sərhədlərini po zması xəbəri a lınan kimi, hərbi
nazir Sə məd bəy Meh mandarov Birinci piyada diviziyasının ko mandiri, general-mayor Cavad bəy Şıxlinskiyə teleqra m
göndərib şimal sərhədinin müdafiəsinə hərbi qüvvə ayırması barədə əmr verd i: "Bolşeviklər Yalama stansiyasına hücum
etdilər. Onlar dayanmadan irəliləyirlər. Xudatı ələ keçiriblər. Çıxılmaz vəziyyətdəyik. Günü bu gün Qızılburuna
Qazaxdan bir tabor və Gəncədən bir tabor göndərməyinizi əmr edirəm. Hər bir taborda ən azı 500 süngü və pulemyot
olmalıdır. Yük qatarı artıq göndərmişik. Həmin hissələrin gəlməsi vaxtını teleqramla bildirin. Biz taborları sabaha
gözləyirik".
Hərbi na zir Sə məd bəy Mehmandarov bu əmri ilə , göründüyü kimi, şima l cəbhəsinin müdafiəsi üçün köməyi
Qarabağdan deyil, Gəncə və Qazaxdan gözləyird i. Çünki yaran mış vəziyyətdə Qarabağda olan qüvvələrin şimala gətirilməsi
belə, A zərbaycan ordusu ilə müqayisədə çox böyük zə rbə qüvvəsinə malik o lan Qırmızı ordunun qarşısını ala b ilməyəcəkdi.
Hə m də, ermən i təcavüzka rla rına qarşı aparılan hərbi ə mə liyyatlarda Azərbaycan ordusu xeyli canlı qüvvə, maddi it kilə r
vermişdi. Şimal sərhədi boyunca müdafiədə dayanan azsaylı hərb i h issələr bütün qüvvələri ilə müqavimət göstərsələr də,
sayca qat-qat çox olan və hərbi te xn ika ilə ya xşı təchiz olun muş bolşevik müda xiləç ilə rin in qarşısını sa xla maq mü mkün
olmadı.
İşğalçı ordunun əsas zərbə qüvvəsinin zirehli qatarlarla Bakıya girməsi və şəhərin giriş-çıxış yollarının tutulması ilə
Azərbaycan Xalq Cü mhuriyyətinin müqəddəratı həll edild i və Azə rbaycanın müstəqilliyinə son qoyuldu.
Xarici siyasət. Azərbaycan Xa lq Cü mhuriyyəti yarandığı gündən fəal xaric i siyasət yerit məyə başladı. 1918 il
may ın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Alman iya, Avstriya - Macarıstan, Fransa, Böyük Britaniya,
İtaliya, ABŞ, Bolqarıstan, Ru mıniya, İran, İspaniya, Ho llandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici
işlər nazirliklərinə Azərbaycan Xalq Cü mhuriyyətin in yaran ması barədə məlu mat göndərdi.
Zaqafqaziya seyminin nümayəndələri ilə Türkiyə arasında Batu m danışıqları iyun ayının 4-də hər üç respublika və
Osmanlı dövləti arasında "sülh və dostluq" haqqında müqavilələrin imzalanması ilə nəticələndi. "Os manlı impe rator
hökuməti ilə Azərbaycan Cü mhuriyyəti arasında dostluq müqaviləsi" A zərbaycan Höku mətinin imzaladığ ı ilk dövlətlərarası
müqavilə idi. Müqavilənin 4-cü maddəsində deyilird i: "Os manlı imperator höku məti A zərbaycan Cü mhuriyyəti Hö ku mətinə
qayda-qanun və ölkənin təhlükəsizliy inin tə min olun masına ehtiyac duyduğu təqdirdə hərbi qüvvə ilə kö mək et məy i
öhdəsinə götürür". Osman lı yardımından əsas məqsəd 1918 ilin yazında bolşeviklərin əlinə keçmiş Bakını azad etmək idi.
1918 il iyunun 17-də birinci Höku mət böhranından sonra yaradılmış yeni Hö ku mət kabinəsinin xaric i siyasətdə ilk
addımı Dördlər İttifaq ı və Cənubi Qafqaz respublika ların ın iştirakı ilə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına
Məhəmməd Əmin Rəsulzadə, Xə lil bəy Xasməmmədov və Aslan bəy Səfık ürdsk idən ibarət heyətin göndərilməsi oldu.
Azərbaycan Xalq Cü mhuriyyəti Avropa ölkə ləri ilə d iplo matik ə laqələ r yarat maq məqsədilə 1918 il avqustun 23-də
Əlimərdan bəy Topçubaşovu fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərmişdi. Bu rada o, rəsmi görüşlər
keçirmiş, Azərbaycanla bağlı mü xtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmışdı.
İstanbulda vəziyyəti müşahidə edən Almaniya nü mayəndələri yəqin etdilər ki, A zərbaycan Höku məti bolşeviklərin
əlində olan Bakı quberniyasını heç kimə güzəştə getmək fikrində deyildir. Belə olduqda, onlar Bakı barəsində