72
Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət i ya xın
gələcəkdə, xüsusilə 1920 il ə rzində kənd yerlə rində əhaliyə
tibbi xid məti ya xşılaşdırmaq məqsədilə qə zala rda kənd
xəstəxanala rın ın sayını 2 dəfə artırmağı, ölkəyə la zım olan
dərman preparatla rının təchizi işini ya xşılaşdırmağ ı, tibb
müəssisələrini mərkəzləşdirilmiş şəkildə dava-dərmanla
təmin et məyi planlaşdırmışdı. La kin 1920 il aprelin 28-də
Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı nəticəsində
Azərbaycan Xalq Cü mhuriyyətinin süqutu bütün bu planların
həyata keçirilməsinə imkan verməd i.
Dil
siyasəti.
Müstəqil dövlətin mühüm at-
ributlarından biri olan dövlət d ili məsələsi yenicə yaran mış
Azərbaycan
Xa lq
Cü mhuriyyəti Höku mətinin d iqqət
mə rkə zində idi. Cü mhuriyyət Höku məti 1918 il 27 iyun
tarixli qəra rı ilə o za man türk d ili ad lanan Azərbaycan dilin i
dövlət dili elan etdi. Həmin qərar Gü lüstan (1813) və
Türkmənçay (1828) müqavilələri ilə Azərbaycanın ikiyə
bölünməsindən sonra ana dilin in dövlət dili kimi
işlədilməsinə aid ilk sənəddir. Qeyd edilməlidir ki, dövlət dili haqqında qərar Höku mətin Gəncəyə köçdükdən sonra qəbul
etdiyi ilk qərarlardan birid ir. Bu fakt Azərbaycan Xa lq Cü mhuriyyəti Höku mətin in dövlət dili məsələsinə necə mühü m
diqqət yetirdiyini aydın göstərir.
Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərara əsasən, ölkədə məhkə mə, in zibati idarəçilik və d igər
vəzifələ rin başında duranlar dövlət d ilin i la zımi s əviyyədə öyrənənədək, Höku mət müəssisələrində rus dilinin də
işlən məsinə yol verilirdi (bax Azərbaycan dilinin dövlət dili elan olunması haqqında qərar). Lakin bu real şəraitdən doğan
müvəqqəti tədbir olmuş və yalnız idarəçilikdə milli kadrların yetiş məsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdu.
Qərardan sonra daxili işlə r naziri Behbud xan Cavanşir "Azərbaycan" qəzetinin mü xb iri ilə müsahibəsində bildir-
mişdi ki, "Azərbaycan müəssisələrində rus dilinin işlədilməs... hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu çox
davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki
ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini
itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar".
Höku mət qeyri millətlərdən olan Azərbaycan vətəndaşlarının dövlət dilini öyrən məsi üçün tədbirlə r görürdü. 1919
ilin sentyabrında türk dilin in öyrədilməsi üçün kurslar təşkil edilmişdi və bu məqsədlə 351 min manat vəsait ayrılmışdı.
Parlament üzv ləri A zərbaycan türk dilinə vaxtaşırı münasibət bild irird ilər. Parlamentin 1919 il avqustun 21-də
keçirilən iclasında gündəlikdəki məsələ - Bakı Universitetin in açılması ilə bağlı deputatların çıxışlarında dil məsələsinə
xüsusi diqqət yetirilmişdi. Çıxış edənlərin, demək olar ki, hamısı universitetdə, ölkən in bu ilk ali məktəbində tədrisin hansı
dildə aparılması məsələsinə böyük əhəmiyət vermişdilər.
Bakı Universitetinin açılması məsələsinə həsr olunan təkcə elə bu iclasda Azərbaycan dilin in dövlət dili kimi
inkişafı, onun tədris və təhsil işində yeri haqqında ciddi mülahizələr səslənmişdi. Parlamentdə sol müstəqil Abdulla bəy
Əfəndizadə deyirdi: "İndiki darülfununu yetişdirən müəllimlər gərək türk dilinə aşina olsunlar. Ona görə də lazımd ır ki,
darülfünuna elə müəllimlər dəvət edək ki, türk d ilini yaxşı bilsin... Hər şöbədə, necə ki, qeyd olunubdur, türk dili məcburi
olsun. Bir məcburi de məklə o lma z. Gə rək bunun proqramı o lsun...". Tədrisdə ana dili məsələsinə böyük əhəmiyyət verən
məc lis üzvü universitet mə zunla rın ı nə zərdə tutaraq, bu məsələnin vacib liy ini bir daha vurğulayır: "Bir şə xs ki, darülfünunu
ikmal etdi... edadidə tədris edəndə də darülfunundan özünə götürdüyü elmləri la zımdır ki, gö zəl ədəbi türk dilində tədrisə
müqtədir o lsun". Göründüyü kimi, A.Əfəndizadə tədris işində dövlət dilin in zəruriliyin in tam tələb karı kimi çıxış etmişdi.
Parla mentdə "Müsavat" və bitərəflər fraksiyasının üzvü Yusif bəy Əhmədzadə də eyni fikirdə idi: "Biz istərdik ki,
hər bir təsisat ki, yapırız, onu öz dilimizdə yapa idik. La zımd ır ki, hər b ir millət ça lışıb yoldaşa elmdə bərabər olsun. Gü man
ediyorum ki, hər bir tesisat öz dilimizdə o la".
"Əhrar" fraksiyasına daxil o lan məclis üzvü Mu xtar Əfəndizadə məsələni qəti qoyur: "Qonşularımız ermən i və
gürcülər bizə gülüyorlar: "Bizim (yəni ermən i və gürcülərin) məmləkətdə ana dili işlədig i halda, hənuz rus dili işlənir".
Parlament üzvlərin in bu çıxışları, istisnasız o laraq, Höku mətin "Dövlət dili haqqında qərarı"na uyğun idi.
Ana dilinin dövlət dili elan edilməsi ilə əlaqədar olaraq, təhsil müəssisələrinin milliləşdirilməsi qarşıda duran əsas
məsələ lərdən idi. A zərbaycan Xa lq Cü mhuriyyəti Höku məti 1918 il avqustun 28-də ibtida i və orta təhsil müəssisələrində
təhsilin ana dilində aparılması haqqında qərar qəbul etdi. Qəra ra görə, bütün ibtidai tədris müəssisələrinde tədris ana dilində
aparılır, eyni zamanda, dövlət dili
73
icbari qaydada tədris olunurdu (bax hə mçinin Xalq maarifi bölməsi).
1918 il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyəti hərbi naziri Səməd bəy Meh mandarovun 34 saylı əmri ilə
Azərbaycan-türk dili orduda da dövlət dili qəbul edilmişdi. Bununla bağlı, hərbi nazir orduda xid mət edən, lakin dövlət dilini
bilməyən zabitlə r qarşısında belə bir tələb qoydu ki, bir ay müddətində, heç olmasa, komanda sözlərin in azərbaycanca
qarşılıq larını öyrənsinlər və əsgərlərə A zərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə
bilməyən zabit lər dərhal ordudan xaric edilmə li idilər. Azərbaycan dilinin öyrədilməsi və savadsızlığ ın ləğvi üçün orduda
müvafiq kurslar yaradıldı və həmin kursların aparılmasına təcrübəli mütəxəssislər cəlb olundu. Höku mət 1919 il fevralın 11-
də Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları niza mna məsinin təsdiqi haqqında qərar qəbul etmişdi.
Cü mhuriyyət Höku mətin in başçısı Fətəli xan Xoyskinin çıxışlarında dövlət d ili sahəsində görülən işlər barəsində
vaxtaşırı verilən məlumatlar ana dilinin Höku mətin daim d iqqət mərkəzində durduğunu göstərirdi: "Şimdi məktəblər
milliləşdilər. İbtidai məktəblər və bəzi sini flər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır" və yaxud "İmdi şükürlər
olsun bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər".
Azərbaycan dilin in sözün əsl mənasında dövlət dili kimi işlən məsi təcrübəsi geniş şəkildə ilk Azə rbaycan Par-
la mentinin dilində əksini tapmışdır. Dövlət idarə lərində müəyyən müddət ərzində rus dilinin işlənməsinə də ica zə verilməsi
Parla mentə aid deyildi. Ona görə də Parlamentdə dillə rin işlən məsi məsələsi, təbii o laraq, qanunverici hakimiyyətin,
Parlament üzv lərinin öhdəsinə buraxılmışdı. Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi
idi. Qeyri-yerli Parla ment nümayəndələri ç ıxışların rus dilində olmasını təklif etdikdə, Parla mentin iclaslarından birində bu
məsələ ayrıca müza kirə olun muş və bu xüsusda qərar qəbul edilmişdi. Qərara əsasən, Parlamentin rəsmi dili Azə rbaycan
türkcəsi elan olunmuş, digər millətlərin nü mayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Bununla belə,
rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilird i. Dövlət dilində olmayan sənədlərin üstündə Parla mentin sədr müav ini
Həsən bəy Ağayev, adətən, belə bir mə zmunda dərkənar qoyurdu: "Ərizə türkcə lisanda olmadığı iiçün əncamsız qalır".
İlk Azərbaycan Parlamentin in dilin in özünəməxsusluğunda bir məsələni xüsusilə qeyd etmək gərəkdir: dövlətin bu
ali orqanında yazılı dillə şifahi nitq arasında ciddi fərq olmuşdur. Bəzi istisnalar nəzərə alın mazsa, sənədlərin, təkliflərin d ili
ümu mi, bəlkə də, məcburi bir prinsipə əsaslanmış, şifahi nitqdə isə, bir qayda olaraq, sərbəstliyə imkan verilmişdir.
Azərbaycan Xalq Cü mhuriyyətinin Parla ment dilində çıxış etiketi də dil ba xımından maraqlıdır. İclas protokolla-
rında Parlament üzvlərin in aşağıdakı müraciət formalarına rast gəlinir: "Həzərat", "Möhtərəm parlament əzası",
"Əfəndilər", "Möhtərəm məbuslar", "Möhtərəm məclis üzvləri", "Möhtərəm Azərbaycan parlament əzası", "Möhtərəm
əzalar", "Möhtərəm parlament əzaları", "Möhtərəm məclis əzaları", "Möhtərəm parlament iizvləri".
Azərbaycan Cü mhuriyyəti Parla mentində iclasla rın gedişi və protokollardakı re marka ların dili xeyli sadə və bir ço x
cəhətdən indiki parla mentdəkindən a z fə rqlənirdi. Bununla belə, ö zünə mə xsusluqlar ço x idi.
İclasların gedişində, bəzi gərgin liklər nəzərə alın mazsa, dil etiketi yetərincə gözlənilirdi. Nəin ki təhqiredici, hətta
kobud, qəzəbli mürac iətlə r, hədələ r ölkənin ilk Parla mentin in ic laslarına yad olmuşdur.
Mətbuat. A zərbaycan mətbuatı tarixində 1918-20 illə r, bütün əvvəlki dövrlərə nisbətən, ən yüksək inkişaf
mə rhələsidir. Bu dövrün mətbuatı hə m keyfiyyət, hə m də kə miyyət ba xımından, milli mədəniyyətin mühüm tərkib h issəsi
kimi, A zərbaycan həyatının canlı salna məsinə çevrildi. İki il içə risində ölkədə 100-ə ya xın adda qəzet və jurnal ç ıxmışdır.
Cü mhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, hər şeydən əvvəl ideya-məzmun
zənginliyində idi.
1918-20 illər mətbuatını ideya istiqaməti ba xımından tə xminən aşağıdakı kimi q ruplaşdırmaq ola r: Azə rbaycan
Xalq Cü mhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cü mhuriyyət Höku mətinə mü xalifətdə olan bolşevik mətbuatı,
bolşevik mətbuatı ilə mü xalifətdə olan eser-menşevik mətbuatı, ermən ilərin Azərbaycana qarşı ərazi iddialarına haqq
qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı, ö zünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub
olmayan informat ik qə zetlə r, jurnallar. Lakin onların içə risində daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına
ma lik olanı Azə rbaycan Xalq Cü mhuriyyətinin ideyaların ı təbliğ edən və dəstəkləyən mətbuat idi.
Cü mhuriyyət Hö ku məti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan
mətbuat nümunələri təkcə A zərbaycan-türk d ilində deyil, rus, gürcü, ermən i, po lyak, fars, a lman və qeyri d illə rdə də nəşr
edilird i.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə "İstiqlal" (1918-20), "Azə rbaycan" (1918-20), "Övraqi-nə fisə" (1919),
"Müsəlmanlıq" (1917-19), "Qurtuluş" (1920), "Mədəniyyət" (1920), " Gənclər yurdu" (1918), "Şeypur" (1918-19), "Zənbur"
(1919) kimi milli istiqla l ideyalı mətbuat orqanları nəşr olun muşdur.
Azərbaycan Xalq Cü mhuriyyətinin bütün digər ictima i-siyasi quru mları kimi, onun dövri mətbuatı da b irdən-birə
yaranmamışdı. Hələ 19 əsrin 1-ci yarısında Azərbaycanda milli və ü mu mbəşəri idealların məfkurəçiləri və təbliğatçıları
olmuş Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli A xundzadə kimi yazıçı, mütəfəkkir və ictimai xad imlər tərəqqinin başlıca
yolunu, milli istiqlalın təntənəsini dövri mətbuat nəşr etməkdə, mənəvi və ə xlaqi qurumları inkişaf etdirməkdə görürdülə r.
Bu yolun davamçısı olan Həsən bəy