148
mizin müdiri sifətilə ifaya məşğul ikən, vətən övladlarının xahiş və əmrinə müti olaraq, cahan sülh konfransına gön-
dərilməklə öhdəmə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü.
Bu böyük xidməti möhtərəm arkadaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə, qəzetə
ida-rəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı
olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və
səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim".
Azərbaycan Xa lq Cü mhuriyyəti Höku mətin in qərar, sərənca m, fə rman və digər normativ sənədlərinin xüsusi
nəşrlərdə verilməsi "Azərbaycan" qəzetinin səhifə lərində daha çox nə zəri məqalə lərin, A zərbaycana, hə mçin in dünya və
region ölkələrinə aid geniş xəbərlərin, o xucuları maraq landıran başqa yazıların dərc edilməsinə şərait yarad ırd ı.
Öz işini 1918 il noyabrın 16-da yenidən bərpa edən Azərbaycan Milli Şurasının, xüsusilə onun Azərbaycan
Parlamentinin çağırılması sahəsindəki fəaliyyəti "Azərbaycan" qəzetinin səhifələrində geniş işıqlandırılırd ı. Qəzetdə Milli
Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin Parlamentin çağırılması ilə əlaqədar noyabrın 19-da "Bütün Azərbaycan
əhalisinə müraciət‖i, Şurada gedən müzakirələrin materialları və qəbul o lunmuş qərar da dərc edilmişdi.
Azərbaycan Xalq Cü mhuriyyəti Parla menti 1918 il de kabrın 7-də işə başladıqdan sonra qəzet onun fəaliyyətini
geniş işıqlandırmış, Parlamentin mühü m iclaslarından stenoqrafik hesabatları "Azərbaycan Məclisi-Məbusanında"
rubrikası altında dərc etmişdir. Bundan başqa, qəzetdə "Rəsmi xəbərlər", "Teleqraf xəbərləri", "Rusiyada",
Ermənistanda", "Gürc üstanda", "Türkiyədə", "İrəvan müsəlmanlarının halı", "Teatr və musiqi" və digər daimi
rubrikala r da var idi.
"Azərbaycan" qəzetinin səhifələrində Məhəmməd Əmin Rəsulzadə, Üzey ir bəy Hacıbəyli, Xəlil İbrahim, Fərhad
Ağazadə, Hacı İbrahim Qasımov, Məhəmməd ağa Şahtaxtlı, Adil xan Ziyadxanov, Əlabbas Müznib, Şəfiqə Əfəndizadə,
İstanbulda təhsil alan Əmin Abid və b.-nın Azərbaycanın tarixinə, mədəniyyətinə, maarifinə, siyasi vəziyyətinə və s. aid
silsilə məqalə ləri dərc o lunurdu. Qə zetin səhifə lərində Məhə mməd Hadi, Əhməd Cavad və b. şairlərin şeirlə rinə də geniş
yer verilirdi.
Qəzetdə erməni-daşnak qulduru Andronikin Zəngəzu r, Na xç ıvan və Qarabağda Azərbaycan xalq ına qarşı törətdiyi
soyqırımı, vəhşiliklər, Ermən istan Respublikası ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv
edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlu mat lar dərc edilmişdi.
1919 ilin may ında Azərbaycanın istiqlaliyyətinin elan olun masının birinci ildönümü, həmçinin 1920 il yanvarın 11-
də Paris sülh konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyin in de-fak to tanınması münasibətilə
"Azərbaycan" qəzetində çoxlu təbriklə r, məqa lələ r və s. materia lla r dərc o lunmuşdu.
"Azərbaycan" qəzeti 1918-20 illə r ərzindəki saylarında Azə rbaycanın dövlət, ictima i-siyasi, iqtisadi və mədəni
həyatını geniş əks etdirmişdir. Azə rbaycan Xa lq Cü mhuriyyəti tarixinin öyrənilməsində "Azərbaycan" qəzetində dərc
olunmuş materialların, ilk mənbə kimi əhəmiyyəti böyükdür.
"Azərbaycan" qəzeti o za man ö z istiqla lına qovuşmuş Azərbaycan xa lqının milli oyanışında ço x mühüm ro l
oynamışdır.
Əd.: Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001.
AZƏRBAYCAN CÜMHURĠYYƏTĠ HÖKUMƏ TĠNĠN XƏBƏRLƏRĠ" - qəzet, A zərbaycan Xalq Cü mhu-
riyyəti Hö ku mətin in rəsmi orqanı. "Azə rbaycan Cümhuriyyəti Höku mət inin xəbərlə ri"nin nəşrinə başlamaq haqqında qərar
1918 il iyulun 3-də qəbul edilmişdir. "Xəbərlə r"in avadanlıqla tə minatı ə rzaq na zirliy inə, nəşri Xa lq Maarifi Nazirliyinə
həvalə edilmişdi. İlk nö mrəsi 1919 il yanvarın 25-də ç ıxmışdır. 1919 il iyulun 19-dan həftədə bir, 1920 il yanvarın 1-dən isə
həftədə iki nömrəsi A zərbaycan və rus dillərində bura xılırdı. "Xəbərlər"də, əsasən, Höku mətin qərarları, nazirliklə rin
sərəncam, ə mr və təlimatla rı, ayrı-ayrı şə xslərin vəzifəyə təyin və ya azad edilmə ləri barədə mə lu matla r, e lanlar və s. dərc
edilird i.
"AZƏRBAYCAN CÜMHURĠYYƏTĠ HÖKUMƏ TĠNĠN QANUN VƏ BĠNAGÜZARLIQLARI MƏC-
MUƏS Ġ" - Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku mətinin qanunvericilik və binagüzarlıq sənədlərinin dərc olunduğu toplu.
"Məcmuə"ni nəşr et mək üçün Azə rbaycan Höku mət inin 1919 il iyunun 25-də qəbul etdiyi qərarla "Azərbaycan
Cü mhuriyyəti Hö ku mətinin xəbərləri" nəşriyyatı yanında xüsusi şöbə yaradılmışdı. Həmin şöbə "Metropol" meh man-
xanasında (indiki Nizami adına A zərbaycan Ədəbiyyatı Muzey i) yerləşdirilmişdi.
Azərbaycan Xa lq Cü mhuriyyəti dövründə "Məcmuə"-nin A zərbaycan və rus dillə ridə ayrı-ayrılıqda 4 nö mrəsi nəşr
olunmuşdur. "Məcmuə"nin ilk nömrəsi 1919 il noyabrın 15-də, son nömrəsi isə 1920 il yanvarın 1-də buraxılmışdır. Buraya
Azərbaycan Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti Höku məti tərə findən 1918 il may ın 28-dən həmin ilin oktyabrın
31 -nə qədər qəbul olunmuş 298 qanunvericilik və binagüza rlıq sənədi da xil edilmişdir.
AZƏRBAYCAN, DAĞIS TAN VƏ ZAKASPĠ HƏMKARLAR ĠTTĠFAQLARININ QURULTAYI - 1919 il
aprelin 7-15-də Bakıda keç irilmişdir. Quru ltay bolşeviklərin təsiri alt ında olan Azərbaycan həmkarlar ittifaqlarının
təşəbbüsü ilə çağırılmışdır. Qu rultayda Ba kı, Gəncə, Tiflis, Port -Petrovsk, Dərbənd, Krasnovodsk və Qızıl Arvaddan olan
30 hə mkarlar ittifaqından 146 nü mayəndə iştirak edirdi. Qurultayda İ.Anaşkin hə mkarlar ittifaqla rının və zifələ ri haqqında
mə ruzə etdi. Bütün məsələ lər ü zrə bolşeviklərin təklif etdiyi qətnamə lər qəbul edildi. Quru ltayın bolşevik fra ksiyası bitərəf
nümayəndələrin əksəriyyətini öz tərəfinə çəkərək həmkarlar ittifaqları hərəkatında ko mmunist partiyası proqramının qəbul
edilməsinə nail o ldu. Azə rbaycan