144
Müharibə illərində İran ərazisi, o cü mlədən ölkən in şimal-qərb ini əhatə edən Azərbaycan (Cənubi Azərbaycan)
torpaqları da xarici dövlətlərin hərb i əməliyyat meydanına çevrilmişdi. İran irticası və yadelli işğalçıların ağalığı xalqın
onsuz da ağ ır olan vəziyyətini daha da ağırlaşdırmış, ö lkə daxilindəki ziddiyyətləri son həddə çatdırmışdı. Rusiyada 1917 il
Fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrilsə də, rus qoşunları hələ də Cənubi A zərbaycanı işğal altında saxlay ırd ılar.
Şahlıq rejiminə və xarici işğalçılara qarşı bütün İranı bürüyən xalq hərəkatı - konstitusiyalı quruluş və demokratik
dəyişikliklə r uğranda mübarizə, ço x çə kmədən,Cənubi Azərbaycanda milli azad lıq hə rəkatı xa rakteri almağa başladı.
Rusiyada baş verən hadisələr, Azərbaycanın şimalında azad lıq hərəkatın ın qələbəsi, milli dövlətçilik ənənələrinin
dirçəlişi və Azərbaycan Xalq Cü mhuriyyətinin həyata keçirdiyi islahatlar ölkənin cənubunda milli azadlıq hərəkatını daha da
qüvvətləndirdi. Cənubi A zərbaycanda milli azadlıq hərəkatına 1905-11 illər İran inqilabının fəal iştirakçısı olan Şey x
Məhəmməd Xiyabani (1879-1920) rəhbərlik edirdi.
Xiyabaninin başçılıq etdiyi azad lıq mücah idləri daxili irticaya və yadelli işğalçılara qarşı mübarizə aparmaqla bə-
rabər, ölkə miqyasında yeniləşmə - de mokratik dəyişikliklə r aparılmasına da tələb edir, bütün İranda xalq inqilabının
qələbəsinə, şahlıq re jimin in a radan qaldırılmasına və respublika tipli de mokratik dövlət yaradılmasına çalışır, yeni
yaradılacaq demokratik İran dövlətinin tərkibində Cənubi A zərbaycana mu xtariyyət verilməsi uğrunda mübarizə ed ird ilər.
Cənubi Azərbaycan əhalisinin vahid cəbhə halında azadlıq mücadiləsinə qalxmasında Azərbaycan Demo krat Firqəsi (ADF)
mühüm rol oynayırdı. ADF-nin Mərkəzi Ko mitəsinə Şey x Məhəmməd Xiyabani rəhbərlik edirdi.
Xiyabaninin göstərişi ilə hərəkət edən demokratlar Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncan və b. Azərbaycan
şəhərlərində əhalini mitinqlərə qald ırır, ingilispərəst İran hökumətinin istefasını və ö lkədə demokratik islahatlar
keçirilməsin i tələb edird ilər. Milli azadlıq hərəkatının genişlən məkdə olduğu bir şəraitdə - 1918 ilin əvvəllərində rus
qoşunları Cənubi A zərbaycandan çıxarıldı. Bundan istifadə edən İngiltərə ö z hərb i qüvvələrini Cənubi Azərbaycanda
yerləşdirməyə başladı. İngilislər Bakı neft inə can atırdılar. İngiltə rə höku məti, ə lavə ola raq, genera l Denstervilin başçılığı
ilə İrana yeni hərb i qüvvələr də göndərdi. Genera l Denstervilə Ənzə lini, Rəşti və Bakını ə lə keç irmək barədə göstəriş
verilmişdi.
İngilislərin, guya "türk təhlükəsini" "qabaqlamaq" məqsədilə, Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd
rayonların ı ələ keçirmələri və bununla bütün İranı nəzarət altına almaları ö lkədə narazılığ ı daha da artırd ı. Cənubi
Azərbaycanda milli a zadlıq hərə katını daha da gücləndirdi.
Belə bir şəraitdə keçmiş rus zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi A nadoluda və Şimali
Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanın Türkiyə ilə sərhəd bölgələrində də Azərbaycan türklərinə qarşı
soyqırımına başladılar. Fransız zabitləri və Amerika missionerləri tərəfindən qızışdırılan aysorlar və kürdlər də
Azərbaycan xalqına qarşı törədilən bu qanlı qırğında fəal iştirak edirdilər. Yaranmış ağır vəziyyətdə qardaş Türkiyənin
hərbi qüvvələri Cənubi Azərbaycan türklərinin köməyinə çatdı. 1918 ilin martından başlayaraq Maku, Urmiya və
Salması işğalçılardan və erməni-aysor-kürd quldurlarından təmizləyən türk hərbi hissələri Təbrizə daxil oldular.
Beləliklə, Cənubi Azərbaycan ərazisində də azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının qarşısı alındı
Lakin Tü rkiyə üçün yaranmış çox ağır beynəlxalq şəraitdə türk hərbi qüvvələri 1918 ilin noyabrında Cənubi
Azərbaycanı tərk et mə li oldula r. Bundan istifadə edən ingilislər Təbriz də da xil o lmaqla , bütün Cənubi Azə rbaycanı işğal
etdilər. Belə liklə, İran əra zisi ta ma milə ingilislərin nə zarəti a ltına keçdi. Bununla, bölgədə ermənilərin də mövqeyi
möhkəmləndi. Beləliklə, A zərbaycan türklərinin başı üstünü yenidən soyqırımı təhlükəsi aldı. Xalqını birləşərək, ö zünü
müdafiə et mə kdən başqa çıxış yolu qalma mışdı.
Yaran mış bu ağır şəraitdə 1919 il avqustun 9-da işğalçıların təzy iqi altında İran la İngiltərə arasında saziş bağlandı.
Sazişin şərtlərinə əsasən İran İngiltərədən asılı dövlətə çevrilirdi. Odur ki, 9 avqust sazişi xalq hərəkatın ı daha da
alovlandırdı. Bütün İran, o cü mlədən Cənubi A zərbaycan bu alçald ıcı sazişə qarşı ayağa qalxd ı. Cənubi A zərbaycanın hər
yerində izd iha mlı mitinqlə r və nümay işlər başlandı. 1919 ilin oktyabrında üsyana qalxan Təbriz mücahid ləri İran valisini
şəhərdən qovdular. Bundan çox keçməmiş, Təbriz əhalisinin tələbi ilə ingilis hərbi h issələri də şəhərdən çıxarıldı.
Milli azadlıq hərəkatı getdikcə daha ardıcıl xarakter aldı və özünün həlledici mərhələsinə daxil oldu. 1920 il
aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlandı. Bütün Təbriz əhalisi üsyançıların
müdafiəsinə qalxdı. Üsyanı yatırtmaq üçün mərkəzdən göndərilmiş polis dəstələri buna cəsarət göstərməyərək, şəhəri tərk
etdilər. Xalqın misli görünməmiş fəallığı nəticəsində 1920 il 7 Aprel üsyanı qan tök ülmədən qalib gəldi. Üsyanın qalib
gəldiyi 7 Aprel günü xalq qarşısında çıxış edən Şeyx Məhəmməd Xiyabani həmin gündən etibarən Azərbaycanın adının
dəyişdirilərək "Azadıstan" ("Azadıstan məmləkəti", "Azadlıq ölk əsi") adlandırılacağını bəyan etdi.
Təbriz üsyançıları dərhal ə mə li fəaliyyətə başladılar. Mərkə zdən göndərilmiş dövlət mə mu rla rı və hərbi qulluq-
çular vəzifələrindən kənar edildilər. Bütün dövlət idarəçiliyi ADF fəalların ın əlinə keçdi. Beləliklə, bütün İran ərazisində
demokratik dəyişikliklər və yeniləş mə uğranda başlanmış hərəkat, nəticə etibarilə , milli a zadlıq hərəkat ına çevrild i.
Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin dirçəldilməsinə başlandı. Xalq a zadlığa can atır, özünün müstəqil, milli
dövlətini yaratmaq istəyirdi.
Təbrizdə silah lı üsyan qələbə çaldıqdan sonra Xoy, Ərdəbil, Astara, Marağa, Əhər və Zəncanda da üsyanlar baş