[]



Yüklə 6,32 Mb.

səhifə76/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
1   ...   72   73   74   75   76   77   78   79   ...   282

144 

 

Müharibə  illərində  İran  ərazisi,  o  cü mlədən  ölkən in  şimal-qərb ini  əhatə  edən  Azərbaycan  (Cənubi  Azərbaycan) 



torpaqları  da  xarici  dövlətlərin  hərb i  əməliyyat  meydanına  çevrilmişdi.  İran  irticası  və  yadelli  işğalçıların   ağalığı  xalqın  

onsuz da ağ ır olan vəziyyətini daha da ağırlaşdırmış, ö lkə daxilindəki ziddiyyətləri son həddə çatdırmışdı. Rusiyada 1917 il 

Fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrilsə də, rus qoşunları hələ də Cənubi A zərbaycanı işğal altında saxlay ırd ılar. 

Şahlıq  rejiminə  və  xarici  işğalçılara  qarşı  bütün  İranı  bürüyən  xalq  hərəkatı  -  konstitusiyalı  quruluş  və  demokratik 

dəyişikliklə r uğranda mübarizə, ço x çə kmədən,Cənubi Azərbaycanda milli azad lıq hə rəkatı xa rakteri almağa başladı. 

Rusiyada baş verən hadisələr, Azərbaycanın şimalında azad lıq hərəkatın ın qələbəsi,  milli dövlətçilik ənənələrinin  

dirçəlişi və Azərbaycan Xalq Cü mhuriyyətinin həyata keçirdiyi islahatlar ölkənin cənubunda milli azadlıq  hərəkatını daha da 

qüvvətləndirdi.  Cənubi  A zərbaycanda  milli  azadlıq  hərəkatına  1905-11  illər  İran  inqilabının  fəal  iştirakçısı  olan  Şey x 

Məhəmməd Xiyabani (1879-1920) rəhbərlik edirdi. 

Xiyabaninin başçılıq etdiyi azad lıq  mücah idləri daxili  irticaya və yadelli işğalçılara qarşı  mübarizə aparmaqla bə-

rabər,  ölkə  miqyasında  yeniləşmə  -  de mokratik  dəyişikliklə r  aparılmasına  da  tələb  edir,  bütün  İranda  xalq  inqilabının  

qələbəsinə,  şahlıq  re jimin in  a radan  qaldırılmasına  və  respublika  tipli  de mokratik  dövlət  yaradılmasına  çalışır,  yeni 

yaradılacaq demokratik  İran dövlətinin  tərkibində  Cənubi A zərbaycana  mu xtariyyət verilməsi uğrunda  mübarizə ed ird ilər. 

Cənubi Azərbaycan əhalisinin vahid cəbhə halında azadlıq  mücadiləsinə qalxmasında Azərbaycan Demo krat Firqəsi (ADF) 

mühüm rol oynayırdı. ADF-nin Mərkəzi Ko mitəsinə Şey x Məhəmməd Xiyabani rəhbərlik edirdi. 

Xiyabaninin  göstərişi ilə hərəkət edən demokratlar Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncan və b. Azərbaycan 

şəhərlərində  əhalini  mitinqlərə  qald ırır,  ingilispərəst  İran  hökumətinin  istefasını  və  ö lkədə  demokratik  islahatlar 

keçirilməsin i  tələb   edird ilər.  Milli  azadlıq  hərəkatının  genişlən məkdə  olduğu  bir  şəraitdə  -  1918  ilin  əvvəllərində  rus 

qoşunları  Cənubi  A zərbaycandan  çıxarıldı.  Bundan  istifadə  edən  İngiltərə  ö z  hərb i  qüvvələrini  Cənubi  Azərbaycanda 

yerləşdirməyə başladı. İngilislər  Bakı neft inə can atırdılar.  İngiltə rə höku məti, ə lavə ola raq, genera l  Denstervilin  başçılığı 

ilə   İrana  yeni  hərb i  qüvvələr  də  göndərdi.  Genera l  Denstervilə   Ənzə lini,  Rəşti  və   Bakını  ə lə   keç irmək  barədə  göstəriş 

verilmişdi. 

İngilislərin,  guya  "türk  təhlükəsini"  "qabaqlamaq"  məqsədilə,  Cənubi  Azərbaycanın  Türkiyə  ilə  həmsərhəd 

rayonların ı  ələ  keçirmələri  və  bununla  bütün  İranı  nəzarət  altına  almaları  ö lkədə  narazılığ ı  daha  da  artırd ı.  Cənubi 

Azərbaycanda milli a zadlıq hərə katını daha da gücləndirdi. 

Belə bir şəraitdə keçmiş rus  zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi A nadoluda və Şimali 

Azərbaycanda  olduğu  kimi,  Cənubi  Azərbaycanın  Türkiyə  ilə  sərhəd  bölgələrində  də  Azərbaycan  türklərinə  qarşı 

soyqırımına  başladılar.  Fransız  zabitləri  və  Amerika  missionerləri  tərəfindən  qızışdırılan  aysorlar  və  kürdlər  də 

Azərbaycan xalqına qarşı törədilən bu qanlı qırğında fəal iştirak edirdilər. Yaranmış ağır vəziyyətdə qardaş Türkiyənin 

hərbi  qüvvələri  Cənubi  Azərbaycan  türklərinin  köməyinə  çatdı.  1918  ilin  martından  başlayaraq  Maku,  Urmiya  və  

Salması  işğalçılardan  və  erməni-aysor-kürd   quldurlarından  təmizləyən  türk  hərbi  hissələri  Təbrizə  daxil  oldular. 

Beləliklə, Cənubi Azərbaycan ərazisində də azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının qarşısı alındı 

Lakin  Tü rkiyə  üçün  yaranmış  çox  ağır  beynəlxalq  şəraitdə  türk  hərbi  qüvvələri  1918  ilin  noyabrında  Cənubi 

Azərbaycanı tərk et mə li oldula r.  Bundan istifadə edən  ingilislər Təbriz də da xil o lmaqla , bütün Cənubi Azə rbaycanı işğal 

etdilər.  Belə liklə,  İran  əra zisi  ta ma milə  ingilislərin  nə zarəti  a ltına  keçdi.  Bununla,  bölgədə  ermənilərin  də  mövqeyi 

möhkəmləndi.  Beləliklə,  A zərbaycan  türklərinin  başı  üstünü  yenidən soyqırımı  təhlükəsi  aldı.  Xalqını  birləşərək,  ö zünü 

müdafiə et mə kdən başqa çıxış yolu qalma mışdı. 

Yaran mış bu ağır şəraitdə 1919 il avqustun 9-da işğalçıların təzy iqi altında İran la İngiltərə arasında saziş bağlandı. 

Sazişin  şərtlərinə  əsasən  İran  İngiltərədən  asılı  dövlətə  çevrilirdi.  Odur  ki,  9  avqust  sazişi  xalq  hərəkatın ı  daha  da 

alovlandırdı.  Bütün İran, o cü mlədən Cənubi A zərbaycan bu alçald ıcı sazişə qarşı ayağa qalxd ı. Cənubi A zərbaycanın hər 

yerində izd iha mlı  mitinqlə r və  nümay işlər başlandı.  1919 ilin oktyabrında üsyana qalxan  Təbriz  mücahid ləri  İran  valisini 

şəhərdən qovdular. Bundan çox keçməmiş, Təbriz əhalisinin tələbi ilə ingilis hərbi h issələri də şəhərdən çıxarıldı. 

Milli  azadlıq  hərəkatı  getdikcə  daha  ardıcıl  xarakter  aldı  və  özünün  həlledici  mərhələsinə  daxil  oldu.  1920  il 

aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlandı. Bütün Təbriz əhalisi üsyançıların 

müdafiəsinə qalxdı. Üsyanı yatırtmaq üçün mərkəzdən göndərilmiş polis dəstələri buna cəsarət göstərməyərək, şəhəri tərk 

etdilər.  Xalqın  misli  görünməmiş  fəallığı  nəticəsində  1920  il  7  Aprel  üsyanı  qan  tök ülmədən  qalib  gəldi.  Üsyanın  qalib 

gəldiyi  7  Aprel  günü  xalq  qarşısında  çıxış  edən  Şeyx  Məhəmməd  Xiyabani  həmin  gündən  etibarən  Azərbaycanın  adının 

dəyişdirilərək  "Azadıstan" ("Azadıstan məmləkəti", "Azadlıq ölk əsi") adlandırılacağını bəyan etdi. 

Təbriz  üsyançıları  dərhal  ə mə li  fəaliyyətə  başladılar.  Mərkə zdən  göndərilmiş  dövlət  mə mu rla rı  və  hərbi  qulluq-

çular vəzifələrindən kənar edildilər.  Bütün dövlət idarəçiliyi ADF fəalların ın əlinə  keçdi.  Beləliklə, bütün İran  ərazisində 

demokratik  dəyişikliklər  və  yeniləş mə  uğranda  başlanmış  hərəkat,  nəticə   etibarilə ,  milli  a zadlıq  hərəkat ına  çevrild i. 

Azərbaycanın  müstəqil  dövlətçilik  ənənələrinin   dirçəldilməsinə   başlandı.  Xalq   a zadlığa  can  atır,  özünün  müstəqil,  milli 

dövlətini yaratmaq istəyirdi. 

Təbrizdə silah lı üsyan qələbə çaldıqdan sonra Xoy, Ərdəbil, Astara, Marağa, Əhər və Zəncanda da üsyanlar baş 

 

 






Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   282


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə