[]



Yüklə 6,32 Mb.

səhifə78/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
1   ...   74   75   76   77   78   79   80   81   ...   282

146 

 

Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. 



Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir''. 

Cənubi A zərbaycanda milli a zadlıq hərəkat ı dərinləş məkdə  idi. Azə rbaycan xa lqı, ölkənin  şimalında olduğu kimi, 

cənubunda  da,  faktiki  olaraq,  özünün  respublika  tipli  demokratik  dövlətini  yaratmağa  başlamışdı.  Azadıstan  məmlə kətinin  

uğurları bütün İranı hərəkətə gətirmişdi. Lərzəyə düşən şahlıq rejimi, həmçinin İranı öz asılılığında saxlamağa çalışan və Bakı 

neftinə  can  atan  ingilislər  real  təhlükə  qarşısında  qalmışdılar.  Odur  ki,  İran  irticası  və  ona  yaxından  kömə k  edən  ingilislər 

Tehranda  Milli  Höku mətə  qarşı  qəsd  hazırla mağa  başlamışdılar.  Tehran  rejimi  bir  tərəfdən,  Milli  Höku mətin  başını 

qarışdırmaq  üçün  Ş.M.Xiyabani  ilə  danışıqlar  aparır,  mü xtəlif  vədlər  verir,  digər  tərəfdən  isə  Təbrizə  hücum  planı 

hazırlayırdı.  Bütün  hazırlıq  işləri  başa  çatdırıldıqdan  sonra  1920  il  sentyabrın  12-də  təpədən  dırnağadək  silahlanmış  irtica 

qüvvələri Təbrizə hücum etdilər. Təbriz üsyançıları  iki gün ərzində qəhrəmancasına  müqavimət göstərdilər. Lakin sayca çox 

olan və yaxşı silahlanmış niza mi höku mət qüvvələri üstünlüyü ələ ala  bildi. Sentyabrın  14-də Xiyabani öldürüldü və üsyan 

qan  içində  boğuldu.  Beləliklə,  Azərbaycan  xalqın ın  istiqlal  mübarizəsinin  daha  bir  parlaq  səhifəsi  tarixə  qovuşdu.  Şimali 

Azərbaycanda  Sovet  Rusiyasının  qanlı  bolşevik  rejimi  Azərbaycan  Xalq  Cümhuriyyətinin  varlığına  son  qoyduğu  kimi, 

Cənubi Azərbaycanda da İranın irticaçı şahlıq rejimi Azadıstan məmləkətini qan içində boğdu. Vaxtilə Güliistanda və 

Türkmənçayda Azərbaycanı öz aralarında iki yerə parçalamış qüvvələr onun azadlığa çıxmasına yol vermədilər. Yenə də 

Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın tərkibində qaldı. 

 

Əd.: Həbibov Ə., Cənubi Azərbaycanda azadlıq hərəkatı, B., 1988; Tağıyeva Ş.Ə., 1920-ci il Təbriz üsyanı, B., 1990. 

 

AZADLIQ  ÖLKƏSĠ  –  A zərbaycanın  cənubunda şahlıq  rejiminə  qarşı  Şey x  Məhəmməd  Xiyabaninin  başçılığ ı 

altında milli azadlıq hərəkatı nəticəsində yaradılmış respublika tipli demokratik dövlət qurumu, Milli Hö ku mət (1920, aprel - 

sentyabr) (ba x Azadıstan).  

 

 

 

 

 

 

 

 

"AZƏRBAYCAN"  -  qəzet,  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətinin  orqanı.  Gəncədə,  sonralar  isə  Bakıda 

Azərbaycan  və  rus  dillə rində  nəşr  olunmuşdur.  4  nömrəsi  Gəncədə,  sonrakı  nömrə ləri  isə  Bakıda  ç ıxmışdır.  Qə zetin  ilk 

nömrəsi  1918  il  sentyabrın  15-də  Gəncə  qubernatorunun  mətbəəsində  çap  edilmişdir.  Dörd   səhifədən  ibarət  olan   bu 

nömrənin   iki  səhifəsi  A zərbaycan,  iki  səhifəsi  isə  rus  dilində  buraxılmışdır.  Gəncədə  buraxılan  axırıncı  (dördüncü) 

nömrənin   üç  səhifəsi  rus,  bir  səhifəsi  isə  Azərbaycan  dilində  id i.  Qəzetin   Gəncədə  Azərbaycan  dilində  buraxılmış 

səhifələrinin başında qəzet in adı ilə  yanaşı "Türk və islamçılığa aid məqalələrə "Azərbaycan"ın səhifələri açıqdır" yazısı 

da verilmişdir. Qəzetin b irinci nö mrəsində "Heyəti-təhriyyə" ("Redaksiya heyəti") imzası ilə böyük bir yazı verilmişdir. Bu  

nömrədə  Bakının  azad  edilməsi  ilə  bağlı  xəbərlər  daha  çox  d iqqəti  cəlb  edir:  " Dünən  gecə  Azərbaycan  Cümhuriyyəti 

Höku məti  ad ına  Qafqaz  İslam  Ordusunun  komandanı  Nuru  paşa  həzrətləri  tərəfindən  belə  bir  teleqram  gəlmişdir: 

"Bismillahir  rəhmanir  rəhim!  Bakı  şəhəri  15.09.18,  saat  9-a  işləmiş  igid  ordu  hissələrimiz  tərəfindən  zəbt  olundu. 

Qafqaz, İslam Ordusunun komandanı Fərrux Nuri". 

"Azərbaycan" qəzetinin  hə min  nö mrəsində  Azərbaycan  Cü mhuriyyəti  Höku mət inin  sədri  F.x.Xoyskin in  adından 

Nuru paşaya cavab teleqramı da derc olun muşdur:  "Qafqaz  İslam  Ordusunun komandanı Səadətli Nuru paşa həzrətlərinə. 

Təhtik omandanızda  olan  cəsur  türk   əsgərlərimiz  tərəfindən  Azərbaycanın  paytaxtı  olan  Bak ının  düşmənlərdən  xilas 

edilməsi  münasibətilə  millətin  zati-həmiyyət-pərvəranələrinə  və  dünyanın  ən nəcib  əsgəri  olan  türk   oğullarına  minnətdar 

olduğumu ərz etməklə iftixar edirəm, əfəndim. Heyəti-vükəla rəisi Fətəli xan



. 

Qəzet in  yu xarıda  göstərilən  nömrəsində  Məhəmməd  Hadin in  türk  əsgərinin  şücaətini  vəsf  edən  "Türk  nəğməsi"  

şeri də dərc olun muşdu: 

 

Türkün tökülən qanları bihudə gedərmi?  

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? 

 Dörd ildə verilmiş bu qədər can hədər olmaz,  

Məfkurə yolunda tökülən qan hədər olmaz 

 

 

 




147 

 

Qiymətli olan xuni-şəhidan hədər olmaz,  



Dul qalmış köhəni-nisvan hədər olmaz. 

 Bax sən sonuna, hümməti-türkan hədər olmaz,  

Bədbəxt olan əfqani-yetiman hədər olmaz.  

Türkün tökülən qanları bihudə gedərmi? 

 Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? 

 

"Azərbaycan" qəzetinin Bakıda Azərbaycan dilində nəşr olunmuş beşinci nömrəsi 1918 il oktyabrın 3-də, rus dilində  



isə oktyabrın  7-də bura xılmışdır.  Bu nö mrədən etibarən qə zetin  adı  altında  "Gündəlik  siyasi, ictimai,  ədəbi,  iqtisadi  türk 

qəzetəsidir"  sözləri  ya zılmağa  başlamışdır.  Qəzet  Azərbaycan  dilində  çıxan  a ltıncı  nö mrəsindən,  rus  dilində  isə  beşinci 

nömrəsindən "mühərrirləri:  Ceyhun bəy Hacıbəyli və Şəfi bəy  Rüstəmbəyli"  imzaları  ilə buraxılmışdır.  Həmin il noyabrın 

28-dən isə Azərbaycan dilində olan nömrə lər  Ceyhun bəy Hacıbəylinin, rus dilində olan nömrə lər Şə fi bəy Rüstəmbəylinin  

redaktorluğu ilə nəşr edilmişdir. 

1918

 

il dekabrın  31-nə qədər "Azərbaycan" qəzetinin  Azərbaycan dilində 75 nömrəsi, rus dilində  isə  70 nö mrəsi 



işıq üzü görmüşdü. 

1919


 

il  yanvarın  16-da  bura xılmış  89-cu  nömrəsindən  etibarən  "Azərbaycan"  qəzetini  Üzeyir  bəy  Hac ıbəyli  im-

zalamışdır.  Həmin  il  iyulun  4-də  çapdan  çıxmış  216-cı  nömrəsindən  qəzetə  "müvəqqəti  müdir  Xəlil  İb rahim"  rəhbərlik 

etmişdir.  1919  il  sentyabrın  3-dən  1920  il  aprelin  28-nə  kimi  Üzeyir  bəy  Hacıbəyli  yenidən  qəzetin  redaktoru  olmuşdur. 

"Azərbaycan" qəzetinin 1918 il sentyabrın 15-dən1919 il de kabrın  31-nə  qədər 358 nö mrəsi, 1920 il yanvarın  1-dən apre lin  

28-nə qədər isə 85 nö mrəsi çap olun muşdur. Bütövlükdə 1918-20 illər a rasında qəzetin cə mi 443 nö mrəsi çıxmışd ır. 

"Azərbaycan"  qəzetinin  sentyabrın  19-da  rus  dilində  çapdan  çıxmış   ikinci  nö mrəsində  Şə fi  bəy  Rüstəmbəyli 

"Düşünmək  vaxtıdır"  məqaləsində  "Daşnaksutyun"  partiyasının  şovinist  siyas ətini  tənqid  edərək  yazırdı:  " Bizim  üçün 

vacibdir ki, e rməni xa lq ı nəhayət "Daşnaksutyun" partiyasının siyasi avantürasının məhvə məhku mluğunu başa düşsün, hələ 

nə qədər ki gec deyil, ondan üz döndərsin, öz qonşuları  ilə sə mimi və  mehriban yaşamaq yoluna qədəm qoysun. Başqa yol 

onlar üçün daim fəlakətli olacaqdır". 

Qəzet in  Gəncədə  çıxmış   dördüncü  nömrəsinin  A zərbaycan  dilindəki  səhifəsində  Abid  imza lı  müə llifin  " Ye rin i 

bulmuş arzular" başlıqlı geniş məqaləsi verilmişdir. Məqalədə 19 əsrin əvvəllərində Şimali A zərbaycan xanlıqların ın Rusiya 

tərəfindən  işğal edildiy i dövrdən başlayaraq,  xalq ın başına aç ılmış  müsibətlə rdən, A zərbaycan  xa lqın ın yadelli  işğalçılara  

qarşı azadlıq mübarizəsindən və nəticədə öz istiqlalına nail olmasından bəhs olunurdu. 

Paris sülh konfransında (1919-20) iştirak etmək üçün Azərbaycan Xalq  Cü mhuriyyəti nü mayəndə heyətinin tər-

kibinə  müşavir  kimi "Azərbaycan" qəzetinin redaktoru Ceyhun bəy Hacıbəyli də da xil edilmişdi.  Qəzet in 1919  il 9 yanvar 

tarixli  83-cü nö mrəsində Ceyhun bəy Hacıbəyli o xuculara   mürac iətində ya zırdı:  "Vətən və  millət yolunda əlimdən gələn 

xidməti və öhdəmə düşən vəzifəmi qəzeti- 

 





Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   282


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə