[]



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə300/319
tarix14.04.2018
ölçüsü7,1 Mb.
#38318
1   ...   296   297   298   299   300   301   302   303   ...   319

446 

 

dəmir  yol  idarəsi,  su  və  Ģose  yolları  idarəsi  da xil  idi.  Ba kı  Dən izçilik  Mə ktəbi,  A zərbaycan  dəmir  yolunun 



mühafızəsi idarəsi və Bib iheybət buxtasının torpaqla doldurulması idarəsi də nazirliy in tabeliy ində idi. 

Azərbaycanın  müstəqilliyi  elan  ed ild ikdən  sonra  Gən-cədə  A zərbaycan  Də mir  Yo lu  Ġdarəsi  ya radıldı.  Ġdarənin  

Ģtatları milli mənsubiyyətindən asılı olmayaraq, keçmiĢ Zaqafqaziya dəmir yolu iĢçilərinin hesabına komplektləĢdirilird i. Bu  

dövrdə ölkədə yaran mıĢ anarxiya, xüsusilə Türkiyə ilə müharibə cəbhəsindən qayıdan Rusiya hərbi hissələri ilə baĢ vermiĢ 

münaqiĢə  nəticəsində  dəmir  yol  stansiyalarının  yandırılması,  texniki  avadanlıq ların  dağıdılması,  dəmir  yol  teleqraf  və 

telefon  xətlərinin,  c ihazlarının  zədələn məsi  və  dağıdılması,  bu xar  qazan larının,  armaturla rın ın  oğurlanması,  e le ktrik  iĢığı 

vermə k üçün la zım olan d ina mo  maĢ mla rın ın, onla rın avadanlıq larının oğurlan ması və s. iĢi çətinləĢdirird i.  Ya lnız Tiflis -

Gəncə Ģəhərləri arasında sərniĢin qatarları iĢləy irdi.  Yü k qatarları  iĢlə mir,  Gəncədən Kürdəmirədək ə razi cəbhə  xətti hesab 

edilird i. Kürdəmirdən Bakıya qədərki dəmir yol xəttində nə baĢ verdiyindən xəbər yo x idi. Hö ku mət Gəncədə olarkən onun 

sərəncamında cə mi  651 yük vaqonu (335-i bağlı,  110-u platforma , 206-sı  isə sistern), 86 sərniĢin vaqonu (çoxunun təmirə  

ehtiyacı  var  id i)  olmuĢdur.  Höku motin  s ərənca mında  acınacaqlı  və ziyyətdə  olan  77  parovoz  var  idi.  Gə lirin  yo x  dərə-

cəsində olduğu belə bir Ģəra itdə hətta, iĢçilərə  ə mə k haqqı ödə mək be lə mü mkün deyild i. 

1918  il  sentyabrın  15-də  Azərbaycan  və  Türkiyə  hərbi  hissələrindən  ibarət  Qafqaz  İsla m  Ordusu  tərəfındən  Bakı 

azad olunduqdan sonra Yo lla r  Na zirliy i  ilə  bərabər də mir yolu  idarəsi də  Bakıya  köçürüldü.  Də mir yol vaqonlarmın sayı 

1152  açıq,  965  platfo rma,  820  sistern,  194  sərniĢin  və  153  parovoz  hesabına  artsa  da,  sərniĢin  və  yük  vaqonlarının 

yarısından çoxu, parovozların isə  60 faizə qədəri tam yararsız halda  idi.  Lakin   Bakıda emalatxana və  lazımi  materialların 

olması dəmir yolunda çatıĢmayan vəsaitləri və  materialları əldə etməyə imkan verirdi.  Bakıya  köçdükdən sonra nazirliy in 

neft  məhsullarını  Türkiyə  ko mandanlığının  ünvanına  Batu ma   və  Ale ksandropola  göndərməsi  iĢi  intensivləĢdirildi.  Eyni 

zamanda, Bakı-Batum neft kəməri bərpa edilərək, onunla neft nəql olun ması iĢi bərpa olundu. 

1918  ilin noyabrında türk ordulan Azərbaycam tərk edərkən dəmir yolu, artıq türk ordusunun daĢınması iĢini h əyata 

keçirə bildi.  Bundan sonra Azərbaycana müdaxilə etmiĢ ingilis qoĢunlarının komandanlığı dəmir yolunun xid mətindən geniĢ 

istifadə etdi. General Tomson ingilis zabitlərinin yükünü və sənədlərini yoxla mağı A zərbaycan Xalq Cü mhuriyyəti də mir yolu 

iĢçilərinə qadağan etmiĢdi.  Yollar Nazirliyinin gördüyü təsirli tədbirlər nəticəsində 1919  ilin əvvəllərindən baĢlayaraq dəmir 

yolunda  yüklərin  və sərniĢinlərin daĢınması sahəsində  iĢlər  getdikcə  yaxĢılaĢdı.  Həmin  ilin  fevralından  Bakı-Tiflis yolunda 

qatarlarm hərəkət intensivliyi artdı. Martdan isə Bakı ilə  Xaç maz arasında sərniĢin və yük, Bakı ilə Petrovsk-Port arasında isə 

poçt qatarları  iĢləməyə  baĢladı.  Sonralar  Yo llar Na zirliyi yüklərin A zərbaycan də mir yolu  ilə  daĢın ması  iĢini də getdikcə  

intensivləĢdirdi. 1919 ilin a xırlarına ya xın A zərbaycan dəmir yolunda sərniĢin qatarlarının sayı 7 cütə çatdırılmıĢdı. 1918 il 

sentyabrın 15-nədək parovoz və vaqonların təmiri üçün 7 depo fəaliyyət göstərirdi. Onla rdan yalnız Ba kı, Gəncə və Biləcəri 

depolarının təmir emalatxanaları vardı. Bu depolarda  müvafıq olaraq,  18, 10 və 9 nisbətən saz dəzgah var idi.  Çətinliklərə 

baxmayaraq,  Yo lla r  Nazirliyi  pa rovozla rın  tə miri  üçün  mü mkün  olan  bütün  tədbirlə ri  görürdü.  Əgər  fəa liyyətinin  ilk 

dövründə nazirliy in sərəncamında 52  iĢlək, 14 təmirdə olan və 169 təmir gözləyən parovoz var idisə, 1919  il noyabrın 1-i 

üçün vəziyyət  xeyli yaxĢ ılaĢdı.  Bu  zaman nazirliy in sərəncamında artıq  101  iĢlək,  52 təmirdə o lan və  82 təmir gözləyən  

parovəz vardı. 1919 ilin sonuna Azərbaycan dəmir yol parkında 384 s ərniĢin və 4096 yük vaqonu var idi. 

Yollar  Na zirliyinin  həyata  keçirdiyi  əsas  tədbirlərdən  biri  də  dağıdılmıĢ  dəmir  yolu  xətlərini,  p latformaları,  dayana-

caqları, stansiyaları,  körpüləri və s. bərpa etmək idi. Azərbaycan Xalq Cü mhuriyyətinin fəaliyyətə baĢladığı dövrdə, demək 

olar  ki, bütün dəmir yol stansiyaları dağıdılmıĢ, yandınlmıĢ, avadanlıqları  məhv edilmiĢdi.  1919 ilin axınna qədər bunların 

aradan qaldırılması üçün gərgin iĢlər görü lmüĢ, təkcə 26 dağıdılmıĢ dəmir yol  körpüsü bərpa olunmuĢdu. Həyata keçirilən 

mühüm iĢlərdən biri də 1916 ildə tikintisinə baĢlanılmıĢ Ələt-Culfa dəmir yolunun inĢasının 1919 ildə bərpa edilməsi idi. Bu 

yol  Birinci  dünya  müharibəsində  (1914-18)  Qafqaz  cəbhəsində  rus  ordusunun  hərbi  əməliyyatlarını  yüngülləĢdirmək 

məqsədilə çəkilməyə baĢlanmıĢ və yarımçıq qalmıĢdı. Hə min yolun Azərbaycan üçün böyük iqtisadi və mədəni əhə miyyətini 

nəzərə  alaraq,  Yollar  Na zirliyi  onun  inĢasının  bərpasını  maliyyələĢdirmək  barədə  qanun  layihəsi  hazırlayaraq  parlamentə 

təqdim etdi. 1919 ilin may ında Parla ment Ba kı (Ələt)-Culfa  də mir yolunun tikintisi üçün vəsait ayrılması barədə qərar qəbul 

etdi. 

Yo llar Na zirliyi, eyni za manda, ö lkə  əra zisindəki su yolları və Ģose yollannm iĢinə də rəhbərlik və nəza rət edirdi. Su  



yolları və Ģose yolları  idarəsinin tabeliy inə 1000 verst uzunluğunda Ģose və möhkəmləndirilmiĢ yollar verilmiĢdi. Mərkəzi 

idarədən əlavə, ölkənin Ģose yolları ayrı-ayrı bölmə lərə , o cü mlədən  Quba, Kü rdə mir  (ġa ma xı),  Lən kəran,  ġə ki,  ġuĢa və 

Gəncə bölmə lərinə  (distansiyalarına) aynlmıĢ və  hər bölmə üçün distansiya rəisləri təyin olun muĢdu.  Yerli  in zibati  idarə  

orqanlarından qəbul edilmiĢ bu yollarda heç bir təmir  iĢinin aparılmaması və hələ bundan da qabaq yolların təmiri üçün 

lazımi  materialların olmaması nəticəsində Ģose yolları tamamilə dağılmıĢ vəziyyətdə idi. Nazirliyin yollar  idarəsi və onun 

distansiya  iĢçilərinin  səyi  ilə  mü mkün  olan  bütün  vasitələrdən  istifadə  edilərək,  avto mobillərin  bu  yollarda  maneəsiz 

hərəkətini  tə min  et mə k  üçün  la zımi  Ģ ərait  yarad ılmıĢdı.  Yo llar  idarəsi  Gəncə-Zaqatala,  ġa ma xı-Quba,  ġa ma xı-Bakı  və  

Bakı-Mərdəkan arasındakı yolların bərpası və yeni yolların çəkilməsi iĢini təĢkil etdi. 

 

 

 



 

 

 



 

 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   319




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə