80
şey ilə insanları sınağa çəkdilər. Məscidləri və camiləri boşaltmaq istədilər,
İslamı zəiflətdilər, cihadın tərk olunmasına səbəb oldular, (müsəlmanların)
parçalanması üçün çalışdılar, əsərlərə müxalif oldular, mənsux olan
dəlillərlə danışdılar, mütəşabihləri dəlil gətirdilər, insanların öz
etiqadlarında, öz dinlərində şəkk etmələrinə səbəb oldular. Rəblərı
haqqında münaqəşə etdilər və dedilər: “Qəbr əzabı, (peyğəmbərin) hovuzu
və şəafəti yoxdur, Cənnət və Atəş hələ də yaradılmayıb, peyğəmbərin –
salləllahu aleyhi va səlləm – dediyi çox şeyi inkar etdilər. Onların təkfirini
və qanlarını halal sayanlar bu baxımdan bunu halal sayıblar, çünki kim
Allahın Kitabından bir ayəni rədd edərsə Kitabın hamısını rədd etmiş olur
və kim peyğəmbərin – salləllahu aleyhi va səlləm – bir əsərini rədd edərsə
əsərlərin hamısını rədd etmiş olur. Belə biri Əzəmətli Allaha qarşı kafirdir.
Beləliklə onlar bir müddət belə davam etdilər və bu işlərində sultandan
kömək tapdılar. Bu işləri üçün qılınc və qamçını işə saldılar. Sünnət və
camaat elmi itməyə başladı, bu iki elmi zəiflətdilər və bidətin, onun
haqqında söhbətlərin aşkara çıxması və (bidətçilərin) saylarının çox olması
səbəbilə bu iki elm gizlədilmiş oldu. Məclislər qurdular, görüşlərini aşkara
çıxardılar, bu barədə kitablar yazdılar, insanları şirnikləşdirdilər və
(insanlar) onların rəhbər olmasını istədi. Böyük bir fitnə idi, Allahın
qoruduğundan başqa heç kimsə ondan qurtula bilmədi. İnsanın onların
məclislərindən təsirləndiyi ən xəfif şey öz dinində şəkk etməsi və ya onların
yolunu izləməsi və ya onların haqq üzərində olduğunu iddia etməsi oldu.
Özünün haqq yoxsa batil üzərində olduğunu bilmədiyi üçün şəkk edirdi.
Beləliklə əl-Mutəvəkkil adı ilə çağırılan (xəlifə) Cafərin
117
zamanı gələnə
qədər xalq həlak olmuşdu. Allah onun vasitəsilə bidətləri söndürdü, onun
vasitəsilə haqqı aşkara çıxartdı və əhli-sünnəti onun vasitəsilə üstün qıldı
və bu günə qədər saylarının az olmasına və bidət əhlinin sayının çox
olmasına baxmayaraq əhli-sünnətin dili uzandı. Onlardan bir qrup qaldı ki,
prinsipləri və zəlalətin əlamətləri ilə əməl edir, insanları ona doğru
çağırırlar. Onlara mane olan bir kəs, onları dediklərindən və etdiklərindən
saxlayan bir kimsə yoxdur.
117
Əbul-Fədl Cafər bin Muhamməd bin Harun ər-Raşid abbasi xəlifələrindən biri olub.
Hicri 205 və ya 207-ci ildə doğulub. Qardaşı əl-Vasiq 232-ci ildə öldükdə ona beyət
etdilər.
81
∗∗∗
[91] Bil ki, bidət yalnız hər bir qara-qışqırıq salan kəsə tabe olan cahil tör-
töküntü insanlardan çıxıb, hər əsən küləyə əyilirlər. Bu cür olan bir kəsin
dini yoxdur. Allah – Təbərakə va Təalə - deyir:
“Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı həsəd
üzündən ixtilafa düşdülər.”
118
Yenə deyir:
“Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarında ədavət üzündən
ayrılığa düşdülər.”
119
Deyir:
“Halbuki (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər
gəldikdən sonra aralarındakı nifrət üzündən ixtilafa düşdülər.”
120
Belələri şərr alimlər, tamah və bidət sahibləridirlər.
118
əl-Casiyə, 17
119
əş-Şura, 14
120
əl-Bəqara, 213
82
(Hər zaman bir firqə haqq üzərində olacaq)
[92] Bil ki, insanların arasında həmişə haqq və sünnət üzərində olan bir
qrup olacaq, onlara Allah doğru yolu göstərəcək və onlar vasitəsilə də
başqalarına doğru yolu göstərəcək, onlar vasitəsilə sünnətləri dirildəcək.
Onlar ixtilaf çıxdıqda sayları az olmaqla birlikdə Allahın vəsf etdiyi
kəslərdir; dedi:
“Halbuki (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər
gəldikdən sonra aralarındakı nifrət üzündən ixtilafa düşdülər.”
Bundan sonra onları istisna edərək dedi:
“Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları
(məsələlərdə) haqq yönəltdi. Allah istədiyini düz yola yönəldər.”
Allahın Elçisi – salləllahu aleyhi va səlləm – deyib: “Ümmətimdən həmişə
bir qrup haqq üzərində olmağa davam edəcək, Allahın əmri gələnə qədər
onları tərk edənlər onlara bir zərər verə bilməyəcəklər.”
121
∗∗∗
[93] Bil ki, - Allah sənə rəhm etsin! – elm çoxlu rəvayət etmək və çox kitab
yazmaq deyildir, əsl alim elmi və kitabları az olsa belə elmə və sünnətə tabe
olan kəsdir. Kitab və sünnətə qarşı çıxan kəs isə elmi və kitabları çox olsa
belə bidət sahibidir.
121
Muslim (1037, 1925, 1920, 1922, 1924); əl-Buxari (3640, 7460)
83
∗∗∗
[94] Bil ki, - Allah sənə rəhm etsin! – kim Allahın dini haqqında sünnətdən
və camaatdan dəlil olmadan öz rəyi, qiyası və təvili ilə danışarsa o adam
Allah haqqında bilmədiyi bir şey söyləmişdir və Allah haqqında bilmədiyi
bir şeyi söyləyən isə özündən uydurub danışanlardandır. Haqq Allahdan
gələndir, sünnət isə peyğəmbərin – salləllahu aleyhi va səlləm – getdiyi
yoldur, camaat isə Əbu Bəkr, Ömər və Osmanın xilafətləri zamanı
peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələrinin üzərində
razılaşdıqları işlərdir. Peyğəmbərin – salləllahu aleyhi va səlləm - sünnəti
ilə, səhabələrinin və camaatın üzərində durduğu işlərlə kifayətlənən hər bir
kəs Allahın izni ilə bidət əhlinin hamısına qalib gəlmişdir, bədəni istirahət
tapmış və dini qurtulmuşdur. Çünki Allahın elçisi – salləllahu aleyhi va
səlləm – deyib: “Ümmətim firqələrə parçalanacaq...” Sonra bunlardan
qurtulanları bizə bəyan edərək deyib: “Bu gün mənim və səhabələrimin
üzərində olduğu şey”. Bax şəfa, bəyan, aşkar iş və işıqlanmış yol budur.
Allahın elçisi – salləllahu aleyhi va səlləm – buyurdu: “Dərinliklərə
getməkdən çəkinin! Xırdalıqlara getməkdən çəkinin! Qədim dininizə
sarılın!”
122
Bil ki, qədim din peyğəmbərin – salləllahu aleyhi va səlləm – vəfatından
Osmanın öldürülməsinə qədər olan dindir. Osmanın öldürülməsi
parçalanmanın əvvəli, ixtilafın əvvəli oldu. Ümmət bir-biri ilə müharibə etdi,
parçalandı, tamahlara və nəfsi istəklərə tabe oldu və dünyaya meyl etdi.
Allahın elçisi Muhammədin – salləllahu aleyhi va səlləm – səhabələrinin
122
Bunun “dərinliklərə getməkdən çəkinin!” hissəsini İbn Bəşran ”əl-Əməli” kitabında
(1/49; rəq: 67) Ömər bin əl-Xattabın hədisi olaraq peyğəmbərdən – salləllahu aleyhi va
səlləm - rəvayət edib. Lakin sənədi çox zəifdir. Müəllifin gətirdiyi rəvayət əslində
Abdullah bin Məsudun sözüdür. Bunu əd-Dərimi “əs-Sünnə”də (1/66; rəq: 142-143),
Muhamməd bin Nasr əl-Mərvazi “əs-Sünnə”də (səh: 29-30), Abdur-Razzaq “əl-
Musannəf”ə (11/252; rəq: 20465) bitişik “Cami Məamər”də rəvayət edir. Onun vasitəsi
ilə ət-Tabərani “əl-Mucəm əl-Kəbir”də (9/170; rəq: 8845), əl-Beyhəqi “əl-Mədxal iləs-
Sunən əl-Kubra”da (səh: 271-272; rəq: 387) Əbu Qiləbə’nin hədisindən rəvayət edirlər
ki, Abdullah ibn Məsud demişdir: “Elm ortadan qaldırılmadan öncə onun öyrənin! Elmin
aradan qalxması isə onun əhlinin yox olmasıdır. Xırdalıq, dərinlik və bidətlərdən uzaq
durun! Köhnəyə sarılın!” Eynilə bu şəkildə bunu əl-Beyhəqi “əl-Mədxal iləs-Sunən”də
(səh: 372; rəq: 388), İbn Asəkir “Tərix Diməşq”də (33/52 və 43/315) Aiz Allah Əbu İdris
əl-Xauləni vasitəsilə Abdullah bin Məsud’dan rəvayət edir.
Dostları ilə paylaş: |