106
Onların dördünü hamısından üstün tutan, digərlərinə rəhmət oxuyan,
onların xətaları haqqında susan bir kimsə bu məsələdə doğru yol və hidayət
üzərindədir.
[145] Allahın elçisinin – salləllahu aleyhi va səlləm – cənnətlik olmaqlarına
dair şahidlik etdiyi on şəxsin şəksiz, şübhəsiz Cənnətə girəcəklərinə dair
şahidlik etmək sünnətdəndir.
[146] Fəqət Allahın elçisindən – salləllahu aleyhi va səlləm va alə əlihi –
savayı heç kimsəni salavatda xüsusiləşdirmə!
182
[147] Bil ki, Osman bin Affən məzlum olaraq öldürüldü və onu öldürən
zalım idi.
oturdu, fəzilətlər haqqında kitabı çıxartdı. Əbu Bəkrin, sonra Ömərin fəzilətlərini diktə
etdi və sonra dedi: “Osman yoxsa Əli ilə başlayaq?” Dedilər: “Bu, rafizidir” və onun
hədisini tərk etdilər. Deyirəm: Bu açıq-aşkar zülmdür, çünki bu, əhlus-sunnətdən bir
qrup alimin məzhəbidir. Bununla o ikisindən birini o birindən üstün tutmaqda susmağı
qəsd edirəm. Əksər alimlər Osmanı önə keçirsələr də əhlus-sunnətdən bir qrup alim
Əlini Osmandan önə keçirərdi. Onlar arasında Sufyan əs-Səvri və İbn Xuzeymə yer alır.”
182
Bu məsələdə alimlər ixtilaf ediblər. Peyğəmbərdən – salləllahu aleyhi va səlləm –
savayı başqa kiməsə ayrılıqda salavat diləmək olarmı? İmam İbn Kəsir təfsirində
(6/477-478) deyir: “İxtilaf sadəcə olaraq peyğəmbərlərdən başqasına ayrılıqda salavat
diləmək barəsindədir. Bir qrup deyib ki, bu, caizdir...Alimlərin əksəriyyəti isə deyib ki,
peyğəmbərlərdən başqalarına ayrılıqda salavat göndərmək olmaz.” Hənbəli məzhəbinin
məşhur görüşünə görə peyğəmbərdən başqa kiməsə ayrılıqda salavat göndərmək
caizdir. Şeyx Aləud-Din əl-Mərdəvi “ət-Təhbir Şərh ət-Təhrir” kitabında (1/104) deyir:
“Məzhəbin səhih görüşünə görə peyğəmbərin adı çəkilmədən peyğəmbərlərdən –
salavatullahi va sələmuhu aleyhim əcməin – başqasına təklikdə salavat göndərmək
caizdir.” Hənbəli alimlərinin əksəriyyətinin görüşü budur. Məcdud-Din İbn Teymiyyə,
İbn Abdil-Qavi, İbn Təmim və İbn Həmdən bunu yalnız peyğəmbərin – salləllahu aleyhi
va səlləm – adı ilə birlikdə caiz görüblər, ayrılıqda caiz görməyiblər. Bunu məkruh
sayıblar. Şeyxul-İslam İbn Teymiyyə isə bunu bir şüar olaraq başqasına aid etməyi
haram sayıb. Yəni peyğəmbərdən başqa hər hansı bir kəsi salavat ilə xüsusiləşdirərək
bunu şüar etmək haramdır.
107
(Bəzi sünnətlər və sünnətin əhəmiyyəti)
[148] Hər kim bu kitabdakıları təsdiq edər, onlara iman edər, onları özünə
imam seçərsə və ondan bir hərfə belə şəkk etməzsə, ondan bir hərfi belə
inkar etməzsə o, sünnət və camaat əhlidir, kamildir, onda sünnət
tamamlanmışdır. Kim bu kitabdan bir hərfi inkar edərsə və ya ondan bir
hərfə və ya (ümumilikdə) kitaba şəkk edərsə və ya (bu kitabı təsdiq
etməkdən) çəkinərsə o, bidət sahibidir. Qurandan və ya peyğəmbərdən –
salləllahu aleyhi va səlləm – gəlmiş bir hərfə şəkk edən və ya onu inkar
edən hər bir kəs Allahu Təaləni Onu yalanlamış olaraq qarşılayacaq. Ona
görə də Allahdan qorx, ehtiyatlı ol və imanınla razılıq içində ol!
183
[149] Bir kimsəyə, nə xeyir sahibinə, nə də insanların heç birinə Allaha
qarşı asilikdə kömək etməmək sünnətdəndir. Allaha asi olmaqda bəşər
övladına itaət etmək olmaz. Heç kəsin günah üzərində olmasını xoş görmə!
Bunların hamısına Allah üçün – Təbərakə va Təalə - nifrət et!
[150] Böyük və kiçik günahlara görə Allaha – Azzə va Cəllə - tövbə etmək
üçün bütün qulların üzərinə tövbənin fərz olmasına iman etmək.
[151] Allah elçisinin – salləllahu aleyhi va səlləm – cənnətlik olmasına dair
şahidlik etdiyi bir kimsə üçün (onun Cənnətə girəcəyinə dair) şahidlik
etməyən biri bidət və zəlalət sahibidir, Allahın elçisinin – salləllahu aleyhi
va səlləm – dediyində şəkk edən biridir.
Malik bin Ənəs dedi: “Kim həmişə sünnətə bağlı olarsa və peyğəmbərin
səhabələri onun (dilindən) salamat olarsa və sonra ölərsə, əməli qüsurlu
183
Daha əvvəl də qeyd etdiyim kimi bu sözləri hərfi mənada anlamaq müşkildir, çünki
Qurandan başqa heç bir kitab xətadan səlim deyildir. Üstəlik kitabın içində haqqında
ixtilaf edilmiş fiqhi məsələlər də zikr edilib və bu cür fiqhi məsələlərdə müxalifi inkar
etməzlər. Müəllifin bu şəkildə mübaliğəli sözlər tam qəsdinin nə olduğunu müəyyən
etmək çətindir.
108
olsa belə (axirətdə) peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər ilə birlikdə
olacaq.”
Bişr bin əl-Haris
184
dedi: “İslam sünnətdir və sünnət də İslamdır.”
Fudeyl bin İyad dedi: “Sünnət əhlindən bir nəfəri görəndə sanki
peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələrindən bir nəfəri
görürəm. Bidət əhlindən bir nəfəri görəndə isə sanki münafiqlərdən birini
görürəm.
Yunus bin Ubeyd dedi: “Bu gün sünnətə dəvət edənin halı təəccüblüdür,
ondan da təəccüblü isə sünnətə icabət edib onu qəbul edənin (halıdır).”
185
İbn Aun ölüm ayağında olarkən ölənə qədər “sünnət! sünnət! bidətdən uzaq
durun!” sözlərini deyib durdu.
Əhməd bin Hənbəl dedi: “Əshabımdan bir nəfər öldü və yuxumda o, mənə
göstərildi və dedi: “Əbu Abdilləhə deyin: “Sünnətə sarıl! Allahın məndən
soruşduğu ilk şey sünnət oldu.”
Əbul-Aliyə
186
dedi: “Kim məstur olaraq sünnət üzərində ölərsə o, siddiqdir.”
Deyiblər ki, sünnətə sarılmaq qurtuluşdur.
187
Sufyan əs-Səvri deyib: “Kim öz qulağı ilə bidət sahibinə qulaq asarsa,
Allahın qorumasından çıxmışdır və bidətlərə tərk edilmişdir.”
188
Davud bin Əbi Hind
189
deyib: “Allah – Təbərakə va Təalə - Musa bin İmrana
vəhy etdi: Bidət əhli ilə oturma, əgər onlarla otursan və ona görə onların
184
Bişr əl-Həfi adı ilə tanınır. İmamdır, zahiddir, təqva əhlidir. Hicri 227-ci ildə vəfat
edib.
185
Bunun bənzərini Əbu Nueym “əl-Hilyə” kitabında (3/21) rəvayət edir.
186
Rafi bin Mihran Əbul-Aliyə ər-Riyəhi böyük bir imam, Quran müəllimi, hafiz və təfsir
alimidir. Hicri 90 və ya 93-cü ildə vəfat edib.
187
əd-Dərimi “əs-Sunən”də (1/58; rəq: 96), Əbu Nueym “əl-Hilyə”də (3/369) Zuhridən
belə dediyini rəvayət edirlər: “Əvvəlki alimlərimiz deyərdilər: “Sünnətə sarılmaq
qurtuluşdur.” Ömər bin Abdil-Aziz bir xütbəsində deyib: “Bildiniz ki, sünnət əhli belə
deyərdi: “Sünnətə sarılmaq qurtuluşdur.” Bax: “Hilyətul-Əvliyə”, 5/346
188
Bunu Əbu Nueym “Hilyətul-Əvliya” kitabında (7/26, 34) və İbn Batta “əl-İbənə əl-
Kubra”da (444) rəvayət ediblər. Bu sözlər həm də Muhamməd bin ən-Nədr əl-Hərisi’nin
də sözü olaraq nəql edilib.
189
Davud bin Əbi Hind əl-Basri məşhur hafiz, fəqih və mufti olmuşdur. Hicri 140-cı ildə
vəfat edib.
Dostları ilə paylaş: |